Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-890/2026 24.06.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və X4 ibarət tərkibdə, Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2013cü il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün tutulmuş alimentin miqdarının artırılması və hər ay hər uşağa görə 300 (üç yüz) manat olmaqla, cəmi 600 (altı yüz) manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə (hakim Sərdar Mehrəliyev) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı tutulmuş alimentin miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işin icraata qəbul edilməsindən imtina olunması qərara alınmışdır. İş üzrə iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkil) Vəkil Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadından şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsini, əks təqdirdə şikayətə baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişlər. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və Azərbaycan Respublikasının MPM-in 269-cu maddəsinə müvafiq olaraq iş materialları ilə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırki şikayətə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Ona görə də, Məhkəmə kollegiyası hazırkı işə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikasının MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin hallarına dair hakimin məruzəsini dinləyib, iş materiallarını araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməməli və Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası işin hallarının iddia ərizəsinin yolverilməzliyə görə qəbulundan imtina barədə MPM-nin müddəaları əsasında təhlilinə başlamazdan əvvəl xatırladır ki, Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən Azərbaycan Respublikasının MPM-in 4.1-ci maddəsinə görə Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının MPM-in 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Azərbaycan Respublikasının MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin, nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinin tələbinə görə, işlərin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi qadağandır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, məhkəmə aidiyyətinin qanunsuz dəyişdirilməsinə yol verilmir. Azərbaycan Respublikasının MPM-in 24.1-ci maddəsinə görə Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqları müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir. Konstitusiyasının 62-ci maddəsindən çıxış etməklə Azərbaycan Respublikasının MPM-in 31.1-ci maddəsində də aidiyyət qaydalarının pozulmasına yol verilməməsi əksini tapmışdır. Bundan başqa, Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, 15 N-li Qərarı 8.4-3 Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPMin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPMin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir. Birinci instansiya məhkəməsi öz qərarında göstərmişdir ki, iddiaçının tələbinin əsası Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiyasına uyğun deyil. Belə ki, iddiaçı tələbində cavabdehin gəlirlərinin artmasına deyil, alimentin miqdarının artırılmasını tələb edən şəxsin maddi vəziyyətində dəyişiklik baş verməsini göstərsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə ərizənin iddianın yolverilməzliyinə görə icraata götürülməsindən imtina edilmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd edir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının MPM-in 398.0.1-ci maddəsinə görə qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyətinə malikdir. Məhkəmə kollegiyasının araşdırılması və işdə olan sənədlərlə müəyyən edilmişdir ki, Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı ilə ərizəçi İddiaçı Şuşa Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli, *(***)-***/**** nömrəli qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin indeksasiyasının həyata keçirilməsinə dair ərizəsi təmin edilmiş, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün borclu Cavabdeh ərizəçi İddiaçı xeyrinə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,35 misli həddində indeksasiya olunması qərara alınmış, həmin qərardaddan şikayət verilmiş və Gəncə Apellyasiya Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-*)-*/**** nömrəli qərardadına əsasən ərizəçi İddiaçı nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş şikayət təmin edilməmiş, Şuşa Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-**/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Daha sonra, iddiaçı ##.##.2026-cı ildə alimentin artırılmasına dair iddia tələbi ilə Şuşa Rayon Məhkəməsinə müraciət etmiş və məhkəmənin həmin tarixli qərardadına əsasən iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilmişdir. İddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil hazırda yenidən alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, ərizəsində Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə razılaşmadığını bildirsə də, həmin qərardaddan şikayət verməmiş, eyni iddia tələbi ilə yenidən məhkəməyə müraciət etmiş və iddia tələbində iddiaçının maddi vəziyyətində dəyişiklik baş verməsini, bununla bağlı sübutlar təqdim ediləcəyini göstərmişdir. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun ## ###### 2024-cü il tarixli, 15 N-li Qərarı 8.4-3 Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPMin 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPMin 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə, həm də Azərbaycan Respublikasının Ali Məhkəməsinin müvafiq məsələ ilə bağlı müəyyən etdiyi vahid məhkəmə təcrübəsinin tələblərinə əsasən, alimentin məbləğinin dəyişdirilməsinin (artırılmasının) əsasını yaşayış minimumunun dəyişilməsi deyil, aliment ödəyən şəxsin maddi vəziyyətində yaxşılığa doğru dəyişikliyin baş verməsi təşkil edir. Məhkəmə kollegiyası yuxarıda qeyd edilmiş Plenum Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsaslanaraq qeyd edir ki, iddiaçının tələbinin əsası Ailə Məcəlləsinin 112-ci maddəsinin dispozisiyasına uyğun deyil. Belə ki, iddiaçı tələbində cavabdehin gəlirlərinin artmasına deyil, alimentin miqdarının artırılmasını tələb edən şəxsin maddi vəziyyətində dəyişiklik baş verməsini göstərsə də, bu barədə heç bir sübut təqdim etməmişdir. Yəni yuxarıda qeyd olunduğu kimi, hazirki tələbə məhkəmədə icra icraatı qaydasında baxılması üçün hər hansı məhdudiyyətin olması müəyyən edilmir. Ona görə də ərizəyə icra icraatı qaydasında birinci instansiya məhkəməsində baxılmalıdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli və Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsinin qərardadlarından kassasiya şikayəti verilə bilən qərardadların dairəsi mülki prosessual qanunvericilikdə müəyyənləşdirilmişdir. Ona görə də hazırki iş üzrə çıxarılan qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 149, 152, 153, 263, 264, 398 və 401-ci maddələrini rəhbər tutaraq, Qərara aldı: Şikayət təmin edilməsin. Şuşa Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-890/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-890/2026
24.06.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver