Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1046/2026 06.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15800 manat pulun və 138 manat dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbi təmin edilmişdir. Cavabdehin elektron kabineti ##.##.2022-ci il tarixdən mövcud olduğuna görə, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi "Elektron Məhkəmə İnformasiya Sisteminə yüklənən zaman cavabdehə çatmış hesab edilmişdir. Həmin qətnamənin dəlilləri ilə razılaşmayan cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu apellyasiya şikayəti verərək qətnamənin ləğv olunması və iddianın təmin olunmamasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda cavabdehin nümayəndəsi apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, apellyasiya şikayəti verilməsi üçün nəzərədə tutulan prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadına əsasən, cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddətin bərpası barədə ərizənin təmin edilməsindən imtina edilmiş, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh nümayəndəsi İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş apellyasiya şikayəti və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) İsmayılov X2 Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından şikayət verərək, müddətin bərpası ilə bağlı ərizənin geri qaytarılması barədə qərardadın ləğv edilərək müddətin bərpasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamənin sürəti ona rəsmi qaydada verilməyib, bununla əlaqədar poçtdan rəsmi qaydada qəbz almışdır, poçtun qəbzində qeyd olunub ki, həmin qətnamə rəsmi qaydada ona verilməmişdir. Onun həmin qətnamədən xəbəri olmayıb, elekron qaydanı bilmir, sonradan Tovuz rayon İcra və Probasiyadan çağırlanda xəbər tutmuşdur. Elə həmin vaxtdan qətnaməni o, vəkil kimi ərizə ilə müraciət edib almışdır, aldığı vaxtdan müddətin bərpa olunub, Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Tovuz Rayon Məhkəməsi heç bir əsas olmadan müddətin bərpası ilə bağlı ərizəni geri qaytarılmasına dair qərardad çıxarmışdır. Əslində cavabdeh heç bir müddəti ötürməmiş qətnaməni aldığı müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. O, heç bir müddəti ötürməmişdir, qətnaməni aldığı vaxtdan Gəncə Apellyasiya Məhkəməsinə şikayət vermiş və buna əlavə olaraq müddətin bərpası ilə bağlı ərizəsi tam əsaslıdır və məhkəmə maddi normalara düzgün istinad etməmişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi “Elektron Məhkəmə” İnformasiya Sisteminə yeləşdirilən zaman, həmçinin iş üzrə cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. Məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair “AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh elektron kabinetinə yerləşdirilmişdir. ##.##.2026-cı il tarixdə isə cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Şikayətin dəlillərinə münasibətdə kollegiya qeyd edir ki, buraxılmış müddətin bərpa edilməsi barədə cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlunun ərizəsi belə əsaslandırılmışdır ki, cavabdehin elektron sistemdən anlayışı yaxşı deyildir. Cavabdehin nümayəndəsi məhkəməyə müraciət etdikdən sonra ##.##.2026- cı il tarixdə qətnaməni əldə etmişdir. Qətnamə ona təkrarən verildiyi qeyd edilsə də, o qətnaməni almamışdır. Həmçinin, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkil) ərizəni belə müdafə etmişdir ki, cavabdeh Tovuz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** saylı qətnaməsindən yalnız icraya çağırıldıqdan sonra xəbərdar olmuşdur. Cavabdeh Cavabdeh qeydiyyatı Tovuz rayonu olsa da, hazırda faktiki olaraq Bakı şəhərində yaşayır. Onun məhkəmə iclaslarından, qəbul edilmiş qətnamədən məlumatı olmamışdır. Elektron kabineti olsa da, kabinetdən istifadə edə bilmədiyinə görə qətnamədən də məlumatı olmamışdır. Şikayətdə göstərilmişdir ki, əslində cavabdeh heç bir müddəti ötürməmiş qətnaməni aldığı müddətdə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Cavabdehin qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hal mövcud olmamışdır. Prosessual müddətin ötürülməsi üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə cavabdehin öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. Cavabdeh hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan müddətin bərpası institutu vasitəsilə aradan qaldırıla bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 233.1-ci maddəsinə görə məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi iddiaçının öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də maddi hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 360, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) İsmayılov Mirqasım Hüseyn oğlu tərəfindən verilmiş şikayət təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1046/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1046/2026
06.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver