Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-553/2026 30.04.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh ilə iddiaçı arasında bağlanmış ##.##.2019cu il tarixli, **-**-**-****** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 540 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 23 manat 51 qəpik, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə xxxx» Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «pul tələbi» barədə iddiasına dair mülki iş üzrə icraata xitam verilmişdir. ##.##.2026-cı il tarixdə «Elektron məhkəmə» informasiya sistemi vasitəsi ilə daxil olmuş ərizəsində iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından şikayət vermə müddətinin üzrlü hesab edilməsi barədə qərardad qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından şikayət vermə müddətinin bərpa edilməsi haqqında iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xahişi təmin edilməmişdir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinın nümayəndəsi Nümayəndə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından şikayəti məhkəməyə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı ASC Cavabdeh qarşı Cavabdeh ilə iddiaçı arasında bağlanmış ##.##.2019-cu il tarixli, **-**-**-****** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 540 manat 38 qəpik, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 23 manat 51 qəpik, gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat məbləğində pul vəsaitinin Cavabdeh iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026- cı il tarixli qərardadı ilə mülki iş üzrə icraata xitam verilmişdir. Cavabdehin məhkəmə icraatı zamanı öldüyünə baxmayaraq məhkəmə ölmüş şəxsə qarşı iddia qaldırılması, eyni zamanda məhkəmə tərəfindən həmin şəxsin tərəf kimi qəbul edilməsi və ya mübahisəyə mahiyyəti üzrə baxılmasını qeyri-mümkün hesab etmişdir. Həmin qərardad «Elektron məhkəmə» informaiya sistemində yaradılmış elektron kabinetə ##.##.2026-cı il tarixdə yerləşdirilmişdir. LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun sənəd dövriyyəsi sistemində ##.##.2026- ##.##.2026-cı tarixlərdə nasazlıq yarandığından sözügedən qərardad elektron sənəd dövriyyəsi sisteminə ##.##.2026cı il tarixdə yüklənmişdir. Odur ki, qərardaddan şikayət vermə müddəti üzrlü olaraq ötürülmüşdür. Ötürülmüş prosessual müddətin bərpa edilməsi üçün Gəncə Şəhər Məhkəməsinə ərizə ilə müraciət edilmiş, apellyasiya şikayəti ərizəyə əlavə edilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə müddətin bərpası ərizəsi təmin edilməmişdir. Qanunvericiliyin tələbinə görə üzrlü səbəblər olduqda məhkəmə buraxılmış müddəti tərəfin ərizəsinə əsasən bərpa edir. Məhkəmə müddətin üzrsüz səbəbdən buraxıldığını nəzərə almamış, əsassız olaraq müddəti bərpa etməmişdir.Odur ki, ##.##.2026-cı il tarixli. e-*(***)-****/**** nömrəli qərardad ləğv edilməli, buraxılmış müddət bərpa edilərək verilmiş apellyasiya şikayəti icraata qəbul edilməli, müvafiq qaydada baxılmalıdır. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, «Elektron məhkəmə» informasiya sistemindən əldə olunmuş çıxarışla Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e- *(***)-****/**** nömrəli qərardadı elektron imza ilə imzalanaraq ##.##.2026-cı il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilmişdir. İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından ##.##.2026-cı il tarixdə şikayət verməsinə dair hər hansı üzrlü sübut və ya dəlil məhkəməyə təqdim etməmişdir. Qərardadından şikayət verilməsi üçün qanunla müəyyən olunmuş müddətin iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsi iş üzrə öz təsdiqini tapmamışdır. Şikayətdə iddiaçı tərəf göstərmişdir ki, LPO İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun sənəd dövriyyəsi sistemində ##.##.2026-##.##.2026-cı tarixlərdə nasazlıq yarandığından sözügedən qərardad elektron sənəd dövriyyəsi sisteminə ##.##.2026cı il tarixdə yüklənmişdir. Ona görə də, qərardaddan şikayət vermə müddəti üzrlü olaraq ötürülmüşdür. Şikayətin dəlilləri ilə razılaşmayan kollegiya qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. İddiaçı tərəf qərardaddan məlumatlı olmuşdur. İddiaçının qanundan irəli gələn prosessual hərəkətləri düzgün yerinə yetirə bilməməsi buraxılmış müddətin üzürlü səbəb olmasını istisna edir. Müddətin bərpası yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. 10-1.2-ci maddəsinə əsasən, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 268.1-ci maddəsinə görə, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. «K.N.Qarayevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMKnın ## ###### 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2008-ci il tarixli qərarında göstərilmişdir ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün elə səbəblər üzrlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi isə «Miraqall Eskolano və digərləri İspaniyaya qarşı» işi üzrə ## ###### 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımların və şikayətlərin verilməsi üçün riayət edilməli müddət məhdudiyyətini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. Prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan bərpa edilməsi bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi iddiaçının öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə bərpası işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2009-cu il tarixli, S.Teymurovanın şikayəti üzrə qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsassız şəkildə yenidən baxılması və buraxılmış prosessual müddətin bərpası hüquqi sabitlik prinsipinə və Konstitusiyanın 60-cı maddəsinə ziddir. Məhkəmə öz mövqeyini əsaslandırarkən Avropa İnsan Hüquqları Məhkəməsinin bəzi presedentlərinə müraciət etməyi də lazım bilir. Belə ki, Ponomaryov Ukraynaya qarşı 2008-ci il tarixli qərarında AİHM qeyd etmişdir ki, müddətlərin bərpası tərəflər arasında balansı pozmamalı və qarşı tərəfin artıq formalaşmış hüquqi gözləntilərinə xələl gətirməməlidir. Brumarescu Rumıniyaya qarşı 1999-cu il tarixli qərarında AİHM bildirmişdir ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı yalnız müstəsna hallarda, ciddi və əsaslandırılmış səbəblər olduqda yenidən baxıla bilər. Sonuncu qərar məhkəmə qərarlarının sabitliyi (legal certainty) doktrinasının əsas presedentidir və AİHM bu qəbildən olan işlərdəki pozuntulara ədalətli məhkəmə araşdırmasının pozulması kimi 6-cı maddə konktekstindən yanaşır. Kollegiya hesab edir ki, şikayət vermə müddətinin iddiaçı tərəfindən hər hansı üzürlü səbəbdən ötürülməsinə dair hər hansı üzrlü səbəb və onu təsdiq edən sübut şikayətə əlavə olunmamışdır. Bununlada, iddiaçı tərəf qanunvericiliklə müəyyən edilmiş və məhkəmə tərəfindən təyin edilmiş prosessual müddəti ötürmüşdür. Müddət keçdikdən sonra şikayət verilmişdir. Buraxılmış müddətin üzrlü hesab edilməsi üçün isə hər hansı bir əsas olmamışdır. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadından iddiaçı İddiaçı ASC tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-553/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-553/2026
30.04.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver