Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1093/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ilə aralarında bağlanmış ##.##.2010-cu il tarixli, LM********* saylı restrukturizasiya müqaviləsi üzrə ödənilməmiş qalan 3.162,20 manat əsas və 25,52 manat faiz borcun və 52 manat dövlət rüsumunun cavabdehdən tutulması, tutmanın girov predmeti olan “Hyundai Sonata” markalı, 2007-ci il buraxılışlı, mirvari rəngli, ban nömrəsi KNHEU41CP7A366608 olan avtomobilə yönəldilməsi, həmin avtomobilin açıq hərraca çıxarılaraq satılması, satışdan əldə edilmiş pul vəsaiti hesabına cavabdehin iddiaçıya olan ümumi borc məbləğinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadına əsasən iddia ərizəsi səlahiyyəti olmayan şəxs tərəfindən imzalandığına görə iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-2(5-121)- ****/**** saylı qərardadını ləğv edərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadda qeyd etmişdir ki, məhkəmə qeyd etmişdir ki, “iddia ərizəsi ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən imzalansa da, * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ##.##.2016-cı il tarixli, *-*(**)-****/**** nömrəli qərarına əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyəti məcburi ləğv edilmiş, Əmanətlərin Sığortalanması Fondu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi təyin edildiyi üçün sonuncu öz adından məhkəməyə müraciət etmək və iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olmamışdır.” Maliyyə bazarlarına nəzarət orqanının ##.##.2016-cı il tarixli qərarı ilə İddiaçı ASC-nin bank lisenziyası ləğv edilmişdir. Azərbaycan Respublikası * saylı Bakı Inzibati- Iqtisadi məhkəməsinin ## #### 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu ##.##.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi məhkəməsinin ## ######## 2016-cı il tarixli Qərarına əsasən İddiaçı ASC-nin iflas proseduruna başlanmışdır. Bildirmişlər ki, ləğvedicilik bir institut olaraq “Banklar haqqında” Qanuna əsasən Əmanətlərin Sığortalanması Fonduna həvalə edilmiş funksiyadır və ləğv prosesində olan bankın adından hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malikdir. Beləliklə, LPO İddiaçı ASC və onun ləğvedicisi ayrı-ayrı hüquqi şəxslər və ayrıca vergi ödəyiciləridirlər, bankın VÖEN-i: **********, Fondun VÖEN-isə 1700773271-dir. Onların hər birinin hüquqları, yalnız özlərinə aid əmlakları (əmlak hüquqları) və öhdəlikləri vardır, həmin hüquq və öhdəliklər isə eyniləşdirilə bilməz. Iş materiallarında olan **-*/*-****/**** saylı, ##.##.2025-ci il tarixli etibarnamə ilə ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamentinin Problemli kreditlərlə iş idarəsinin rəisi tərəfindən ləğv prosesində olan İddiaçı ASC-nin Məhkəmələrlə iş şöbəsinin müdiri Nümayəndə elektron məhkəmə sistemi vasitəsilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin, məhkəmə aktlarından şikayətlərin, vəsatət və etirazların, iddia tələbinin artırılması və ya azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyəti verilmişdir. Onlar tərəfindən iddia ərizəsi prosessual qaydalara riayət edilərək hazırlanıb göndərilmişdir və Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e*(*-***)-****/**** saylı qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.2-ci maddəsinə əsasən işin geri qaytarılması əsassızdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və şikayət baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq, yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)- ****/**** nömrəli qərardadı ləğv edilməli və iddia ərizəsinin mümkünlük məsələsinə baxılması üçün iş materialları həmin məhkəməyə göndərilməlidir. Belə ki, birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 60.3-cü maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. (Maddə 60.4). Qanunvericiliyin göstərilən tələblərinə əməl olunmadığı üçün iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit borcunun qaytarılması, tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı, iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, Mülki Məcəllənin 60.3-cü maddəsinə əsasən hüquqi şəxsin ləğv edilməsi haqqında qərar qəbul etmiş hüquqi şəxsin iştirakçıları və ya nizamnamə ilə buna vəkil edilmiş orqanı ləğv barədə qərar qəbul edildiyi tarixdən etibarən yalnız ləğvetmə prosesi çərçivəsində fəaliyyət göstərir. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) çıxış edir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən ləğvetmə komissiyasının (təsviyəçinin, ləğvedicinin) təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Bundan başqa “Banklar haqqında” Azərbaycan Respublikasinin Qanununun 71.1-ci maddəsinə görə məhkəmə bankın müflis elan olunmasına dair qərarı ilə Fondu ləğvedici təyin edir. Fond ləğvedici funksiyalarını müqavilə əsasında hüquqi və ya fiziki şəxslərə həvalə edə bilər. Fond, daha az məsrəflə, bütün kreditorların hüquq və qanuni mənafelərini nəzərə almaqla bankın ləğvi üçün bilavasitə məsuliyyət daşıyır və ləğvedici funksiyalarının başqa şəxslərə həvalə edilməsi Fondu bu məsuliyyətdən azad etmir. Fond tərəfindən ləğvedici qismində cəlb ediləcək hüquqi və fiziki şəxslərin xidmət və ya əmək haqlarının məbləği Mərkəzi Bank ilə razılaşdırmaqla müəyyən edilir. Həmin Qanunun 71.3-cü maddəsinə görə banka təyin edilmiş ləğvedici bankın yeganə qanuni nümayəndəsi olur və bank səhmdarlarının ümumi yığıncağının, habelə bankın digər idarəetmə orqanlarının səlahiyyətləri ləğvediciyə keçir. Banka qarşı bütün tələblər bankın ləğvedicisinə təqdim edilir. Həmin Qanunun 71.5-ci maddəsinə görə Ləğvedici zəruri hallarda müflis elan olmuş banka müstəqil hüquqşünasları, mühasibləri və başqa mütəxəssisləri məhkəmənin təsdiq etdiyi şərtlər əsasında muzdla işə cəlb edə bilər. Hazırki iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikası * saylı Bakı Inzibati-Iqtisadi Məhkəməsinin ## #### 2016-cı il tarixli Qərarına əsasən məcburi ləğv prosesinə başlanmış və Əmanətlərin Sığortalanması Fondu ##.##.2016-cı il tarixdən İddiaçı ASC-nin Ləğvedicisi təyin edilmişdir. Iddia ərizəsinə əlavə edilmiş ## ###### 2025-ci il tarixli **-*/*-****/**** saylı etibarnamədən görünür ki, İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun icraçı direktoru tərəfindən İddiaçı ASC-nin hüquqşünası Nümayəndə etibarnamə verilmiş və etibarnamədə onun elektron məhkəmə informasiya sistemi vasitəsilə sadələşdirilmiş iddia, iddia icraatı qaydasında ərizələrin verilməsi, məhkəmə aktlarından şikayətlərin, vəsatət və etirazların, iddia tələbinin artırılması və y azaldılmasına dair ərizələrin verilməsi üçün imza səlahiyyəti verilmişdir. Bundan başqa iddia ərizəsinə əlavə edilmiş ## ###### 2026-cı il tarixli **-*/*-****/**** saylı etibarnamədən görünür ki, Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin idarə edilməsi departamenti Problemli kreditlərlə iş idarəsinin rəisi tərəfindən ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndələrinə etibarnamə verilmiş və ləğv prosesində olan İddiaçı ASC-nin adından AR bütün məhkəmə və icra orqanlarında onu iddia ərizələrini, apellyasiya və kassasiya şikayətlərini imza səlahiyyəti olmadan təmsil etmək, onun hüquq və manefələrinin müdafiə etmək və MPM-in 74-cü maddəsində nəzərdə tutulmuş prosessual səlahiyyətləri etibar etmişdir. Işin hallarından göründüyü kimi İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin hüquqşünası Nümayəndə onun adından imza səlahiyyətlərini, o cümlədən iddia ərizəsini imza etmək səlahiyyətini etibar etmişdir. Hazırki iddia ərizəsi isə İddiaçı ASC-nin hüquqşünası Nümayəndə tərəfindən imzalanmışdır. Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264, 267, 268, 398 və 402-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadından iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayət təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Iddia ərizəsinin mümkünlük məsələsinə yenidən baxılması üçün iş Gəncə Şəhər Məhkəməsinə göndərilsin. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-1093/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1093/2026
03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver