Məhkəmə qərarları › İş №e-2(3-6)-4298/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4298/2026

15.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4298/2026 15.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər X3 (sədrlik edən və məruzəçi), Qafarova Rəna Nazim qızı və X1 ibarət tərkibdə, İddiaçı İddiaçı İlqar qızının cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair ilk, iddiaçı cavabdeh1 cavabdeh İddiaçı İlqar qızına qarşı “vurulmuş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi” tələbinə dair qarşılıqı iddiası ilə bağlı mülki iş üzrə çıxarılmış Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiyanın mümkünlüyünü yoxlayaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İlqar qızı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər cavabdeh1 və X2 ona vurmuş 20.000 manat maddi və 5.000 manat mənəvi ziyan olmaqla, cəmi 25.000 manat məbləğində pulun tutulmasını xahiş etmişdir. Bundan sonra cavabdeh1 cavabdeh İddiaçı İlqar qızına qarşı qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, İddiaçı İlqar qızından ona vurmuş 2.820 manat maddi və 1.000 manat mənəvi zərər olmaqla, ümumilikdə 3.820 manat məbləğində pulun, habelə 59 manat məbləğində dövlət rüsumunun tutulmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə ilk iddia üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 1.636 manat və 2.000 manat tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı İlqar qızına ödənilməsi, ilkin iddia üzrə cavabdeh cavabdeh1 500 manat və 596,52 manat tutularaq ilkin iddia üzrə iddiaçı İddiaçı İlqar qızına ödənilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi, qarşılıqlı iddianın rədd edilməsi, iş üzrə aparılmış ##.##.2026-cı il tarixli ekspertiza tədqiqatının dəyəri qismində 500 manat ilkin iddia üzrə iddiaçı İddiaçı İlqar qızından tutularaq “Qiymətləndirmə Ekspertizası Müəssisəsi”-nin bank hesabına keçirilməsi, iş üzrə aparılmış ##.##.2025-ci il tarixli ekspertiza tədqiqatının dəyəri qismində 500 manat ilkin iddia üzrə cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq “xxxx” MMC-nin bank hesabına keçirilməsi qət edilmişdir. Həmin qətnamədən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, hesab edir ki, apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci (forma və məzmun) maddəsinin tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədən verildiyindən apellyasiya qeyrimümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə apellyasiya şikayətinin formasına (məzmununa) və qaydasına dair tələblər əks olunmuş və bu tələblərə riayət edilməməsi verilmiş apellyasiya şikayətinin geri qaytarılması əsaslarından biri kimi müəyyən edilmişdir. Həmçinin, Mülki-Prosessual Məcəlləyə edilmiş dəyişikliklərlə apellyasiya şikayətinin forması (Azərbaycan Respublikasının Mülki Proessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının ## #### 2021-ci il tarixli Qanununa edilmiş “Apellyasiya şikayətinin forması” başlıqlı Əlavə 2-də müəyyən edilmiş) məzmun etibarı ilə dəqiqləşdirilmişdir. Lakin apellyasiya şikayəti qanunvericiliyin bu tələblərinə riayət edilmədən, adi mətn şəklində tərtib edilmiş, eyni zamanda, maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər göstərilməmişdir. Digər tərəfdən “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırki işdə olduğu kimi iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində, belə bir iş üzrə apellyasiya şikayətinin verilməsinə görə isə bu məbləğin 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsi nəzərdə tutulmuşdur. Həmçinin, hazırki iş üzrə ilk iddia ilə yanaşı, qarşılıqlı iddia da irəli sürülərək, ilk iddiaçıdan 3.820 manat məbləğində pulun tutulması tələb edilmiş və qarşılıqlı iddianın qiymətinə uyğun olaraq 59 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Apellyasiya şikayətində isə məhkəmə qətnaməsi həm ilk, həm də qarşılıqlı iddia ilə bağlı hissədə mübahisələndirilir. Bu da öz növbəsində həm ilk, həm də qarşılıqlı iddia üzrə ödənilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumunun ödənilməsini şərtləndirir. Lakin apellyasiya şikayətinə əlavə edilmiş dövlət rüsumunun ödənilməsi barədə qəbzə əsasən dövlət rüsumunun məbləği hər iki iddianın qiyməti əsas götürülməklə ödənilməmişdir. Bununla belə, nəticə etibarı ilə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsi təmin edilməmişdir. Qeyd edilənlər öz növbəsində apellyasiya şikayəti üzrə apellyasiyanın qeyri-mümkün hesab edilməsini və apellyasiya şikayətinin geri qaytarılmasını şərtləndirir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində həmçinin, şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar, habelə şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir; 361.3-cü maddəsinə əsasən şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir; 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 363.1.2-ci maddəsinə görə apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır; 366.1-ci maddəyə əsasən apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir; 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa o, qəbul olunmamış hesab edilə bilər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda iddia ərizələrinin verilməsinə görə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir; 8.6-cı maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində rüsum ödənilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin (forma və məzmun) tələblərinə riayət edilmədən, habelə müəyyən edilmiş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadan verildiyindən apellyasiya qeyri-mümkün hesab edilməli və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə birinci instansiya məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264-cü, 361-ci, 363-cü, 366-cı, 399-cu, 402-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən ilk iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə həmin məhkəməyə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar