Məhkəmə qərarları › İş №e-2(3-6)-4413/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4413/2026

10.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4413/2026 10.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, hakim Abbasova Günel Məhərrəm qızının sədrliyi və məruzəsi ilə, hakimlər Talışınski Fuad Şəmsəddin oğlundan və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə İddiaçı “Ural İ” MMC-nin cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətin mümkünlüyünü yoxlayaraq MÜƏYYƏN ETDİ: İddiaçı “Ural İ” MMC Cavabdeh Cavabdeh İddia tələbi “borc” Qəbul edilmiş məhkəmə aktı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin (qərardad, qətnamə və s.) ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Məhkəmə aktının şikayət ##.##.2026-cı il, elektron kabinet vasitəsi ilə. (apellyasiya şikayəti) verən tərəfə göndərilmə və alınma tarixi Şikayətin məhkəməyə daxil İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti olduğu tarix ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə birinci instansiya məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin şikayətlə bağlı məhkəmə aktı ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadı ilə şikayət geri qaytarılmışdır (dövlət rüsumu ödənilmədiyinə görə). Məhkəmə aktının şikayət ##.##.2026-cı il, elektron kabinet vasitəsi ilə. (apellyasiya şikayəti) verən tərəfə göndərilmə və alınma tarixi Apellyasiya şikayətinin İddiaçı tərəfindən verilmiş şikayət ##.##.2026-cı il (şikayətin) məhkəməyə daxil tarixdə elektron kabinet vasitəsilə birinci instansiya olduğu tarix məhkəməsinə daxil olmuşdur. Birinci instansiya məhkəməsinin Birinci instansiya məhkəməsi tərəfindən şikayətə şikayətlə bağlı məhkəmə aktı münasibət bildirilməmişdir. Məhkəmə kollegiyası şikayəti mülki işin materialları ilə müqayisəli şəkildə nəzərdən keçirərək hesab edir ki, hazırki iş üzrə verilmiş şikayət qeyri-mümkün hesab edilməli və iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Belə ki, iddiaçı “Ural İ” MMC tərəfindən ##.##.2026-ci il tarixində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından şikayət vermişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən səlahiyyətləri həddində şikayətə münasibət bildirmədən birbaşa iş apellyasiya instansiya məhkəməsinə göndərilmişdir. Diqqətə çatdırılmalıdır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269cu maddəsinə əsasən -269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; -269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; -269.3. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasassiya instansiyası məhkəməsinə göndərilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə: -357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər; -366.1. Apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. -366.2. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. İzah edilməlidir ki, mülki prosessual qanunvericilik (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 6, 366.2-cı maddəsi) bu qanunla müəyyən edilmiş prosedurlara dürüst riayət edilməsini və apellyasiyanın mümkünlüyü üçün əsasların olmadığı halda onun qəbul olunmamış hesab edilə bilməsini müəyyən edir. Bakı şəhəri Surxanı Rayon Məhkəməsi tərəfindən iş üzrə ##.##.2026-ci il tarixli qərardaddan şikayətə baxıldıqdan (ləğv edildikdən) sonra qərar borclulara göndərilməli olduğu halda və qərardaddan verilmiş şikayətə prosessual qanunvericiliklə birinci instansiya məhkəməsi tərəfindən baxılması müəyyən edildiyi halda, qanunvericiliyin tələblərinə zidd olaraq qərardadın vaxtında göndərilməsini təmin etməmiş və iş şikayətə baxılaması üçün apellyasiya icraatına yönəldilmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263 – 269 maddələrinə müvafiq, şikayət vermə və ona baxılma tələblərinə riayət edilməsi baxımından şikayətin mümkünlüyü üçün əsasların olmadığı müəyyən edir və qanunvericiliyin tələblərinə riayət edilməsi sonrakı prosessual hərəkətləri yerinə yetirməsi) üçün işin birinci instansiya məhkəməsinə göndərilməsini zəruri hesab edir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 269, 357, 360-366, 395-397, 402-406- cı maddələrinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-****/**** saylı qərardadından iddiaçı “Ural İ” MMC tərəfindən verilmiş şikayət qəbul olunmamış hesab edilsin və mülki iş sonrakı prosessual hərəkətləri yerinə yetirməsi məqsədilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Günel Abbasova Hakimlər: Fuad Talışınski Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar