Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-690/2026 21.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi zərər” tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 Goranboy Rayon Məhkəməsinin e-2(045)- ***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 34000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının ərizəsi əsasında qeyd edilən mülki işə qiyabi icraat qaydasında baxılmış, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin olunmuşdur. Tələbkar Cavabdeh nümayəndəsi və vəkili vəkil1 məhkəməyə ərizə ilə müraciət edərək, qiyabi qətnamənin ləğv edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə Cavabdeh nümayəndəsi və vəkili vəkil1 qiyabi qətnamənin ləğv edilməsinə dair ərizəsi təmin edilməmişdir. Cavabdeh Cavabdeh nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixində şikayət ərizəsi ilə müraciət edərək Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv etməklə qiyabi qətnamənin ləğv edilməsinə dair verdiyi ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırmışdır ki, iddiaçı X2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ondan 34000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qiyabi qətnaməsi ilə iddiaçının iddia tələbi təmin edilərək, ondan 34000 manat məbləğində pul iddiaçı İddiaçı xeyrinə tutulmuşdur. O qiyabi qətnamənin ləğv edilməsinə dair ərizə ilə müraciət etsə də ərizənin təmin edilməməsinə dair qərardad qəbul edilmişdir. Məhkəmə qərardadında onu qeyd edir ki, onun poçt ünvanına qiyabi qətnamə göndərilmişdir. Həmin qiyabi qətnamənin ona göndərilməsi üçün məhkəmənin katibi tərəfindən (S.Səməd) zəng edilmiş, ondan poçt ünvanı istənilmiş və poçt ünvanına ərizə göndərilmiş, həmin ərizəni imzalayaraq geri göndərilməyini istəmişdir ki, o da buna etiraz etməyərək etmişdir. Həmin ərizəni şikayətinə əlavə edir ki, orada açıq-aydın yazdıqları görsənir. Həmin poçtu məhkəmə əsas götürərək qiyabi qətnaməni almağını qeyd etməklə ərizəni təmin etməmişdir. O ölkə xaricində olduğundan və müəyyən problemləri olduğu üçün poçt ünvanına baxış keçirtməmiş, sadəcə müəyyən problemlərini həll etdikdən sonra, qiyabi qətnamənin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Təəssüflər olsun ki, məhkəmə ərizəni təmin etməmişdir. Hesab edir ki, qiyabi qətnamə ləğv edilməli və işə mahiyyəti üzrə baxılmalıdır. Ona görə də hesab edir ki, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qanunsuz və əsassızdır. Bu baxımdan, sözügedən qərardad ləğv edilməli, ərizə təmin edilməklə qiyabi qətnamə ləğv edilərək işə mahiyyəti üzrə baxılmalıdır. Odur ki, sözügedən qərardadı ləğv etməklə qiyabi qətnamənin ləğv edilməsinə dair verdiyi ərizəsinin təmin edilməsini xahiş edir. Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və iş materialları ilə birlikdə bаxılmаsı üçün Gəncə Аpellyаsiyа Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh prosesual müddəti ötürmüşdür. Cavabdeh ölkə xaricində olduğu üçün özü elektron poçt vasitəsi (elektron ünvan 1) ilə məhkəməyə müraciət edərək, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsinin həmin elektron poçt ünvanına göndərilməsini xahiş etmiş və öz iradə ifadəsini göstərmişdir. ## ###### 2025-ci il tarixində həmin qiyabi qətnamə cavabdehin ərizəsində göstərilən elektron poçt ünvanına göndərilmişdir. Lakin qiyabi qətnamənin ləğv edilməsi barədə cavabdeh Cavabdeh nümayəndəsi (vəkil) vəkil1 ərizəsi ##.##.2026-cı il tarixdə məhkəməyə daxil olmuşdur. Ərizədə göstərilmişdir ki, Goranboy Rayon Məhkəməsinin e-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qiyabi qətnaməsini rəsmi qaydada almamışlar. Şikayətində cavabdeh qeyd etmişdir ki, o, ölkə xaricində olduğundan və müəyyən problemləri olduğu üçün poçt ünvanına baxış keçirtməmiş, sadəcə müəyyən problemlərini həll etdikdən sonra, qiyabi qətnamənin ləğv edilməsi üçün ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası həmin dəlilləri inandırıcı hesab etmir, cavabdehin formal mülahizələri kimi qiymətləndirir. Həmin dəlilləri cavabdehin elektron ünvan 1 elektron poçt adresini özünün məhkəməyə göndərməsi, məhkəmənin qiyabi qətnaməsindən xəbəri olması və mübahisələndirilən məhkəmə aktının həmin elektron poçt ünvanına göndəriləcəyindən xəbəri olmasının təsdiqi kimi qəbul edir. Bundan başqa, kollegiya qeyd edir ki, iş materiallarının 155-ci vərəqində olan reyestrdən görünür ki, işə baxan məhkəmə mübahisələndirilən məhkəmə aktını cavabdehin özünün ərizəsində qeyd etdiyi Goranboy rayonu Yəhərçi Qazaxlar kəndinə ##.##.2025-ci il tarixdə rəsmi poçt möhrü ilə təsdiq edilmiş reyestr ilə göndərmişdir. Azərbaycan Respublikası MPM-nin 244-cü maddəsinə əsasən cavabdeh qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində həmin qətnamənin ləğvi üçün qiyabi qətnaməni çıxartmış məhkəməyə ərizə verməyə haqlıdır. Həmin Məcəllənin 246-cı maddəsinə əsasən qiyabi qətnamənin ləğvi haqqında ərizədən imtina edildikdə apelyasiya şikayətindən imtina edilməsi haqqında qaydalar tətbiq edilir. Həmin Məcəllənin 249-cu maddəsinə əsasən hakim, qiyabi qətnamənin ləğvi haqqında ərizəyə baxaraq, ərizənin təmin olunmaması haqqında, yaxud qiyabi qətnamənin ləğv edilməsi və işin təzələnərək mahiyyəti üzrə baxılması barədə qərardad çıxarır. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə müddətin üzrlü olması ilə bağlı qeyd edir ki, iş üzrə cavabdeh öz prosessual hüquq və vəzifələrinin icrasında lazımi diqqət və ehtiyatlılıq göstərməmişdir. Məhkəmə praktikasına və prosessual hüququn ümumi prinsiplərinə əsasən, müddətin buraxılması yalnız tərəfin iradəsindən asılı olmayan, qabaqcadan görülməsi və qarşısının alınması mümkün olmayan hallarda yol verilə bilər. Hazırki vəziyyətdə isə belə hallar mövcud olmamışdır. Cavabdehin şikayətin dəlillərində göstərdikləri prosessual müddətin ötürülməsi üçün üzrlü hesab edilə bilməz və bu ötürülmə tam şəkildə cavabdehin öz üzərinə düşən prosessual vəzifələri vaxtında və lazımi qaydaya yerinə yetirməməsinin nəticəsidir. Cavabdeh öz hərəkətlərinə və hərəkətsizliyinə görə məsuliyyət daşıyır və bu məsuliyyət sonradan aradan qaldırıla bilməz. Müddətlərin hesablanması qaydalarını müəyyən edən Azərbaycan Respublikasının MPMin 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. Azərbaycan Respublikasının MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məhkəmə kollegiyası izah edir ki, prosessual müddətlərin müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Müddətlərin üzrlü səbəb olmadan buraxılması bu prinsiplərin mahiyyətinə zidd olmaqla yanaşı, qarşı tərəfin qanunla qorunan subyektiv hüquqlarına birbaşa müdaxilə edir. Hazırki iş üzrə müddətin ötürülməsi cavabdehin öz prosessual davranışından irəli gəldiyi halda, bu müddətin üzrlü hesab edilməsi və ya bərpa olunması digər tərəfin – məhkəmə qətnaməsi ilə hüququ bərpa edilmiş şəxsin hüquqi sabitlik və qərarın icra olunmasına olan legitim gözləntilərini pozur. Bundan əlavə, prosessual müddətin üzrlü hesab edilməsi tərəflər arasında prosessual bərabərlik prinsipini də pozur. Çünki, bir tərəfin öz səhlənkarlığı nəticəsində yol verdiyi prosessual pozuntunun məhkəmə tərəfindən kompensasiya edilməsi, digər tərəfin qanuna uyğun, vicdanlı və vaxtında həyata keçirdiyi prosessual davranışın mənasız hala gətirilməsi ilə nəticələnir. Eyni zamanda müddətin əsassız şəkildə buraxılması işin süni şəkildə uzadılmasına, məhkəmə qərarının icrasının gecikdirilməsinə və digər tərəfin əmək hüquqlarından faktiki istifadə imkanlarının məhdudlaşdırılmasına səbəb olur ki, bu yalnız prosessual deyil, həm də madd hüquqların pozulması kimi qiymətləndiriləcəkdir. Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Qərardadın ləğv edilməsi üçün hüquqi əsaslar yoxdur. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 244, 246, 249, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-690/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-690/2026
21.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver