Məhkəmə qərarları › İş №e-2(3-7)-821/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-821/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azәrbaycan Respublikası adından Qərardad Gәncә şәhәri İş № e-2(3-7)-821/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gәncә Apellyasiya Mәhkәmәsinin Mülki Kollegiyası, Hakimlәr - Mehtiyev Fikrәt Ədilşah oğlu (sәdrlik edәn vә mәruzәçi), Cavadova Günay İsmayıl qızı vә X1 ibarәt tәrkibdә, Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadından iddiaçı İddiaçı ASC-nin nümayәndәsi tәrәfindәn verilmiş şikayәtә yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İlk iddia üzrә iddiaçı (qarşılıqlı iddia üzrә cavabdeh) İddiaçı ASC ilk iddia üzrә cavabdeh (qarşılıqlı iddia üzrә iddiaçı) İsmayılov Mübariz Ziyat oğluna qarşı dәymiş zәrәrin vә әldәn çıxmış faydanın ödәnilmәsi tәlәbinә dair iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, İsmayılov Mübariz Ziyat oğlundan kredit müqavilәsi üzrә öhdәliklәrinin yerinә yetirilmәmәsinә görә ##.##.2013-cü il tarixli müqavilә üzrә 9761,76 manat, әsas borca hesablanmış 5% mәblәğdә 4480,88 manat mәblәdә borcun, qәtnamәnin icra olunmamasına görә 13796 manat vә mәhkәmәdә iddia qaldırılması üçün ödәnilmiş 144,83 manat barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı (hakim Süleyman Hacıyev) ilә, ilk iddia üzrә iddiaçı (qarşılıqlı iddia üzrә cavabdeh) İddiaçı ASCnin ilk iddia üzrә cavabdeh (qarşılıqlı iddia üzrә iddiaçı) İsmayılov Mübariz Ziyat oğluna qarşı dәymiş zәrәrin vә әldәn çıxmış faydanın ödәnilmәsi tәlәbinә dair ilk iddia әrizәsi ilә bağlı icraata xitam verilmәsi qәrara alınmışdır. Hәmin qәrardaddan iddiaçı İddiaçı ASC-nın nümayәndәsi mәhkәmәyә şikayәt edәrәk, Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadını lәğv edib, iddia tәlәbinә uyğun yekun mәhkәmә aktının çıxarılmasını xahiş etmişdir. Şikayәt onunla әsaslandırılmışdır ki, İsmayılov Mübariz Ziyat oğlunun qәsdәn edilәn hәrәkәtlәri nәticәsindә banka maddi ziyan dәymişdir. Banka dәymiş ziyanla bağlı olaraq, tәrәflәrindәn iddia verilmiş, Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-ci il tarixli, e-2(062)- ****/**** saylı qәrardadı ilә iş üzrә icraata xitam verilmişdir. Mәhkәmә qәrardadını onunla әsaslandırmışdır ki, Azәrbaycan Respulikasının Mülki-Prosessqual Mәcәllәsindә mәhkәmә müdafiәsi hüququnu mәhdudlaşdıran bir sıra amillәr nәzәrdә tutulmuşdur. Belә mәhdudlaşdırıcı tәdbirlerden biri de eyni tәrәflәr arasında eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi olarsa, yenidәn qaldırılan iddianın yolverilmәzliyi ilә bağlıdır. Qeyd olunan hallarda yenidәn verilmiş iddia әrizәsinin qәbulundan Azәrbaycan Respublikasının MPM-in 153.2.2-ci maddәsinә әsasәn imtina olunmalı, belә iddialar mәhkәmәnin icraatına qәbul edildiyi halda isә Azәrbaycan Respublikasının MPM-in 261.0.2 ci maddәsinә әsasәn iş üzrә icraata xitam verilmәlidir. Mәhkәmә qәrardadında әsas kimi, borc mәblәğinin tutulması vә tutmanın ipoteka predmetinә yönәldilmәsi ilә bağlı mәhkәmә qәtnamәlәrinә әsaslanmış, lakin iddiaçının vәrәsәlik şәhadәtnamәsinin vә çıxarışın etibarsızlığı ilә bağlı iddiada qeyd etdiyi mәsәlәlәrә hәr hansı münasibәt bildirmәmiş, iş üzrә hәrtәrәfli araşdırma aparmadan әsassız, işin hallarına uyğun olmayan qәrardad qәbul etmişdir. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı ilә şikayәt tәmin edilmәmiş vә baxılması üçün Gәncә Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir. Mәhkәmә kollegiyası qeyd edir ki, hazırki şikayәtә yazılı icraat qaydasında, yәni mәhkәmә iclası keçirilmәdәn vә tәrәflәr izahatları dinlәnilmәk üçün çağırılmadan baxılır. Belә ki, Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin (bundan sonra- Azәrbaycan Respublikasının MPM-in) 397.2-ci maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir. Mәhkәmә kollegiyası şikayәt üzrә işә mәhkәmә iclasında baxılmasına әsaslar vә zәrurәt müәyyәn etmәmişdir. Ona görә dә, Mәhkәmә kollegiyası hazırkı işә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azәrbaycan Respublikasının MPM-in 372.7-ci maddәsinә görә, apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır. Mәhkәmә kollegiyası iş materiallarını, şikayәtin dәlillәrini hәrtәrәfli, tam, obyektiv vә qәrәzsiz araşdıraraq, toplanmış sübutlara mәcmu halında hüquqi qiymәt verib hesab edir ki, şikayәt tәmin edilmәli, Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki iş materialları mahiyyәti üzrә baxılması üçün birinci instansiya mәhkәmәsinә göndәrilmәlidir. İşә baxan birinci instansiya mәhkәmәsi ilk iddia әrizәsi üzrә iş üzrә icraata xitam verәrkәn gәldiyi nәticә ilә bağlı öz qәrarında göstәrmişdir ki, eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olmuşdur. Kollegiya mәhkәmәnin baxılan iş üzrә gәldiyi nәticә ilә razılaşmır vә aşağıda göstәrilәnlәri qeyd edir. Belә ki, mәhkәmә kollegiyası baxılan şikayәtlә bağlı hüquqi mәsәlәlәrә giriş olaraq qeyd edir ki, Konstitusiyanın 60-cı maddәsinә görә hәr kәsin hüquq vә azadlıqlarının mәhkәmә müdafiәsinә tәminat verilir. Şәxsin mәhkәmә müdafiәsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bәrpa olunması üçün mәhkәmәyә müraciәt etmәk hüququdur. Bu hüququn mülki mühakimә icraatında hәyata keçirilmәsini müәyyәn edәn Azәrbaycan Respublikasının MPM-in 4.1-ci maddәsinә görә bütün fiziki vә hüquqi şәxslәr özlәrinin qanunla qorunan hüquq vә azadlıqlarını, elәcә dә maraqlarını qorumaq vә tәmin etmәk mәqsәdi ilә qanunla müәyyәn edilmiş qaydada mәhkәmә müdafiәsindәn istifadә etmәk hüququna malikdirlәr. Azәrbaycan Respublikasının MPM-in 4.2-ci maddәsinә әsasәn Mәhkәmәyә müraciәt etmәk hüququndan imtina edilmәsi etibarsızdır. Azәrbaycan Respublikasının MPM-in 5.1-ci maddәsindә göstәrilmişdir ki, hәr hansı fiziki vә yaxud hüquqi şәxs öz hüququnun vә ya qanunla qorunan mәnafeyinin müdafiәsi vә yaxud tәsdiqi üçün mәhkәmәyә müraciәt etdiyi hallarda mәhkәmәdә iş başlanılır. Mәhkәmәyә müraciәt etmәk hüququnun mәhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddәsindә göstәrilmişdir ki, insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının hәyata keçirilmәsini heç kәs mәhdudlaşdıra bilmәz. Bu Konstitusiyanın heç bir müddәası insan vә vәtәndaş hüquqlarının vә azadlıqlarının lәğvinә yönәldilmiş müddәa kimi tәfsir edilә bilmәz. Azәrbaycan Respublikasının әrazisindә insan vә vәtәndaş hüquqları vә azadlıqları birbaşa qüvvәdәdir. Azәrbaycan Respublikasının MPM-in 1.2-ci maddәsindә dә qeyd olunur ki, Azәrbaycan Respublikası Konstitusiyasının normaları Azәrbaycan Respublikasının bütün әrazisindә ali hüquqi qüvvәyә vә birbaşa tәsirә malikdir. Azәrbaycan Respublikası Konstitusiyasının normaları vә mәhkәmә icraatı qaydasını tәnzimlәyәn normalar arasında ziddiyyәt olduqda, Azәrbaycan Respublikası Konstitusiyasının normaları tәtbiq edilir. Lakin nәzәrә alınmalıdır ki, mәhkәmәyә müraciәt hüququ mütlәq hüquq deyildir vә şәxsin mәhkәmәyә yazılı müraciәtinin qәbul olunması üçün bәzi şәrtlәr, mәhdudiyyәtlәr müәyyәn olunmuşdur. Buraya dövlәt rüsumunun ödәnilmәsi, mübahisәnin mәhkәmәdәnkәnar hәlli qaydasına riayәt olunması vә s. kimi qanunla nәzәrdә tutulmuş hallar aiddir. Avropa Mәhkәmәsi «X2rşı» ## ###### 1975-ci il tarixli qәrarında göstәrmişdir ki, mәhkәmәyә müraciәt etmәk hüququ özünün xarakteri etibarilә dövlәt tәrәfindәn tәnzimlәnmәli hüquqdur. Bu hüquqa qoyulan mәhdudiyyәtlәr yalnız o halda Konvensiyanın 6-cı maddәsinә uyğun ola bilәr ki, onlar qanuni mәqsәd daşısın, tәtbiq edilәn vasitәlәrlә qarşıya qoyulan mәqsәd arasında ağlabatan әlaqә mövcud olsun. Belәliklә, mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin - eyni tәrәflәr arasında, eyni predmet barәsindә vә eyni әsaslar üzrә mәhkәmәnin qanuni qüvvәyә minmiş qәtnamәsi mövcud olmuşdur – mövqeyi әsaslı deyil. Belә ki, iş materiallarında olan Tovuz Rayon Mәhkәmәsinin 05.11.20215-ci il tarixli 2 (**)- ****/**** nömrәli qәtnamәsinin surәtindәn görünür ki, iddiaçı İddiaçı ASC cavabdeh İsmayılov Mübariz Ziyat oğluna qarşı mәhkәmәdә kredit borcunun tutulması vә tutmanın ipoteka qoyulmuş әmlaka yönәldilmәsi tәlәbi ilә iddia qaldırmış vә hәmin iş üzrә yekun mәhkәmә aktı qanuni qüvvәsini almışdır. Hazırki vәziyyәt isә İddiaçı ASC-nin iddia tәlәbi dәymiş zәrәrin vә әldәn çıxmış faydanın ödәnilmәsi ilә bağlıdır. Göründüyü kimi tәlәblәr fәrqlidir vә işә baxan mәhkәmә bu halı nәzәrә almadan әsassız olaraq iş üzrә icraata xitam vermişdir. Ona görә dә, mülki iş materialları mahiyyәti üzrә baxılması üçün Tovuz Rayon Mәhkәmәsinә göndәrilmәlidir. Qeyd olunanlara әsasәn, mәhkәmә kollegiyası hesab edir ki, şikayәt tәmin edilmәli, Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilmәli, mülki iş materialları mahiyyәti üzrә baxılması üçün birinci instansiya mәhkәmәsinә qaytarılmalıdır. Azәrbaycan Respublikasının MPM-in 398.0.2-ci maddәsinә görә apellyasiya instansiyası mәhkәmәnin qәrardadını tam vә ya qismәn lәğv edib, yaxud dәyişib işi birinci instansiya mәhkәmәsinә göndәrmәk sәlahiyyәti vardır. Hәmçinin diqqәtә çatdırılmalıdır ki, birinci instansiya mәhkәmәsi tәrәfindәn işә baxılan zaman qәrardadın әsaslandırma hissәsindә göstәrilәn hüquqi mövqe nәzәrә alınmalıdır. Azәrbaycan Respublikasının MPM-in 399-cu maddәsindә göstәrilmişdir ki, birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir. Mәhkәmә kollegiyası qeyd edir ki, apellyasiya instansiya mәhkәmәsinin qәrardadlarından kassasiya şikayәti verilә bilәn qәrardadların dairәsi mülki prosessual qanunvericilikdә müәyyәnlәşdirilmişdir. Ona görә dә, hazırki iş üzrә çıxarılan qәrardadlardan kassasiya şikayәtinin verilmәsi nәzәrdә tutulmamışdır. Mәhkәmә kollegiyası yuxarıda şәrh olunanlara әsasәn vә Azәrbaycan Respublikasının MPM-in 261, 263, 264, 398.0.2, 399 vә 402-ci maddәlәrini rәhbәr tutaraq, Qərara aldı: Şikayәt tәmin edilsin. Tovuz Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli e-*(***)-****/**** nömrәli qәrardadı lәğv edilsin. Mülki iş materialları mahiyyәti üzrә baxılması üçün Tovuz Rayon Mәhkәmәsinә göndәrilsin. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir vә ondan kassasiya şikayәti verilә bilmәz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar