Məhkəmə qərarları › İş №e-2(3-7)-780/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-780/2026

02.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-780/2026 02.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X1 qızının katibliyi, İddiaçı İddiaçı oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızının iştirakı ilə, İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğluna qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, İşin halları

1. Şəmkir rayon * saylı Mediyasiya təşkilati tərəfindən verilmiş, MŞŞƏM/1/MT052/2025- ***** nömrəli, ##.##.2025-ci il tarixli ikin mediysiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı Damir oğlunun müraciəti əsasında cavabdeh2 və cavabdeh1 İsrafil oğlu tərəfindən vurulmuş 10000.0 (on min) manat məbləğində maddi ziyanın ödənilməsi tələbi üzrə mübahisə üzrə mediyasi iclası ##.##.2025- ci il tarixdə saat 16:00-a təyin edilmiş, iclasda iddiaçının nümayəndəsi İsayeva Xalidə İsa qızı iştirak etmiş, cavabdeh2 və cavabdeh1 İsrafil oğlu iştirak etməmişdirlər.

2. "Hüquqi yardımın göstərilməsi haqqında" olan *** nömrəli ##.##.2025 -ci il tarixli müqavilədən görünür ki, İddiaçı ilə Şəmkir Rayon Vəkil Bürosunun vəkili İsayeva Xalidə İsa qızı arasında mülki iş üzrə hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanmışdır. İddiaçı ##.##.2025-ci il tarixdə Şəmkir Rayon Vəkil Bürosunun vəkili İsayeva Xalidə İsa qızının hesabına 500 manat pul ödəmişdir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı İddiaçı cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğluna qarşı iddia qaldıraq, cavabdeh cavabdeh1 İsrafil oğlundan 2000 manat başlıq pulunun, 600 manat dəyərində 28 kq. bir baş erkək qoyunun natura formasında, bu mümkün olmadıqda onun dəyərinin, cavabdeh2 toy üçün xərclədiyi 7400 manat maddi ziyanın - Ayşənin anasına almış olduğu 500 manat dəyərində qızıl üzüyün dəyərinin, son zəngdə, bayramlarda Ayşənə ümumilikdə 480 manat dəyərində almış olduğu hədiyyələrin, toy ərəfəsi almış olduğu qızılziynət əşyalarının dəyəri olan 2620 manat pulun, 300 manat dəyərində geyim şeylərinə vermiş olduğu pulun, son zəng hədiyyələrinin dəyəri olan 100 manat pulun, sevgililər günü, bayram günləri almış olduğu hədiyyələrin dəyəri olan 300 manat pulun alınıb ona verilməsinə, vəkil xidmət haqqı üçün ödədiyi 500 manat pulun, 60 manat mediasiya xərcinin və 60+1 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qətnamə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 onun keçmiş gəlini, cavabdeh1 İsrafil oğlu isə onun atasıdır. Cavabdeh cavabdeh2 onun oğlu X2 ilə ##.##.2024cü ildə faktiki ailə qurmuşdular. Lakin onların nikahı rəsmi qeydə alınmamışdır. Əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Səbəb gəlinin anadan gəlmə uşaqlıq borularının olmaması olmuşdur. O, dəfələrlə keçmiş gəlini Bakıya, Gəncəyə və Qazağa həkimlərə aparmış və müalicə xərcləri ödəmişdir. Həkimlərin yekdil qərarı bu olub ki, cavabdeh Ayşən Arif qızı ana olmaq iqtidarında deyil. Bu səbəbdən də onlar ayrılmışlar. O, cavabdeh cavabdeh1 İsrafil oğluna toy ərəfəsi 2000 (iki min) manat başlıq pulu vermişdi. Toy ərəfəsi isə 8000 (səkkiz min) manat xərc çəkmişdir. Ümumilikdə həmin evliliklə bağlı olaraq o, 10.000 (on min) manat məbləğində maddi ziyan çəkmişdir. Gəlinin anasına 500 manat məbləğində qızıl üzük almışdır. Son zəngdə, bayramlarda Ayşənə ümumilikdə 580 manat dəyərində hədiyyə almışası toy ərəfəsi 2620 manat dəyərində qızıl-ziynət əşyaları, 300 manat dəyərində geyim şeyləri, 100 manat dəyərində son zəng hədiyyələri, 300 manat dəyərində sevgililər günü bayram hədiyyələri almışdır. Bir baş 28 kq-lıq, 600 manat dəyərində erkək heyvanı toy qabağı cavabdehlərə verdi. 3000 manat isə toyda ziyan etmişdir. Halbu ki, həm cavabdeh ata qızı Ayşənin, həm də cavabdeh Ayşən Arif qızı səhhətində olan problemləri bildikləri üçün, onlar qabaqcadan bu barədə məlumat verməli idilər. Ailə həyatı qurmalı deyildi. Lakin onlar Ayşənin xəstəliyi ilə bağlı heç bir məlumatı onlara verməmişdilər. Əksinə onun xəstəliyini onlardan gizlətmişdilər. Bu səbəbdən də ailə davam getmədi. Onun oğlunun 1 adı 2 oldu. Həmçinin maddi ziyan çəkdi. İndi oğlu Samiri evləndirə bilmir. Çünki hamı onu arvad boşamış şəxs kimi qəbul edir. Halbu ki, ailənin dağılmasına səbəb oğlu Samir deyil, cavabdeh Ayşən Arif qızının xəstə olmasıdır. Onun ana olmaq qabiliyyətində olmamasıdır. O, cavabdehlər cavabdeh1 İsrafil oğlundan və cavabdeh2 toy üçün xərclədiyi məbləği geri tələb etsə də, onlar həmin məbləği ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət edir. İstəyir ki, məhkəmə toy üçün xərclədiyi 10.000 (on min) manat məbləğində pulu cavabdehlərdən müştərək qaydada alınıb ona verilməsinə dair qərar qəbul etsin.

5. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia ərizəsinin təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçı tərəfindən tələb olunan məbləğin mövcudluğunu və həqiqətən çəkilmiş maddi zərərin həcmini təsdiq edən mötəbər və obyektiv sübutlar məhkəməyə təqdim edilməli idi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən göstərilən xərcləri təsdiq edən hər hansı yazılı sübutlar (qəbzlər, müqavilələr, ödəniş sənədləri və s.), eləcə də digər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbi əsasən iddiaçının öz izahatına və onunla qohumluq münasibətlərində olan şəxslərin şahid ifadələrinə əsaslanır.

7. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097 və Mülki-Prosessual Məcəllənin 14.2, 77.1 və 119.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

8. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh cavabdeh2 onun keçmiş gəlini, cavabdeh1 İsrafil oğlu isə onun atasıdır. Cavabdeh cavabdeh2 oğlu X2 ilə ##.##.2024cü ildə faktiki ailə qurmuşdular. Lakin onların nikahı rəsmi qeydə alınmamışdır. Əvvəllər mehriban yaşasalar da, sonradan münasibətləri pozulmuşdur. Səbəb gəlinin anadan gəlmə uşaqlıq borularının olmaması olmuşdur. O, dəfələrlə keçmiş gəlinini Bakıya, Gəncəyə və Qazağa həkimlərə aparmış və müalicə xərcləri ödəmişdir. Həkimlərin yekdil qərarı bu olub ki, cavabdeh Ayşən Arif qızı ana olmaq iqtidarında deyil. Bu səbəbdən də onlar ayrılmışlar. O, cavabdeh cavabdeh1 İsrafil oğluna toy ərəfəsi 2000 (iki min) manat başlıq pulu vermişdi. Toy ərəfəsi isə 8000 (səkkiz min) manat xərc çəkmişdir. Ümumilikdə həmin evliliklə bağlı olaraq o, 10.000 (on min) manat məbləğində maddi ziyan çəkmişdir. Gəlinin anasına 500 manat məbləğində qızıl üzük almışdır. Son zəngdə, bayramlarda Ayşənə ümumilikdə 580 manat dəyərində hədiyyə almış toy ərəfəsi 2620 manat dəyərində qızıl-ziynət əşyaları, 300 manat dəyərində geyim şeyləri, 100 manat dəyərində son zəng hədiyyələri, 300 manat dəyərində sevgililər günü bayram hədiyyələri almışdır. Bir baş 28 kq-lıq, 600 manat dəyərində erkək heyvanı toy qabağı cavabdehlərə vermişdir. 3000 manat isə toyda ziyan etmişdir. Halbuki, həm cavabdeh ata qızı Ayşənin, həm də cavabdeh Ayşən Arif qızı səhhətində olan problemləri bildikləri üçün onlar qabaqcadan bu barədə məlumat verməli idilər. Ailə həyatı qurmalı deyildi. Lakin onlar Ayşənin xəstəliyi ilə bağlı heç bir məlumatı onlara verməmişdilər. Əksinə, onun xəstəliyini onlardan gizlətmişdilər. Bu səbəbdən də ailə davam getməmişdir. Onun oğlunun 1 adı 2 oldu. Həmçinin, maddi ziyan çəkdi. İndi oğlu Samiri evləndirə bilmir. Çünki hamı onu arvad boşamış şəxs kimi qəbul edir. Halbuki, ailənin dağılmasına səbəb oğlu Samir deyil, cavabdeh Ayşən Arif qızının xəstə olmasıdır. Onun ana olmaq qabiliyyətində olmamasıdır. O, cavabdehlər cavabdeh1 İsrafil oğlundan və cavabdeh2 toy üçün xərclədiyi məbləği geri tələb etsə də, onlar həmin məbləği ödəməkdən imtina etmişlər. Bu səbəbdən də məcbur olub məhkəməyə müraciət etdi. Məhkəmə isə onun haqlı iddiasını əsassız hesab edərək təmin etməmişdir. Məhkəmə iclas zalında şahid qismində dindirilmiş X4 və X5 ifadələrində göstərmişdilər ki, toy mərasimi üçün 2000 manat məbləğində başlıq pulu verilmiş, bir ədəd erkək qoyun kəsilmiş, şirniyyat alınmış və qızıl üzük hədiyyə edilmişdir. Lakin buna baxmayaraq məhkəmə şahid ifadələrini sübut qismində qəbul etməmiş, təqdim etdiyi digər sübutları əsaslı hesab etməmişdir. Odur ki, məhkəmə qətnaməsini tamamilə əsassız və qanunsuz hesab edir. Qətnamə həm maddi hüquq normalarının, həm də prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə qətnaməsinin ləğv olunmasını və iddia tələbimin təmin olunmasına dair qərar qəbul olunmasını istəyir.

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı oğlunun nümayəndəsi (vəkil) İsayeva Xalidə İsa qızı apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat vermiş və apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, X2 ilə cavabdeh2 rəsmi nikahı olmamışdır. Qızın xəstə olmasını ata-anası bilirdi. Toy ərəfəsində heyvan verilmişdir. Toy xərci olaraq pul verilmişdir. Onları qız evi istifadə etmişdir. Nikaha getməkdən qız imtina etmişdir. Əgər qızın xəstə olduğunu desə idilər, heç onlar evlənməzdilər. İddiaçı da bu qədər xərc çəkməzdi.

12. İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

13. 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

14. 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

15. 1096.2-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

16. 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

17. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

20. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

21. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

22. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

23. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

24. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

25. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

26. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

27. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəfin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

29. İşə baxan məhkəmə belə nəticəyə gəlmişdir ki, iddiaçı tərəfindən tələb olunan məbləğin mövcudluğunu və həqiqətən çəkilmiş maddi zərərin həcmini təsdiq edən mötəbər və obyektiv sübutlar məhkəməyə təqdim edilməli idi. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı tərəfindən göstərilən xərcləri təsdiq edən hər hansı yazılı sübutlar (qəbzlər, müqavilələr, ödəniş sənədləri və s.), eləcə də digər sübutlar məhkəməyə təqdim edilməmişdir. İddiaçının tələbi əsasən iddiaçının öz izahatına və onunla qohumluq münasibətlərində olan şəxslərin şahid ifadələrinə əsaslanır.

30. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə kollegiyasının araşdırması zamanı müəyyən edildi ki, cavabdeh cavabdeh2 iddiaçı İddiaçı keçmiş gəlini, cavabdeh1 İsrafil oğlu keçmiş qudasıdır. Cavabdeh cavabdeh2 onun oğlu X2 ilə ##.##.2024-cü ildə faktiki ailə qurmuş, nikahlarını rəsmi qeydə aldırmamışlar. Cavabdeh cavabdeh2 anadangəlmə “uşaqlıq borularının olmaması” xəstəliyi olmuş və onun ana olmaq iqtidarında olmadığı müəyyən edilmişdir. Bu səbəbdən də onlar ayrılmışlar. İddiaçı iddia etmişdir ki, qudası, cavabdeh cavabdeh1 İsrafil oğluna toy ərəfəsi 2000 (iki min) manat başlıq pulu vermişdi. Toy ərəfəsi isə 8000 (səkkiz min) manat xərc çəkmişdir. Ümumilikdə həmin evliliklə bağlı olaraq o, 10.000 (on min) manat məbləğində maddi ziyan çəkmişdir. Gəlinin anasına 500 manat məbləğində qızıl üzük almışdır. Son zəngdə, bayramlarda Ayşənə ümumilikdə 580 manat dəyərində hədiyyə almış, toy ərəfəsi 2620 manat dəyərində qızıl-ziynət əşyaları, 300 manat dəyərində geyim şeyləri, 100 manat dəyərində son zəng hədiyyələri, 300 manat dəyərində sevgililər günü bayram hədiyyələri almışlar. Bir baş 28 kq-lıq, 600 manat dəyərində erkək heyvanı toy qabağı cavabdehlərə vermişdir. 3000 manat isə toyda ziyan etmişdir. Lakin iddiaçı tərəfindən göstərilən xərcləri təsdiq edən hər hansı sübutlar təqdim edilməmişdir.

31. Məhkəmə kollegiyası şahid ifadələrinin düzgün qiymətləndirilməməsi ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, məhkəmə iclasında şahid qismində ifadə vermiş X4 iddiaçının qardaşının həyat yoldaşı, X5 isə iddiaçının bacısıdır. Onların ifadələrinin obyektiv və qərəzsiz olması məhkəmə kollegiyasında şübhə doğurmuşdur. Həmçinin, şahidlər ifadə verərkən cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, şahidə sual vermək və s. hüquqlarından istifadə etməmişlər. Birinci instansiya məhkəməsi tərəfindən şahid ifadələrinin mötəbərsizliyinə düzgün hüquqi qiymət verilmişdir.

32. Qanunvericilik tərəflər arasında sübutetmə yükünü müəyyən etməklə yanaşı, işdə olan sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxılması, həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməsi qaydasını müəyyən edir (MPM-in 9.3, 77.1, 88-ci maddələri). Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İş üzrə qərarın əsasında yalnız obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar dayana bilər. Sübutların bu cür qiymətləndirilməsi məhkəmə iclasında sübutetmə predmetinə daxil olan tərəflərin bildirdiyi bütün faktların hərtərəfli, tam və qərəzsiz tədqiqi əsasında və yalnız qanuna əsaslanaraq hakim tərəfindən həyata keçirilir. Hər bir sübut aidiyyət, mümkünlük, mötəbərlik nöqteyinəzərindən, bütün sübutların məcmusu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirilir. Heç bir sübut məhkəmə üçün əvvəlcədən müəyyən edilmiş qüvvəyə malik deyil.

33. İşin faktiki hallarını obyektiv surətdə aşkara çıxarmağa imkan verən sübutların təqdim olunması tərəflərin birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz.

34. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, cavabdeh cavabdeh2 ilə iddiaçının oğlu X2 arasında rəsmi nikah olmasa belə, faktiki nikahın olması ər-arvad münasibətlərində yaşamaları işin mübahisəsiz halıdır. İddia ərizəsində müəyyən əşyaların cavabdeh cavabdeh2 hədiyyə qismində verilməsi iddiaçı tərəfindən qeyd olunmuşdur.

35. Məhkəmə kollegiyası gəlinin anasına 500 manat məbləğində qızıl üzük alınması ilə bağlı apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, hazırkı iddia tələbi vurulmuş maddi ziyanın ödənilməsi ilə bağlı olduğundan və iş üzrə yalnız cavabdehlər cavabdeh2 və cavabdeh1 İsrafil oğlu olduğundan həmin hissədə iddiaya cavab verməli şəxs düzgün qoyulmamışdır. Bu baxımdan iddia tələbi həmin hissədə iddiaya cavab verməli olan şəxsə qarşı verilmədiyindən apellyasiya şikayətinin həmin dəlilləri də əsaslı sayıla bilməz.

36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

37. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar