Məhkəmə qərarları › İş №e-2(3-7)-563/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-563/2026

19.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-563/2026 19.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi ilə, İddiaçı İddiaçı və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “cinayət nəticəsində vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair” mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli 1(021)- **/**** saylı hökmünün surətindən görünür ki, İddiaçı ifadəsinə əlavə olaraq bildirmişdir ki, Cavabdeh oğlu Rəşad Babayevi AQTA-ya işə düzəldəcəyini vəd verərək, 4400 manat pulunu ələ keçirmişdir. O, 4400 manat pulu hissə-hissə olmaqla, ## ###### 2021-ci il tarixdə, 2021-ci ilin dekabr ayının sonlarında və 2022-ci ilin fevral ayının ortalarında yaşadığı Bərdə rayonu Qarağacı kəndində oğlu Rəşadın iştirakı ilə Vüqara vermişdir. Hal-hazırda təqsirləndirilən şəxs dəymiş ziyanı tam şəkildə ödəmişdir. X3 oğlu ilə barışmışdır. Ona yüngül cəza verilməsini xahiş etmişdir. Hökmün nəticə hissəsində: təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh оğlunun Bərdə Rayon Polis Şöbəsində ## ######## 2022-ci ildən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin ## ### 2023-cü il tarixdən ## #### 2023cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X3 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh оğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə Bərdə rayonu *** saylı qəsəbə bina 4 mənzil 58 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxslər X4 vurulmuş 2650 (iki min altı yüz əlli) manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsinin nəzərə alınması hökm edilmişdir.

2. Notarial qaydada təsdiq edilmiş ## #### 2023-cü il tarixli ************* nömrəli ərizənin surətindən görünür ki, İddiaçı Cavabdeh ilə barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir.

3. Bərdə Rayon Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi, R Mətin Qənbərov tərəfindən verilmiş arayışın surətindən görünür ki, təsirləndirilən şəxs Cavabdeh ## ######## 2022-ci il tarixdə şübhəli şəxs qismində tərəfindən tutulmuş, ## ######## 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin tarixdə Cavabdeh barəsində tərəfindən başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş üzrə zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyan tamamilə ödənilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh 1211 (min iki yüz on bir) manat pul vəsaitinin alınıb ona verilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, cavabdeh Cavabdeh 1993-cü ildən şifahi olaraq tanıyır. Cavabdeh onun etimadını qazanaraq, özünü nüfuzlu əlaqələri olan şəxs kimi təqdim etmiş və oğlu Rəşad Bayramovu Azərbaycan X6 işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh bu məqsədlə ona qarşı bilərəkdən yalan vədlər vermiş, guya dövlət qurumlarında tanışlarının olduğunu və bu vasitə ilə oğlunu işə düzəldəcəyini demişdir. Bu yalan vədlərlə ona təsir göstərərək etibarını qazanmış və həmin etibardan sui-istifadə edərək, heç bir hüquqi və ya faktiki səlahiyyəti olmadığı halda, müxtəlif tarixlərdə - ## ###### 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında - faktiki yaşadığı Bərdə rayon Qarağacı kəndinə gələrək, onu aldadaraq ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində pul almışdır. Daha sonra Bərdə Rayon Polis Şöbəsinə müraciət etmiş, onlar isə aidiyyatı üzrə işi Bərdə Rayon Məhkəməsinə göndərmişdir. Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh оğlunun Bərdə Rayon Polis Şöbəsində ## ######## 2022-ci ildən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin ## ### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X3 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh оğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə Bərdə rayonu *** saylı qəsəbə bina 4 mənzil 58 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması, zərərçəkmiş şəxslər X4 vurulmuş 2650 (iki min altı yüz əlli) manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsinin nəzərə alınması hökm edilmişdir. Əlavə olaraq bildirir ki, məhkəmədə həbs olunmaması üçün pulun ödənildiyini desə də, cavabdeh hazırda da, onun pulunu ödəmir. Hökm üzrə almalı olan məbləğdən cavabdeh tərəfindən bu günədək ona cəmi 3189 (üç min yüz səksən doqquz) manat pul ödənilmiş, yerdə qalan 1211 (min iki yüz on bir) manat isə bu günədək ödənilməmişdir. Bu səbəbdən də, məhkəmədə iddia qaldırmalı olmuşdur.

6. Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın rədd edilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-**/**** saylı hökmündən görünür ki, həmin cinayət işi üzrə zərərçəkmiş şəxs İddiaçı (hazırki mülki iş üzrə iddiaçı) cinayət işi üzrə məhkəmə icraatı zamanı ona dəymiş ziyanın təqsirləndirilən şəxs Cavabdeh (hazırki mülki iş üzrə cavabdeh) tərəfindən tamamilə ödənildiyini bildirmiş, Cavabdeh (hazırki mülki iş üzrə cavabdeh) cəza təyin edilərkən zərərçəkmiş şəxs İddiaçı (hazırki mülki iş üzrə iddiaçı) vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmışdır.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 21.3, 1096.1, 1096.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Kəlbəcər Rayon Məhkəməsinin qətnaməsindən narazı qalan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin ##.##.2026-ci il tarixli *(***)- ****/**** saylı qətnaməsinin apellyasiya icraatı qaydasında ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh Cavabdeh 1993-cü ildən şifahi olaraq tanıdığını bildirmişdir. Cavabdeh onun etimadını qazanaraq, özünü nüfuzlu əlaqələri olan şəxs kimi təqdim etmiş və iddiaçının oğlu Rəşad Bayramovu Azərbaycan X6 işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh bu məqsədlə ona qarşı bilərəkdən yalan vədlər vermiş, guya dövlət qurumlarında tanışlarının olduğunu və bu vasitə ilə oğlunu işə düzəldəcəyini demişdir. Bu yalan vədlərlə iddiaçıya təsir göstərərək etibarını qazanmış və həmin etibardan sui-istifadə edərək, heç bir hüquqi və ya faktiki səlahiyyəti olmadığı halda, müxtəlif tarixlərdə – ## ###### 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında – faktiki yaşadığı Bərdə rayon Qaraağacı kəndinə gələrək onu aldadaraq ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində pul almışdır. Daha sonra iddiaçı Bərdə rayon Polis şöbəsinə müraciət etmişdir onlar isə aidiyyatı üzrə işi Bərdə rayon Məhkəməsinə göndərmişdir. Bərdə rayon Məhkəməsinin ##.##.2023-cü il tarixli, *(***)-**/**** saylı Hökmü ilə Təqsirləndirilən şəxs X3 oğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs X3 oğlunun Bərdə rayon Polis Şöbəsində ## ######## 2022-ci il dən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin ## ### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X3 oğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmasını, təqsirləndirilən şəxs X3 oğlu barəsində seçilmiş həbs qətimkan tədbiri başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsini və o, məhkəmə iclas zalından dərhal həbsdən azad olunmasını xahiş etmişdir. Təqsirləndirilən şəxs X3 oğlunun üzərinə Bərdə rayonu *** saylı qəsəbə bina 4 mənzil 58 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulması, hökmün icrasına nəzarət X3 oğlunun yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilməsini xahiş etmişdir. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti X3 oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmasını xahiş etmişdir. Zərərçəkmiş şəxslər X4 vurulmuş 2650 manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınması Hökm edilmişdir. Qeyd etmişdir ki, məhkəmədə həbs olunmaması üçün pulun ödənildiyini desə də, cavabdeh hazırda da pulunu ödəmir. Sadalananlara əsasən hesab etmişdir ki, qətnamə əsassız və qanunsuzdur. Bu səbəbdən də sözügedən qətnamə ləğv edilməli və iddia tələbi təmin edilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak iddiaçı İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak cavabdeh Cavabdeh izahatında bildirmişdir ki, istintaqda kağız üzərində yazılaraq qeyd olunmuşdur ki, pul tam ödənilib. Cavabdeh həbsdə olduğunu və 4400 pul ödədiyini qeyd etmişdir. Sədrlik edənin sualına cavabd olaraq, qardaşlarının pul ödəmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür:

15. Maddə 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır;

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

21. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

22. Maddə 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

23. Maddə 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər.

24. Maddə 402.1-ci maddəsinə əsasən Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

25. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

30. İşin fakriki halları kimi müəyyən edilmişdir ki, cavabdeh Cavabdeh iddiaçının etimadını qazanaraq, özünü nüfuzlu əlaqələri olan şəxs kimi təqdim etmiş və oğlu Rəşad Bayramovu Azərbaycan X6 işə düzəldə biləcəyini bildirmişdir. Cavabdeh bu məqsədlə ona qarşı bilərəkdən yalan vədlər vermiş, guya dövlət qurumlarında tanışlarının olduğunu və bu vasitə ilə oğlunu işə düzəldəcəyini demişdir. Bu yalan vədlərlə ona təsir göstərərək etibarını qazanmış və həmin etibardan sui-istifadə edərək, heç bir hüquqi və ya faktiki səlahiyyəti olmadığı halda, müxtəlif tarixlərdə - ## ###### 2021-ci il, 2021-ci ilin dekabr ayının sonları və 2022-ci ilin fevral ayının ortalarında - faktiki yaşadığı Bərdə rayon Qarağacı kəndinə gələrək, onu aldadaraq ümumilikdə 4400 (dörd min dörd yüz) manat məbləğində pul almışdır. Bərdə Rayon Məhkəməsinin ## #### 2023-cü il tarixli *(***)-**/**** saylı hökmü ilə təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək barəsində 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Cavabdeh оğlunun Bərdə Rayon Polis Şöbəsində ## ######## 2022-ci ildən ## ######## 2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həmçinin ## ### 2023-cü il tarixdən ## #### 2023-cü il tarixədək həbsdə saxlanıldığı 48 gün olmaqla, cəmi 50 gün həbsdə qaldığı müddət, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, X3 оğlunun üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 20 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının saxlanılması, təqsirləndirilən şəxs Cavabdeh оğlu barəsində seçilmiş həbs qətimkan tədbirinin başqa yerə getməmək haqqında qətimkan tədbiri ilə əvəz edilməsi və onun məhkəmə iclas zalından dərhal həbsdən azad olunması, təqsirləndirilən şəxs Cavabdeh üzərinə Bərdə rayonu *** saylı qəsəbə bina 4 mənzil 58 ünvanında yerləşən yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrinin qoyulması, hökmün icrasına nəzarətin Cavabdeh yaşayış yeri üzrə Bərdə Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməsi, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddətinin Cavabdeh cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanması hökm edilmiş, cəza təyin edilərkən zərərçəkmiş şəxslər X4 vurulmuş 2650 (iki min altı yüz əlli) manat və zərərçəkmiş şəxs İddiaçı vurulmuş 4400 (dörd min dörd yüz) manat maddi ziyanın tam şəkildə ödənilməsi nəzərə alınmışdır.

31. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı apellyasiya şikayətində cavabdehin cinayət işi üzrə məhkəmə prosesində həbs olunmaması üçün ona vurulmuş ziyanın ödənildiyini bildirmədiyini, lakin əslində cavabdehin ona vurduğu ziyanın 1211 manatını ödəmədiyini qeyd etsə də, həmin halları təsdiqləyəcək sübutları məhkəməyə təqdim etməmişdir.

32. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair ## #### 2019-cu il tarixli Qərarında qeyd edilir ki, hüquqi həqiqət prinsipi, bir növ, əvvəllər mövcud olmuş obyektiv həqiqət prinsipi ilə anqlo-sakson hüquq sisteminə xas olan xalis çəkişmə əsasında qurulan formal həqiqət prinsipi arasında kompromisdir. Çünki iş üzrə ədalətli qərar qəbul etmək üçün məhkəmə tərəflərin çəkişməsini, sübutların araşdırılmasında real iştirakını təmin etməli və digər prosessual hüquqlarını həyata keçirmələrinə köməklik göstərməlidir. Ümumiyyətlə hüquqi həqiqət prinsipinin realizəsi mexanizmi bu cürdür: iş üzrə sübutetmə predmetinə daxil olan halların təqdim edilməsi yükü tərəflərin üzərinə düşür; məhz tərəflər bu halların mövcud olub-olmamasını sübut etməyə borcludurlar; prosesdə həqiqəti isə ədalət mühakiməsi orqanı olaraq məhkəmə müəyyən edir. Nəticədə hüquqi həqiqət prinsipi mülki prosesdə tərəflər və məhkəmə arasında müəyyən iş bölgüsünə gətirib çıxarır: tərəflər işin faktiki hallarını təqdim edir, məhkəmə isə sübutları qiymətləndirir və sonda hüququ tətbiq edir. Belə iş bölgüsü Roma hüququnun “da mihi factum, dabo tibi ius” (“mənə faktları ver, mən sənə uyğun hüququ verəcəm”) prinsipinə əsaslanır.

33. Belə ki, sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını MPM-in 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız MPMin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir. MPM-in 14.1-ci maddəsində nəzərdə tutulmuş vəzifələr çərçivəsində işə baxan məhkəmə hansı halların iş üçün əhəmiyyət kəsb etdiyini, hansı tərəfin onları sübut etməli olduğunu və ya verilən tələbin təmin olunması üçün hansı halların sübut edilməli olduğunu tərəflərin istinad edibetməməsindən asılı olmayaraq onlarla müzakirə etməlidir.

34. Sübutların qiymətləndirilməsi faktların müəyyənləşdirilməsi imkanına dair məntiqi fəaliyyətdir və işdə olan sübutlar əsasında işin həll olunması deməkdir. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. İlkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir. Sübutetmənin son mərhələsi məhkəmə tərəfindən bütün sübutların yoxlanılması əsasında verilən yekun hüquqi qiymətdir. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyi nəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

35. Sübutetmə predmetinin düzgün müəyyən edilməməsi, hüquqi faktların sübut olunmaması, hakimin gəldiyi nəticənin işin halları ilə düz gəlməməsi və qanunvericiliklə müəyyən edilmiş digər hallar apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilib, işin yenidən baxılmaq üçün həmin məhkəməyə göndərilməsinə əsasdır. Konstitusiya Məhkəməsinin Plenumu qərarlarında qeyd etmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərar).

36. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar