Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-710/2026 14.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X3 (sədrlik edən və məruzəçi), Qəhrəmanov Əkrəm Sabir oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, İbrahimli Güləsər Rəhim qızının katibliyi, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «maddi ziyanın ödənilməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X1 18900 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir.
2. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2024cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş, qeyd edilmişdir ki, X5 İddiaçı “Hyundai Elantra” markalı **- ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüququnun verilməsinə dair ##.##.2022- ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış avtomobilin icarəsinə dair müqavilə bağlanarkən qüvvədə olmamışdır. Ona görə də X5 ona dəymiş ziaynı Cavabdeh deyil, İddiaçı tələb etməlidir.
3. X5 Bakı şəhəri * saylı Notariat Ofisində verdiyi ************* saylı ərizəsindən görünür ki, İddiaçı tərəfindən ona məxsus olan ** ZO *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan onun tərəfindən tam ödənilmişdir.
4. “xxxx” MMC-nin yol vərəqəsindən görünür ki, Cavabdeh ##.##.2022-ci il tarixdən ##.##.2022-ci il tarixədək “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC-dən icarə götürmüşdür.
5. */**** saylı ekspertiza rəyindən görünür ki, tədqiq edilən 2016-cı il buraxılışlı “Hyundai Elantra” markalı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 18900 manat müəyyən edilir.
6. ## ######## 2022-ci il tarixli cinayət işinin başlmasının rədd olunması barədə qərarın surətindən görünür ki, sürücü Cavabdeh “xxxx” MMC-nin yol vərəqəsi əsasındaidarə etdiyi Hundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ##.##.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Ucar rayonu Qaracallı kəndi ərazisində keçən 226-cı km.-də Bakı istiqamətində 90 km/saat idarə edib hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sükan arxasında yuxulamaqla avtomobili yolun hərəkət hissəsindən sağ tərəfə çıxaraq yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ehtiyatsızlıqdan pzünün sağlamlığına yüngül zərər vurulmasına, eləcə də əhlükəsiz Şəhər Xidmətinin kamera qurğusu ilə idarə etdiyi avtomobilin zədələnməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
7. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, “Hyundai Elantra” markalı, **- ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilinə dəymiş və onun tərəfindən mülkiyyətçi X5 ödənilmiş 18900 manat ziyanın və 146.70 manat dövlət rüsumunun cavabdeh Cavabdeh tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
8. İddiaçı İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi, vəkil Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək verdiyi izahatında göstərdi ki, İddiaçı X5 ona etibar etdiyi Hyundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixədək icarəyə vermişdir. ##.##.2022-ci il tarixdə saat 09:30 radələrində BakıQazax-Gürcüstan sərhəd yolunun Qaracallı kəndi ərazisindən keçən 226-cı km-də Cavabdeh idarə etdiyi Hyundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən sükan arxasında yuxulamaqla avtomobil üzərində idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə vurmuşdur. ##.##.2022-ci il tarixdə 09:30 radələrində qəza baş verərkən sürücü X2 icarə müqaviləsi əsasında idarə etdiElantra markalı avtomobil Təravət Aslanovaya məxsusdur. İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** qeydiyyat nömrə nişanlı avtomobilə sahiblik və istifadə hüququnu həmin avtomobilin mülkiyyətçisi olan X5 ##.##.2022ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə əsasında digər şəxslərə icarəyə vermişdir. ## ######## 2022-ci il tarixdə Bakı şəhəri Hyundai GƏNCLİK Servisdə Elantra markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə texniki baxış keçirilmişdir. Aşkar edilmiş nasazlıqların aradan qaldırılması üçün dəyişiləcək ehtiyat hissələri və görüləcək işlərin nədən ibarət olduğu müəyyən edilmiş, nəticədə zərərin miqdarı cəmi 29826.00 manat (iyirmi doqquz min səkkiz yüz iyirmi altı) manat müəyyən olunmuşdur. Bundan öncə, X5 iddia ərizəsi ilə Tovuz rayon Məhkəməsinə müraciət edərək mülkiyyətində olmuş Hyundai Elantra markalı **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə dəymiş ziyanın Cavabdeh alınaraq ona ödənilməsi barədə iddiası Tovuz Rayon Məhkəməsinin ##.##.2024- cü il tarixli, *(***)-**/**** saylı qətnamə ilə iddia qismən təmin edilmiş və cavabdeh Cavabdeh 18900 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh apelyasiya şikayət vermiş və həmin apelyasiya şikayəti təmin edilərək iddia rədd edilmişdir. Apelyasiya məhkəməsi iddia ərizəsinin rədd edərkən qeyd etmişdir ki, X5 İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüququnun verilməsinə dair ##.##.2022-ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış avtomobilin icarəsində dair müqavilə bağlanarkən qüvvədə olmamışdır. Ona görə də X5 ona dəymiş ziyanı Cavabdeh deyil, İddiaçı tələb etməlidir. Birinci instansiya məhkəməsi tərəfindən avtomobilə dəymiş ziaynın hansı məbləğdə olmasının müəyyən edilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy əsasında müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 18900 manat təşkil edir. İddiaçının avtomobilə çəkmiş olduğu xərc 29826 manat təşkil etmiş olsa da, bundan əlavə digər gəlirlərindən məhrum qalsa da ortada ekspertiza rəyi olduğu üçün həmin rəy üzrə müəyyən olunmuş məbləğin alınıb ona ödənilməsini xahiş edir. Bundan sonra, ##.##.2025-ci il tarixdə “Hyundai Elantra” markalı, 99- ZO-172 dövlət qeydiyyat nişanlı minik avtomobilinə ekspertiza rəyi ilə müəyyən edilmiş 18900 manat ziyan onun tərəfindən X5 tam olaraq ödənilmişdir. Hazırda mülkiyyətçiyə dəymiş olan ziyan tam olaraq ödənilmişdir, buna görə də hesab edir ki, həmin mülkiyyətçiyə ödəmiş olduğu 18900 manat həmin avtomobilə ziyan vurmuş şəxs Cavabdeh tutulub iddiaçıya ödənilməlidir. ##.##.2022-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarla da Cavabdeh ##.##.2022-ci tarixdə X4 məxsus “Hyundai Elantra” markalı **-ZO-*** DQN-lı avtomobil ilə törətmiş olduğu qəza nəticəsində təqsirli bilinmişdir. Baş vermiş qəzadan sonra cavabdeh Cavabdeh verdiyi izahatdan da göründüyü kimi o, ##.##.2022-ci il tarixdən ##.##.2022- ci il tarixədək “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili “xxxx” MMC-dən icarə götürmüşdür. Burada Cavabdeh icarəyə götürdüyü avtomobillə ehtiyatlı davranmamış, onunla bağlı yaranan öhdəliyi vicdanlı şəkildə icra etməmişdir. Yuxarıda göstərdiklərinə əsasən, cavabdeh Cavabdeh 18900 manat vurulmuş ziyanın və 146,70 manat dövlət rüsumunun ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş edir.
9. Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi ilə (hakim Qafil Baxşıyev) iddia təmin edilərək, cavabdeh Cavabdeh dəymiş maddi zərərə görə 18900 manat pulun və 146,7 manat dövlət rüsumunun alınaraq İddiaçı verilməsi qət edilmişdir.
10. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı X5 ona etibar etdiyi Hyundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh ##.##.2022-ci ildən ##.##.2022-ci il tarixədək icarəyə vermişdir. ##.##.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax-Gürcüstan sərhəd yolunun Qaracallı kəndi ərazisindən keçən 226-cı km-də Cavabdeh idarə etdiyi Hyundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini Bakı istiqamətində idarə edib hərəkətdə olarkən sükan arxasında yuxulamaqla avtomobil üzərində idarəetməni itirərək avtomobili yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə vurmuşdur. ##.##.2022-ci il tarixdə 09:30 radələrində qəza baş verərkən sürücü Cavabdeh icarə müqaviləsi əsasında idarə etdiyi Elantra markalı avtomobil Təravət Aslanovaya məxsusdur. İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** qeydiyyat nömrə nişanlı avtomobilə sahiblik və istifadə hüququnu həmin avtomobilin mülkiyyətçisi olan X5 ##.##.2022ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə əsasında digər şəxslərə icarəyə vermişdir. Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X1 18900 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş, qeyd edilmişdir ki, X5 İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüququnun verilməsinə dair ##.##.2022-ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış avtomobilin icarəsində dair müqavilə bağlanarkən qüvvədə olmamışdır. Ona görə də X5 ona dəymiş ziyanı Cavabdeh deyil, İddiaçı tələb etməlidir. İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanı tam həcmdə X5 ödəmişdir. Birinci instansiya məhkəməsində əvvəl icraatda olan zaman iş üzrə məhkəmə tərəfindən avtomobilə dəymiş ziyanın hansı məbləğdə olmasının müəyyən edilməsinə dair məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və rəy əsasında müəyyən edilmişdir ki, “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyan 18900 manat təşkil edir. “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobili Cavabdeh idarə edərkən yol nəqliyyat hadisəsi törətmiş və o, həmin nəqliyyat vasitəsinə 18900 manat ziyan vurmuşdur. Avtomobili icarəyə verən İddiaçı tərəfindən mülkiyyətçiyə dəyən ziyan tam həcmdə ödənilmişdir. Odur ki, iddia təmin edilməlidir..
11. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 1096.1, 1097.1, 1108.1-ci maddələrinə istinadla əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
12. Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.
13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, avtomobili İddiaçı müqavilə əsasında icarəyə götürmüşdür. Lakin avtomobilin faktiki mülkiyyətçisi X5r. Bu halda ziyanın kimdən tələb olunması məsələsi düzgün müəyyən edilməmişdir. İcarə müddəti ##.##.2022-ci ildən ##.##.2022-ci ilədək olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 362-ci maddəsinə əsasən etibarnamənin müddəti bitdikdə nümayəndəlik xitam olunur və bağlanmış icarə müqaviləsi hüquqi qüvvəyə malik deyil və bu müqavilədən onun üzərinə öhdəlik yarana bilməz. İş materiallarından da göründüyü kimi, İddiaçı verilmiş ##.##.2022-ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə icarə müqaviləsi bağlanan zaman qüvvədə olmamışdır. Bu səbəbdən onun avtomobil üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359 və 362-ci maddələrinə əsasən onunla bağlanmış icarə müqaviləsi hüquqi qüvvəyə malik deyil və yaranmış zərərə görə məsuliyyət həmin şəxsə – İddiaçı aiddir. Həmçinin qeyd etmişdir ki, o, avtomaşının kasko sığortası olmasını bildiyi üçün onu icarəyə götürmüşdür, əks halda o avtomaşını icarəyə götürməzdi. İkincisi o, avtomaşını İddiaçı müqavilə əsasında icarəyə götürmüşdür. Zərər əgər İddiaçı aid deyildisə niyə onun tərəfindən ödənilirdi. Üçüncüsü - məhkəmə zərərə görə məsuliyyəti yanlış şəxsə aid etmişdir. Mülki Məcəllənin: 1096-cı maddəsinə əsasən zərər vuran şəxs məsuliyyət daşıyır. 1097-ci maddəsinə əsasən isə zərər digər şəxsin qanunsuz hərəkətləri nəticəsində yaranarsa, məsuliyyət həmin şəxsə aid edilir. Zərərin hüquqi səbəbi avtomobilin səlahiyyətsiz şəkildə icarəyə verilməsi olmuşdur. Bu isə İddiaçı qanunsuz hərəkətidir. Əlavə olaraq qeyd etmişdir ki, İddiaçı qanunsuz hərəkətləri, yəni səlahiyyətsiz şəkildə avtomobilin icarəyə verilməsi və yalan məlumat təqdim etməsi baş verməsəydi, ümumiyyətlə bu hüquqi münasibət yaranmazdı və nəticə etibarilə zərər də baş verməzdi. İddiaçı hərəkətləri təkcə mülki hüquq pozuntusu deyil, həm də bilərəkdən risk yaradaraq üçüncü şəxsi zərərə məruz qoyma kimi qiymətləndirilməlidir. Ona görə də o, Tovuz rayon Məhkəməsinin qeyd olunan qətnaməsi ilə razı deyildir və hesab etmişdir ki, qətnamə əsassız olduğundan ləğv olunmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab etmişdir ki, Tovuz Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir və ləğv edilməlidir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin bir sıra maddələri düzgün tətbiq edilməmiş və nəticədə iş üzrə səhv hüquqi nəticəyə gəlinmişdir.
14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
15. Tərəflərə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Lakin, cavabdeh Cavabdeh “Elektron Məhkəmə İnformasiya Sistemi” vasitəsi ilə ərizə ünvanlayaraq, səhhətində yaranmış vəziyyət səbəbindən məhkəmə iclasında iştirak edə bilməyəcəyini, apellyasiya şikayətində iş üzrə mövqeyini, etirazlarını və hüquqi əsaslarını ətraflı şəkildə göstərdiyini bildirmişdir. Bu səbəbdən iştirakı olmadan baxılmasını və apellyasiya şikayətində göstərilən dəlillər nəzərə alınmaqla qanuni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
17. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir(hərəkət və ya hərəkətsizlikdir).
18. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.
19. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və ya işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.
20. Maddə 1108.1. ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsinin idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.
21. Maddə 1108.3. yüksək təhlükə mənbələrinin qarşılıqlı təsiri nəticəsində onların sahiblərinə dəymiş zərərin əvəzi ümumi əsaslarla ödənilir.
22. Maddə 1114.1. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
27. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
28. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
29. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. İlk növbədə qeyd olunmalıdır ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.
35. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.
36. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə Hundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilə dəymiş zərərin əvəzini ödəmək vəzifəsini həmin avtomobili idarə etmiş və yol-nəqliyyat hadisəsinə görə təqsirli olduğu sübuta yetirilən Cavabdeh üzərinə qoyulmalıdır. Belə ki, hazırki iş materiallarına əlavə olunmuş ## ######## 2022-ci il tarixli cinayət işinin başlamasının rədd olunması barədə qərarın surətindən görünür ki, sürücü Cavabdeh “xxxx” MMC-nin yol vərəqəsi əsasındaidarə etdiyi Hundai Elantra markalı, **-ZO-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini ##.##.2022-ci il tarixdə saat 09:30 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Ucar rayonu Qaracallı kəndi ərazisində keçən 226-cı km.-də Bakı istiqamətində 90 km/saat idarə edib hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq sükan arxasında yuxulamaqla avtomobili yolun hərəkət hissəsindən sağ tərəfə çıxaraq yolun sağ kənarında yerləşən Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusunun dirəyinə vurmuş, nəticədə onun tərəfindən yol hərəkəti qaydalarının pozulmasına görə ehtiyatsızlıqdan özünün sağlamlığına yüngül zərər vurulmasına, eləcə də Təhlükəsiz Şəhər Xidmətinin kamera qurğusu ilə idarə etdiyi avtomobilin zədələnməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Həmçinin, işə əlavə olunmuş */**** saylı ekspertiza rəyindən görünür ki, tədqiq edilən 2016-cı il buraxılışlı “Hyundai Elantra” markalı avtomobilin hazırki vəziyyətdə əksər hissələri dəyişilməklə, əsaslı təmir olunması rentabelli hesab olunmur və zərərçəkmişə dəymiş maddi ziyanın məbləği salamat qalan yararlı hissələrin dəyərini çıxmaqla təxminən 18900 manat müəyyən edilmişdir.
37. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, X5 cavabdeh Cavabdeh qarşı maddi ziyanını ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh X1 18900 manat pulun tutularaq iddiaçı X5 ödənilməsi qət edilmişdir. Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)- ***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə Tovuz Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-**/**** saylı qətnaməsi tamamilə ləğv edilmiş, qeyd edilmişdir ki, X5 İddiaçı “Hyundai Elantra” markalı **-ZO-*** dövlət qeydiyyat nişanlı avtomobilə sahiblik və istifadə hüququnun verilməsinə dair ##.##.2022- ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə, İddiaçı ilə Cavabdeh arasında bağlanmış avtomobilin icarəsinə dair müqavilə bağlanarkən qüvvədə olmamışdır. Ona görə də X5 ona dəymiş ziyanı Cavabdeh deyil, İddiaçı tələb etməli olması göstərilmişdir.
38. Göründüyü kimi həmin hallara Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı ##.##.2024-cü il tarixli qətnaməsi ilə hüquqi qiymət verilmiş və qətnamə qanuni qüvvəsini almışdır.
39. Bundan sonra İddiaçı tərəfindən X5 məxsus olan ** ZO *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan İddiaçı tərəfindən tam ödənilmiş və X5 bu barədə Bakı şəhəri * saylı Notariat Ofisində verdiyi ************* saylı ərizə vermişdir. Belə olan halda isə Cavabdeh tərəfindən onun təqsiri üzündən X5 məxsus olan ** ZO *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsinə dəymiş ziyan İddiaçı tərəfindən ödənildiyindən MM-nin 1114.1-ci maddəsinin tələblərinə uyğun olaraq Cavabdeh vurduğu zərərin əvəzini ödəmiş şəxsin, yəni İddiaçı həmin şəxsə tələb hüququ yaranır.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh apellyasiya şikayətini onunla əsaslandırır ki, iş materiallarından da göründüyü kimi, İddiaçı verilmiş ##.##.2022-ci il tarixli, *E-**** nömrəli reysterdə qeydə alınmış etibarnamə icarə müqaviləsi bağlanan zaman qüvvədə olmamışdır. Bu səbəbdən onun avtomobil üzərində sərəncam vermək hüququ olmamışdır. Belə olan halda, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359 və 362-ci maddələrinə əsasən onunla bağlanmış icarə müqaviləsi hüquqi qüvvəyə malik deyil və yaranmış zərərə görə məsuliyyət həmin şəxsə – İddiaçı aiddir. Həmçinin qeyd etmişdir ki, o, avtomaşının kasko sığortası olmasını bildiyi üçün onu icarəyə götürmüşdür, əks halda o avtomaşını icarəyə götürməzdi. İkincisi o, avtomaşını İddiaçı müqavilə əsasında icarəyə götürmüşdür. Zərər əgər İddiaçı aid deyildisə niyə onun tərəfindən ödənilirdi. İddiaçının avtomobilin üzərində sərəncam hüququnun olmaması, cavabdehin kasko sığortasının olmasını bildiyi üçün və onun avtomobili Əhməd Balaca oğlundan müqavilə əsasında icarəyə götürməsi, vurduğu zərərə görə onu mülki məsuliyətdən azad edən hal kimi qiymətləndirilə bilməz. Cavabdehin avtomobilin kasko sığortasının olmaması dəlilinə münasibətdə qeyd olunmalıdır ki, cavabdeh icarə müqaviləsi bağlayarkən müqavilə şərtləri ilə razılaşaraq imzalamış və həmin şərtləri qəbul etmişdir. Müqavilə şərtlərində kasko sığortaya dair bəndin olmaması cavabdehin hüquqazidd hərəkəti nəticəsində vurulmuş ziyanın ödənilməsindən azad edilmə əsası deyildir. İşin mübahisəsiz halıdır ki, Cavabdeh icarə müqaviləsi əsasında idarə etdiyi X5 məxsus olan ** ZO *** dövlət qeydiyyat nişanlı, “Hyundai Elantra” markalı nəqliyyat vasitəsilə yol nəqliyyat hadisəsi törətmiş və avtomobilə 18900 manat ziyan vurmuşdur(icarə müqaviləsi hətta etibarsız olmuş olsa belə). X5 dəymiş ziyan iddiaçı tərəfindən ödənilmiş və iddiaçının cavabdehə qarşı geriyə tələb (reqres) hüququ yaranmışdır ki, hansı ki, iddiaçı həmin tələblə məhkəməyə müraciət etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir.
41. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
42. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin e-*(*-***)-***/**** saylı, ##.##.2026-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.