Məhkəmə qərarları › İş №e-2(3-7)-751/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-751/2026

22.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-751/2026 22.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iş üzrə (Açar sözlər: pul tələbi) Hakimlər X6 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə X2 qızının katibliyi ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh cavabdeh3 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı “borcun qaytarılması” tələbinə dair mülki iş üzrə Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** nömrəli qətnaməsindən iş üzrə cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə işə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı

1. ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı kredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X4 24 ay müddətinə illik 25% ödəmək şərtilə 2100 manat məbləğində, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, X4 12 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir.

2. ##.##.2025-ci il tarixli arayışdan görünür ki, X4 ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əsasən banka olan borcu 928.62 manat və ##.##.2013-cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 198.45 manat təşkil edir.

3. Gəncə şəhəri * saylı Notariat Ofisi tərəfindən verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, ##.##.2014-cü il tarixdə ölmüş X4 vərəsələri: əri-cavabdeh3, oğlu- cavabdeh2 və qızı- cavabdeh1dır. Miras əmlak Samux rayonu, Zazalı kəndində yerləşən 0.4872 ha torpaq sahəsində olan torpaq payından və Samux rayonu, Zazalı kəndində yerləşən 1.5829 ha torpaq sahəsində olan torpaq payından ibarətdir.

a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı kredit müqaviləsi üzrə 309.1 manat əsas borc, 447.36 manat faiz və 172.16 manat cərimə olmaqla cəmi 928.62 manat, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsi üzrə 59.29 manat əsas borc, 99.16 manat faiz və 40 manat cərimə olmaqla cəmi 198.45 manat və 30 manat dövlət rüsumunun, 0,40 manat bank xidmət haqqının əvəzinin kreditor İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əsasən 2100 manat, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 700 manat məbləğlərində kredit verilmişdir. Hazırda mərhum X4 banka iki müqavilə üzrə ümumilikdə 1.127,07 manat borcu vardır. X4 ##.##.2014-cü il tarixdə vəfat etmişdir. * saylı Gəncə regional “Asan Xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X4 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında qəbul etmişlər. Ona görə də tələbin təmin olunması məhkəmədən xahiş olunmuşdur.

3. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** nömrəli qətnaməsi ilə (hakim T.Ə.Kərimova) iddia qismən təmin edilməsi, cavabdehlər cavabdeh3, cavabdeh1 və cavabdeh2 İddiaçı ASC ilə mərhum X4 arasında bağlanılmış ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı kredit müqaviləsi üzrə 309.1 manat əsas borc, 447.36 manat faiz borcu və 10 manat cərimə borcu, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsi üzrə 59.29 manat əsas borc, 99.16 manat faiz borcu və 5 manat cərimə borcu olmaqla ümumilikdə 929.91 (doqquz yüz iyirmi doqquz manat doxsan bir qəpik) manat və ödənilmiş 30 manat dövlət rüsumunun və 0,40 manat bank xidmət haqqının əvəzi tutularaq İddiaçı ASC-nə ödənilməsi, iddia qalan hissədə təmin edilməməsi qət edilmişdir.

4. Qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə qeyd etmişdir ki, X4 ölümündən sonra miras qoyanın qanun üzrə vərəsələri kimi, cavabdeh3, cavabdeh2 və cavabdeh1 Samux rayonu, Zazalı kəndində yerləşən 1.5829 ha torpaq sahəsindən və Samux rayonu, Zazalı kəndində yerləşən 0.4872 ha torpaq sahəsindən miras qoyanın payından ibarət miras əmlakı qəbul etmişlər. Belə olan halda onlar miras qoyanın öhdəliklərinin yerinə yetirilməsi vəzifəsinin də daşıyıcısıdırlar. Ona görə də iddiaçı, mərhum M.Məmmədovanın kredit müqaviləsi üzrə yaranmış borcunu onun ölümündən sonra mirasını qəbul etmiş qanun üzrə vərəsələri – cavabdeh3, cavabdeh2 və cavabdeh1 tələb etməkdə haqlıdır.

5. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 427.3, 442, 462.1, 467, 739.1, 741, 1146, 1151.1, 1255, 1306.1, 1307-ci maddələrinə, Mülki- Prosessual Məcəllənin 119.1 , 284-1, 284-5.1 , 284-5.2 , 284-5.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh cavabdeh3 qətnamədən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2013-cü il tarixli, CC*******U/**A saylı müqaviləyə əsasən 2100 manat, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı müqaviləyə əsasən 700 manat məbləğlərində kredit verilmişdir. İş materiallarına əlavə edilmiş ##.##.2013-cü il tarixli, CC*******U/**A saylıkredit müqaviləsinin surətindən görünür ki, İddiaçı ASC tərəfindən X4 24 ay müddətinə illik 25% ödəmək şərtilə 2100 manat məbləğində, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit və bank hesabı müqaviləsinin surətindən görünür ki, X4 12 ay müddətinə 700 manat məbləğində kredit verilmişdir. Kredit münasibətləri müddətlidir və həyata keçirmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətidi. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qydada uyğun olaraq müəyyən edilir. Müqavilədən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi gündən etibarən başlayır. Hazırki tələb üzrə iddia müddətinin axımı ##.##.2015-ci ildən başlayaraq ##.##.2018-ci il bitir. Lakin buna baxmayaraq iddiaçı məhkəməyə 2026-cı ildə müraciət etmişdi ki, bununla da 3 illik iddia müddətini keçirmişdi.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 8.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

12. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər cavabdehlərə rəsmi qaydada məlumat verilmiş, lakin digər cavabdehlər məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Bu səbəbdən də məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Maddə Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Maddə 385. Öhdəlik anlayışı 385.1 Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739. Borc müqaviləsi. 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 743. Borcun dərhal qaytarılmasını tələb etmək hüququ.

743. Əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Bu hüquq həmçinin borc alanın əmlak vəziyyəti müqavilə bağlanmazdan əvvəl pisləşdikdə, borc verənə isə bu yalnız borc müqaviləsi bağlandıqdan sonra məlum olduqda da qüvvədədir. Maddə 1306. Vərəsələrin kreditorlar qarşısında məsuliyyəti 1306.1. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1243. Mirasın qəbul edilməsi 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir.

13. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ###### 2021-ci il tarixli Qərarı. Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269.1, 269.5, 460.1 və 1306.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ##### 2023-cü il tarixli Qərarı. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2018-ci il # #### tarixli Qərarında qeyd edilmişdir ki, borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Beləliklə, göstərilən normaların məzmunundan çıxış edərək Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən miras qoyanın əmlak xarakterli öhdəlikləri üzrə borcluya çevrildiyindən, onlar miras qoyanın kreditorları qarşısında öhdəliyin icrasına görə birgə məsuliyyət daşıyırlar.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1. Apellyasiya instansiyası məhkəməsində baxılan mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələrdən kassasiya şikayəti verilə bilməz.

Apellyasiya baxışının hədləri

14. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

15. Hazırkı işdə cavabdeh apellyasiya şikayətində qətnaməni tam hissədə mübahisələndirdiyindən, qətnamənin əsaslılığı tam hissədə yoxlanılır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmanılıdır.

25. Belə ki, iddiaçı - ASC müqavilə üzrə üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirmiş, yəni borclu X4 müqavilələr üzrə nəzərdə tutulan kredit vəsaitini vermişdir. Borclu isə kreditor qarşısındakı öhdəliyini tam icra etməmədən ##.##.2014-cü il tarixdə vəfat etmişdir.

30. İşdən həmçinin görünür ki, mərhumun vərəsələri iş üzrə cavabdehlərdir və onlar borcludan miras qalmış daşınmaz əmlakları qəbul etmişlər. Yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələblərinə görə, nə qədər ki, cavabdehlər borcludan qalmış miras əmlakı miras aktivi kimi qəbul etmişlər, mərhuma aid borc öhdəliyi isə hüquq varisliyi qaydasında keçən öhdəlikdir, deməli cavabdehlər miras qoyanın öhdəliklərini də qəbul etmişlər. 31 Cavabdeh tərəfin apelyasiya şikayətinin dəlillərinə münasibətdə kollegiya bildirir ki, şikayətin dəlilləri işin halları ilə təsdiq olunmur və yuxarıda istinad edilmiş maddi hüquq normalarının tələbləri baxımından əsaslı deyildir. Belə ki, işə sadələşdirilmiş icraat qaydasında baxılsa da, cavabdeh tərəf iddia ərizəsi barədə məlumatlandırılmış və ona görə də, cavabdeh tərəfin iddia tələbinə dair etiraz və mülahizələrini, eləcə də tələbə iddia müddətinin tətbiq edilməsi barədə ərizəsini məhkəməyə göndərmək imkanı olmuşdur. Cavabdeh isə bu prosessual imkandan istifadə etməmişdir. 32 Həmçinin qeyd edilməlidir ki, mülki iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olmasına görə qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

12. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə əsas ola bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi qənaət qanuni və əsaslı olmuşdur.

17. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2, 392, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Samux Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin veilməsi üçün ödənilmiş dövlət rüsumu apellyatora aid edilsin. Qətnamə qəbul edildiyi vaxtdan qüvvəyə minir, ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar