Məhkəmə qərarları › İş №e-2(3-6)-4563/2026

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-6)-4563/2026

23.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № e-2(3-6)-4563/2026 23.09.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakim Şirinov Ikram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Quliyeva Gültac Sadıq qızının katibliyi, Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə baxaraq müəyyən etdi: Iddiaçı İddiaçı cavabdeh “xxxx” MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki regional “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *İ-**** nömrəli icra qeydinin ləğv edilməsi, əsas borca hesablanmış həddindən artıq faiz və cərimələrin silinərək borc məbləğinin azaldılması, icra məmurunun borcluya xəbərdarlıq etmədən əlillik pensiyasından tutulma aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, iddia təmin tədbiri kimi Şəki rayonu üzrə Icra və Probasiya şöbəsində aparılan e- *****/****-**-** nömrəli icraatın yekun qərar çıxanadək dayandırılması, anadangəlmə əlilliyi nəzərə alınaraq, “Dövlət rüsumu haqqında” Qanuna əsasən dövlət rüsumundan azad edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə mülki işə “icra məmurunun borcluya xəbərdarlıq etmədən əlillik pensiyasından tutulma aparması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi, iddia təmin tədbiri kimi Şəki rayonu üzrə Icra və Probasiya şöbəsində aparılan e*****/****-**-** nömrəli icraatın yekun qərar çıxanadək dayandırılması” hissədə xitam verilmişdir. Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsinə əsasən iddia tələbi təmin edilməmişdir. Iddiaçı Nərimanov Rayon Məhkəməsinin həmin qətnaməsindən apellyasiya şikayəti vermişdir. Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli ##.##.2026-cı il tarixli məktubu ilə iddiaçının apellyasiya şikayəti mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti mülki iş materialları ilə birlikdə nəzərdən keçirərək belə hesab edir ki, iddiaçı tərəfindən verilən şikayət qeyri-mümkün hesab edilməlidir. Belə ki, MPM-in 108.1.7-ci maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayəti verildikdə dövlət rüsumu ödənilir. Şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir (maddə 361.3). Apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır (maddə 363.1.2). Azərbaycan Respublikası MPM-nin 366.2-ci maddəsinə görə apelyasiya instansiyası iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apelyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Hazırkı halda iddiaçı tərəfindən rayon məhkəməsinin qətnaməsindən şikayət verilməsi üçün dövlət rüsumu qanunla müəyyən edilmiş məbləğdə ödənilməmişdir. Belə ki, iş materiallarından görünür ki, hazırda iddiaçının iki iddia tələbi “ASAN xidmət” mərkəzinin notariusu tərəfindən verilmiş ##.##.2026-cı il tarixli, *İ-**** nömrəli icra qeydinin ləğv edilməsi (qiymətləndirilməyən iddia tələbi) və əsas borca hesablanmış həddindən artıq faiz və cərimələrin silinərək borc məbləğinin azaldılmasıdır (qiymətləndirirlən iddia tələbi). Qiymətləndirilməyən iddia tələbinə əsasən iddia ərizəsi verilərkən dövlət rüsumu olaraq 100 manat və qiymətləndirilən iddia tələbinə (iddia qiyməti 1.000 manatadək oluğundan) əsasən isə 30 manat dövlət rüsumu ödənilməli idi. Lakin iddiaçı iddia ərizəsi verən zaman “rüsumdan azaddır - əlillik, səhhətə və digər xəsaratlər yetirilməsinə və ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar” punktunu seçərək dövlət rüsumu ödəməmişdir. Həmçinin iddiaçı Nərimanov Rayon Məhkəməsinə dövlət rüsumundan azad edilməsinə dair vəsatət vermiş, lakin məhkəmə tərəfindən həmin vəsatətə hər hansı münasibət bildirilməmişdir. Iddiaçı həmçinin apellyasiya şikayəti verən zaman da “rüsumdan azaddır - əlillik, səhhətə və digər xəsaratlər yetirilməsinə və ailəni dolandıranın ölümü nəticəsində dəyən ziyanın ödənilməsi barəsində iddialar üzrə - iddiaçılar” punktunu seçərək dövlət rüsumu ödəməmiş və şikayətdə əlillik statusuna görə rüsumsuz baxılmasını xahiş etmişdir. Iddiaçıya dövlət rüsumunun ödənilməsinin zəruriliyi ilə bağlı məlumat verilmiş, lakin buna baxmayaraq iddiaçı dövlət rüsumunu ödəməmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.5-ci maddəsinə əsasən apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi həcmində dövlət rüsumu müəyyən edilmişdir. Mülki iş materiallarından da görünür ki, iddiaçı tərəfindən verilən şikayətə qanunla müəyyən edilmiş qaydada dövlət rüsumu ödənilməmişdir. Belə ki, iddiaçı apellyasiya şikayəti verən zaman dövlət rüsumu ödəməmişdir. Əslində isə qiymətləndirilməyən iddia tələbinə münasibətdə qanunvericiliyə əsasən ödənilməli olan 100 manat dövlət rüsumunun 50 faizi həcmində, yəni 50 manat və qiymətləndirilən iddia tələbinə münasibətdə isə qanunvericiliyə əsasən ödənilməli olan 30 manat dövlət rüsumunun 50 faizi həcmində, yəni 15 manat dövlət rüsumu ödəməli idi. Yaranmış bu hal işə apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir, bu səbəbdən də məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti qanunverciliyin tələblərinə uyğun olmadığından qeyri-mümkün hesab edilməli və sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə qaytarılmalıdır. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il # ####### tarixdən qüvvəyə minmiş) ## #### 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyrimümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə, müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə MPM-nin 361, 366, 400, 402-ci maddələrinin tələbini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Nərimanov Rayon Məhkəməsinin e-*(*-**)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayət sonrakı prosessual hərəkətlərin edilməsi üçün mülki işlə birlikdə Nərimanov Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qeyd: Kassasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə MPM-in 408.1.7-ci maddəsinə əsasən geri qaytarılacaqdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar