Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-680/2026 27.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSI Açar sözlər: kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X1 və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Məmmədov Miri Fazil oğlunun katibliyi Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, *(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə ## #### 2026-cı il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. “xxxx” ASC ilə Cavabdehd Rəhman oğlu arasında bağlanmış ## ###### 2020-ci il tarixli BPM203590142223 Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat kredit xətti açılmışdır.
2. “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ##.##.2021-ci il tarixli BPM************ saylı müqavilənin surətindən görünür ki, kredit müqaviləsinə əsasən Cavabdeh nağd kredit üzrə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat kredit verilmişdir.
3. Maliyyə arayışının surətindən görünür ki, ## ###### 2020-ci il tarixdən ## ###### 2025-ci il tarixədək Cavabdeh faiz dərəcəsi 24 faiz olmaqla, istifadə edilmiş məbləğ 4419,24 manat, ödənilmiş məbləğ 3919,24 manat, qalıq məbləğ 500 manat, 414,16 manat faiz borcu hesablanmış, 189,7 manat ödənilmiş, qalıq məbləğ 224,46 manat təşkil etmişdir.
4. ## ###### 2025-ci il tarixli bildirişin surətindən görünür ki, Cavabdeh ümumilikdə banka olan 4613,29 manat kredit borcunu 3 iş günü müddətində tam yerinə yetirməsi təklif olunmuş, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət olunacağı barədə ona xəbərdarlıq edilmişdir.
5. ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspert rəyinin surətindən görünür ki, ## ###### 2020-ci il tarixli BPM************ saylı tam kart müqaviləsi üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və ## ###### 2020-ci il tarixli BPM************ saylı tam kart müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun “xxxx” ASC-ə olan borcunu müəyyən etmək mümkün olmamışdır.
6. ## ######## 2021-ci il tarixli, BPM************ nömrəli kredit müqaviləsi üzrə iş materiallarında olan maliyyə arayışı məlumatları, təqdim olunmuş hesabdan çıxarış və ## ######## 2021-ci il tarixli BMP ************ nömrəli kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla borclunun “xxxx” ASC-ə olan borcu aşağıdakı kimi müəyyən olunur, o cümlədən: ## ###### 2025-ci il tarixə (maliyyə arayışı tarixinə) - 4522,33 manat əsas kredit borcu, 82,91 manat faiz borcu; ## ###### 2025-ci il tarixə (iddia ərizəsi tarixinə) - 4522,33 manat əsas kredit borcu, 127,13 manat faiz borcu; ## ###### 2025-ci il tarixə (qərardadın tarixinə) - 3375,51 manat əsas kredit borcu, 22,69 manat faiz borcu; ## ######## 2025-ci il tarixə (kredit müqaviləsinin bitdiyi tarixə) - 3375,51 manat əsas kredit borcu, 52,48 manat faiz borcu yaranmışdır.
a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə Tərtər Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-in xeyrinə ##.##.2020-ci il tarixli BPM************ saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724, 46 manat, ##.##.2021-ci il tarixli, BMP************ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla cəmi 4613,29 manat kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73,38 manat dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
8. Iddia tələbi onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-in Nizami filialı ilə cavabdeh Cavabdeh arasında bağlanmış ## ###### 2020-ci il tarixli BPM************ saylı tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcluya kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat kredit xətti açılmış, ## ######## 2021-ci il tarixli BPM************ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat kredit verilmişdir. Borclu Cavabdeh kredit müqavilələri üzrə vəsaitindən tam istifadə etmiş, lakin kredit borcu və hesablanmış faizləri müqaviləüzrə müəyyən edilmiş qaydada ödəməkdən boyun qaçırmışdır. Cavabdeh Cavabdeh ## ###### 2025-ci il tarixə hesablanmış ## ###### 2020-ci il tarixli BPM************ saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 manat əsas, 224,46 manat faiz borcu olmaqla, cəmi 724,46 manat, ##.##.2021-ci il tarixli BPM************ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 4530,24 manat əsas, 83,05 manat faiz borcu olmaqla, cəmi 4613,29 manat kredit borcları mövcuddur. Cavabdeh Cavabdeh borcun vaxtında qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq sonuncu kredit borcunun və kreditə hesablanmış faizləri ödəməmişdir. Kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin məhkəmədən kənar qaydada həll edilməsi məqsədi ilə borcalana sonuncu rəsmi qeydiyyatda olduğu yer üzrə ## ###### 2025-ci il tarixində *-*-**/*-****/**** saylı xəbərdarlıq məktubunun göndərilsədə cavabdeh tərəfindən öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir.
9. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti iddia tələbinin dəqiqləşdirilməsinə dair ərəzə verərək cavabdeh Cavabdeh oglundan iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2020-ci il tarixli BPM************ saylı tam kart çərçivə müqaviləsinə əsasən kart kredit üzrə 500 manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228.91 manat, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23.06 manat faiz borcu olmaqla, cəmi 751.97 manat, ##.##.2021-ci il tarixli BPM************ saylı kredit müqaviləsinə əsasən nagd kredit üzrə 2729.15 manat əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6.74 manat faiz borcu olmaqla cəmi 2735.89 manat kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73.38 manat dövlət rüsumunun və 0.40 manat bank xidmət haqqının tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli (hakim K.Rzayev) qətnaməsi ilə iddiaçı “xxxx” ASC-n cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-in xeyrinə ##.##.2020-ci il tarixli BPM************ saylı tam kart çərçivə müqaviləsinə əsasən kart krediti üzrə 500 (beş yüz) manat əsas, bildirişin göndərilmə tarixinədək hesablanmış (24% ilə) 228 (iki yüz iyirmi səkkiz) manat 91 (doxsan bir) qəpik, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 23 (iyirmi üç) manat 06 (altı) qəpik) faiz borcu olmaqla, cəmi 751 (yeddi yüz əlli bir) manat 97 (doxsan yeddi) qəpik, ##.##.2021-ci il tarixli, BMP************ saylı kredit müqaviləsinə əsasən nağd kredit üzrə 2729 (iki min yeddi yüz iyirmi doqquz) manat 15 (on beş) qəpik əsas, bildirişin göndərilmə tarixindən sonra hesablanmış (5% ilə) 6 (altı) manat 74 (yetmiş dörd) qəpik faiz borcu olmaqla, cəmi 2735 (iki min yeddi yüz otuz beş) manat 89 (səksən doqquz) qəpik məbləğində kredit borclarının tutulması, həmçinin iddia ərizəsi üçün ödənilmiş 73 (yetmiş üç) manat 38 (otuz səkkiz) qəpik dövlət rüsumunun və 0,4 manat bank xidmət haqqının tutulması barədə iddia tələbinin təmin edilməməsi; ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat iddiaçı “xxxx” ASCdən alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin AZ.MEM VÖEN **********, hesab AZ34CTRE00000000000002088501, X3, KOD 210005, VÖEN **********, m/h AZ41NABZ01360100000000003944, SWIFT Bik: CTREAZ22 hesabına ödənilməsi qət edilmişdir.
11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Konstitusiyasının 12, 25, 26, 60, 125, 127, 129-cu maddələri, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 423.2, 442, 443.1, 445, 448.1, 449.4, 739-cu maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 78.1, 88, 106.1, 216-220, 227, 233, 357, 360, 362-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
12. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, cavabdeh Cavabdeh kredit borcunu ödədiyini, banka borcu olmadığını bildirsədə, əslində təqdim edilmiş maliyyə arayışı və hesabdan çıxarışlarla onun banka borcunun olması təsdiq olunur. Işə baxan məhkəmə isə həmin sübutları nəzərə almamışdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları,
15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, ## ###### 2020-ci il tarixli BPM************ nömrəli və ## ######## 2021-ci il tarixli BPM************ saylı müqavilə üzrə ümumi borc 3348,62 manat təşkil edir. Borcun olması ekspert rəyi ilə də təsdiq olunur. Lakin hər iki müqavilə üzrə borc ## ###### 2026-cı ildə restrukturizasiya olunub. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayəti üzrə ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh etibarnamə üzrə nümayəndəsi (atası) nümayəndə2 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, bank oğlu Fərhadı aldadaraq onunla ## ###### 2026-cı il tarixli müqavilə bağlamışdır. Əslində hər iki müqavilə üzrə kredit borcu tam ödənilmişdir. Ona görə də birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh Cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Sonuncu nümayəndəsi vasitəsilə təmsil olunduğundan kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
19. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
20. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.
21. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.
22. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
23. Maddə 449. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.
24. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.
25. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
26. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 124.1. Işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
32. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
33. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
34. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması
35. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcədə maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
40. Işin müəyyən olunmuş faktiki hallarından görünür ki, “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2020-ci il tarixli BPM203590142223 Tam kart çərçivə müqaviləsinə əsasən Bank tərəfindən borcalana kart kredit üzrə 36 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 500 manat, ##.##.2021-ci il tarixli BPM************ saylı müqaviləyə əsasən isə 48 ay müddətinə illik 22 faiz dərəcəsi ilə 9000 manat kredit verilmişdir. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmiş və gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən ## ###### 2023-cü ildən ## ###### 2026-cı ildədək olan müddət ərzində kredit borclarının ödənilməsinə dair təqdim etdiyi çoxsaylı ödəniş qəbzləri nəzərə alınarsa cavabdehin hazırda banka borcu olmadığı müəyyən edilmiş olar. Işin müəyyən olunmuş hallarına əsasən hesab edir ki, iddiaçı iddia tələbini sübuta yetirə bilməmişdir. Ona görə də iddiaçının cavabdehə qarşı tələb hüququ yaranmamışdır.
41. Kollegiya hesab edir ki, iddia tələbini bu əsasla rədd etməkdə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı sayıla bilməz. Əvvəla birinci instansiya məhkəməsi cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi ## ###### 2023-cü ildən ## ###### 2026-cı ildədək olan müddət ərzində kredit borclarının ödənilməsinə dair təqdim edilmiş çoxsaylı ödəniş qəbzləri üzrə hansı məbləğdə ödənişlərin həyata keçirilməsini müəyyən etmədən, belə nəticəyə gəlmişdir ki, həmin ödənişlər nəzərə alınarsa cavabdehin hazırda banka borcu olmadığı müəyyən edilmiş olar. Halbu ki, borcalanın hər iki müqavilə üzrə banka borcunun olması ekspert rəyi ilə sübut olunur.
42. Lakin məhkəmə kollegiyasına təqdim olunmuş müqavilədən, yəni iddiaçı “xxxx” ASC ilə Cavabdeh arasında bağlanmış ## ###### 2026-cı il tarixli, № PL********* nömrəli müqavilənin (restrukturizasiya barədə) 6-cı bəndindən görünür ki, həmin kreditin (3348,62 manat) təyinatı tərəflər arasında bağlanmış ## ######## 2021-ci il tarixli, ***MYRL********* saylı və ## ###### 2024-cü il tarixli, ******************** saylı kredit xətti müqavilələri üzrə qalıq borc məbləğinin ödənilməsidir. Yuxarıda da qeyd olunduğu kimi hər iki müqavilə üzrə qalıq məbləğ 3348.62 manat təşkil edir.
43. Göründüyü kimi tərəflər arasında bağlanmış ## ###### 2026-cı il tarixli, PL********* nömrəli müqavilə əsasən 3348.62 manat cəmi borc 59 ay müddətinə illik 22 faiz olmaqla restrukturizasiya edilmişdir və bu da onu deməyə əsas verir ki, əvvəlki hər iki müqavilə üzrə artıq kredit öhdəliklərinə xitam verilmiş, tərəflər yeni şərtlərlə öz üzərlərinə öhdəliklər götürmüşlər. Belə olan təqdirdə isə ## ######## 2021-ci il tarixli, ***MYRL********* saylı və ## ###### 2024-cü il tarixli, ******************** saylı kredit xətti müqavilələri üzrə cəmi 3348.62 manat qalıq borcun cavabdehdən (borcludan) tələb olunması istisna olunur. Ona görədə kollegiya hesab edirki, iddia tələbi məhz bu əsasla rədd olunmalıdır.
44. Apellyasiya şikayətinin “bank tərəfindən aldadılaraq ## ###### 2026-cı il tarixli, PL********* nömrəli müqavilə bağlanması” dəlilini kollegiya inandırıcı hesab etmir.
45. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 389.1. maddəsinə görə, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır.
46. Həmin Məcəllənin 390.1. maddəsinə görə, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.
47. Qeyd olunan Məcəllənin 390.3. maddəsində isə göstərilmişdir ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.
48. Göründyü kimi qanunvericilikdə nəzərdə tutulmuşdur ki, fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Məcburetmə yolu ilə əqd bağlanmasına yol verilmir.
49. Qeyd olunanları nəzərə alan kollegiya hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunmalı, iş üzrə yeni qətnamə qəbul edilməli, iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı ## ######## 2021-ci il tarixli, ***MYRL********* saylı və ## ###### 2024-cü il tarixli, ******************** saylı kredit xətti müqavilələri üzrə, cəmi 3348.62 manat qalıq borcun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməməli, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.
50. Eləcədə, işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və müvafiq rəy alınmışdır. Həmin rəyə əlavə olunmuş ## ###### 2025-ci il tarixli */**** nömrəli ekspertiza xərcinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manatdır.
51. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.2. maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Hazırkı iş üzrə iddia rədd edildiyindən kollegiya hesab edir ki, 100 manat ekspertiza xərci iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22 hesabına ödənilməlidir.
52. Qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.
53. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124, 372, 384, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-***/**** nömrəli qətnaməsi ləğv olunsun. Iş üzrə yeni qətnamə qəbul edilsin. Iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı ## ######## 2021-ci il tarixli, ***MYRL********* saylı və ## ###### 2024-cü il tarixli, ******************** saylı kredit xətti müqavilələri üzrə, cəmi 3348.62 manat qalıq borcun cavabdehdən alınıb iddiaçıya verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Eləcədə, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat iddiaçı “xxxx” Açıq Səhmdar Cəmiyyətindən alınıb Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE00000000000002088501, X4, KOD 210005, VÖEN 140155071, m/h AZ 41 NABZ 01360100000000003944 SWIFT Bik: CTREAZ22 hesabına ödənilsin. Qətnamədən kassasiya şikayət verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.