Məhkəmə qərarları › İş №e-2(3-7)-508/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-508/2026

03.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-508/2026 03.08.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs Maraqlı şəxs ASC-yə qarşı iş üzrə QƏTNAMƏSI Açar sözlər: icra qeydinin etibarsız hesab edilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və X3 ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi, Maraqlı şəxs Maraqlı şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisi və maraqlı şəxs Maraqlı şəxs ASC-yə qarşı icra qeydinin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## ###### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları

1. ##.##.2022-ci il tarixli, IK-******/** saylı kredit müqaviləsindən görünür ki, Maraqlı şəxs ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 17 % olmaqla 21000 manat kredit verilmişdir.

2. Maraqlı şəxs ASC tərəfindən İddiaçı ünvanlanmış ## ##### 2025-ci il tarixli, ***/**** saylı bildirişdən görünür ki, İddiaçı icra qeydinin aparılacağı barədə məlumat verilmişdir.

3. Tovuz regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən aparılmış ## ### 2025-ci il tarixli, *i-**** nömrəli icra qeydindinə əsasən xxxx” ASC ilə İddiaçı arasında bağlanmış ##.##.2022-ci il tarixli, IK-******/** saylı kredit müqaviləsinə əsasən, İddiaçı xxxx” ASCnin xeyrinə cəmi 11527.88 manat tutulmalıdır.

4. Tovuz rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli qərardan görünür ki, *i-**** nömrəli, ## ### 2025-ci il tarixli icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilmişdir.

5. Tovuz rayon Icra və Probasiya şöbəsi tərəfindən verilmiş ## ### 2025-ci il tarixli bildirişdən görünür ki, İddiaçı Tovuz regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisinin ## ### 2025-ci il tarixli, *i-**** nömrəli icra sənədində göstərilən tələbin 10 gün müddətində icra olunması ilə bağlı bildiriş göndərilmişdir.

6. Tovuz rayon Icra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və Inkişaf Agentliyinə ünvanlanmış məktubdan görünür ki, İddiaçı əmək haqqından 50% manat məbləğində pulun tutulub Maraqlı şəxs ASC-yə ödənilməsi xahiş edilmişdir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2022-ci il tarixdə “xxxx” ASC-nin 28 May filialı ilə bağladığı IK-******/** nömrəli kredit müqaviləsinə əsasən bankdan 21000 manat kredit götürmüşdür. Kredit müqaviləsi üzrə ödənişləri əvvəllər vaxtında etsədə, lakin sonradan anasının xəstəliyi ilə əlaqədar maddi vəziyyətində problemlər yaranmış, bu səbəbdən də müqavilə üzrə ödənişləri ödəyə bilməmişdir. Ona görədə kreditorun müraciəti əsasında Tovuz regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən Notariat ofisinin xüsusi notariusu X2 ##.##.2025-ci il tarixdə kredit borcunun tutulmasına dair icra qeydi vermiş və icraya yönəltmişdir. Lakin icra məmuru bununla bağlı ona heç bir məlumat verməmişdir. Müqavilənin müddəti isə ## ###### 2025-ci ildə başa çatır və müqavilənin şərtində birtərəfli qaydada ləğv nəzərdə tutulmamışdır.Lakin buna baxmayaraq “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən müqavilə ləğv edilmiş və əsassız olaraq qalıq borc istənilmişdir. Bundan əlavə, əsassız olaraq, 4012,32 manat cərimə yazılmışdır. Belə ki, onun tərəfindən ödəniş ardıcıl olaraq vaxtında ödənilmişdir, sadəcə anası xəstə olduğu üçün əməliyyat xərcləri ilə əlaqədar 2025-ci ilin may ayından ödənişlərin həyata keçirilməsi gecikdirilmişdir. Ona görədə hesab edir ki, ## ### 2025-ci il tarixli, *İ-**** saylı icra qeydi etibarsız edilməlidir.

9. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim P.Isaqlı) iddiаçı İddiaçı cavabdeh Tovuz regional “ASAN xidmət” mərkəzinin notariat ofisinə (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Maraqlı şəxs ASC) qarşı “icra qeydinin etibarsız hesab edilməsi” tələbinə dаir iddiasının təmin edilməməsi və ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən “Notariat haqqında” Azərbaycan Respublikası qanununun 76, 79-cu maddələri, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ######## 2000-ci il tarixli *** nömrəli qərarının 161, 162-ci bəndləri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.1, 385.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 80, 81, 88, 106.1, 107, 119.1, 216-220, 227, 233 və 360-cı maddəsinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. Belə ki, “xxxx” ASC ilə bağladığı IK-******/** nömrəli kredit müqaviləsinin 2.1-ci bəndində qeyd edilmişdir ki, borcalan kredit müqaviləsi üzrə əsas borcun və faizlərin ödənilməsini bu müqavilənin tərkib hissəsi olan ödəniş qrafikinə uyğun olaraq həyata keçirir. Əsas və faiz borcu üzrə qrafikin tələbləri pozulduğu gündən etibarən borcalan bu müqavilədə nəzərdə tutulmuş faizdən əlavə əsas borcun qalığına illik 17% olmaqla cərimə faizi ödəyir. Icra qeydində isə 7490 manat 56 qəpik əsas borc məbləğinə münasibətdə 4012 manat 32 qəpik cərimə hesablanmışdır. Onun tərəfindən ödəniş ardıcıl olaraq vaxtında ödənilmişdir, sadəcə anası xəstə olduğu üçün əməliyyat xərcləri ilə əlaqədar 2025-ci ilin may ayından ödənişlərin həyata keçirilməsi gecikdirilmişdir. Icra qeydində qeyd edilən cərimə məbləği qalıq borcun 57 faizindən artıq hissəsini təşkil edir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən maraqlı şəxs Maraqlı şəxs ASC-nin etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən borcalana 36 ay müddətinə illik 17 faiz olmaqla 21000 manat kredit verilmişdiir. Kreditin verildiyi ilk vaxtlardan borcalan ödənişlərdə gecikmələrə yol vermişdir. Ona görədə botcun ödənilməsi üçün icra qeydi verilmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və cavabdeh Tovuz Regional “Asan Xidmət” Mərkəzində fəaliyyət göstərən notariat ofisinin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu

16. Maddə 76. Icra qeydləri üzrə pul məbləğlərinin tutulması və əmlakın tələb edilib alınması: Borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün borclunun olduğu yer üzrə notarius borcu müəyyən edən sənədlərdə icra qeydləri aparmalıdır. Icra qeydləri yalnız təqdim olunan sənədlər borcun mübahisəsiz olduğunu təsdiq etdiyi və bu maddənin üçüncü hissəsində nəzərdə tutulan müddət keçmədiyi halda aparılır. Barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır. Icra qeydinin aparılması üçün dövlət orqanları, habelə hüquqi və fiziki şəxslər “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron imzadan istifadə etməklə elektron formada müraciət edə bilərlər. Fiziki şəxslər yazılı qaydada da notariat ofisilərınə müraciət edə bilərlər. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməlidir. Bildirişin forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin göndərilməsi qaydası və bu bildirişdən sonra notarius tərəfindən icra qeydinin aparılması müddəti “Ipoteka haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunur. Elektron formada müraciət olunduqda, ərizəyə əlavə olunan sənədlər skan edilərək və ya elektron sənəd formasında ona qoşma kimi əlavə olunur. Skan edilmiş sənədlərin həqiqiliyi ilə bağlı hər hansı şübhələrin yarandığı hallarda tələbkardan həmin sənədlərin əsillərinin təqdim edilməsi tələb olunur. Icra qeydi aparılmış tələb borclu tərəfindən məhkəmə qaydasında mübahisələndirilə bilər. Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin siyahısını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

“Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimat:

17. Maddə 161. Borclunun olduğu yer üzrə notarius borcludan pul məbləğlərini tutmaq və ya əmlakı (ipoteka predmeti istisna olmaqla) tələb edib almaq və ya bunun əvəzinə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 529.8-ci maddəsinə əsasən öhdəliyin icrası əvəzinə razılaşdırılmış peşman haqqını almaq üçün “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 76-cı maddəsinin tələblərinə uyğun olaraq tələbkar tərəfindən borcluya bildiriş göndərildikdə və öhdəlik bildirişin verildiyi müddətdə icra edilmədikdə, borcu müəyyən edən sənədlərdə 1 (bir) iş günü müddətində icra qeydi aparır və icra olunması üçün “Elektron notariat” informasiya sistemi vasitəsilə “Elektron icra” informasiya sisteminə göndərir. Notarius tərəfindən borcun mübahisəsizliyi tələbkarın tələbinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il # ######## tarixli *** nömrəli Qərarı ilə təsdiq edilmiş “Borcların icra qeydləri əsasında mübahisəsiz qaydada alınmasına əsas olan sənədlərin Siyahısı”-da nəzərdə tutulmuş sənədlərlə təsdiq olunması və borclunun həmin tələbdən irəli gələn öhdəliyi icra etməməsinin yoxlanılması ilə müəyyən edilir. Tələbkar icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda, icra qeydinin aparılacağı barədə müəyyən edilmiş formada bildiriş göndərməlidir. Bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər və ya bununla bağlı məlumatlar (korporativ məlumat mübadiləsinin istifadəçiləri üçün) icra qeydinin aparılması ilə bağlı ərizəyə və ya məlumata əlavə olunur. Tələbkar tərəfindən icra qeydinin aparılacağı barədə bildiriş borcu müəyyən edən sənədlərə və ya borclunun məlumatına (olduğu halda) əsasən tələbkara məlum olan ünvana “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sifarişli poçt göndərişi (məktubu) və elektron üsulla göndərilir. Poçt göndərişi vasitəsilə ölkə daxilində göndərilmiş rəsmi bildiriş onun poçta təqdim edildiyi gündən 5 (beş) gün keçdikdən sonra, elektron üsulla göndərilmiş rəsmi bildiriş isə göndərildiyi gündən 3 (üç) gün keçdikdən sonra borclu şəxsə təqdim olunmuş sayılır. Borclunun yaşadığı (olduğu) ünvanda olmaması bildirişin borcluya çatdırıldığını təsdiq edən sənəddə qeyd olunmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

18. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

25. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

28. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, ##.##.2022-ci il tarixli, IK-******/** saylı kredit müqaviləsinə əsasən Maraqlı şəxs ASC tərəfindən İddiaçı 36 ay müddətinə, illik 17 % ödəmək şərtilə 21000 manat kredit verilmişdir. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyi üçün bank tərəfindən icra qeydinin aparılması ilə bağlı notariat orqanına müraciət edilmiş, Tovuz regional “ASAN xidmət” mərkəzində fəaliyyət göstərən notariat ofisi tərəfindən ##.##.2025-ci il tarixli, *i-**** nömrəli icra qeydi verilmişdir. Icra qeydinə əsasən cəmi 11527.88 manat pulun tutulması müəyyən edilmişdir. Iddiaçı İddiaçı icra qeydi verilərkən qanunvericiliyin tələblərinə riayət edilmədiyini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir. Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir.

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil.

30. Qeyd olunmalıdır ki, hər hansı iddia üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

31. Məlumdur ki, notariat fəaliyyəti zamanı icra qeydləri borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün aparılır. Bu icra qeydləri müxtəlif əsaslar üzrə yaranmış borcların tutulması üçün aparıla bilər. Icra qeydlərinin aparılması əsasları və qaydaları “Notariat haqqında” Qanunun 76-cı maddəsində müəyyən edilmişdir. Həmin normada icra qeydinin aparılması üçün müraciət etmiş şəxsin, borcludan pul məbləğlərini tutmaq və ya əmlakı tələb edib almaq üçün tələbkarın icra qeydinin aparılması üçün notariat ofisinə müraciət etdiyi gündən ən azı 20 gün əvvəl sifarişli poçt vasitəsilə borcluya tələbin icra edilmədiyi halda icra qeydinin aparılacağı barədə bildiriş göndərməsi tələb olunur. Eyni zamanda həmin bildirişin surəti, onun borcluya çatdırıldığını təsdiq edən sənəd, borclunun cavab məktubu (cavab məktubu olduğu halda) və borcu müəyyən edən sənədlər icra qeydinin aparılması ilə bağlı ərizəyə əlavə olunmalıdır.

32. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunun 76-cı maddəsinə əsasən barəsində icra qeydi aparılan tələb üçün qanunla başqa müddət müəyyən edilməmişdirsə, icra qeydi tələb etmək hüququnun yarandığı gündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsi ilə müəyyən edilmiş müvafiq iddia müddətləri keçənədək aparılır.

33. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.1. maddəsinə görə ümumi iddia müddəti on il təşkil edir.

34. Həmin Məcəllənin 373.2. maddəsinə görə isə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

35. Yuxarıda da qeryd olunduğu kimi tərəflər arasında kredit müqaviləsi ##.##.2022-ci il tarixdə 36 ay müddətə bağlanmışdır.

36. Belə olan halda sözügedən kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etmək üçün nəzərdə tutulmuş müddət ## ###### 2025-ci il il tarixdən başlayaraq ## ###### 2028-ci il tarixədək hesablanmalıdır. Çünki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

37. Işə əlavə edilmiş ## ##### 2025-ci il tarixli bildirişdən də görünür ki, borc öhdəliyini 20 gün müddətində icra etməyəcəyi təqdirdə icra qeydinin aparılması barədə borcalana açıq və aydın ifadə olunan xəbərdarlıq göndərilmişdir. Bildiriş ## ##### 2025-ci il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə rəsmi qaydada qəbul edilsədə, lakin borclunun borc öhdəliyi ilə bağlı hər hansı etiraz və ya mülahizəsi olmamışdır. Mübahisələndirilən icra qeydi isə ## ### 2025-ci il tarixdə verilmişdir.

38. Göründüyü kimi icra qeydi notariat haqqında qanunvericiliyin tələblərinə, eləcədə mülki qanunvericiliyin tələblərinə riayət edilməklə verilmişdir.

39. Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, icra qeydinin etibarsızlığı barədə iddiaçının irəli sürdüyü faktiki hallar, yəni müvafiq icra qeydinin verilməsi zamanı qanunvericilik müddəalarının pozulması halları müəyyən edilməmişdir. Bu səbəbdəndə iddianın təmin edilməsi üçün əsaslar mövcud olmamışdır. Birinci instansiya məhkəməsi də haqlı olaraq iddianı təmin etməmişdir. Ona görə də kollegiya hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının mülki Prosessual Məcəlləsinin 10- 1, 372, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar