Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-630/2026 08.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1, X1 və cavabdeh3 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X7 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1, X1 və cavabdeh3 qarşı «pul» tələbi barədə mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı
1. ##.##.2015-ci il tarixli, MM/*****/**/** nömrəli kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC X4 22 ay müddətinə illik 22 faiz ödəmək şərtilə 3.211 ABŞ dolları məbləğində kredit vermişdir.
2. İddiaçı ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən borcu ödənilməmiş əsas borcun əvəzi qismində 1.391 ABŞ dolları 71 sent, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 180 ABŞ dolları 81 sent borcu vardır.
3. ##.##.2016-cı il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2016-cı il tarixdə vəfat etmiş X4 vərəsəsi uşaqları cavabdeh1, X1 və cavabdeh3dır. Şəhadətnamə verilən miras əmlak ünvan 1 5 ünvanında yerləşən torpaq sahəsindən və fərdi yaşayış evindən ibarətdir.
a) Birinci instansiya məhkəməsində icraat
1. ##.##.2026-cı il tarixdə İddiaçı ASC cavabdeh1, X1 və cavabdeh3 qarşı ##.##.2015-ci il tarixli, MM/*****/**/** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.391 ABŞ dolları 71 sent, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 180 ABŞ dolları 81 sent və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi ilə (hakim C.Y.Quliyev) iddia təmin edilmişdir. cavabdeh1, X1 və cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2015-ci il tarixli, MM/*****/**/** nömrəli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 1.391 (bir min üç yüz doxsan bir) ABŞ dolları 71 (yetmiş bir) sent, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 180 (bir yüz səksən) ABŞ dolları 81 (səksən bir) sent ödəniş anında ödəniş yerinin məzənnə qiyməti üzrə Azərbaycan manatı ilə və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 47 (qırx yeddi) manat məbləğində pul vəsaiti tutulması qət edilmişdir.
3. Məhkəmə qeyd etmişdir ki, işdə olan sübutlarla X4 İddiaçı ASC ilə bağladığı kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etməməsi və nəticədə kredit müqaviləsinin şərtlərinə uyğun olaraq iddiaçıya ödənilməmiş əsas borcun əvəzi qismində 1.391 ABŞ dolları 71 sent, hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 180 ABŞ dolları 81 sent məbləğində borcunun yarandığı, X4 ölümündən sonra həmin şəxsə məxsus əmlakın cavabdeh1, X1 və cavabdeh3 tərəfindən qəbul olunması təsdiq olunur.
4. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 445.1, 448.1, 1146, 1151.1, 1255, 1306.1, 1307-ci maddələrinə, Mülki-Prosessual Məcəllənin 107, 119-cu maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh F.A. Yolçuyev qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mirasın həcmi ilə məsuliyyətin həddi nəzərə alınmamışdır. Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, varislər miras qoyanın kreditorlarınınmənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə ödəyirlər. Məhkəmə qətnaməsində mirasın yalnız bir torpaq sahəsi və evdən ibarət olduğunu qeyd etsə də, həmin əmlakın real bazar dəyərini və bizim paylarımızın dəyərini müəyyən etməmişdir. Varislər borca görə yalnız onlara çatan miras payının dəyəri həcmində məsuliyyət daşıyırlar. Məhkəmə bu limiti araşdırmadan qərar vermişdir. İddia müddətinin tətbiqi məsələsi. Kredit müqaviləsi ##.##.2015-ci ildə 22 aylıq bağlanmışdır (bitmə tarixi 2017-ci il). İddia isə 2026-cı ildə verilib. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə öhdəlikləri üzrə ümumi iddia müddəti 3 ildir. Bankın bu qədər müddət ərzində iddia qaldırmaması və borcun 9 il sonra varislərdən tələb edilməsi hüquqi müəyyənlik prinsipinə ziddir. Birinci instansiya məhkəməsi iddia müddətinin keçib-keçməməsini araşdırmamışdır. İşin sadələşdirilmiş icraat qaydasında baxılması. Məhkəmə işə MPM-nin 284-5.2-ci maddəsi ilə (kiçik iddialar üzrə) sadələşdirilmiş qaydada baxmışdır. Lakin miras hüququndan irəli gələn və tərəflərin izahatlarının alınmasını tələb edən bu növ mürəkkəb işlərdə şifahi məhkəmə baxışının keçirilməməsi bizim müdafiə hüququmuzu məhdudlaşdırmışdır. Məhkəmə işə baxılarkən maddi və prosessual hüquq normalarının tələbləri pozulmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
8. Azərbaycan Respublikasının Mülki Məcəlləsi
Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.
743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.
9. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.
10. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.
13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.
Apellyasiya baxışının hədləri
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
12. Hazırkı işdə cavabdeh apellyasiya şikayətində qətnaməni tam hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.
25. Belə ki, iddiaçı - ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni borclu X3 müqavilə üzrə nəzərdə tutulan kredit vəsaitini vermişdir. Borclu isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmədən ##.##.2016-cı il tarixdə vəfat etmişdir.
30. İşdən həmçinin görünür ki, mərhumun vərəsələri iş üzrə cavabdehlərdir və onlar borcludan miras qalmış daşınmaz əmlakları qəbul etmişlər. Yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələblərinə görə, nə qədər ki, cavabdehlər borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etmişlər, mərhuma aid borc öhdəliyi isə hüquq varisliyi qaydasında keçən öhdəlikdir, deməli cavabdehlər miras qoyanın öhdəliklərini də qəbul etmişlər. 31 Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, şikayətin dəlilləri işin halları ilə təsdiq olunmur və yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından əsaslı deyildir.
14. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.
15. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi: Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin veilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.