Məhkəmə qərarları › İş №e-2(3-7)-1042/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1042/2026

27.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1042/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X1 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı İddiaçı İstehsalat Birliyinin nümayəndəsi İsayev Emin Aydın oğlunun verdiyi şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İstehsalat Birliyi Cavabdeh Bəhman oğluna qarşı cavabdeh Cavabdeh Bəhman oğlundan təbbi qazdan istifadəyə görə yaranmış 1.828 manat 04 qəpik məbləğində borcun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 38 manat 28 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair sadələşmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə İddiaçı İstehsalat Birliyinin Cavabdeh Bəhman oğluna qarşı «təbii qazdan istifadəyə görə hesablanmış borcun ödənilməsi» tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmış və İddiaçı İstehsalat Birliyinə Cavabdeh Bəhman oğluna qarşı həmin şəxsin qeydiyyatda olduğu yerin məhkəməsinə iddia ərizəsi ilə müraciət etmək hüququ izah olunmuşdur. Həmin qərardaddan iddiaçı İddiaçı İstehsalat Birliyinin nümayəndəsi İsayev Emin Aydın oğlu şikayət verərək qərardadın ləğv edilməsini və işin icraata qəbul edilməsini xahiş etmişdir. Şikayətdə onunla əsaslandırılmışdır ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). «Smart-kart» tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısıistehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi cavabdehin 2026-ci ilin aprel ayınadək Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evində sayğac üzrə təbii qazdan istifadə nəticəsində 1.828 manat 04 qəpik məbləğində debitor borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydiyyata alındığı yerin məhkəməsinə verilir. Həmin maddəyə əsasən icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə verilə bilər. Belə ki, tərəflər arasında bağlanılmış ##.##.2023-cü il tarixli, AKX-*******/**-**** nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alğı-satqısı barədə müqavilə Gəncə şəhərində bağlanılmaqla icra edildiyi yer Gülüstan qəsəbəsində yerləşən fərdi yaşayış evi göstərilmişdir. Həmin maddəyə görə ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Bildiririk ki, iş materiallarından da göründüyü kimi Gəncə şəhəri, Gülüstan qəsəbəsi yerləşən ünvanda yaranmış borca görə müqavilə aidiyyəti üzrə Gəncə şəhər Məhkəməsinə müraciət edilmişdir. Buna görə də Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-121)- ****/**** nömrəli qərardadı ləğv edilməlidir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinə mümkünlük məsələsinə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, tərəflərin qeydiyyatda olduqları ünvanın «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə yoxlanılması zamanı cavabdeh Cavabdeh Bəhman oğlunun qeydiyyatda olduğu ünvanın Kəlbəcər rayonu, Seyidlər kəndi ünvanı olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hazırki iş üzrə tərəflər arasında olan hüquq münasibətlərinin xarakteri müqavilə öhdəliklərindən əmələ gələn münasibətlərdir. Qanunun tələblərinə əsasən, icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar üzrə mübahisənin aidiyyəti iddiaçının seçim aidiyyatı hüququna uyğun olaraq müəyyən edilir. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə görə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. İşin halları ilə müəyyən olunur ki, İddiaçı İstehsalat Birliyinin Gəncə Regional Qaz İstismarı İdarəsi ilə cavabdeh Cavabdeh Bəhman oğlu (kod: 292034300003510) arasında ##.##.2023-cü il tarixli, AKX-*******/**-**** saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin qazla təmin edilməsi üşün qazın alqı-satqısına dair Istehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. İddiaçının iddia tələbi tərəflər arasında ##.##.2023-cü il tarixdə bağlanmış alqı-satqı müqaviləsi əsasında qazdan istifadəyə görə yaranmış borcun ödənilməsi ilə bağlıdır. Həmin müqavilənin icrası yeri ünvan 1 ünvanı hesab edilir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konstitusiyasının 62-ci maddəsinə müvafiq olaraq, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Mülki Prosessual Məcəllənin 36.11-ci maddəsinə icra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 157, 158, 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar