Məhkəmə qərarları › İş №e-2(3-7)-688/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-688/2026

20.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-688/2026 20.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X3 (sədrlik edən məruzəçi), Muradov Rəhman Şaban oğlu və Qəhrəmanov Əkrəm Sabir oğlundan ibarət tərkibdə, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayətə Gəncə Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Iddiaçı «X1 Azərbaycan» QSC cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 45388.83 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 7544.91 manat pulun və 95.44 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçı «xxxx» QSC-nə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə iddiaçı «X1 Azərbaycan» QSC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair iddia təmin edilərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada 7544.91 manat pul, iddia ərizəsinin məhkəməyə verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 95.44 manat pul tutularaq iddiaçı «X1 Azərbaycan» QSC-nə ödənilməsi qət edilmişdir. Cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 ##.##.2026-cı il tarixdə Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə vəsatət vermişdir. Vəsatətdə göstərilmişdir ki, cavabdeh cavabdeh1 sözügedən qətnamədən icra və probasiya şöbəsindən ona məktub gəldikdə məlumatı olmuşdur. Cavabdeh cavabdeh1 xəstə və yaşlı insandır, bu səbəbdən elektron kabinet işlədə bilmir, həmin kabineti cavabdehin yerinə vəkili açmışdır və nə vaxt açtıdığı barədə məlumatı yoxdur. Cavabdeh cavabdeh1 hüququ savadı olmadığından hüquqları pozulmuşdur. Bu səbəbdən qanunvericilikdə nəzərdə tutulmuş prosesual müddəti ötürmüşdür. Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)- ***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin verilmə müddətinin bərpası barədə qərardad qəbul edərək apellyasiya şikayətinin Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadına əsasən cavabdeh cavabdeh1 nümayəndəsi (vəkili) nümayəndə1 vəsatəti təmin edilməmiş, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina olunmuşdur. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iş üzrə cavabdeh cavabdeh1 şikayət verərək sözügedən qərardadın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı “X1 Azərbaycan” QSC cavabdehlər cavabdeh1 və MəmmədovFaiq Rasim oğluna qarşı “pul” tələbi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 45388,83 manat pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində dəymiş zərərin əvəzi kimi 7544.91 manat pulun və 95.44 manat məbləğində dövlət rüsumunun əvəzinin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-2(058)- ***/**** saylı qətnaməsi ilə iddiaçının iddia tələbi tam təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş və eyni zamanda şikayətlə birgə qanunla şikayət vermə müddətinin ötürülməsi üçün nəzərdə tutulan vaxtın ötürülməsinin üzrlü hesab edilməsi xahiş edilmişdir. Əslində əvvəlki şikayətdə də qeyd etdiyi kimi cavabdeh müddəti ötürməmişdir. Belə ki, cavabdehin ünvanına məhkəmə qətnaməsi poçt vasitəsi ilə getməmişdir. Məhkəmə cavabdehin elektron kabinetinin olduğunu əsas gətirmiş, lakin cavabdeh yaşlı, xəstə adamdır. Onun heç elektron kabinetdən məlumatı yoxdur. Məlumatı olmuş olsaydı haqqında çıxarılan haqsız qətnamədən vaxtında şikayət verərdi. Əgər məhkəmə elektron kabinetə qətnaməni yükləməklə kifayətlənirdisə, hazırki qərardadı da elektron kabinetə yükləmişdir və hazırda cavabdehin vəkili və nümayəndəsi də vardır həmin qərardadı onun ünvanına göndərməyə lüzum yoxdur bəs nə üçün cavabdehin ünvanına poçt vasitəsilə qərardadın surətini göndərmişdir? Mülki iş materiallarına baxanda da görünür ki, iş materiallarında cavabdehin ünvavına rəsmi qaydada qətnamə göndərilməmişdir. Cavabdehin şikayət vermə müddəti bərpa olunmadığı və apellyasiya şikayəti apellyasiya məhkəməsinə göndərilmədiyi üçün pensiyası ilə dərmanlarını alan yaşlı xəstə biri banka götürdüyündən üç dəfə artıq pul ödəmək məcburiyyətində qalır. Nəticədə yaşlı vətəndaşımızın konstitusion hüquqları pozulur. Birinci instansiya məhkəməsi öz qətnaməsində faizdən faiz ödənilməsinin yolverilməz olduğunu qeyd etsə də, lakin qətnamə qət edərkən bunu nəzərə almamışdır. Belə ki, iddiaçı bankın cavabdehə verdiyi krediti üç dəfə artıq ödətdiyini araşdırmamışdır. Cavabdeh həm 40 min manat pul ödəmiş, həm 51 min manatlıq avtomobilindən olmuş, həm də hələ banka borcludur. Bankın isə iddialarının ardı arası kəsilmir. Cavabdeh yaşlı adamdır. Bankın hərəkətləri nəticəsində səhhəti tamamilə pisləşmiş, ciddi xəstəliklərdən əziyyət çəkir və eyni zamanda maddi cəhətdən bank cavabdehi müflis vəziyyətə salmışdır. Məhkəmə isə cavabdehin apellyasiya şikayətinin müddətinin ötürülməsini üzrlü hesab etməməklə, vətəndaşımızın hüquqlarını məhdudlaşdırmışdır. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. Iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili nümayəndə1 sözügedən qətnamədən cavabdehin apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müdəti ötürməsinin üzürlü səbəbləri kimi, onun yaşlı olması və hüquqi savadının olmaması, elektron kabinetin ona digər şəxslər tərəfindən yaradılması və onun elektron kabinetinin olmasından xəbərsiz olması hallarını göstərmişdir və onun məhkəmə qətnaməsindən yalnız icra şöbəsi tərəfindən çağırıldıqda xəbərdar olmasını qeyd etmişdir. Halbuki cavabdeh cavabdeh1 işin məhkəmə icraatı dövründə dəfələrlə məhkəmə bildirişi onun elektron kabinetin yerləşdirilməklə, eyni zamanda müəyyən vaxtlarda əlavə olaraq telefon vasitəsilə onun mobil telefonuna məhkəmə iclas katibi tərəfindən zəng edilərək məlumat verilmişdir. Lakin cavabdeh sözügedən işə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclaslarında rəsmi qaydada məlumatlı olmasına baxmayaraq heç bir üzürlü səbəb bildirmədən iştirak etməmişdir. Belə olan halda onun məhkəmə araşdırmasının tamamında yekun məhkmə aktı çıxarılacağını bilməməsi və qətnamədən yalnız icra şöbəsi tərəfindən çağırılarkən xəbərdar olması barədə irəli sürdüyü arqument ağlabatan deyil. Daha önəmlisi isə sözügedən qətnamə məhkəmə tərəfindən ##.##.2025-ci il tarixdə cavabdehin şəxsi elektron kabinetinə yerləşdirilmişdir. Əgər elektron məhkmə informasiya sistemində fiziki və ya hüquqi şəxslərin elektron kabineti mövcuddursa məhkəmə sənədlərinin onların elektron kabinetinə yerləşdirilməsi sözügedən sənədlərin onlara rəsmi şəkildə təqdim olunması hesab olunmaqla prosessual müddətlərin axımının başlanmasına səbəb olur. Məhkəmə, vəsatəti vermiş şəxsin yaşlı və ya hüquqi savadının olmaması, həmçinin ona məxsus elektron kabinetdən xəbərsiz olması barədə gətirdiyi arqumenti əsassız sayır və bu halları onun prosessual müddəti ötürməsinin üzürlü halı kimi qəbul etmir. Ona görə də məhkəmə hesab edir ki, vəsatət əsassız olduğu üçün təmin edilməməli, Samux Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpasından imtina edilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, ərizəçi müddətin buraxılmasını qəbul edərək, səbəb kimi onun hüquqi savadının olmaması, “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetdən anlayışı olmaması səbəbindən ötürdüyünü bildirmişdir. Lakin, qeyd edilən hal buraxılmış prosessual müddətin bərpa edilməsi üçün üzürlü hal hesab edilə bilməz. Iş materialları ilə də, cavabdeh1 “Elektron Məhkəmə” Informasiya Sistemində yaradılmış elektron kabinetinə qətnaməninin ##.##.2025-ci il tarixdə yerləşdirilməsi müəyyən olunmaqdadır. Mülki prosessual qanunvericilik məhkəmə aktlarından apellyasiya şikayəti verilməsi üçün müəyyən məhdudiyət müəyyən edir. Yəni apellyasiya şikayəti müəyyən olunmuş müddətlər çərçivəsində verilməlidir və həmin müddətlərə riayət edilməməsi şikayətin qaytarılması üçün əsasdır. Kollegiya həmçinin qeyd edir ki, üzürlü səbəb şəxsin müəyyən vəziyyətlərə görə məsələn ağır xəstəlik, köməksiz vəziyyət və sair hallara əsasən müəyyən edilir ki, qeyd olunan hallara əsasən şəxs öz hüquqlarını qanunla müəyyən edilmiş müddətdə öz iradəsindən asılı olmayan və ya çətinlik yaradan hallara görə həyata keçirə bilmir. Cavabdeh isə prosessual müddətin bərpasına dair ərizəsində qeyd edilən hallarla bağlı hər hansı bir arqument irəli sürməmişdir. Bundan başqa, Mülki Prosessual Məcəllənin 69.1-ci maddəsinə əsasən hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda, məhkəmə izahat vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. Həmin Məcəllənin 69.1-1-ci maddəsinə əsasən fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. Həmin Məcəllənin 74.2-ci maddəsinə görə iddia ərizəsinin imzalanması, işin arbitraj məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. Göründüyü kimi mülki prosessual qanunvericilik şəxslərə məhkəmədə nümayəndəs vasitəsilə təmsil edilmək hüququnu vermişdir. Cavabdeh həmin hüququndan istifadə edərək məhkəmə iclaslarında nümayəndəsi X2 tərəfindən təmsil olunmuşdur. Göründüyü kimi cavabdeh cavabdeh1 barəsində olan məhkəmə prosesindən məlumatlı olmuş, nümayəndə vasitəsilə məhkəm iclaslarında təmsil olunmuşdur. Qətnamə isə ona məxsus elektron kabinetə yerləşdirilmişdir. Cavabdehin yaşlı, xəstə və hüquqi savadının olmaması onun nümayəndə vasitəsilə, yaxud vəkilin hüquqi yardımından istifadə etməklə məhkəmə aktından şikayət verməsinə mane olan hal kimi qiymətləndirilə bilməz. Bu baxımdan kollegiya şikayətin dəlillərini əsassız hesab edir. “Akif Həsənov Azərbaycana qarşı” məhkəmə işi üzrə qəbul etdiyi Avropa Insan Hüquqları Məhkəməsinin ##.##.2019-cu il tarixli Qərarında qeyd edilmişdir ki, hətta Bakı Apellyasiya Məhkəməsi onu məhkəmə iclasına çağırmasa və dinləmədə onun iştirakını təmin etməsə (həmçinin qərarın surətini ona təqdim etməsə) belə, bu hallar ərizəçini öz təşəbbüsü ilə elementar addımlar atmağa və müvafiq orqanlardan apellyasiya baxışının nəticəsi barədə məlumat əldə etməyə dair fərdi məsuliyyətdən azad etmir. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmuşdur. Buna görə də, şikayət təmin edilməməli, Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 130, 133 və 398-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadından iş üzrə cavabdeh cavabdeh1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar