Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-882/2026 09.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Işin halları
1. Iddiaçı ilə cavabdeh cavabdeh2 (həmçinin – borcalan) arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli kredit müqaviləsi ilə, borcverən tərəfindən borcalana 24 ay müddətinə illik 20,5% dərəcəsi ilə ödəmək şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir.
2. Iddiaçı ilə cavabdeh3 Mayıl oğlu və cavabdeh1 (zamin) arasında ZM-********* nömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi ilə, zaminlər borcverən ilə borcalan arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür.
3. Kredit Müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə sazişdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6521,91 ABŞ dolları təşkil etmiş, kreditin müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir.
4. Zaminlik Müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli Əlavə sazişlərdən görünür ki, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6521,91 ABŞ dolları təşkil etmiş, kreditin müddəti ##.##.2022-ci il tarixədək müəyyən edilmiş və öhdəliyin icrası ilə bağlı zaminlər öhdəliyi üzərlərinə götürmüşlər.
5. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh2 ##.##.2015-ci il tarixli müqavilə üzrə ##.##.2025-ci il tarixə 2.059,65 ABŞ dolları əsas, 1.212,38 ABŞ dolları faiz, 2.148,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ##.##.2024-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 302,76 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 5.723,76 ABŞ dolları borcu vardır.
6. Iddiaçının ləğvedicisi tərəfindən cavabdehlərə banka olan borcun ödənilməsi, əks təqdirdə borcun tələb edilməsi üçün məhkəməyə müraciət ediləcəyi ilə bağlı ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubu göndərilmişdir.
7. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-xətşünaslıq ekspertizasının ## ###### 2026-cı il tarixli */*** nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş mülki işin 138-ci vərəqində olan ********* saylı, ##.##.2015-ci il tarixli Kredit Müqaviləsi üzrə Əlavə Saziş №** nömrəli ##.##.2017-ci il tarixli müqavilənin aşağı sağ tərəfdəki imza və sonundakı “Borcalan” qrafasındakı imza, mülki işin 140-cı vərəqində olan ********* saylı, ##.##.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş №** nömrəli ##.##.2017-ci il tarixli müqavilənin “Borcalan” qrafasındakı imza və mülki işin 141-ci vərəqində olan ********* saylı, ##.##.2015-ci il tarixli Zaminlik Müqaviləsi üzrə Əlavə Saziş № ** nömrəli ##.##.2017-ci il tarixli müqavilənin “Borcalan” qrafasındakı imza - cavabdeh2 tərəfincən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 140-cı vərəqində olan ********* saylı, ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə üzrə Əlavə Saziş №** nömrəli ##.##.2017-ci il tarixli müqavilənin “Zamin” qrafasındakı imza – cavabdeh3 Mayıl oğlu tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş mülki işin 141-ci vərəqində olan ********* saylı, ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi üzrə üzrə Əlavə Saziş №** nömrəli ##.##.2017-ci il tarixli müqavilənin “Zamin” qrafasındakı imza – cavabdeh1 tərəfindən icra olunmuşdur.
8. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ##.##.2026-cı il tarixli, *-*/*- ****/**** nömrəli cavab məktubuna əsasən, e-*(***)-****/**** nömrəli iş üzrə iddia ərizəsi iddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Elektron məhkəmə” informasiya sistemindəki kabinetə ##.##.2025-ci il tarixdə saat 17:25-də yüklənmiş və həmin tarixdə saat 17:30-da isə Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Həmin iddia ərizəsi sistem vasitəsilə müvafiq məhkəməyə ##.##.2025-ci il tarixdə saat 17:30-da daxil olmuşdur. Müəyyən edilmişdir ki, “Elektron məhkəmə” informasiya sistemində ##.##.2025-ci il tarixinin “göndərilmə”, ##.##.2025-ci il tarixinin isə “məhkəməyə daxilolma” tarixi kimi əks olunması Qazax Rayon Məhkəməsinin iddia ərizəsini sistem üzərindən yalnız ##.##.2025-ci il tarixdə saat 09:04-də təhvil alması ilə əlaqədardır. Belə ki, iddia ərizəsi sistem vasitəsilə ##.##.2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə daxil olsa da, ##.##.2025-ci il tarixinədək aidiyyəti məhkəmə tərəfindən sistem üzərindən qəbul edilməmiş və bu səbəbdən həmin müddət ərzində gözləmə statusunda qalmışdır.
Birinci instansiya məhkəməsində icraat
9. Iddiaçı cavabdehlərə qarşı iddia ərizəsi ilə Qazax Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada ləğv prosesində olan İddiaçı ASC-nin xeyrinə 2.059,65 ABŞ dolları əsas, 1.212,38 ABŞ dolları faiz, 2.148,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2024-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 302,76 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 5.723,76 ABŞ dolları və 117.31 manat dövlət rüsumunun cavabdehlər cavabdeh2, cavabdeh3 və cavabdeh1 müştərək qaydada tutulmasını xahiş etmişdir.
10. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qazax filialı ilə cavabdeh cavabdeh2 arasında bağlanmış ********* nömrəli ##.##.2015-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə “Dövriyyə vəsaitinin artırılması” məqsədi ilə 24 ay müddətinə illik 20.5% dərəcəsi ilə 6.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh cavabdeh2 kredit verilərkən cavabdeh3 və cavabdeh1 ilə Bank arasında ZM********* nömrəli ##.##.2015-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqavilənin 4.2-ci bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit və Zaminlik müqavilələri üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişlərə əsasən borcalanın Kreditor qarşısındakı borc öhdəliyi Restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin məbləği 6.521,91 ABŞ dolları hesablanmışdır. Kreditin müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bildiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Cavabdeh cavabdeh2 ##.##.2025-ci il tarixə 2.059,65 ABŞ dolları əsas, 1.212,38 ABŞ dolları faiz, 2.148,97 ABŞ dolları cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2024-ci il tarixli Plenum qərarına əsasən hesablanmış 302,76 ABŞ dolları faiz borcu olmaqla, cəmi borcu 5.723,76 ABŞ dolları təşkil edir. Borcun ödənilməsi barədə cavabdehlərə dəfələrlə şifahi müraciət olunmasına, habelə bidiriş məktublarının göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər.
11. Cavabdehlər iddia müddətinin tətbiqi və zaminliyə xitam verilməsinə dair məhkəməyə ərizə ilə müraciət edərək müraciətlərini onunla əsaslandırmşlar ki, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Həmçinin cavabdehlər (zamin) cavabdeh3 və cavabdeh1 qarşı iddia tələbi də iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə əsasən zaminlik muqaviləsində göstərilmiş müddət qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Beləliklə, bank zaminə qarşı qanunla müəyyən edilmiş müddət ərzində iddia qaldırmaq hüququna malik olduğu halda, bu hüququndan istifadə etməmiş və bu müddətdə zaminə qarşı bir tələb irəli sürülməmişdir. Odur ki, iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçının nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmaqla iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, məhkəmə mülki işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
13. Qazax Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi (hakim – Nemət Musayev) ilə, ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər X2, X1 və X3 qarşı kredit borcunun qaytarılması tələbi barədə iddiasının rədd edilməsi, iş üzrə ödənilmiş dövlət rüsumu Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna aid edilməsi, iş üzrə ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat pul Ləğv prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin (X9 kod 210005 VÖEN **********, m/h AZ41NABZ01360100000000003944, S.W.İ.F.T. BIK CTREAZ22 Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
14. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdehlərdən cavabdeh2 arasında qanunvericiliyə uyğun olaraq kredit müqaviləsi bağlanmışdır. Iddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, kredit müqaviləsində göstərilən pul məbləğini cavabdehə vermişdir. Cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin, cavabdeh kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb etmişdir. Lakin iş materiallarına əlavə edilən cavabdehlər cavabdeh3 Mayıl oğlu, cavabdeh2 və cavabdeh1 tərəfindən məhkəməyə ünvanlanmış ərizədən görünür ki, onlar iddia müddətinin keçməsini nəzərə alınaraq, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
15. Məhkəmə qeyd etmişdir ki, iddiaçının iddia ərizəsində istinad etdiyi tərəflər arasında bağlanmış kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixdə başa çatmışdır. Iddiaçı isə kredit müqaviləsinin müddətinin başa çatdığı vaxtdan sonrakı dövrdə cavabdeh tərəfindən ödəniş edilməsini təsdiq edən sübutunu məhkəməyə təqdim etməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, sözügedən kredit müqaviləsi üzrə iddia müddətinin axımı ##.##.2022-ci il tarixdən başlamışdır. Işin materiallarından görünür ki, iddiaçı iddia ərizəsini ##.##.2025-ci il tarixdə “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” məhkəməyə göndərmişdir və həmin tarixdə də ərizə məhkəmənin icraatına qəbul edilmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia müddətinin axımının ##.##.2022-ci il tarixdən hesablanmağa başlaması nəzərə alındıqda, iddiaçı mövcud iddia tələbi ilə məhkəməyə müraciət edərkən, göstərilən əsas və əlavə tələb (zamin) üçün qanunla müəyyən edilmiş üç illik iddia müddətini ötürmüşdür. Bu səbəbdən iddia tələbi rədd edilməlidir.
16. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2, 375.2, 376, 385.1, 442, 448.1, 739.1 və 739.2-ci maddələrinə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2013-cü il tarixli qərarına və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 107, 119, 216-220 və 360-cı maddələrinə istinad etmişdir.
17. Iddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
18. Birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Qeyd etmək istəyirik ki, məhkəmə iddia tələbini rədd edərkən iddia tələbi üzrə dəlilləri araşdırmamış, yalnız cavabdehin ifadəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Belə ki, iddia müddətinin axımı müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Belə ki, İddiaçı ASC ilə cavabdeh cavabdeh2 arasında ##.##.2015-ci il tarixli, ********* nömrəli Kredit Müqaviləsi üzrə cavabdehə 24 (iyirmi dörd) ay müddətinə illik 20,5% dərəcə ilə 6.000 (altı min) ABŞ dolları məbləğində kredit verilmişdir. Daha sonra, ##.##.2017-ci il tarixdə həmin müqaviləyə ** saylı Əlavə Saziş bağlanmış və kreditin restrukturizasiyası nəticəsində müddəti ##.##.2022-ci il tarixinədək uzadılmışdır. Göründüyü kimi, Kredit müqaviləsinin müddəti ##.##.2022-ci il tarixində başa çatmış, qanunla müəyyən edilmiş 3 (üç) illik iddia müddəti isə ##.##.2025-ci il tarixində bitmişdir. Iddiaçı Bank isə müvafiq kredit borcunun qaytarılması tələbi ilə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə iddia müddətinin bitməsinin son gününə 4 (dörd) gün qalmış, yəni ##.##.2025-ci il tarixdə müraciət etmişdir. Elektron Məhkəmə Sistemindən çıxarışda göstərildiyi kimi, iddia ərizəsinin göndərilmə tarixi ##.##.2025-ci il, statusu isə “göndərilmiş” olaraq qeyd edilmişdir. (Ərizə və Elektron Məhkəmə Sistemindən çıxarış şikayətə əlavə olunur.) Bununla da müəyyən edilir ki, iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir Yuxarıdan göründüyü kimi, iddiaçı Bank iddia müddətini pozmadan müvafiq kredit borcunun qaytarılması tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin, məhkəmə təqdim edilmiş faktları nəzərə almadan, iddia ərizəsini ##.##.2025-ci il tarixdə “Elektron Məhkəmə Informasiya Sistemi”ndə yaradılmış elektron kabinet vasitəsilə göndərilmiş kimi qəbul etmiş və bununla da iddia müddətinin ötürülməsi qənaətinə gəlmişdir. Halbuki, Elektron Məhkəmə Sistemindən çıxarışla iddia ərizəsinin ##.##.2025-ci il tarixdə məhkəməyə göndərilməsi tam sübuta yetirilir. Bildiririk ki, məhkəmə iddiaçının tələbi üzrə dəlilləri tam və hərtərəfli araşdırmadan iddia müddətinin keçməsinə əsaslanaraq iddianın rədd edilməsi barədə əsassız qətnamə qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi qanunvericiliyin müddəalarını pozaraq sübutları qiymətləndirməməsi yanlış qətnamənin qəbul edilməsinə gətirib çıxarmışdır. Məhkəmə nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdeh cavabdeh2 müqavilə üzrə iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh bankdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, lakin kredit vəsaitinin ödəməli olmasına dair vəzifəsini tam yerinə yetirməmişdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
19. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Iddiaçı və cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özlərinin və ya nümayəndələrinin iştirakını təmin etməmiş, iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasını iştirakları olmadan keçirilməsini xahiş etmiş, cavabdehlər bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi
21. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.
22. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
23. Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
24. Maddə 376. Əsas tələb üzrə iddia müddəti keçdikdə əlavə tələblər (girov, dəbbə pulu, saxlama, zaminlik, beh) üzrə də iddia müddəti keçir.
25. Maddə 377.1. Iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
26. Maddə 377.2. Icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
27. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
28. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.
29. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
30. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
31. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
32. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
33. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.
34. Maddə 445.7 (zamana görə qüvvədə olan redaksiya). Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir.
35. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.
36. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
37. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
38. Maddə 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
39. Maddə 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.
40. Maddə 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
41. Maddə 739.1 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
42. Maddə 739.2 (zamana görə qüvvədə olan redaksiya). Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001ci il tarixli qərarı
43. Iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
Azərbaycan Respublikası Konstitutsiya Məhkəməsinin Plenmunun H.Həşimovun və qeyrilərinin şikayəti ilə əlaqədar olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Işlər üzrə Məhkəmə Kollegiyasının ## #### 2004-cü il tarixli qərarının yoxlanılmasına dair Qərar
44. Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2005-ci il tarixli qərarına əsasən mülki hüquqda iddia müddətləri inistutu mülki dövriyyə iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşfiq etmək məqsədinə yönəlmişdir. Iddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2013-cü il tarixli qərarı
45. Kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
46. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
47. Həmin qərarda qeyd edilmişdir ki, kredit müqaviləsində yalnız bu hüquq münasibətlərinə xas olan ayrı-ayrılıqda kredit müqaviləsinin qüvvədə olma müddəti və kreditin (əsas məbləğ və hesablanmış faizlərin) qaytarılması müddəti müəyyənləşdirilə bilər. Buna görə, göstərilən müddətlər müqavilə üzrə müvafiq hüquqi nəticələrin yaranmasına səbəb olduğundan, nəzərə alınmalıdır ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və hesablanmış faizlər) müddəti isə kreditin alınmasını və müvafiq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtını tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir.
“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.1, 373.3, 551.1, 551.2.1 və 553.1.1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından şərh olunmasına dair” ##.##.2023-cü il tarixli Qərarı
48. “... iddia müddətinin ötürülməsi öhdəliyə xitam vermir, onu mahiyyətcə fərqli hüquq təbiətli öhdəliyə çevirir. Belə ki, hüquq nəzəriyyəsində öhdəliklərin bir növü kimi Roma hüququndan qaynaqlanan, məhkəmə müdafiəsi ilə təmin olunmayan, yəni icrası məcburi qaydada tələb edilə bilməyən natural öhdəliklər növü fərqləndirilir. Natural öhdəliklər pozitiv hüquqa deyil, təbii hüquqa (lex naturalis) əsaslanır. Bu cür öhdəliklərin icra edilməsi vicdanlılıq, ədalət və əxlaq tələblərindən irəli gəlir. Hüquq ədəbiyyatında belə öhdəliklər üzrə borc bəzən “şərəf borcu” da adlandırılır. Natural öhdəliklər üzrə icranı qəbul etmiş kreditor əsassız varlanmış hesab olunmur və müvafiq icranı özündə saxlamağa haqlıdır. Belə icra borclu tərəfindən hətta icranın təqdim edildiyi zaman kreditorun iddia hüququna malik olmadığını bilməsə belə geri tələb edilə bilməz. Mülki hüquq nəzəriyyəsində məhz iddia müddəti ötürülmüş və mərc oyunları ilə bağlı yaranan öhdəliklər natural öhdəliklərin nümunələri kimi göstərilir.
49. Göründüyü kimi, natural öhdəliklərin iki əsas əlaməti mövcuddur: - borclu tərəfindən öhdəliklərin icra edilməməsi halında kreditorun tələbinin məhkəmə müdafiəsi (iddia qaldırmaq hüququ) ilə təmin edilməməsi; - borclu tərəfindən icra edilmişlərin geri tələb edilməsinin yolverilməzliyi. ...
50. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 551-ci maddəsi ilə nəzərdə tutulan “bütün tələblər on il (adi müddət) keçdikdən sonra qüvvəsini itirir” və “aşağıdakı tələblər beş il keçdikdən sonra qüvvəsini itirir” ifadələrində tələb dedikdə, məhz cavabdeh üçün tanınan prosessual müdafiə vasitəsi olaraq öhdəliklərin məhkəmə qaydasında məcburi icrası ilə bağlı tələblər nəzərdə tutulur. Odur ki, bu müddətlər (551.2.4-cü maddə ilə nəzərdə tutulmuş müddət istisna olmaqla) iddia müddətləri olaraq qəbul edilməlidir. Ümumiyyətlə isə Mülki Məcəllənin 551.2.4-cü maddəsi xaricində, Məcəllənin 27-ci fəslinin 5-ci paraqrafı ilə nəzərdə tutulan müddətlər iddia müddətləridir.”
“xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının ## ###### 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2021-ci il tarixli Qərarı
51. Mülki Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Qeyd olunan maddənin mənasına görə, dəbbə pulunun məbləği öhdəliyin pozulmasının əmələ gətirdiyi nəticələrə açıq-aşkar uyğun gəlmədiyi, yəni dəbbə pulunun məbləği kreditorun reallıqda məruz qaldığı zərərdən əhəmiyyətli dərəcədə çox olduğu hallarda məhkəmə dəbbə pulunu tənasübsüz surətdə yüksək müəyyənləşdirilmiş hesab edərək azalda bilər. Bu halda məhkəmə öhdəliyin borclu tərəfindən pozulması dərəcəsini, öhdəlikdə iştirak edənlərin əmlak vəziyyətini, kreditorun həm əmlak, həm də bütün diqqətəlayiq mənafelərini nəzərə almaqla razılaşdırılmış dəbbə pulunun azaldılması haqqında qərar qəbul etməlidir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il ## ###### tarixli Qərarı
52. kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, MM-in 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
53. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
54. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
55. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
56. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
57. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
58. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
59. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
60. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər.
61. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; 385.1.4. birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi;
62. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.
63. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.
64. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
65. Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
66. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
67. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.
68. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, iddiaçı qətnamənin ləğv edilməsini xahiş etmiş və məhkəmə aktı tam mübahisələndirir. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını tam şəkildə yoxlamışdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
69. Məhkəmə kollegiyası ilkin olaraq qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir.
70. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, bu da qanunsuz qətnamənin qəbul edilməsi ilə nəticələnmişdir.
71. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi kreditor olan iddiaçı ilə borcalan arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi ilə, borcverən tərəfindən borcalana 24 ay müddətinə illik 20,5% dərəcəsi ilə ödəmək şərti ilə 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Iddiaçı ilə cavabdeh3 Mayıl oğlu və cavabdeh1 (zamin) arasında ZM-********* nömrəli ##.##.2015-ci il tarixli zaminlik müqaviləsi ilə, zaminlər borcverən ilə borcalan arasında bağlanmış ##.##.2015-ci il tarixli kredit müqaviləsi üzrə borcalanın öhdəliyinin tamamilə icra edilməsi üçün məsuliyyəti öz üzərlərinə götürmüşdür. Bundan sonra kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli əlavə saziş ilə, kreditorun borcalana verdiyi kreditin qalıq məbləği 6521,91 ABŞ dolları təşkil etmiş, kreditin müddəti isə ##.##.2022-ci il tarixədək müəyyən edilmişdir. Lakin, kredit vəsaitini ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir.
72. Iddiaçı müqavilə şərtlərinə istinad edərək cavabdehlərdən müqavilə üzrə yaranmış borcun ödənilməsini tələb edərək, bununla bağlı birinci instansiya məhkəməsinə iddia ərizəsi ilə müraciət etmiş və məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi borcalanın kredit müqaviləsi üzrə borcu mövcuddur.
73. Cavabdehlər isə iddia tələbinə etiraz edərək, iddia üzrə müddətin ötürüldüyünü və birinci instansiya məhkəməsinə ərizə ünvanlayaraq, mülki iş üzrə iddiaçı ilə aralarında olan mübahisəyə iddia müddətinin tətbiq olunmasını xahiş etmişlər.
74. Məhkəmə cavabdehlərin iddia müddətinin ötürülməsi barədə etirazını, birinci instansiya məhkəməsinin bu xüsusatla bağlı gəldiyi nəticəni, apellyasiya şikayətinin dəlillərini, iş materiallarında olan yazılı sübutları və tətbiq edilməli maddi hüquq normalarını qarşılıqlı əlaqədə qiymətləndirərək hesab edir ki, hazırkı iş üzrə iddia müddəti ötürülməmişdir.
75. Qeyd olunmalıdır ki, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur. Şəxsin hüququ pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət tədbirlərinin tətbiqi hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. Bu mənada hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir. Müqavilələrdən irəli gələn öhdəliklərlə bağlı iddia müddətinin axımı, kreditorun borcludan borcun icrasını tələb edə biləcəyi günün ertəsi günündən etibarən başlayır.
76. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ###### 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Iddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı.
77. Iddia müddətinin məqsədi ilə bağlı Insan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.
78. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair ## #### 2013-cü il tarixli qərarında göstərmişdir ki, “iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur».
79. Konstitusiya Məhkəməsi həmin qərarında daha sonra göstərmişdir ki, kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
80. Hazırkı işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ilə borcalan cavabdeh2 arasında ## #### 2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi bağlanmış, həmin müqavilə əsasında borcalana 6000 ABŞ dolları məbləğində kredit verilmişdir. Sonradan tərəflər arasında ## #### 2017-ci il tarixli Əlavə Saziş bağlanmaqla kredit öhdəliyi restrukturizasiya edilmiş, kreditin qalıq məbləği 6521,91 ABŞ dolları müəyyən edilmiş və kreditin qaytarılma müddəti ## #### 2022-ci il tarixinədək uzadılmışdır. Eyni tarixli əlavə sazişlər zaminlik münasibətlərinə də aid edilmişdir.
81. Göründüyü kimi, tərəflərin iradəsi ilə kredit öhdəliyinin icrası üçün son müddət ## #### 2022-ci il tarixinədək müəyyən edilmişdir. Bu baxımdan, hazırkı tələb üzrə iddia müddətinin başlanğıcının müəyyən edilməsi üçün məhz həmin tarix hüquqi əhəmiyyət kəsb edir. Başqa sözlə, kredit müqaviləsi üzrə borcalanın əsas borcu və müqavilədən irəli gələn digər öhdəlikləri müqavilədə müəyyən edilmiş son icra müddətində yerinə yetirilməli olduğundan, həmin müddətin başa çatması ilə kreditorun pozulmuş hüququnun məhkəmə müdafiəsini tələb etmək hüququ yaranmışdır.
82. Birinci instansiya məhkəməsi də kredit müqaviləsinin müddətinin ## #### 2022-ci il tarixdə başa çatmasını müəyyən etmiş, lakin iddia müddətinin həmin tarixdən hesablanması nəticəsində iddiaçının üç illik müddəti ötürdüyü qənaətinə gəlmişdir. Birinci instansiya məhkəməsinin mövqeyinə görə, iddia ərizəsi ## #### 2025-ci il tarixdə məhkəməyə daxil olduğundan üç illik müddət başa çatmış hesab edilmişdir.
83. Məhkəmə həmin nəticə ilə razılaşmır. Belə ki, iddia müddətinin sonuncu gününün müəyyən edilməsi zamanı yalnız iddia ərizəsinin məhkəmənin aidiyyəti əməkdaşı tərəfindən faktiki olaraq təhvil alınması və ya elektron sistemdə sonradan “məhkəməyə daxilolma” tarixi kimi qeyd edilməsi əsas götürülə bilməz. Bu zaman iddia ərizəsinin məhkəməyə təqdim edilməsi barədə tərəfin iradəsinin faktiki olaraq nə vaxt ifadə edildiyi və qanunla nəzərdə tutulmuş qaydada məhkəməyə göndərilməsi üçün zəruri hərəkətlərin nə vaxt həyata keçirildiyi müəyyən edilməlidir.
84. Iş materiallarında olan Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının ## #### 2026-cı il tarixli, *-*/*-****/**** nömrəli məktubu bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Həmin məktubdan müəyyən olunur ki, e-*(***)-****/**** nömrəli iş üzrə iddia ərizəsi iddiaçı Əmanətlərin Sığortalanması Fondu tərəfindən “Elektron məhkəmə” informasiya sistemindəki elektron kabinetə ## #### 2025-ci il tarixdə saat 17:25-də yüklənmiş, həmin tarixdə saat 17:30-da Qazax Rayon Məhkəməsinə göndərilmişdir. Eyni zamanda, məktubda iddia ərizəsinin sistem vasitəsilə ## #### 2025-ci il tarixdə məhkəmənin elektron kabinetinə daxil olduğu, lakin aidiyyəti məhkəmə tərəfindən ## #### 2025-ci il tarixinədək sistem üzərindən qəbul edilmədiyi və bu səbəbdən həmin müddət ərzində “gözləmə” statusunda qaldığı müəyyən edilmişdir.
85. Belə olan halda, iddiaçının məhkəmə müdafiəsinə müraciət iradəsinin ## #### 2025ci il tarixdə deyil, məhz ## #### 2025-ci il tarixdə həyata keçirildiyi iş üzrə mötəbər sübutla təsdiq olunur. Iddia ərizəsinin məhkəməyə elektron qaydada göndərilməsi ilə bağlı zəruri prosessual hərəkətlər iddiaçı tərəfindən ## #### 2025-ci il tarixdə tam şəkildə yerinə yetirilmiş, ərizə həmin tarixdə məhkəmənin elektron informasiya sisteminə göndərilmiş və onun sonrakı günlərdə məhkəmə əməkdaşı tərəfindən qəbul edilməsi iddiaçının iradəsindən asılı olmayan texniki və təşkilati xarakterli hal olmuşdur.
86. Məhkəmə hesab edir ki, elektron məhkəmə sistemində iddia ərizəsinin göndərilməsi ilə onun aidiyyəti məhkəmə tərəfindən sistem üzərindən qəbul edilərək “məhkəməyə daxilolma” kimi rəsmiləşdirilməsi arasında yaranan vaxt fərqi iddiaçının məhkəməyə müraciət etdiyi tarixin müəyyən edilməsində onun əleyhinə şərh edilə bilməz. Əks yanaşma tərəfin qanunla müəyyən edilmiş müddət daxilində öz hüququnun müdafiəsi üçün etdiyi prosessual hərəkətin nəticəsinin məhkəmə sisteminin texniki və ya təşkilati xüsusiyyətlərindən asılı vəziyyətə salınmasına gətirib çıxarardı.
87. Nəzərə almaq lazımdır ki, Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının müdafiəsinə təminat verməklə yanaşı, müxtəlif məhkəmə instansiyalarında müraciətin (şikayətin) baxılmasının prosessual qaydalarına dəqiq riayət olunmasını da özündə ehtiva edir. Bu məqsədlə qanunverici mülki işlər üzrə məhkəmə aktlarının ədalətli və qanuni olmasını təmin etmək üçün Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) məhkəmənin, işdə iştirak edən şəxslərin və prosesin digər iştirakçılarının hüquq və vəzifələrini müəyyənləşdirir, mülki mühakimə icraatında prosessual qaydaları tənzim edir. Proses iştirakçılarının hüquq və vəzifələrinin həyata keçirilməsinə, son nəticədə işin ədalətli həllinə yönəlmiş bu qaydalardan irəli gələrək, məhkəmə aktlarından apellyasiya və kassasiya qaydasında şikayət vermək hüququnun təmin olunması, çıxarılmış məhkəmə aktlarının qanuniliyinin və əsaslılığının obyektiv və hərtərəfli yoxlanılmasına xidmət edir. (Konstitusiya Məhkəməsi Plenumunun M.Bayramovun şikayəti üzrə # #### 2011-ci il tarixli Qərarı).
88. Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin II hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin VII hissəsi) təsbit olunmuşdur.
89. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri).
90. Məhkəmə yalnız sistemdə sonradan əks etdirilmiş “məhkəməyə daxilolma” tarixini deyil, iddia ərizəsinin elektron sistemə faktiki olaraq nə vaxt yükləndiyini, nə vaxt göndərildiyini və həmin göndərişin məhkəmənin elektron kabinetinə nə vaxt çatdığını birlikdə qiymətləndirməlidir.
91. Iş üzrə müəyyən edilmiş faktiki hallara əsasən, kredit öhdəliyinin son icra müddəti ## #### 2022-ci il tarixində başa çatmışdır. Beləliklə, Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələrinin tələblərinə uyğun olaraq üç illik iddia müddətinin hesablanması həmin tarixdən başlanmış və üç illik müddətin son günü ## #### 2025-ci il olmuşdur. Iddiaçı isə məhkəmə müdafiəsinə müraciət etmək üçün tələb olunan prosessual hərəkəti sonuncu günün başa çatmasını gözləmədən, ## #### 2025-ci il tarixdə, yəni iddia müddətinin başa çatmasına üç gün qalmış həyata keçirmişdir.
92. Bu baxımdan apellyasiya şikayətində iddiaçının məhkəməyə müraciət tarixinin ## #### 2025-ci il olması barədə dəlili iş materiallarında olan Məhkəmə-Hüquq Şurasının məktubu ilə təsdiq olunur və həmin dəlilin əsassız hesab edilməsi üçün hər hansı hüquqi və ya faktiki əsas müəyyən edilmir. Əksinə, həmin sübut birinci instansiya məhkəməsinin iddia ərizəsinin ## #### 2025-ci il tarixdə göndərilməsi və məhkəməyə daxil olması barədə gəldiyi nəticəni təkzib edir. Məhkəmə xüsusilə qeyd edir ki, iddia müddətinin institutu hüquqi müəyyənlik və mülki dövriyyə sabitliyinin təmin edilməsinə xidmət etsə də, onun tətbiqi zamanı müddətin keçibkeçməməsi
93. barədə nəticə iş üzrə müəyyən edilmiş faktiki hallara və həmin halları təsdiq edən mötəbər sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2001-ci il tarixli qərarında da iddia müddətinin hüquq münasibətləri iştirakçılarını öz hüquqlarını vaxtında müdafiə etməyə sövq etməsi və mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin aradan qaldırılmasına xidmət etməsi vurğulanmışdır.
94. Hazırkı işdə isə iddiaçı öz hüququnun məhkəmə müdafiəsi üçün qanunla nəzərdə tutulmuş müddət çərçivəsində hərəkət etmişdir. Belə ki, kredit müqaviləsi üzrə son icra müddətinin ## #### 2022-ci il tarixdə başa çatmasından sonra üç illik iddia müddətinin son günü ## #### 2025-ci il olduğu halda, iddia ərizəsi həmin müddətin başa çatmasına üç gün qalmış, ## #### 2025-ci il tarixdə elektron qaydada məhkəməyə göndərilmişdir. Bu səbəbdən iddiaçının məhkəməyə müraciətinin iddia müddətinin keçməsindən sonra həyata keçirilməsi barədə nəticəyə gəlmək üçün əsas yoxdur. Göründüyü kimi, birinci instansiya məhkəməsi iddia ərizəsinin elektron sistem vasitəsilə faktiki göndərilmə tarixini düzgün müəyyən etməmiş və bununla da işin nəticəsi üçün mühüm əhəmiyyət daşıyan halı lazımi qaydada qiymətləndirməmişdir.
95. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən kredit borcunun tutulması barədə iddia ərizəsi qanunla müəyyən edilmiş üç illik iddia müddəti başa çatmamış, yəni müddət ərzində məhkəməyə göndərilmişdir. Bu səbəbdən cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsi iddianın rədd edilməsi üçün əsas deyildir.
96. Nəticə etibarilə, birinci instansiya məhkəməsinin iddianın iddia müddətinin ötürülməsi əsası ilə rədd edilməsi barədə nəticəsi maddi hüquq normasının düzgün tətbiq edilməməsi və iş üçün mühüm əhəmiyyət kəsb edən faktiki halların tam və düzgün müəyyən edilməməsi nəticəsində formalaşmışdır. Bu isə Mülki Prosessual Məcəllənin 385.1.2 və 385.1.4-cü maddələrində nəzərdə tutulmuş apellyasiya qaydasında qətnamənin ləğv edilməsi əsaslarının mövcudluğunu göstərir.
97. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddia müddətinin ötürülmədiyini müəyyən etməklə cavabdehlərin bu barədə etirazını əsassız hesab edir və iş üzrə iddianın mahiyyəti üzrə araşdırılmasına, kredit müqaviləsindən irəli gələn borc öhdəliyinin mövcudluğu, məbləği, onun cavabdehlər tərəfindən icra edilib-edilməməsi və zaminlərin məsuliyyətinin həcmi məsələlərinin qiymətləndirilməsinə keçməyi zəruri hesab edir.
98. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi üzrə tərəflər arasında olan mübahisə, kreditlə bağlı yaranan mülki münasibətlər üzrə yaranmışdır. Ona görə də işin hallarına kreditlə bağlı qanunvericiliyə, tərəflər arasında bağlanmış kredit müqaviləsinə əsasən hüquqi qiymət verilməlidir.
99. Mülki Məcəllənin 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.
100. Tərəflər arasında bağlanmış və yuxarıda göstərilən kredit müqaviləsi iddia tələbi üzrə cavabdehin hüquq və öhdəliklərinin yaranması üçün Azərbaycan Respublikasının MM-in 14.2.1 və 386.1-ci maddələrində göstərilən hüquqi əsasları təşkil edir.
101. Azərbaycan Respublikasının MM-in 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
102. Azərbaycan Respublikasının MM-in 385-ci maddəsinə görə, kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 742.1-ci maddəsinə görə, isə borc alan borcun qaytarılması üçün qoyulmuş müddətdə borcu qaytarmalıdır.
103. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
104. Həmin Məcəllənin 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
105. Sadalanan hallar və hüquq normaları borcalandan kreditin ödənilməsi tələbinin əsaslı olduğunu təsdiq edir.
106. Belə ki, iş materiallarından göründüyü kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır. Həmçinin, borcun təminatı olaraq zaminlik müqavilələri bağlanmışdır.
107. Zaminlərə qarşı tələbin hüquqi əsasları ilə bağlı qeyd olunmalıdır ki, mülki dövriyyənin müdafiəsi məqsədilə qanunverici tərəfindən dispozitiv xarakter daşıyan MM-in 460.1-ci maddəsində öhdəliklərin icrasının təmin edilməsinə yönələn xüsusi üsullar müəyyən edilmişdir. Həmin maddəyə əsasən öhdəliklərin icrası girov, dəbbə pulu, borclunun əmlakının saxlanması, zaminlik, qarantiya, beh ilə və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər üsullarla təmin edilə bilər. Sadalanan eyni hüquqi təyinatlı üsullar əsas müqavilələrdən irəli gəlir, mahiyyət və tətbiqi qaydalarına görə isə fərqlənirlər. Kreditor və borclu arasında bağlanan müqavilədən irəli gələn öhdəliklərin icrasını təmin edən zaminlik müqaviləsi aksessor xarakter daşıyır. Zaminliyin aksessor xarakteri ondan ibarətdir ki, zaminlik müqaviləsi icra edilməyən və ya lazımınca icra edilməyən əsas öhdəliyin icrasını təmin etmək məqsədi ilə borclunun öhdəliyinə əlavə kimi çıxış edir.
108. Əsas öhdəliyin icrasının təmin edilməsi üsullarından biri olan zaminlik münasibətləri Mülki Məcəllənin 470-477-ci maddələri ilə tənzimlənir. Mülki Məcəllənin 470-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.
109. Lakin, hazırki iddia üzrə zaminlər – cavabdeh3 Mayıl oğlu və cavabdeh1 qarşı iddia tələbi təmin edilə bilməz. Çünki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 477.0.4-cü maddəsinə görə zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda zaminliyə xitam verilir. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir.
110. Bu normanın tələbləri baxımından işin halları araşdırıldıqda görünür ki, zaminliklə təmin olunmuş əsas öhdəlik (iddiaçı ilə cavabdeh2 arasında bağlanmış ##.##.2015-ci il tarixli, ********* nömrəli kredit müqaviləsi üzrə) və ##.##.2015-ci il tarixdə yaranmışdır. Həmin öhdəliyin icrası vaxtı ##.##.2022-ci ildə başa çatmışdır. Bu halda zaminin öhdəliyinə həmin tarixdən bir il kəsiçi müddət keçdikdə, yəni ##.##.2023-cü ildə xitam verilmişdir. Lakin, iddiaçı bu müddət bitdikdən sonra, yəni ## #### 2025-ci il tarixdə iddia vermişdir. Xitam verilmiş öhdəliyin icrası tələbi qanunaziddir və təmin olunmamalıdır.
111. Bundan əlavə, borcalandan faiz borcunun tutulması ilə bağlı kollegiya göstərir ki, iddia tələbi həmin hissədə də əsaslı olmuşdur.
112. Çünki, “Banklar haqqında” Qanunun 1-ci maddəsində göstərilmişdir ki, bank krediti bağlanmış müqaviləyə uyğun olaraq qaytarılmaq, müəyyən müddətə (müddətin uzadılması hüququ ilə) və faizlər (komisyon haqlar) ödənilmək şərti ilə, təminatla və ya təminatsız müəyyən məbləğdə borc verilən pul vəsaitidir.
113. Kreditorla borcalan arasında bağlanan kredit razılaşmasının 1.2-ci bəndində qeyd olunmuşdur ki, kredit alan kredit məbləğini və ona hesablanmış faizlə birlikdə qaytarmağı öhdəsinə götürmüşdür.
114. “Banklar haqqında” Qanunun 36.1-ci maddəsində deyilir ki, banklarla onların müştəriləri arasında münasibətlər Azərbaycan Respublikasının Mülki Məcəlləsi, həmin Məcəlləyə müvafiq olaraq maliyyə bazarlarına nəzarət orqanı tərəfindən qəbul edilmiş normativ aktlar və müqavilə əsasında həyata keçirilir.
115. Həmin Qanunun 36.6-cı maddəsinə görə hər bir bank müştərilərlə bağladığı müqavilədə xidmət şərtlərini, o cümlədən faiz dərəcələrini, komisyon haqlarını və göstərilən bank xidmətləri üçün digər ödənişləri, habelə bank tərəfindən verilmiş kreditlərin ödənişi şərtlərini və qaydalarını müəyyən etməkdə sərbəstdir. Kredit üzrə faizlər bankla müştəri arasında bağlanmış müqavilə şərtlərinə uyğun hesablanır və ödənilir. Faiz dərəcələri və bank qarşısında borca görə verilməli olan digər ödənişlər yalnız borcun olduğu günlər üçün borc qalığı məbləğinə hesablanır.
116. Göründüyü kimi, qanunun tələbinə görə faizlərin hesablanması tərəflərin arasında bağlanmış müqavilənin şərtləri əsasında həyata keçirilir.
117. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” # #### 2013-cü il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
118. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsasları kimi qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
119. Mülki Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır ki, tərəflər arasında bağlanmış kredit müqaviləsindən görünür ki, dəbbə pulu barədə şərt mövcuddur.
120. Mülki Məcəllənin 465.2-ci maddəsində deyilir ki, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
121. Məhkəmə dəbbə pulu ilə bağlı gəldiyi nəticəni daha ətraflı izah etmək üçün qeyd edir ki, öhdəliklərin icrasının təmin edilməsinin xüsusi vasitələrindən biri kimi dəbbə pulu çıxış edir. Kredit müqaviləsi üzrə müştərinin əsas vəzifəsi krediti vaxtında qaytarmaqdan, yəni kredit öhdəliyini kredit müqaviləsində nəzərdə tutulan müddətdə icra etməkdən ibarətdir. Dəbbənin hüquqi mahiyyəti ondan ibarətdir ki, dəbbə qanunda və müqavilədə nəzərdə tutulmuş hallarda tətbiq edilən maddi təsir tədbiri, yəni pul tənbehi kimi çıxış edir. Bu tənbeh, borclunun mülkiyyət hüquqlarına təsirsiz ötmür və dəbbə pulu tələbi müəyyən dərəcədə borclunun mülkiyyətinə müdaxiləni ifadə edir. Nəzərə alınmalıdır ki, dəbbə pulu ilə bağlı tələb həll edilərkən, borclu şəxsin də mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır.
122. Həmçinin, məhkəmə nəzərə alır ki, dəbbə pulunun iddiada göstərilən həcmdə tutulması cavabdehin əmlak mənafelərinə ciddi xələl gətirə bilər. Eyni zamanda borcalan kredit borcunu ödəməsə də iddiaçı vaxtında məhkəməyə müraciət etməmiş və cərimə borcunun artmasına şərait yaratmışdır.
123. Dəbbə pulunun hüquqi mahiyyəti onu yalnız cəza xarakterli mexanizm deyil, eyni zamanda öhdəliyin icrasını stimullaşdıran təminat vasitəsi kimi müəyyən edir. Lakin bu institut tətbiq edilərkən onun mülki dövriyyədə balanslaşdırıcı funksiyası pozulmamalı, borclunun üzərinə iqtisadi baxımdan qeyri-mütənasib və həddindən artıq maliyyə yükü qoyulmamalıdır. Əks halda, dəbbə pulu institutunun məqsədi olan təminat funksiyası deyil, cəza xarakteri ön plana keçmiş olar ki, bu da mülki hüququn əsas prinsipləri ilə ziddiyyət təşkil edir.
124. Hazırkı iş üzrə müəyyən olunur ki, cavabdehin əsas borc öhdəliyi mövcud olmaqla yanaşı, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği ümumi borc yükü ilə müqayisədə tənasübsüz dərəcədə yüksək olmuşdur. Bu isə Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş müdaxilə zərurətini yaradır. Məhkəmə hesab edir ki, cərimənin ilkin müqavilə şərtlərinə uyğun olaraq tam həcmdə tətbiqi cavabdehin əmlak vəziyyətinə qeyri-mütənasib təsir göstərməklə yanaşı, öhdəliyin icrasının təmin edilməsi məqsədini aşan nəticələr doğura bilər.
125. Beləliklə, məhkəmə işin faktiki hallarını, öhdəliyin icra vəziyyətini, tərəflərin müqavilə münasibətlərini, cərimə borcunun artmasında iddiaçının təqsirini və Mülki Məcəllənin 467-ci maddəsində nəzərdə tutulmuş ədalət və mütənasiblik meyarlarını rəhbər tutaraq hesab edir ki, iddia tələbi üzrə hesablanmış cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan azaldılmalı və ədalətli balansın təmin edilməsi məqsədilə 50 (əlli) ABŞ dolları məbləğində müəyyən edilməlidir. Bu məbləğ işin hallarına, kreditin məbləğinə və kreditorun əmlak mənafeyinə uyğundur.
126. Hazırda, iddiaçı borcalan tərəfindən öhdəlik hazırkı vaxta kimi lazımi qaydada icra edilmədiyini bildirərək, gecikdirilmiş vaxt üçün illik 5 %-lə hesablanmış əldən çıxmış faydanın tutulmasını tələb edir.
127. Hazırkı iddia tələbinin qanuni əsasını təşkil edən MM-in 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddənin tələbinə görə (zamana görə qüvvədə olan redaksiyasına əsasən) borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
128. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Qeyd olunan normalardakı tənzimetmənin müəyyən edilməsində qanunvericinin məqsədi borclunun müqavilə öhdəliklərini pozduğu halda kreditora verməli olduğu vəsaitdən qanunsuz şəkildə istifadə etməsi imkanının qarşısının alınmasına yönəlmişdir. 129. 130. ... Beləliklə, öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər. Borcun, faizlərin və maliyyə sanksiyasının girov əmlaka yönəldildiyi təqdirdə, tələbkar - borclu müqavilə münasibətlərinin xitamının məhkəmə qətnaməsinin icrasından asılı vəziyyətə düşməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqeyini bir daha qeyd etməyi vacib bilir. “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikasının Qanunu ilə məhkəmə qərarının icrası ilə bağlı üzərinə düşən vəzifələrin icrasından qərəzli olaraq boyun qaçırmamaqla, onları könüllü yerinə yetirərək girov əmlakı təhvil vermiş şəxs borc və faizlərin girov əmlaka yönəldiyi andan kredit müqaviləsi üzrə öhdəliyini icra etmiş hesab olunur və buna görə, tərəflər arasındakı müqavilə münasibətlərinə xitam verildiyi üçün, o, Mülki Məcəllənin 449.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilə bilməz (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il # #### tarixli Qərar).
131. Məhkəmə yuxarıda istinad olunan normaları və Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqelərini qarşılıqlı təhlil edərək belə qənaətə gəlir ki, kredit müqaviləsi üzrə pul öhdəliyi tam icra olunanadək, yəni həmin öhdəlik üzrə müəyyən edilmiş pul vəsaiti (borc və faizləri) tam həcmdə kreditora qaytarılanadək və ya ipoteka predmeti kreditora təhvil verilənədək borclu kreditor qarşısında məsuliyyət daşıyır və kreditor hər hansı əlavə sübut təqdim etmədən həmin dövr üzrə MM-in 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik 5 % məbləğin ödənilməsi barədə borcluya qarşı tələb irəli sürə bilər.
132. Məhkəmə hesab edir ki, həmin hüquqi mövqe hazırkı iş üzrə də tətbiq edilməlidir. Belə ki, borcalanın kredit müqaviləsi üzrə pul öhdəliyinin icra müddəti ##.##.2022-ci il tarixində başa çatmış, lakin həmin tarixədək yaranmış əsas borc tam həcmdə kreditora qaytarılmamışdır. Beləliklə, ##.##.2022-ci il tarixindən etibarən borcalanın pul öhdəliyinin icrasında gecikmə yaranmışdır.
133. Məhkəmə bununla əlaqədar qeyd edir ki, qanuni faizin hesablanması üçün əsas götürülməli məbləğ borcalanın icra edilməmiş əsas pul öhdəliyidir. Iş üzrə müəyyən edildiyi kimi borcalanın əsas kredit borcu 2.059,65 ABŞ dolları təşkil etmiş və iddiaçı gecikdirilmiş vaxt üçün illik 5 faizlə 302,76 ABŞ dolları tələb edir.
134. Məhkəmə tərəfindən aparılan hesablama zamanı ilk növbədə 2.059,65 ABŞ dolları məbləğində əsas borcun illik 5 faizinin müəyyən edilməsi zəruridir. Belə ki, 2.059,65 ABŞ dollarının bir illik 5 faizi 102,98 ABŞ dolları təşkil edir.
135. Bununla yanaşı, məhkəmə hesablamanın yalnız bir illik faiz məbləğinin müəyyən edilməsi ilə məhdudlaşmadığını nəzərə alır. Qanuni faiz borcalanın pul öhdəliyinin icrasını gecikdirdiyi faktiki müddət üçün hesablanmalı olduğundan, ##.##.2022-ci il tarixindən iddiaçının məhkəməyə müraciət etdiyi ##.##.2025-ci il tarixinədək olan dövr ayrıca nəzərə alınmalıdır.
136. Beləliklə, ##.##.2022-ci il tarixindən ##.##.2025-ci il tarixinədək olan müddət 2 il 11 ay 28 gün təşkil edir. Bu müddət ərzində borcalan 2.059,65 ABŞ dolları məbləğində əsas borc üzrə öhdəliyini icra etmədiyindən, həmin məbləğ üzərindən Mülki Məcəllənin 445.7-ci maddəsində nəzərdə tutulmuş illik 5 faiz dərəcəsi tətbiq edilməklə qanuni faiz hesablanmalıdır.
137. Məhkəmə qeyd edir ki, bir illik 5 faiz məbləğinin 102,98 ABŞ dolları olması nəzərə alınmaqla, iki tam il üzrə qanuni faiz 205,97 ABŞ dolları təşkil edir. Bundan sonrakı 11 ay 28 günlük dövr üzrə faiz də həmin illik faiz dərəcəsinə mütənasib qaydada hesablandıqda illik beş faizlə borcun məbləği 308,18 ABŞ dolları təşkil edir. Lakin iddiaçının tələb etdiyi məbləğ 302,76 ABŞ dollarıdır.
138. Beləliklə, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən edilmiş halları və təqdim edilmiş sübutları qarşılıqlı əlaqədə qiymətləndirərək iddiaçının 302,76 ABŞ dolları məbləğində qanuni faiz tələbinin təmin edilməsini əsaslı hesab edir.
139. Məhkəmə iddia tələbinin xarici valyutada göstərilmiş məbləğin icra qaydasını qiymətləndirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi əsas etibarilə manatla ifadə olunmalı, lakin tərəflərdən biri xarici fiziki və ya hüquqi şəxs olduqda və qanunla qadağan edilmədikdə, pul öhdəliyi xarici valyutada da müəyyən edilə bilər.
140. Eyni zamanda həmin Məcəllənin 439.2-ci maddəsinə uyğun olaraq, xarici valyutada müəyyən edilmiş pul öhdəliyinin Azərbaycan Respublikasının ərazisində icra edilməsi hallarında, ödənişin xarici valyutada aparılması xüsusi olaraq şərtləşdirilmədiyi təqdirdə, həmin öhdəlik ödəniş gününə mövcud olan rəsmi məzənnə üzrə manat ekvivalentində icra edilməlidir.
141. Hazırkı iş üzrə iddia tələbi ABŞ dolları ifadəsində göstərilmiş pul öhdəliyinin tutulmasına yönəlmişdir. Lakin, həmin öhdəliyin icrası Azərbaycan Respublikasının ərazisində həyata keçirildiyindən və tərəflər arasında ödənişin mütləq şəkildə xarici valyutada aparılmasına dair xüsusi razılaşma müəyyən edilmədiyindən, sözügedən tələb Mülki Məcəllənin 439.2-ci maddəsinin tələblərinə uyğun olaraq manat ekvivalentində icra edilməlidir.
142. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdeh cavabdeh2 tutulan ABŞ dollarında olan borc məbləği ödəniş günündə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi rəsmi məzənnəyə uyğun olaraq manatla hesablanmalı və həmin ekvivalentdə iddiaçının xeyrinə tutulmalıdır.
143. MPM-in 80, 81, 88 və 89-cu maddələrinin tələbləri baxımından əgər hər hansı sübut məhkəmə tərəfindən qəbul edərək, iş materiallarına əlavə edibsə, işdə olan sübutlar həmin sübutların aidiyyəti (tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqəsi), mümkünlüyü (müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan hallar) və mötəbərliyi (sənədlərin əsli və ya təsdiq olunmuş surətləri, zəruri rekvizitlərə (imza, möhür və s) malik olması, montaj və saxtalaşdırma əlamətlərinin olub-olmaması və s.) baxımından dəyərləndirilməli, həmi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxıldıqdan sonra onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verilməlidir.
144. Lakin, işə baxılan zaman birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar araşdırılmamış, qətnamədə göstərilmiş nəticələr işin hallarına uyğun gəlməmişdir. Beləliklə məhkəmə maddi və prosessual hüquq normalarına uyğun qiymət verməmiş və bununla da həmin normaların tələblərini pozmuşlar.
145. Sübutların qiymətləndirilməsi məhkəmə tərəfindən ilkin (məhkəmə araşdırmasının sonunda) və yekun (müşavirə otağında məhkəmə qətnaməsi qəbul edilərkən) qiymətləndirməni nəzərdə tutur. Ilkin qiymətləndirmə ayrı-ayrı faktların müəyyən edilməsi üçün hər bir sübutun aid edilməsi, mümkünlüyü, mötəbərliyi və yetərliliyi nöqteyi-nəzərindən onun predmetinin keyfiyyətinə dair keçirilir.
146. Beləliklə məhkəmə apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılmaqla iddia tələbi qismən təmin edilməli, iddia qalan hissədə rədd edilməlidir.
147. Həmçinin, məhkəmə hesab edir ki, MPM-in 119.1-ci maddəsinə əsasən iddia qismən təmin edildiyindən, iddianın təmin edilmiş hissəsinə münasibətdə 51,74 manat dövlət rüsumu cavabdeh cavabdeh2 alınaraq iddiaçıya verilməli, ödənilmiş 65,57 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
148. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-nin 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən cavabdeh cavabdeh2 tərəfindən kassasiya şikayəti verilə bilər. Bununla paralel qeyd edilir ki, iddiaçıya münasibətdə iddianın təmin edilməmiş hissəsi 3.568,25 manat, yəni 5000 (beş min) manatdan az olduğundan və digər cavabdehlər cavabdeh3 Mayıl oğlu və cavabdeh1 münasibətdə hazırki qətnamə onların maraqlarına toxunmadığından sonuncular tərəfindən kassasiya şikayəti verilə bilməz.
149. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.2, 385.1, 386, 388, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:
Iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Qazax Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi tamamilə ləğv edilsin və iş üzrə yeni qətnamə çıxarılsın. Iddia qismən təmin edilsin. Cavabdeh cavabdeh2 2.059,65 (iki min əlli doqquz ABŞ dolları altmış beş sent) ABŞ dolları əsas borc, 1.212,38 (min iki yüz on iki ABŞ dolları otuz səkkiz sent) ABŞ dolları faiz borcu, 50 (əlli) ABŞ dolları cərimə borcu və gecikdirilmiş vaxt üçün hesablanmış 302,76 (üç yüz iki ABŞ dolları yetmiş altı sent) ABŞ dolları faiz borcu olmaqla, cəmi 3.624,79 (üç min altı yüz iyirmi dörd ABŞ dolları yetmiş doqquz sent) ABŞ dolları ödəniş gününə olan Azərbaycan manatının ekvivalentinə uyğun Azərbaycan manatı ilə tutularaq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Cavabdeh cavabdeh2 ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 51,74 (əlli bir manat yetmiş dörd) manat pul alınaraq iddiaçı ləğv prosesində olan “xxxx” Açıq Səhmdar Cəmiyyətinə verilsin. Iddia qalan hissədə təmin edilməsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə Informasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.