Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-633/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: maddi ziyan Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X2 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, *(***)-****/**** saylı Qğqərarına əsasən Cavabdeh Azarbaycan Respublikası Inzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmiş və nəqliyyat vasitəsini idarə etmək hüququ 6 (alt) ay müddətinə mahdudlaşdırılmışdır.
2. Nəqliyyat vasitələrinin yol-nəqliyyat hadisəsi nəticəsində zədələnməsi ilə bağlı dəymiş zərərin qiymətləndirilməsi barədə "xxxx" Sıgorta şirkəti ASC tərəfindən aparılmış ## ### 2025ci il tarixli qiymətləndirmə barədə hesabatdan görünür ki, "Nissan X-Trail markalı **-EJ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 2500 manat təşkil edir.
3. "xxxx" Sığorta şirkəti ASC-nin Əmlak sığortası növləri üzrə zərərlərin tənzimlənməsi departamentinin direktor muavini Nigar Yarməmmədova tərəfindən ## ### 2025-ci il tarixli, ****** nömrəli sığorta aktı əsasında ödənilən sığorta ödənişinin məbləgi mütənasib qaydada 1033 manat müəyyən edilmiş və ## ### 2025-ci il tarixli ödəniş tapşırığı ilə 1033 manat vəsait hesabına köçürülmüşdür.
Iş üzrə qəbul edilmiş məhkəmə aktı a) Birinci instansiya məhkəməsində icraat
6. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Z.Hünmətov) cavabdeh Cavabdeh 1467 (bir min dörd yüz altmış yeddi) manat borc və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 35 (otuz beş) manat tutularaq iddiaçı İddiaçı ödənilməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 1096 və 1097.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227, 238, 240, 358 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu
12. Maddə 19. Vəkil tərəfindən göstərilən hüquqi yardım haqqının ödənilməsi: Bənd İ. Vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Bənd II. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin qonorarının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və qonorarın məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. Bənd III. Vəkil qurumları və ya fərdi qaydada fəaliyyət göstərən vəkillər tərəfindən hüquqi yardımın göstərilməsinə görə təyin edilən haqqın məbləğinin məhdudlaşdırılması qadağandır. Hüquqi yardımın göstərilməsinə görə ödənilən haqqın məbləğinin təyin edilməsi bu yardımı göstərən tərəfin müstəsna hüququdur və yalnız tərəflərin razılığı ilə tənzimlənir. Hüquqi yardım haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmayan şəxslərə hüquqi yardımın göstərilməsinə görə vəkilə dövlət hesabına ödənilən hüquqi yardım haqqının məbləği və ödənilməsi qaydası Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən olunur.
Azərbaycan Respublikası Vəkillər X7 ## #### 2019-cu il tarixli qərarı ilə təsdiq edilmiş hüquqi yardım göstərilən şəxs tərəfindən vəkilə ödənilən xidmət haqqının nağdsız qaydada ödənilməsi barədə Qaydalar:
13. Bənd 2.1. Müştəri ilə vəkil qurumu və vəkil arasındakı münasibətlər yalnız müqaviləyə əsaslanır. Müştəri kateqoriyasına fiziki və hüquqi şəxslər, dövlət orqanları, idarə və təşkilatlar (müəssisələr), beynəlxalq təşkilatlar və müqavilə bağlamaq qabiliyyətinə (imkanına) malik olan digər şəxslər daxildir.
14. Bənd 2.2. Vəkil tərəfindən göstərilən hüquqi yardım üzrə haqqın ödənilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
15. Bənd 2.3. Vəkillik fəaliyyəti ilə məşğul olmaq üçün yaradılmış qurumun əməkdaşı olan vəkilin və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin xidmət haqqının məbləği vəkilin yardımından istifadə edən şəxs və onu vəkil yardımı ilə təmin edən qurum və ya fərdi qaydada fəaliyyət göstərən vəkil arasında bağlanmış, göstərilən yardımın və xidmət haqqının məbləğini və şərtlərini əks etdirən müqavilə əsasında ödənilməlidir. 2.4. Hüquqi yardımın göstərilməsinə görə ödənilən xidmət haqqının
16. Bənd 2.6. Müştəri POS-terminal vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən ödəniş kartı vasitəsilə edilən ödənişlə əlaqədar ona həmin avadanlığın çap etdiyi ödəniş qəbzinin (məcburi rekvizitləri əks etdirən qəbzin) bir nüsxəsi verilir. POS-terminal vasitəsilə verilən qəbzin digər nüsxəsi müqaviləyə əlavə edilib saxlanılır. Həmin qəbzin nüsxəsi müştəri tərəfindən imzalanmalı və üzərinə müştəri tərəfindən onun adı, soyadı və ata adı yazılmalı və vəkil qurumunun və ya fərdi qaydada fəaliyyət göstərən vəkilin möhürü ilə təsdiqlənir.
17. Bənd 2.7. Ödəniş qəbzi müştərinin müqavilədə göstərilən məbləğin onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
18. Bənd 2.8. Müştəri bank vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının banka ödənildiyini təsdiq edən mədaxil qəbzi (ödəniş sənədi) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Mədaxil qəbzinin (ödəniş sənədinin) surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri mədaxil qəbzinin əslini bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Bankın müştəriyə təqdim etdiyi mədaxil qəbzi (ödəniş sənədi) müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
19. Bənd 2.9. Müştəri digər ödəniş sistemi vasitəsilə xidmət haqqını ödəmək istədikdə, müştəri tərəfindən xidmət haqqının həmin sistem vasitəsilə ödənildiyini təsdiq edən qəbzi (ödəniş sənədini) vəkil qurumuna və ya vəkilə təqdim edilir. Ödəniş sənədinin surəti müqaviləyə əlavə edilib saxlanılır. Müştəri ödəniş sənədinin əslini (əsli olmadıqda surətini) bilavasitə vəkil qurumunun müvafiq vəzifəli şəxsinə və vəkilə göstərməlidir. Ödəniş sənədi müştərinin müqavilədə göstərilən məbləğin (qonorarın) onun tərəfindən ödənilməsini təsdiq edən sənəddir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
20. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
23. Maddə 121.1. Məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
24. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
26. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
29. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi hüquqi yardıma görə ödənilmiş 450 manat vəsaitin tutulmasının təmin edilməməsi hissədə mübahisələndirilmişdir. Ona görədə hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının həmin hissədə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
30. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
31. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, hazırkı iş üzrə cavabdeh X3 ## ##### 2025-ci il tarixdə saat 23:45 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində törətdiyi yolnəqliyyat hadisəsi nəticəsində iddiaçı İddiaçı mülkiyyətində olan "Nissan X-Trail" markalı, **-EJ- *** dövlət qeydiyyat nişanlı və X1 idarə etdiyi "Renault Megane" markalı, **-XY-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər dəymiş və "xxxx" Sıgorta şirkəti ASC tərəfindən aparılmış ## ### 2025-ci il tarixli qiymətləndirmə barədə hesabat əsasən "Nissan X-Trail markalı **-EJ-*** dövlat qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin ümumi məbləği 2500 manat müəyyən edilmişdir. Həmin məbləğin 1033 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. 1467 manat ziyan Cavabdeh tərəfindən ödənilmədiyi üçün İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etmişdir.
32. Iddianın verilməsi, eləcədə hüquqi yardımın göstərilməsi üçün iddiaçı İddiaçı Azərbaycan Respubliası Vəkillər Kollegiyasının üzvü “Şimal” vəkil bürosunun vəkili Nümayəndə ilə “Hüquqi yardım göstərilməsi haqqında” ## #### 2025-ci il tarixdə “Elektron vəkil orderi” sistemi vasitəsi ilə EM-****VK-*****/** saylı elektron müqavilə bağlamasını və “xxxx” MMC vasitəsi ilə onlayn ödəniş qaydasında kart hesabından 450 manat ödəniş etməsini, məhz bu səbəbdən də maddi ziyanla yanaşı həmin məbləğində cavabdehdən alınıb ona verilməsini tələb etmişdir. Birinci instansiya məhkəməsi tələbi həmin hissədə təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı tərəf hüququ yardımla bağlı vəkillə bağladığı müqaviləni məhkəməyə təqdim etməmişdir.
33. Qətnamə mübahisələndirilən hissədə kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, mübahisələndirilən hissədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin hissədə qətnamənin ləğvi üçün əsas deyil.
34. Belə ki, bu qətnamənin 12-ci bəndində də qeyd olunduğu kimi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən vəkil tərəfindən göstərilən hüquqi yardımın haqqının ödənilməsi vəkillik fəaliyyətinin fərdi qaydada və ya Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə uyğun vəkil (vəkillər) tərəfindən yaradılmış vəkil qurumlarının tərkibində həyata keçirilməsi nəzərə alınmaqla tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir.
35. Iddiaçı tərəfin isə birinci instansiya məhkəməsində təqdim etdiyi uğurlu ödəniş qəbzində hüquqi yardımın göstərilməsinə dair tərəflər arasında bağlanmış müqavilənin nömrəsi qeyd olunmamışdır. Sübutların qiymətləndirilməsi baxımından kollegiya məhkəmə xərci qismində cavabdehdən iddiaçının xeyrinə 450 manatın tutulmaması hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinə əlavə edilmiş 450 manatın ödənilməsinə dair hesabdan çıxarışda 450 manat vəkil haqqının hazırkı iş üzrə təqdim edilmiş orderdə qeyd olunan müqavilə üzrə ödənilməsi əksini tapsada, məhkəmə kollegiyası qeyd edir ki, həmin hesabdan çıxarış qəbul edilə bilməz. Çünki, Azırbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372.2. maddəsinə görə, yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin çıxarışda ödənişin tarixi ## #### 2025-ci il göstərilmışdır. Deməli EO-****VK-*****/** nömrəli müqavilə əsasında ödənişi təsdiq edən çıxarışı iddiaçı tərəf birinci instansiya məhkəməsinə təqdim etmək imkanında olsada bunu etməmişdir. Bu səbəbdəndə apellyasiya icraatı zamanı təqdim olunmuş bu hesabdan çıxarış sübut kimi qəbul edilmir.
36. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Işdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apelyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, mübahisələndirilən hissədə qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apelyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən, yəni hüquqi yardıma görə ödənilmiş 450 manat vəsaitin cavabdehdən iddiaçının xeyrinə tutulmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılmalıdır.
38. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən, yəni hüquqi yardıma görə ödənilmiş 450 manat vəsaitin cavabdeh Cavabdeh iddiaçı İddiaçı xeyrinə tutulmasının təmin edilməməsi hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.