Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-808/2026 02.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi və məruzəsi, hakimlər X1 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı BOKT ASC cavabdeh İsmayılov Dəyanət Yəhya oğluna qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi üzrə borcun ödənilməsi tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən qətnaməsindən cavabdeh İsmayılov Dəyanət Yəhya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı İddiaçı BOKT ASC cavabdeh İsmayılov Dəyanət Yəhya oğluna qarşı kiçik iddialara dair işlər üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İsmayılov Dəyanət Yəhyaoğlundan İddiaçı BOKT ASC-nin xeyrinə, ##.##.2019-cu il tarixli, ****/** nömrəli müqavilə üzrə 1174.69 manat əsas borc, 24.26 manat hesablanmış faiz borcu, 335.66 manat dəbbə pulu olmaqla, cəmi 1534.61 manat kredit borcu və 35.40 manat ödənilmiş dövlət rüsumunun tutulmasına dai qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** saylı qətnaməsi ilə iddiaçı İddiaçı BOKT ASC-nin cavabdeh İsmayılov Dəyanət Yəhya oğluna qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Hazırda cavabdeh İsmayılov Dəyanət Yəhya oğlu apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Bundan sonra apellyasiya şikayəti baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, apellyasiya şikayətinin mümkünlüyü üçün əsaslar olmadığından qəbul olunmamalı və şikayətin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki iş geri qaytarılmalıdır. Belə ki, apellyasiya şikayəti yoxlanılarkən müəyyən edilmişdir ki, Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh İsmayılov Dəyanət Yəhya oğlu tərəfindən ##.##.2026-cı il tarixdə verilmiş apellyasiya şikayəti Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadı ilə geri qaytarılmışdır. Həmin tarixdən sonra “Elektron Məhkəmə” İnformasiya Sisteminə şikayət daxil olmamış, iş materiallarına əlavə edilmiş apellyasiya şikayəti isə geri qaytarılmışdır. Apellyasiya şikayətinin geri qaytarılması barədə Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından şikayətin olması müəyyən edilməmişdir. Birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallar araşdırılmamış, yeni apellyasiya şikayətinin olub-olmaması müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə görə birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Apellyasiya şikayətinin mümkün hesab edilə bilməsi əsaslarından biri onun qanunvericilik ilə müəyyən edilmiş prosessual normaların tələblərinə uyğun şəkildə verilməsidir. Lakin hazırkı işdə iş materialları ilə bunun müəyyən edilməsi mümkün deyildir. Prosessual normaların müəyyən edilməsi və onlara əməl olunması mülki məhkəmə icraatında hüquqi müəyyənlik, tərəflərin bərabərliyi və ədalətli məhkəmə araşdırılması prinsiplərinin təmin edilməsinə xidmət edir. Məhkəmə kollegiyası hesab edir ki, şikayət qanunvericiliyə uyğunluğunun yoxlanılması üçün geri qaytarılmalı, birinci instansiya məhkəməsi şikayətin MPM-yə uyğunluğunu yoxlayarkən, göstərilən nöqsanları aradan qaldırmalı və qərardadda göstərilən əsasları nəzərə almalıdır. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən hallarını müzakirə edərək, verilmiş şikayətin Azərbaycan Respublikası MPM-nin 364.1-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayıb qanuni qərar qəbul etməlidir. Həmin Məcəllənin 366.1 və 366.2-ci maddələrinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 360, 363, 366 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI: Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən qətnaməsindən cavabdeh İsmayılov Dəyanət Yəhya oğlunun verdiyi apellyasiya şikayətinə apellyasiya qaydasında baxılması üçün əsaslar olmadığından qəbul olunmasın. Şəmkir Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qətnaməsindən qətnaməsindən cavabdeh İsmayılov Dəyanət Yəhya oğlu tərəfindən verilmiş apellyasiya şikayətinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğunluq məsələsinin yoxlanılması üçün mülki iş Şəmkir Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-808/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-808/2026
02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver