Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-855/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun ödənilməsi tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.***6-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat formasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı kredit müqaviləsinə əsasən 227,25 manat əsas, 1,76 manat faiz, cəmi 229,01 manat, ##.##.2013- cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsinə əsasən 998,60 manat əsas, 30,40 manat məbləğində dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X1 arasında bağlanmış ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı müqaviləyə əsasən 2518 manat, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı müqaviləy əsasən 1000 manat məbləğində kredit verilmişdir. X1 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Hazırda mərhum X1 1227,61 manat banka borcu vardır. Gəncə şəhər * saylı “ASAN xidmət” notariat qrumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh Cavabdeh X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.***6-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsi ilə iddianın təmin olunması, cavabdeh Cavabdeh ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı kredit müqaviləsinə əsasən 227,25 manat əsas, 1,76 manat faiz, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsinə əsasən 998,60 manat əsas borc, ümumilikdə 1227,61 (bir min iki yüz iyirmi yeddi manat 61 qəpik) manat pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və 0,40 manat xidmət haqqının alınaraq, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməsi və cavabdeh Cavabdeh ödənilməmiş 2,28 manat dövlət rüsumu alınaraq, dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mərhum atası tərəfindən ##.##.2013cü il tarixdə və ##.##.2016-cı il tarixdə götürdüyü kredit müqavilələri üzrə iddiaçı iddia müddətini ötürmüşdür. Belə ki, atası ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən dərhal sonra, yəni ## ### 2018-ci il tarixdə Gəncə şəhər * saylı notariat ofisi tərəfindən ## ### 2018-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2018-ci il tarixli. 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri alaraq atasından qalan miras əmlakları qəbul etmişdir. Bu barədə banka yazılı ərizə də təqdim etmişdir. Mirası qəbul etdikdən 8 il sonra bank məhkəmə müraciə etmişdir. Hesab edir ki, iddiaçı iddia müddətini ötürmüşdür. İddia müddətinin tətbiqi barədə ərizə apellyasiya şikayətinə əlavə edilmişdir. Məhkəmə prosessual hüquq normalarını pozaraq ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur. Belə ki, məhkəmə mübahisəyə işdə iştirak edən şəxs kimi onu çağırmamışdır. Məhkəmə iddiaçının verdiyi məlumat əsasında ona bildiriş göndərməklə kifayətlənmişdir. Məhkəmə onun qeydiyyatda olduğu və yaşadığı ünvana bildiriş göndərmək imkanı olduğu halda bunu etməmişdir. Bununlada o, məhkəmədə iştirak etməmiş, iddiaya dair etiraz və mülahizələrini, həmçinin məhkəməyə sübutlarını və iddia müddətin tətbiqi barədə ərizəni təqdim edə bilməmişdir. Hesab etmişdir ki, məhkəmə tərəfindən təqdim edilən sübutlar düzgün qiymətləndirilməmişdir. İş materiallarında olan ##.##.2013-cü il tarixli kredit müqaviləsinə görə atasına 36 ay müddətinə 1000 manat kredit verilmişdir və həmin kreditə görə onun 998,60 manat borcu qalmışdır. Bundan sonra ##.##.2016-cı il tarixli kredit müqaviləsinə görə atası restrukturizasiya məqsədi ilə 24 ay müddətinə illik 25% ödəmək şərti ilə 2518 manat kredit verilir və bu kreditə görə onun 227,25 manat əsas, 1.76 manat faiz borcu yaranır. Atasının kredit tarixçəsi həmişə yaxşı olmuşdur və o vaxtında öhdəliyini icra etmişdir. Həmin kreditlərdən onun məlumatı olmasa da, kreditlərin verilməsinə şübhəli əsaslar vardır. ##.##.2013-cü il tarixli kredit müqaviləsinə görə atasına 36 ay müddətinə 1000 manat kredit verilir, həmin krediti ödəməyədiyinə görə, niyə ona cərimələr və faizlər tətbiq edilmir? Həmçinin, 3 il müddətinə götürülən kredit ödənilmədiyi halda hansı məntiqlə olan 2016-cı il tarixdə 2518 manat məbləğində kredit verilir? Daha şox öhdəliyi olduğu kreditə görə, yani 2518 manat görə iki il ərzində təxmini 229 manat borcu qalan şəxs 3 il ərzində 1000 manatı ödəyə bilməmişdir? Hesab edir ki, yararanan sualları məhkəmə tərəfindən araşdırılmalı və ##.##.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər tam araşdırmalıdır. Məhkəmə aydınlaşdırmamışdır ki, atası X1 BAL*******/** saylı müqaviləyə əsasən 1000 manat məbləğində kredit verilmişdir. Atası X1 ##.##.2018-ci il tarixdə vəfat etmişdir. Gəncə şəhər * saylı “ASAN xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh Cavabdeh X1 vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. Beləliklə atasının ölümündən dərhal sonra, yani ## ### 2018-ci il tarixdə Gəncə şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2018-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 miras qalmış daşınar və daşınmaz əmlakları oğlu Cavabdeh qəbul etmişdir. Bu barədə o, banka ərizə ilə müraciət edərək, atasının ölümü barədə məlumat vermişdir. Lakin bank atasının öldüyünü və onun tərəfindən mirası qəbul etdiyini bildiyi halda iddia müddətini ötürmüşdür. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 394-1.3-cü maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Cavabdeh Cavabdeh məhkəmə kollegiyasına elektron ərizə ilə müraciət edərək, işə şifahi icraat qaydasında baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.***6-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İşdə olan ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı kredit sazişindən görünür ki, iddiaçı tərəfindən X1 restrukturizasiya məqsədi ilə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 2518 manat kredit verilmişdir. İşdə olan ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən X1 36 ay müddətinə 1000 manat kredit verilmişdir. İşdə olan ##.##.2016-cı il tarixli YPN-1nömrəli ödəniş tapşırığından görünür ki, X1 tərəfindən kretidin ödənilməsi üçün 2517,78 manat onun kredit hesabına köçürülmüşdür. İşdə olan ##.##.2013-cü il tarixli balansdankənar məxaric orderindən görünür ki, X1 bir ədəd plastik kartı İddiaçı ASC-dən qəbul etmişdir. İşdə olan ##.##.***6-cı il tarixli maliyyə arayışından görünür ki, ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı kredit müqaviləsi üzrə 227,25 manat əsas, 1,76 manat faiz, ##.##.2013cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsi üzrə 998,60 manat məbləğində əsas borc qalmışdır. İşdə olan Gəncə şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2018-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 miras qalmış daşınar və daşınmaz əmlakları oğlu Cavabdeh qəbul etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 394-1.1. Kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmış işlər üzrə çıxarılmış məhkəmə qətnamələrindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilirsə, məhkəmə onun daxil olduğu vaxtdan 5 iş günü ərzində apellyasiya şikayətini və ona əlavə edilmiş sənədləri işdə iştirak edən şəxslərə rəsmi qaydada verir. 394-1.3. Apellyasiya şikayəti məhkəməyə daxil olduğu gündən 30 iş günü ərzində işə yazılı icraat qaydasında işdə olan sənədlər əsasında baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası ilk növbədə apellyasiya şikayətinin çəkişmə prinsipinin pozulması ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, Cavabdeh yazılı məhkəmə bildirişi göndərilməklə, bildirişdə iddiaçının tələbinə dair əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilmişdir. Lakin, cavabdeh göstərilən ünvanda yaşamadığı üçün bildirişin ona təqdim olunması mümkün olmamışdır. Məhkəmə cavabdehin sonuncu yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanını məlumatlandıraraq (iş materialları səhifə 38-42) işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin iddia müddətinin tətbiqi ilə bağlı dəlillərini əsassız hesab edərək, qeyd edir ki, iddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” ##.##.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Cavabdeh birinci instansiya məhkəməsinə müddətin tətbiqi barədə ərizə təqdim etmədiyindən iddia müddətinin tətbiqi istisna edilir. Lakin apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Gəncə şəhəri * saylı notariat ofisində rəsmiləşdirilmiş ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli vərəsəlik işinin təsdiq edilmiş surəti ##.##.***5-ci ildə iddiaçı tərəfindən əldə edilmişdir. Cavabdeh banka ərizə ilə müraciət edərək, atasının ölümü barədə məlumat verdiyini, iddiaçı bankın atasının öldüyünü və onun tərəfindən mirasın qəbul edildiyini bildiyini qeyd etsə də, bu barədə heç bir mötəbər sübut təqdim edilməmiş, iş materiallarında da mövcud olmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, təqdim edilmiş və iş materiallarında olan sənədlərlə təsdiq olunur ki, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsi ilə iddiaçı tərəfindən X1 36 ay müddətinə 1000 manat kredit verilmiş, ##.##.2016-cı il tarixli, US/*****/**/** saylı kredit sazişi ilə iddiaçı tərəfindən X1 restrukturizasiya məqsədi ilə 24 ay müddətinə illik 25% ödəmək şərtilə 2518 manat kredit verilmiş, X1 bir ədəd plastik kartı İddiaçı ASC-dən qəbul etmiş, ##.##.2016-cı il tarixli YPN-1nömrəli ödəniş tapşırığından görünür ki, X1 tərəfindən kretidin ödənilməsi üçün 2517,78 manat onun kredit hesabına köçürülmüşdür. İşdə olan ##.##.***6-cı il tarixli maliyyə arayışından görünür ki, ##.##.2016cı il tarixli, US/*****/**/** saylı kredit müqaviləsi üzrə 227,25 manat əsas, 1,76 manat faiz, ##.##.2013-cü il tarixli, BAL*******/** saylı kredit müqaviləsi üzrə 998,60 manat məbləğində əsas borc qalmışdır. Kollegiya qeyd edir ki, cavabdeh ödənişlərin tam araşdırmasını tələb etsə də, məhkəmənin araşdırması üçün heç bir sübut təqdim etməmişdir. Famil Xəlilovun vəfatından sonra cavabdehin ödəniş etməsi və ya borcu mübahisələndirməsi ilə bağlı iş materiallarına heç bir mötəbər sübut əlavə olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Maddə 448. Əgər bu Məcəllə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 1306. Vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2018-ci il tarixli qərarında qeyd edilmişdir ki, borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. İşdə olan Gəncə şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## ### 2018-ci il tarixli 2V-*** reyestr nömrəli və ##.##.2018-ci il tarixli, 2V-*** reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin surətindən görünür ki, X1 miras qalmış daşınar və daşınmaz əmlakları oğlu Cavabdeh qəbul etmişdir. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası cavabdehin məhkəmə iclasının şifahi qaydada keçirilməsi ilə bağlı vəsatətinə münasibətdə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 394-1.4-cü maddəsinə əsasən, iş materiallarında olan sənədlər iş üzrə yekun qərarın çıxarılması üçün kifayət etmirsə, habelə iş üzrə əlavə araşdırmanın, o cümlədən tərəfləri çağıraraq izahatların alınması, yaxud şahidlərdən ifadələrin və ya ekspertlərdən rəyin alınması zərurəti yaranırsa məhkəmə işə iddia icraatı qaydasında baxılması haqqında əsaslandırılmış qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Hazırki işin mahiyyətini və iş materiallarında olan sənədləri nəzərə alan, kollegiya hesab edir ki, hazırki işə məhkəmə iclasında baxılmasına zərurət yoxdur. Bundan başqa, tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat verilmiş, onların etiraz, vəsatət, izahat və digər sübutlarını məhkəmə kollegiyasına təqdim etməsi üçün kifayət qədər vaxt ayrılmışdır. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Maddə 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq, Qət etdi: Gəncə Şəhər Məhkəməsinin ##.##.***6-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.***6-cı il tarixli, e-*(*-***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-855/2026
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-855/2026
09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver