Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-530/2026 16.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iş üzrə Açar sözlər: əsassız varlanma Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay Ismayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı pul tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Lombard №* və Həsənov Nizami Namiq oğlu arasında bağlanmış ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2025-ci iltarixli ****** saylı girov biletlərinə əsasən Həsənov Nizami Namiq oğlu müxtəlif qiymətlərdə olan qızılzinət əşyalarını girov qoyaraq hissə-hissə olmaqla Lombard №*-dən kredit götürmüşdür.
2. ##.##.2024-cü il tarixli kassa mədaxil orderlərindən görünür ki, Həsənov Nizami Namiq oğlu kredit borcu üzrə Lombard №* ödənişlər etmişdir.
3. Nəsimi Rayon Polis Idarəsinin ##.##.2025-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərardan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi, ev 556/57-də yaşayan İddiaçı ## ##### 2025-ci il tarixdə DIN «102» xidmətinə zəng edərək və sonradan ərizə ilə Nəsimi RPl-nin 19-cu polis şöbəsinə müraciət edərək * nömrəli lombarda qızıllar qoyub 60000 manat pul götürdüyünü, sonradan ödəniş edə bilmədiyi üçün qızılların Lombard tərəfindən geri qaytarılmadığını bildirmişdir. Müraciət üzrə aparılan araşdırma zamanı cavabdeh1 izahatında bildirmişdir ki, “Lombard № *”-in müdiridir. 2023-cü ilin may ayından etibarən Həsənov Nizami Namiq oğlu qızıl əşyalarını Lombard № *-ə girov qoyaraq bunun əvəzində həmin lombarddan hissə-hissə olmaqla ümumilikdə 68550 manat pul götürmüşdür. ##.##.2025-ci il tarixdə özünü Həsənov Nizami Namiq oğlunun qardaşı kimi təqdim edən Elmar adlı şəxs lombarda yaxınlaşaraq Nizaminin ##.##.2025-ci il tarixdə vəfat etdiyini bildirmişdir. Nizaminin girov qoyduğu qızıl əşyalarını sistemdən çıxararaq satmayacaqlarını qeyd etmişdir. Nizaminin lombarda qoyduğu qızıl əşyaları sistemdən çıxarılaraq satışa qoyulsa da, sonradan qarşı tərəflə razılıq əldə edildiyinə görə satışdan çıxarılmışdır. ##.##.2025-ci il tarixdə Nizaminin atası İddiaçı və Elmar adlı şəxs lombarda gələrək 2023-cü ildən bu vaxta kimi Nizaminin faizlərlə birlikdə lombarda etməli olduğu ödənişləri ümumilikdə 95000 manat ödəmişlər və ##.##.2025-ci il tarixdə Nizaminin lombarda girov qoyduğu qızıl əşyalarını təhvil almışlar. Toplanmış material üzrə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilməsi qərara alınmışdır.
4. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli *-**-**/*-*/****/**** nömrəli rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, Lombard №* və Həsənov Nizami Namiq oğlunun arasındakı müqavilələr (girov biletləri) üzrə borc məbləği tam ödənilmiş və 95000 manat dəyərində qızıl əşyaları tam təhvil verilmişdir. Bundan başqa tədqiqi hissədə göstərildiyi kimi, müqavilələr üzrə illik faizlər göstərilmədiyi halda, iş materiallarında mövcud olan kassa mədaxil orderlərinə əsasən Lombard №* tərəfindən faiz borcu hesablanmış və bununla bağlı borcalan tərəfindən faiz məbləği üzrə ödəmələrin aparılması müəyyən olunur.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
5. Iddiaçı İddiaçı cavabdeh cavabdeh1 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh cavabdeh1 27000 manat və ödənilmiş 171 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Iddiaçı İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mərhum oğlu Həsənov Nizami Namiq oğlu 2023-2025-ci illərdə cavabdeh1 məxsus “Lombard №*”-ə dəyəri müxtəlif qiymətlərdə olan qızıl-zinət əşyaları girov qoymaqla, ümumilikdə 68000 manat vəsait əldə etmişdir. Bildiyləri qədərilə mərhum oğlu hər ayın 10 (öhdəliyin son icra müddəti) mütəmadi olaraq aylıq ödənişləri həyata keçirtmişdir. Daha sonra 2025-ci ilin mart ayının 5-i mərhum oğlu Həsənov Nizami Namiq oğlu vəfat etmişdir. Onun ölümü ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılmışdır. Onlar öhdəliyin icra müddətindən xəbərdar olduqları üçün lombard sahibi olan cavabdeh1 ilə şifahi qaydada əlaqə quraraq oğlunun vəfat etdiyini bildirmişlər və həm oğlu yeni vəfat etdiyi üçün, həm də oğlunun ölümü ilə bağlı araşdırma aparıldığı üçün öhdəliyin icrasının gecikəcəyini bildirmişlər. Qarşı tərəf buna hər hansı etiraz etməmişdir. Eyni zamanda, araşdırma zamanı müvafiq orqanın səlahiyyətli nümayəndəsi tərəfindən də cavabdeh şəxsə məlumat verilmişdir. Lakin bir müddət sonra onlar lombardla bağlı borc məbləğini qarşı tərəflə aydınlaşdırdıqda ona nə müsəlmançılığa nə insanlığa sığmayan şəkildə ## #### 2025-ci il tarixdən sonrakı dövrə 9000 manat dəbbə pulu hesabladığını və ümumiyyətlə lombard tərəfindən verilən məbləğin faiz borcunun isə 18000 manat təşkil etdiyini bildirmişdir. O da öz növbəsində buna etiraz edərək həm hüquqi, həm də insanlıq baxımından düzgün yanaşma olmadığını bildirmişdir. Belə ki, cavabdehin mövqeyi ilə yanaşsa mərhum oğlu ən azı 10 ay müddətində hər hansı ödəniş etməməlidir. Eyni zamanda, o, lombardda olduqda cavabdeh1 açıq-aşkar onu şantaj edərək bildirmişdir ki, onlara məxsus qızılların üzərində olan brilyant daş qaşları çıxarıb satmış, hətta qızılları da satacaqlar. O da öz növbəsində DIN-nin 102 xidmətinə və 19-cu polis şöbəsinə müraciət edərək, cavabdehin qanunsuz hərəkətlərindən şikayət etmişdir. Belə olduqda cavabdeh şəxs onunla əlaqə yaradaraq qızılları qaytarmaq niyyəti olduğunu bildirmiş, lakin yenə də ondan əsassız olaraq əsas borc olan 68000 manatdan əlavə olaraq 27000 manat tələb etmişdir. O, qızılların cavabdehin qanunsuz hərəkətləri nəticəsində başqa şəxsə satılmasından ehtiyat üçün məcburiyyət qarşısında qalıb sözügedən 27000 manat əlavə məbləği ödəməklə girov qoyulmuş qızılları geri qaytarmışdır. Lakin hesab edir ki, cavabdehin bu hərəkəti qanunsuz və əsassızdır. Bir daha qeyd edir ki, lombard sahibi olan cavabdeh cavabdeh1 əməllərində qanunsuzluqlar mövcuddur. Belə ki, lombardın qəbul sənədlərindən görünür ki, mərhum oğlu 2023-2025-ci illər ərzində lombarda qızıllar qoymuş, lakin götürülən borc pula münasibətdə lombard tərəfindən faizlərin hesablanma mexanizmi qeyd edilməmişdir. Hətta sözügedən qəbul sənədləri notarial təsdiq belə edilməmişdir. Belə ki, o, lombardda olduğu dövrdə lombard sahibi cavabdeh şəxsin danışığından belə başa düşmüşdür ki, hesablanmış faiz və dəbbə pulu hər hansı hüquqi sənədə istinad edilmədən, tərəflər arasında hər hansı razılaşma mövcud olmadan cavabdehin təxəyyülünün məhsuludur. Bu səbəblərdən də hesab edir ki, cavabdeh tərəfindən hesablanmış faizlərin düzgün məbləği müvafiq araşdırma ilə müəyyən edilməli, həmçinin də alınan puldan cavabdeh şəxsin vergi ödəyib-ödəməməsi məsələsi dəqiq aydınlaşdırılmaqla vəzifəli şəxsin əməllərində cinayət xarakterli faktlar aşkar edildiyi təqdirdə MPM-nin 265.4-cü maddəsinə əsasən barəsində xüsusi qərar qəbul edilməklə prokurorluq orqanına məlumat verilməlidir. Yuxarıda qeyd edilən hallara münasibətdə hesab edir ki, cavabdehin ondan əsassız olaraq tələb etdiyi faiz və dəbbə borcu qanunsuz hesab edilməli, artıq ödədiyi 27000 manat pul məbləği cavabdehdən alınaraq ona geri qaytarılmalıdır. Belə ki, ödənilmiş əlavə məbləğə münasibətdə cavabdeh əsassız varlanmışdır.
7. ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında iddiaçı İddiaçı etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil2 izahatında bildirmişdir ki, mərhum Nizami Həsənov cavabdehə məxsus lombarda xeyli miqdarda qızıl-zinət əşyası girov goyaraq 2023-cü ildən başlayaraq müxtəlif vaxtlarda kredit götürmüşdür. Nizami Həsənov ## #### 2024-cü il tarixdə vəfat etmişdir. Bundan sonra isə cavabdeh mərhum Nizaminin ailə üzvlərinə bildirmişdir ki, ümumilikdə lombarda 95000 manat ödənilməlidir ki, qızıllar girovdan qaytarılsın. Onlara lombarddan bildirmişlər ki, əlavə pul faizə görə hesablanıb, borc tam məbləğdə ödənilməsə qızıllar satılacaqdır. Elvin bildirmişdir ki, Nizami Həsənovun 68000 manat əsas borcu vardır. Həmçinin Elvin əsas borcun faizi üçün isə 27000 manat tələb etmişdir. Buna görə mərhumun ailə üzvləri məcbur qalıb əsassız olaraq onlardan tələb olunan məbləğin hamısını ödəyib qızılları girovdan çıxarmışlar. X2 ailə üzvlərindən əlavə olaraq tələb etdiyi və almış olduğu 27000 pul əsassız hesablanmışdır. Belə ki, lombard tərəfindən təqdim edilmiş müqavilələrdə heç bir faiz göstərilməmişdir. Belə olan halda, Elvin əsassız varlanmışdır, və həmin məbləği geri qaytarmalıdır.
8. ## #### 2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasında cavabdeh cavabdeh1 izahatında bildirmişdir ki, Nizami Həsənov ona məxsus lombarddan qızıl girov qoyaraq 68550 manat kredit götürmüş, arabir ödəmələr etmiş, lakin əsas borcu tam ödəməmişdir. Sonradan eşitmişdir ki, Nizami vəfat edib. Nizami borcu tam vaxtında ödəmədiyi üçün artıq qızıllar sistemdən çıxarılmış və satılmalı imiş, lakin o humanistlik göstərərək qızılları satmamışdır. Həmçinin borclu öldüyünə görə, o, hesablanan dəbbə pullarının hamısını silmiş, Nizaminin valideynindən yalnız əsas borcun faizlərinə görə hesablanan pulu tələb etmişdir. Faiz müqavilədə göstərilməsə də, faizi o özü müəyyən etmişdir. Faiz isə 1000 manat əsas borca 40 manat təşkil etmişdir. Ümumilikdə əsas borcla faiz borcu birlikdə 95000 manat təşkil etmiş, və həmin məbləğ İddiaçı tərəfindən 2025-ci ilin may ayında ödənilərək qızıl zinyət əşyaları girovdan çıxarılmışdır. Bildirir ki, Nizaminin valideynlərinin ödədiyi 68550 manat əsas borc olmuş,qalan 26450 manat isə faiz borcu olmuşdur.
9. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nazlı Heydərova) iddia qismən təmin edilərək, cavabdeh cavabdeh1 26450 (iyirmi altı min dörd yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı verilməsi; Iş üzrə ödənilmiş dövlət rüsümunun 169.35 (bir yüz altmış doqquz manat otuz beş qəpik) manat hissəsinin cavabdeh cavabdeh1 alınaraq iddiaçı İddiaçı verilməsi; Iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 5.3, 386.1, 1091.1, 1091.2, 1092.1 və 1093.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 9.3, 14.1, 14.2, 52.2, 52.5, 77.1, 88, 106.3, 106.4, 217.3, və 217.4 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Cavabdeh cavabdeh1 apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 2021-ci ildən lomabrd işlədərək öz ailəsini dolandırır. Nizami Həsənov ##.##.2023-cü il tarixdən ##.##.2025-ci il tarixə kimi müxtəlif vaxtlarda qızıl-zinət əşyaları girova qoymaqla 1000 manatdan yuxarı məbləğlərə aylıq 4 faiz, 1000 manatdan aşağı məbləğlərə isə aylıq 5 faizlə hesablanmaqla müxtəlif məbləğlərdə pul götürmüşdür. Qanunvericiliyə uyğun olaraq qızıllar zərgər tərəfindən yoxlanıldıqdan və qiymətləndirildikdən sonra verilməli məbləğ girov qoyana bildirilir və razılaşma varsa bundan sonra Ədliyyə Nazirliyinin və Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş girov bileti əsasında əşyaların siyahısı, qiymətləndirmə məbləği, qiymət üzrə və ssudanın faizləri ilə razı olduğunu bildirdikdən sonra şəxsən imza şəkərək girov biletinin əsli özündə, kötüyü isə onlarda saxlanılmışdır (girov biletləri iş materillarında vardır). Girov bileti qanunvericiliyə görə müqavilə hesab olunur. Rəsmi blank olan girov biletinin “qiyməti” yazılan hissəsində verilmiş məbləğ qeyd edilmişdir, “ssudanın faizləri ilə razıyam” hissəsində isə götürülmüş məbləğə uyğun aylıq faizlər hesablanmaqla məbləğ qiyməti qeyd edilmişdir. X4 girov qoyaraq götürmüş olduğu əsas pul məbləği 68550 manat olmuş, ödənişləri vaxtında ödəmədiyi üçün öhdəliyini düzgün icra etmədiyinə görə faiz borcu 26450 manat təşkil etmişdir. Hər hansısa dəbbə pulu hesablanmamışdır. Halbuki, dəbbə pulu hesablana bilərdi. Bundan başqa Nizami Həsənov öz şəxsi imzası ilə ##.##.2025-ci il tarixə kimi ödəniş olunmazsa sistemdən çıxarılacağından qoymuş olduğu qızıl-zinət əşyalarının satışa gedəcəyi barədə xəbərdar edilmiş və buna dair heç bir etirazının olmamasına dair imza etmişdir. “Girov Bileti” nin (Forma N Gb-1) forma və rekvizitləri və onlardan istifadə qaydaları Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Qeydiyyat N *** “06” noyabr 2000-ci il və “Təsdiq edirəm” Azərbaycan Respublikası Maliyyə Nazirliyi Əmr N İ-61 “30” mart 2000-ci il tarixdə rəsmi blank şəklində təsdiq edilmişdir. Bundan başqa çox təəssüf olsun ki, ekspert sadə riyazı hesablamanı hesablaya bilməmiş və ekspert rəyində qeyd etmişdir ki, girov biletlərinə əsasən Həsənov Nizami Namiq oğlunun Lombard №*-ə əsas və faiz borcunun məbləğini müəyyən etmək mümkün olmamışdır. Həmçinin rəydə qeyd edilir ki, təqdim olunmuş sənədlərə əsasən Lombard №* və Həsənov Nizami Namiq oğlunun arasındabağlanmış müqavilələrin şərtlərində eləcə də girov biletlərində verilmiş pul vəsaiti üzrə faiz dərəcəsi qeyd olunmamışdır. Halbuki, girov bileti müqavilə hesab edilməklə yanaşı hər bir girov biletində götürülmüş məbləğ qeyd edilməklə aylıq ödənilməli faizlər göstərilmişdir. Bu hala sadə bir qaydada girov biletinin üzərinə baxarkən “qiyməti” hissəsində götürülən məbləğ, “ssudanın faizləri” hissəsində aylıq verilməli faiz məbləği göstərilmişdir. Lisenziya alıb lombard fəaliyyətilə məşğul olaraq orada işçilərin maaşlarını və dövlətə olan vergi borclarımı vaxtlı-vaxtında ödəyən şəxsdir. Lakin, lombard fəaliyyətilə məşğul olaraq qanuni hesablanmış faziləri silməklə məhkəmə onu işçilərin maaşlarını kəsməyə və vergidən yayınmağa vadar edir. Halbuki, hesablanmış faiz borclarına uyğun olaraq gələn gəlirdən vergi ödəyərək dövlətinə xeyir vermişdir. Hər bir qızıl-zinət əşyası qəbul edilərkən qanuni şəkildə girov biletinin əsli Nizami Həsənova təqdim edilmiş, götürdüyü pul məbləğinə uyğun olaraq faizlər hesablanaraq girov biletində qeyd edilmişdir və buna dair razılığını bildirməklə imza etmişdir. Girov biletinin üzərində qeyd edilmiş götürülən məbləğlə, girov biletinin aşağı hissəsində “ssudanın %” hissəsində qeyd edilən rəqəmlərlə aylıq faiz dərcəsi nə qədər təşkil edir kimi sual qoyulsaydı Məhkəmə ekspertiza Mərkəzi suala tam aydın şəkildə götürülən məbləği ssudanın faiz məbləğinə bölməklə aylıq faizləri müəyyən edə bilərdi. Bununla da düzgün və ədalətli qətnamə çıxarılmasına nail olmaq olardı. Bu qətnamədən belə çıxır ki, lombard heç bir faiz qazanmamalı və vermiş olduğu məbləğin özünü alması ilə kifayətlənməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlillər
13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Əvvəlki məhkəmə iclasında cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, Ədliyyə NazirliyiniN *** nömrəli # ###### 2000-ci il tarixli Müdafiə Nazirliyinin ## #### 2000-ci il tarixli qərarına əsasən lombardda girov bileti müqavilə hesab olunur. Tərəflər arasında faizlə bağlı razılaşma mövcuddur. Tərəf lombarddan qızıl girov qoyaraq pul götürmək istəsə əvvəlcə girov qoyacağı qızıl dəyərləndirilir, sonra tərəfə borc götürə biləcəyi məbləğ bildirilir və ona verilən məbləğə razılaşsa müqavilə bağlanır. X1 Nizami Namiq oğlu lombardan götürdüyü pulun faizini ödəməyib. Buna görə də, ona əvvəlcədən qızıllarının satışa gedə biləcəyi barədə xəbərdarlıq olunub. Hətta onun bununla bağlı iltizamı da var. Buna baxmayaraq qızıllar satılmamışdır.
15. Hazırkı məhkəmə iclasında cavabdeh cavabdeh1 etibarnamə üzrə nümayəndəsi (vəkil) vəkil1 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, girov bileti müqavilə xarakterli olduğu üçün müqavilədə qeyd olunan məbləğ 1000000 manatdan yuxarı deyilsə digər müqavilənin bağlanmasına ehtiyac yoxdur. Əgər məbləğ 1000000 manatdan aşağıdırsa girov bileti özü müqavilə əhəmiyyətinə malikdir və əlavə müqavilə bağlanmasına ehtiyac yoxdur. Girov biletində nə qədər borc verilməsi, neçə faizlə ödəniləcəyi qeyd olunur və tərəf də buna imza edir. Bundan əlavə qızılın çəkisi yoxlanılır, məbləği müəyyən edilir. Sonra tərəfə qızılın dəyəri və ayda nə qədər ödəniləcəyi bildirir. Hesab edir ki, iddianın özü də düzgün tərtib olunmamışdır. Iddiaçının mərhum oğlu lombarddan götürdüyü borcu ödəməyib. Iddiaçıya borc ödənmədiyi təqdirdə qızılların satışa gedəcəyi barədə məlumat verilib. Borclu vəfat edəndən sonra ailə üzvləri ödəniş edərək qızılları lombarddan götürmüşdür. Daha sonra bildirmişlər ki, qızılların götürülməsi üçün tələb olunan pul qanunsuz olaraq tələb edilmişdir. Lakin qanunsuz tələb olunması ilə bağlı heç bir sübut göstərilməmişdir. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə bildirmişdir ki, borcludan tələb edilən 4 faiz məbləği, aylıq ödəniş üzrə olan faiz məbləğidir. Faiz borcu 1 aylıq müddətinə hesablanmışdır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
16. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
17. Maddə 302.1. Şəxsi istehlak üçün nəzərdə tutulan daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədilə girov götürülməsini sahibkarlıq fəaliyyəti qaydasında buna xüsusi icazəsi (lisenziyası) olan ixtisaslaşdırılmış təşkilatlar - lombardlar həyata keçirə bilərlər.
18. Maddə 302.2. Əşyanın lombardda girovu haqqında müqavilə lombardın girov bileti verməsi yolu ilə rəsmiləşdirilir.
19. Maddə 302.5. Lombardın girov qoyulmuş əşyadan istifadə etmək və ona dair sərəncam vermək ixtiyarı yoxdur.
20. Maddə 302.6. Lombard girov qoyulmuş əşyanın itirilməsi və zədələnməsi üçün məsuliyyət daşıyır.
21. Maddə 302.7. Əşyanın lombardda girovu ilə təmin edilmiş kredit məbləği müəyyənləşdirilmiş müddətdə qaytarılmadıqda lombard həmin əşyanı açıq hərracdan realizə edə (sata) bilər. Bundan sonra lombardın girov qoyana (borcluya) qarşı tələbləri, hətta girov qoyulmuş əşyanın satışından götürülən məbləğ onların tam ödənilməsi üçün yetərli olmadıqda belə, ləğv edilir.
22. Maddə 302.8. Lombardlar tərəfindən fiziki şəxslərin onlara mənsub əşyanın girovu müqabilində kreditləşdirilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir.
23. Maddə 302.9. Əşyanın lombardda girovu haqqında müqavilənin girov qoyanın hüquqlarını bu Məcəllənin ona verdiyi hüquqlara nisbətən məhdudlaşdıran şərtləri əhəmiyyətsizdir.
24. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
25. Maddə 439.3. Qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.
26. Maddə 439.4. Öhdəlikdən kənar ödənilmiş pul əsassız varlanma qaydalarına uyğun olaraq geri tələb edilə bilər.
27. «Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında» ## ###### 2023-cü il № ***-VIQD Azərbaycan Respublikasının Qanunu ilə Mülki Məcəllənin 37ci fəslinin redaksiyasına dəyişikliklər edilmişdir. Bu Qanun dərc edildiyi gündən 6 (altı) ay sonra qüvvəyə minmişdir.
Maddə 744 (yeni redaksiyada) Kredit müqaviləsinin bağlanma qaydası və məzmunu 744.1. Kredit müqaviləsi tərəflər arasında yazılı formada bağlanılır və kredit müqaviləsinin bir nüsxəsi borcalana verilir. 744.2. Kredit müqaviləsində ən azı aşağıdakılar göstərilməlidir: 744.2.1. borcverənin adı və ünvanı; 744.2.2. borcalanın adı və ünvanı; 744.2.3. kreditin məbləği və valyutası; 744.2.4. kreditin qaytarılma müddəti və ödəniş şərtləri; 744.2.5. kreditin təyinatı; 744.2.6. kredit üzrə tətbiq edilən faizlərin illik dərəcəsi və (və ya) digər ödənişlərin məbləği, həmçinin faktiki illik faiz dərəcəsi (müqavilə üzrə dəyişən faiz dərəcəsi şərtləşdirildikdə, ilkin faktiki illik faiz dərəcəsi); 744.2.7. tətbiq edildikdə, kredit üzrə faizlərin tutulmadığı müddət barədə aydın və dəqiq məlumat. 744.3. Bu Məcəllənin 743.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla kredit müqaviləsi üzrə faktiki illik faiz dərəcəsi Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi qaydaya uyğun olaraq hesablanır.
28. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
29. Maddə 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
30. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
«Bank olmayan kredit təşkilatları haqqında» Azərbaycan Respublikasının Qanunu
31. Maddə 3.4. BOKT tərəfindən verilən kreditlər üzrə faiz dərəcəsi, habelə bu Qanuna müvafiq olaraq göstərilən maliyyə xidmətlərinə görə tutulan komisyon və xidmət haqlarının məbləği Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla BOKT ilə borcalan (xidmətlərdən istifadə edən) arasında bağlanılan müqavilə ilə müəyyən olunur.
32. Maddə 17.1. BOKT kreditlərin verilməsində şəffaflığı təmin etməli, borcalanları aldıqları kreditin dəyəri və kreditlə əlaqədar çəkəcəkləri xərclər barədə tam məlumatlandırmalıdır.
33. Maddə 17.2 (hazırkı redaksiya). BOKT tərəfindən kreditlərin verilməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilir.
34. «Azərbaycan Respublikasının Ailə Məcəlləsində, “Kredit ittifaqları haqqında”, “Tütün və tütün məmulatı haqqında”, “Banklar haqqında” və “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə» ## ###### 2023-cü il tarixli №***-VIQD Azərbaycan Respublikasının Qanunu ilə «Bank olmayan kredit təşkilatları haqqında» Qanunun 17.2-ci maddəsinə dəyişiklik edilməmişdən əvvəl həmin maddənin köhnə redaksiyasında göstərilirdi: Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmadıqda, BOKT ilə borcalan arasında bağlanılan kredit müqaviləsində ən azı aşağıdakılar öz əksini tapmalıdır: tərəflərin adları və hüquqi ünvanları; kreditin məqsədi; kreditin məbləği; kreditin qaytarılma müddəti; kreditin qaytarılma üsulu; təminatın forması (təminatlı kredit verildikdə); kredit üzrə faizlərin, o cümlədən illik faiz dərəcəsinin məbləği (illik faiz dərəcəsi kreditin qaytarılma müddətindən asılı olmayaraq göstərilməlidir); kredit üzrə borcun (əsas borcun və faizlərin) bərabər aylıq ödənişlər formasında ödənilməsi nəzərdə tutulduqda, kreditdən istifadə edilən müddət ərzində orta hesabla ödəniləcək həqiqi faiz dərəcəsi; tərəflərin məsuliyyəti.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
35. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
36. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
37. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
39. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
40. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
41. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
42. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
43. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
44. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.
45. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia qismən təmin edilmiş və iddiaçı birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin tamamilə ləğv edilməsini xahiş etsə də, lakin iddianın qismən təmin edildiyi və iddiaçının tələbin təmin edilməyən hissəsini mübahisələndirmədiyi nəzərə alınaraq, hazırkı apellyasiya baxışı çərçivəsində iddianın təmin edilmiş hissəsində qətnamənin qanuniliyi və əsaslılığı yoxlanılmalıdır.
46. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.
47. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
48. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılmalıdır.
49. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Həsənov Nizami Namiq oğlu müxtəlif vaxtlarda Lombard №* qızıl-zinət əşyaları girov qoyaraq müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 68550 manat borc götürmüşdür. Bu barədə lombard tərəfindən müvafiq girov biletləri tərtib edilmişdir. Həsənov Nizami Namiq oğlu ##.##.2025-ci il tarixdə vəfat etmişdir. Atası olan iddiaçı İddiaçı bu barədə Lombard №* məlumat vermişdir. Daha sonra mərhum borclunun atası girov qoyulmuş qızıl-zinət əşyalarının satılmaması üçün Lombard №*-ə müraciət etmiş, lombardın məhsul şəxsləri tərəfindən 68550 manat əsas borc, 26450 manat da faiz borcu olduğunu bildirməklə, həmin borc tam həcmdə ödənildiyi təqdirdə qızılların geri qaytarılmasının mümkün olduğunu bildirmişdir. Mərhum borclunun atası İddiaçı 95000 manat vəsaiti lombarda ödəmiş, qızıl-zinət əşyaları girovdan azad edilərək ona təhvil verilmişdir.
50. Məhkəmə kollegiyası yoxlanılan hissədə iddianın təmin edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
51. Mülki hüquqda hamılıqla qəbul edilmiş prinsiplərdən biri olan “iura novit curia” – “məhkəmə hüququ bilir” prinsipinə əsasən hüququn tətbiqinə hakim bilavasitə cavabdehlik daşıyır və tərəflərin faktlar barəsində hüquqi mövqeləri hakim üçün heç bir halda məcburi deyil.
52. Bu prinsipə görə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.
53. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.
54. Bu kontekstdə araşdırma aparan məhkəmə kollegiyası nəzərə alır ki, hazırkı iddia üzrə tələb iddiaçının cavabdehə ödəmiş olduğu pul vəsaitinin ondan (cavabdehdən) tutularaq iddiaçıya qaytarılması barəsindədir və iddiaçının tələbini əsaslandırdığı hallar nəzərə alındıqda onun tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin əsassız varlanma ilə bağlı müddəaları nəzərdən keçirilməlidir; belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091-ci maddəsinə görə, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Məcəllənin 1092.1ci maddəsinə görə isə, varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
55. Nəzərə alınmalıdır ki, əsassız varlanma ilə bağlı tələbin təmin edilməsindən ötrü əsassız varlanan əmlak əldə etməli, həmin əmlakı məhrum olanın hesabına əldə etməli və bu əldə etmə üçün heç bir hüquqi əsas olmamalıdır. Bu zaman zərərçəkənlə əldə edən arasında hər hansı razılaşma baş vermir, əldə edən qanunla və ya müqavilə (razılaşma) əsasında əmlak əldə etmir. Bu, o halda baş verir ki, zərərçəkən, əldə edilən razılaşmadan (razılaşma çərçivəsindən) kənar ödəniş edir, ödənişlərdə yanılmış olur, əldə edən bilərəkdən və ya bilməyərəkdən razılaşmadan kənar artıq ödəniş əldə edir, əldə edənə məxsus borc zərərçəkəndən tutulur.
56. Baxılan işdə iddiaçı İddiaçı mərhum oğlu tərəfindən lombarddan götürülmüş borc məbləğinə faiz ödənilməsi barədə razılaşma olmadığını, öhdəlikdən kənar ödənilmiş pul hesabına cavabdehin əsassız varlandığını iddia etmiş; cavabdeh isə müxtəlif vaxtlarda və müxtəlif məbləğdə pul vəsaitinin iddiaçının mərhum oğluna verilməsinə dair lombard tərəfindən müvafiq girov biletləri tərtib edildiyini, faiz borcunun qanuni əsaslarla hesablandığını bildirməklə iddiaya etiraz etmişdir.
57. Işin mübahisəsiz halına görə, cavabdeh cavabdeh1 fərdi sahibkar kimi daşınar əşyanın fiziki şəxslərdən qısamüddətli kreditlərin təmin edilməsi məqsədi ilə girov götürülməsi səlahiyyətinə (lombard fəaliyyəti) malik olmuş, bu fəaliyyəti çərçivəsində o, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2023-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2024-cü il tarixli, ****** saylı, ##.##.2025-ci il tarixli ****** saylı girov biletlərinə əsasən iddiaçının mərhum oğlu Nizami Həsənovdan müxtəlif qiymətlərdə olan qızıl-zinət əşyalarını girov götürərək ona müxtəlif məbləğlərdə olmaqla, ümumilikdə 68500 manat borc vermişdir.
58. Işin mübahisələndirilməyən halı həmçinin ondan ibarətdir ki, iddiaçının mərhum oğlu Nizami Həsənov ##.##.2025-ci il tarixdə vəfat etdikdən sonra iddiaçı İddiaçı mərhum oğlunun borcunun ödənilməsi və girov qoyulmuş qızılların girovdan azad edilməsi məqsədilə Lombard №*-in rəhbəri olan cavabdeh cavabdeh1 müraciət etmiş, iddiaçı İddiaçı lombard tərəfindən tələb olunan 95000 manat vəsaiti (68550 manat əsas, 26450 manat da faiz borcu qismində) lombarda ödəmiş, qızıl-zinət əşyaları girovdan azad edilərək ona təhvil verilmişdir.
59. Kollegiyanın qənaətinə görə, iddiaçı İddiaçı tərəfindən ödənilmiş 95000 manat vəsaitin 26450 manat hissəsinin cavabdeh cavabdeh1 ödənilməsi üçün hər hansı qanuni əsas olmamışdır, həmin məbləğ öhdəlikdən kənar ödənilmiş pul vəsaiti olmuşdur.
60. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.1-ci maddəsinin həmin Məcəllənin 470.2-ci maddəsi və “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.8 və 10.5-ci maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.11 və 307.4-cü maddələrinin “Ipoteka haqqında” Azərbaycan Respublikası Qanununun 3.2 və 10.5-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair» ## ### 2018-ci il tarixli qərarında - kredit müqaviləsinin mühüm şərtlərinə kreditin məbləği, müddəti, illik faiz dərəcəsi və s. aid edildiyini vurğulamışdır.
61. Işin hallarından göründüyü kimi, iddiaçının mərhum oğlu Nizami Həsənov ##.##.2023-cü il tarixdə girov bileti əsasında cavabdeh cavabdeh1 borc pul almış, bundan sonra da o təkrarən cavabdehdən müxtəlif vaxtlarda və müxtəlif məbləğdə borc almış, onun cavabdehdən borc götürdüyü sonuncu tarix isə ##.##.2025-ci il olmuşdur.
62. BOKT ilə borcalan arasında bağlanan kredit müqaviləsində göstərilməsi imperativ xarakter daşıyan məlumatların dairəsi «Bank olmayan kredit təşkilatları haqqında» Qanunun 17.2-ci maddəsinin əvvəlki redaksiyasında müəyyən edilmişdi (həmin redaksiya ## ###### 2023-cü il tarixədək qüvvədə olmuşdur, bax § 33). Sonradan isə həmin maddə yeni redaksiyada verilmiş və BOKT tərəfindən kreditlərin verilməsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin tələbləri nəzərə alınmaqla həyata keçirilməsi müəyyən edilmişdir.
63. Həm «Bank olmayan kredit təşkilatları haqqında» Qanunun 17.2-ci maddəsinin əvvəlki redaksiyasında (§ 33), həm də Mülki Məcəllənin hazırkı tələbləri əsasında (§ 27) BOKT ilə borcalan arasında bağlanan kredit müqaviləsində kreditin qaytarılma müddəti, kreditin faiz dərəcəsi və s. məlumatların müqavilənin mühüm şərtləri kimi müqavilədə əks olunması imperativ xarakter daşımışdır.
64. Hazırkı işdə Lombard №*-lə iddiaçının mərhum oğlu Nizami Həsənov arasında bağlanmış girov biletlərinin, yəni borc müqavilələrinin şərtlərində kreditin hansı müddətə verildiyi, kredit üzrə faiz tətbiq edilməsi, habelə bu faizin hansı dərəcədə olması, bir sözlə kredit faizinin hesablanma mexanizmi müqavilədə əksini tapmamışdır.
65. Halbuki, kredit faizinin hesablanma mexanizmi – götürülən borc məbləği (əsas borc) üzrə banka və ya digər maliyyə qurumuna ödəniləcək əlavə məbləğin (faizlərin) hansı qaydada, hansı müddətə və hansı faiz dərəcələri ilə müəyyən edildiyini bildirən prosesdir.
66. Kollegiya qeyd edir ki, iddiaçının mərhum oğlu ilə lombard arasında bağlanmış müqavilədə (lombard biletlərində) kredit faizinin hesablanma mexanizmi öz əksini tapmadığından, faiz borcunun hansı faiz dərəcəsi ilə və hansı tarix aralığında hesablanmasını müəyyən etmək mümkün deyildir. Bu halda da iddiaçının mərhum oğlu X3 №*-in qarşısında əsas borcun icrasından əlavə faiz də ödəmək kimi bir öhdəliyinin yaranması müəyyən edilmir.
67. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya belə qənaətə gəlir ki, cavabdeh cavabdeh1 hər hansı qanuni əsas olmadan iddiaçının hesabına 26450 manat vəsait əldə etmiş və əldə etdiyini məhrum olana qaytarmamaqla onun hesabına həmin məbləğdə əsassız varlanmışdır. Iddiaçı İddiaçı tərəfindən öhdəlikdən kənar cavabdeh cavabdeh1 ödənilmiş pul vəsaiti əsassız varlanma qaydalarına uyğun olaraq ona geri qaytarılmalıdır.
68. Birinci instansiya məhkəməsi yoxlanılan hissədə iddianı təmin etməklə, mübahisənin faktiki halları tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri isə qətnamənin ləğvi üçün əsas təşkil etmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
69. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni iddianın təmin edilmiş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surətinin işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.