Məhkəmə qərarları › İş №e-2(3-7)-1279/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-1279/2026

09.09.2026 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-1279/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Naftalan şəhər Icra və probasiya şöbəsinə qarşı iş üzrə QƏRARDADİ Açar sözlər: iddia ərizəsi iddianın yolverilməzliyi. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məmmədov Tural Nurulla oğlundan ibarət tərkibdə, Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən e t d i: Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən mənzilin elektron hərraca çıxarılması və həmin əmlak barəsində aparılan məcburi icra hərəkətlərinin davam etdirilməsi üzrə Naftalan şəhər Icra və probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi, Naftalan şəhər Icra və probasiya şöbəsinə həmin mənzil üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsinin qadağan edilməsi və iş mahiyyəti üzrə həll edilənədək ünvan 1 ünvanında yerləşən mənzilin elektron hərracının keçirilməsi və özgəninkiləşdirilməsinin qadağan edilməsini xahiş etmişdir. Iddia ərizəsi və ona əlavə edilmiş sənədlərdə göstərilmişdir ki, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC ilə bağlanmış ##.##.2023-cü il tarixli KM-***-FS-******* nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin təminatı olaraq ünvan 1 ünvanında yerləşən 48 kv.m sahəsi olan mənzili və Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evini ipoteka qoymuşdur. Bank tərəfindən verilmiş icra qeydi əsasında hər iki ipoteka predmeti üzrə məcburi icra hərəkətlərinə başlanılmışdır. Borcun məbləği ilə razılaşmadığından Bakı şəhəri Yasamal Rayon Məhkəməsində kredit borcunun yenidən hesablanması və icra qeydinin ləğv edilməsi barədə iddia qaldırmışdır. Işə baxılması zamanı tərəflər arasında ##.##.2025-ci il tarixli barışıq sazişi bağlanmış və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı ilə həmin barışıq sazişi təsdiq edilərək iş üzrə icraata xitam verilmişdir. Barışıq sazişinin 1.2-ci bəndinə əsasən: Tovuz rayonu, Abulbəyli kəndində yerləşən fərdi yaşayış evi banka könüllü təhvil verilmiş, ünvan 1 ünvanında yerləşən mənzil üzrə isə "Icra haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-ci maddəsinə əsasən icra hərəkətlərinin dayandırılması tərəflər arasında razılaşdırılmışdır. Barışıq sazişinin 2.1-ci bəndinə əsasən həmin saziş məhkəmə tərəfindən təsdiq edildiyi andan qüvvəyə minmiş və bütün tərəflər üçün məcburi olmuşdur. Həmin qərardad qanuni qüvvəyə minmiş, onun icrası üçün Yasamal Rayon Məhkəməsi tərəfindən icra vərəqəsi verilmişdir. Barışıq sazişindən sonra onun üzərinə düşən öhdəlikləri vicdanla yerinə yetirməyə başlamış, müxtəlif tarixlərdə ümumilikdə 5.000 manat məbləğində ödəniş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC həmin ödənişləri qəbul etmişdir. Buna baxmayaraq Naftalan şəhər Icra və probasiya şöbəsi ona məxsus ünvan 1 ünvanında yerləşən mənzili yenidən elektron hərraca çıxarmışdır. Icra məmuru ilə telefon danışığı zamanı ona hərrac prosesinin hazırda davam etdiyi bildirilmişdir. Beləliklə cavabdeh məhkəmə tərəfindən təsdiq edilmiş barışıq sazişini və həmin saziş üzrə verilmiş icra vərəqəsini nəzərə almadan məcburi icra hərəkətlərini davam etdirmişdir. Hazırkı vaxta qədər ona icra hərəkətlərinin hansı tarixdən bərpa olunması barədə qərar, Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin bu barədə müraciəti, borcun yenidən hesablanması, ödənişlərin hansı qaydada silinməsi, elektron hərracın keçirilməsi barədə hüquqi əsas təqdim edilməmişdir. Belə olan halda cavabdehin hərəkətlərinin qanuniliyi ciddi şübhə doğurur. Bundan başqa, Bakı Apellyasiya Məhkəməsi tərəfindən də bu əmlakın özgəninkiləşdirilməsi təhlükəsi nəzərə alınaraq müvəqqəti təminat tədbirləri tətbiq edilmiş, əmlakın satılması nəticəsində sonradan hüquqların bərpasının çətinləşəcəyi qeyd edilmişdir. Hazırda elektron hərrac davam etdiyindən mənzil istənilən vaxt üçüncü şəxslərə satıla bilər. Belə olduğu halda sonradan mümkün məhkəmə qərarının icrası əhəmiyyətli dərəcədə çətinləşəcək, ona ağır və bərpası mümkün olmayan zərər dəyəcəkdir. Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli nömrəli qərardadı ilə (hakim Ayaz Səlimov) iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi qərara alınmışdır. Qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət verərək, Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli iddia ərizəsinin qəbul edilməsindən imtina edilməsinə dair qərardadın ləğv edilməsi, iddia ərizəsinin qəbul edilməsi və mahiyyəti üzrə baxılması üçün iş yenidən Naftalan Şəhər Məhkəməsinə göndərilməsi, apellyasiya baxışı zamanı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadı, həmin qərardadla təsdiq edilmiş ##.##.2025-ci il tarixli barışıq sazişi və ##.##.2025ci il tarixli icra vərəqəsinin hüquqi nəticələrinə qiymət verilməsi, xüsusi şikayətə baxılanadək mübahisəli mənzil üzrə icra hərəkətlərinin və elektron hərracın dayandırılması məsələsinə prosessual qaydada baxılması və məhkəməyə çıxış hüququnun təmin edilməsi, qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyinin təmin olunması və mübahisənin mahiyyəti üzrə araşdırılması məqsədilə birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə iddia ərizəsinin qəbul edilməsindən imtina edilmişdir. Məhkəmə hesab etmişdir ki, irəli sürdüyü tələblərə iddia icraatı qaydasında deyil, icra icraatı çərçivəsində verilmiş şikayət qaydasında baxılmalıdır. Həmin qərardadı qanunsuz və əsassız hesab edir. Məhkəmə işin faktiki hallarını tam araşdırmamışdır. Iddia ərizəsində göstərilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə tərəflər arasında bağlanmış ##.##.2025-ci il tarixli barışıq sazişi təsdiq edilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Qərardadın icrası üçün ##.##.2025- ci il tarixdə icra vərəqəsi verilmiş, barışıq sazişinə əsasən Naftalan şəhərində yerləşən mənzil üzrə icra hərəkətləri dayandırılmalı idi. Lakin Naftalan şəhər Icra və probasiya şöbəsi həmin məhkəmə aktlarını nəzərə almadan icra hərəkətlərini davam etdirmişdir. Mübahisə yalnız icra məmurunun hərəkətindən ibarət deyildir. Hazırkı mübahisənin mahiyyəti təkcə icra məmurunun prosessual hərəkətlərinə etiraz deyil. Mübahisənin əsasını qanuni qüvvəyə minmiş məhkəmə qərardadının və həmin qərardad üzrə verilmiş icra vərəqəsinin icra edilməməsi təşkil edir. Belə olan halda məhkəmə yalnız tələbin adını deyil, mübahisənin həqiqi hüquqi mahiyyətini qiymətləndirməli idi. Məhkəmə prosessual iqtisadiyyat prinsipini pozmuşdur. Əgər məhkəmə hesab edirdisə ki, müraciət başqa prosessual qaydada baxılmalıdır, bu halda iddiaçının məhkəməyə çıxış hüququnun təmin edilməsi məqsədilə hansı konkret prosessual qaydada və hansı hüquqi mexanizmlə müraciət etməli olduğunu əsaslandırmalı idi. Qərardadda isə yalnız ümumi şəkildə icra icraatı qaydasında şikayət verilməsinin mümkünlüyü göstərilmiş, lakin konkret prosessual yol izah edilməmişdir. Məhkəməyə çıxış hüququ pozulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və Insan Hüquqları üzrə Avropa Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəsin məhkəməyə səmərəli müraciət etmək hüququ vardır. Qanuni qüvvəyə minmiş məhkəmə qərardadının icra edilməməsi barədə irəli sürülmüş iddianın mahiyyəti araşdırılmadan qəbul edilməsindən imtina edilməsi həmin hüququn məhdudlaşdırılması ilə nəticələnmişdir. Birinci instansiya məhkəməsi Ali Məhkəmənin ##.##.2021-ci il tarixli **/**** nömrəli Qərardadını hazırkı mübahisəyə düzgün tətbiq etməmişdir. Naftalan Şəhər Məhkəməsi qərardadında Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2021-ci il tarixli **/**** nömrəli "Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə" Qərardadına istinad etmişdir. Lakin həmin hüquqi mövqe hazırkı mübahisəyə formal tətbiq edilmiş, işin faktiki və hüquqi xüsusiyyətləri nəzərə alınmamışdır. Ali Məhkəmənin qeyd olunan qərardadı icra icraatı zamanı hərracın təşkili və icra məmurunun hərracdan əvvəlki hərəkətlərinin mübahisələndirilməsi ilə bağlı hüquqi yanaşmanı əks etdirir. Hazırkı işdə isə mübahisə yalnız hərracın təşkili və ya icra məmurunun prosessual hərəkətləri ilə bağlı deyildir. Belə ki, ##.##.2025-ci il tarixli barışıq sazişi bağlanmışdır; Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** nömrəli qərardadı ilə həmin saziş təsdiq edilmişdir. Həmin qərardad qanuni qüvvəyə minmişdir. Qərardadın icrası üçün ##.##.2025-ci il tarixli icra vərəqəsi verilmişdir; barışıq sazişinin 1.2-ci bəndinə əsasən Naftalan şəhərində yerləşən mənzil üzrə icra hərəkətlərinin dayandırılması razılaşdırılmışdır. Deməli, hazırkı mübahisənin əsas predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktının və həmin aktdan irəli gələn hüquqi nəticələrin nəzərə alınmaması təşkil edir. Birinci instansiya məhkəməsi isə bu mühüm hüquqi halları qiymətləndirmədən yalnız Ali Məhkəmənin **/**** nömrəli Qərardadına ümumi istinad etməklə kifayətlənmişdir. Halbuki Ali Məhkəmənin hüquqi mövqeləri konkret işin faktiki hallarına uyğun tətbiq edilməlidir. Bu səbəbdən həmin qərardada istinad iddia ərizəsinin qəbul edilməsindən imtina üçün kifayət edən hüquqi əsas hesab edilə bilməz. Icra orqanı qanuni qüvvəyə minmiş məhkəmə aktından xəbərsiz olmuşdur icra məmuru ilə telefon danışığında Yasamal Rayon Məhkəməsinin qərardadından və barışıq sazişindən xəbərsiz olduğunu bildirmişdir. Bu hal icra hərəkətlərinin qanuniliyinə ciddi şübhə yaradır. Dövlət orqanı qanuni qüvvəyə minmiş məhkəmə aktını nəzərə almadan hərəkət edə bilməz. Belə hərəkət hüquqi müəyyənlik və qanunun aliliyi prinsiplərinə ziddir. Bu səbəbdən qərardad qanuni və əsaslı hesab edilə bilməz və ləğv edilməlidir. Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iddiaçı İddiaçı Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından verdiyi şikayətin mülki işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Belə ki, birinci instansiya məhkəməsi qərarında göstərmişdir ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməlidir. Göründüyü kimi iddiaçının iddia ərizəsi üzrə tələbləri aşağıdakı kimi olmuşdur, ünvan 1 ünvanında yerləşən mənzilin elektron hərraca çıxarılması və həmin əmlak barəsində aparılan məcburi icra hərəkətlərinin davam etdirilməsi üzrə Naftalan şəhər Icra və probasiya şöbəsinin hərəkətlərinin qanunsuz hesab edilməsi; Naftalan şəhər Icra və probasiya şöbəsinə həmin mənzil üzrə məcburi icra hərəkətlərinin davam etdirilməsinin qadağan edilməsi; Iş mahiyyəti üzrə həll edilənədək ünvan 1 ünvanında yerləşən mənzilin elektron hərracının keçirilməsi və özgəninkiləşdirilməsinin qadağan edilməsi. Daha sonra birinci instansiya məhkəməsi qərarında qeyd etmişdir ki, “Icra icraatı çərçivəsində borclunun əmlakının hərracdan satılması qaydası ilə bağlı qanunvericiliyin tətbiqi üzrə” Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının ## ###### 2021-ci il tarixli, 02/2021 qərardadında qeyd edilmişdir ki, borclunun ipoteka predmeti olmayan əmlakının, notariusun icra qeydi əsasında tutma yönəldilmiş ipoteka predmeti olan əmlakının, habelə vergi ödəyicisi kimi siyahıya alınmış əmlakının ilkin (başlanğıc) satış qiyməti hərracın keçirilməsinədək olan dövr ərzində icra icraatı çərçivəsində hərracı bu qiymət əsasında sifariş etmiş icra məmurunun hərəkətlərindən verilmiş şikayət qaydasında aidiyyəti məhkəmədə mübahisələndirilir. Hərrac keçirildikdən sonra isə qiymət “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun olaraq iddia icraatı qaydasında mübahisələndirilir. Odur ki, hazırkı mübahisə hərracın keçirilməsinədək olan dövr ərzində icra məmurunun hərəkətləri ilə bağlı yaranan mübahisələrə iddia icraatı çərçivəsində deyil, icra icraatı çərçivəsində verilmiş şikayət qaydasında baxıldığından iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilərək geri qaytarılması qərarına gəlmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Konustitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razlığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikasının MPM-in 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-in 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Işə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Qeyd olunanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, hazırki ərizəyə mülki icraat qaydasında deyil, hazırki iş üzrə hərracın keçirilməsinədək olan dövr ərzində icra məmurunun hərəkətləri ilə bağlı yaranan mübahisələrə iddia icraatı çərçivəsində deyil, icra icraatı çərçivəsində verilmiş şikayət qaydasında baxılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən prosessual qanunvericiliyin tələblərinə riayət edilmiş və hazırkı mübahisə üzrə iddia ərizəsi iddianın yolverilməzliyinə görə qəbul edilməkdən imtina edilməsi düzgün olaraq qərara alınmışdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayətin dəlilləri formaldır, heç bir mötəbər sübuta söykənmir və birinci instansiya məhkəməsi mübahisəni yuxarıda qeyd olunan qanunun tələbləri çərçivəsində düzgün həll etmişdir. Ona görə də, şikayət təmin edilməməli, Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə, apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Beləliklə, məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 263, 264, 396, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, Qərar a aldi: Şikayət təmin edilməsin. Iş üzrə Naftalan Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar