Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-894/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X1 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı İddiaçı İsgəndər qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı İsgəndər qızı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 4988 manat məbləğində pulun və ödənilmiş 70 manat dövlət rüsumunun alınaraq, ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadına əsasən iddiaçı İddiaçı İsgəndər qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, iddiaçı tərəfindən ödənilmiş 70 (yetmiş) manat dövlət rüsumunun iddiaçı İddiaçı İsgəndər qızına qaytarılması qərara alınmışdır. İddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi vəkil Nümayəndə ərizə ilə müraciət edərək bildirmişdir ki, yolda olarkən avtomobilində qəfil nasazlıq yarandığı üçün iş üzrə sonuncu məhkəmə iclasına üzürlü səbəbdən 20 dəqiqə gecikməyi barədə elektron məhkəmə sistemi vasitəsi ilə məhkəməni və istifadəsində olan *** ***-**-** nömrəli mobil telefon vasitəsi ilə məhkəmə iclas katibini şəxsən məlumatlandırsa da, məhkəmənin həmin günü qəbul etdiyi müvafiq qərardadla iş baxılmamış saxlanılmışdır. Həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinə mahiyyət üzrə baxılmasını məhkəmədən xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qərardadı ilə Gəncə Şəhər Məhkəməsinin icraatında olmuş və məhkəmənin iş üzrə ##.##.2026-cı il tarixli qərardadı ilə baxılmamış saxlanılmış e-*(*-***)-**/**** saylı mülki iş üzrə icraatın təzələnməsi və məhkəmə baxışının təyin edilməsi barədə iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi vəkil Nümayəndə ərizəsi əsassız olduğundan təmin edilməmişdir. Həmin qərardaddan iddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə şikayət edərək, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-121)- **/**** saylı qərardadının ləğv edilməsi, iş üzrə icraatı təzələnməsinə dair ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, işin baxılmamış saxlanması barədə məhkəmənin mübahisələndirdiyim qərardı ilə razı deyildir. Eyni zamanda məhkəmənin ##.##.2026-cı il tarixə saat 15:20-yə təyin edilmiş iclasına iddiaçın nümayəndəsi kimi gəlməməyi barədə məhkəmənin mövqeyi ilə ümumiyytlə razı deyil. Belə ki, həmin günü o, elektron məhkəmə sistemi vasitəsi ilə məhkəmə iclası başlamamışdan 20 dəqiqə qabaq məhkəməni və telefon vasitəsi ilə məhkəmə iclas katibini yolda avtomobilində yaranmış qəfil nasazlıq barədə məlumatlandırıb, 15-20 dəqiqə gecikəcəyi barədə məlumatlandırsa da, məhkəmə ümumiyyətlə məhkəməyə gəlmədiyini bildirmişdir. Halbuki, o, az vaxtda gecikməklə məhkəmənin inzibati binasına daxil olub katiblə əlaqə saxlamış. Hətta mülki işin baxılmamış saxlanılmasından narazı qalıb məhkəmə sədrinin adına ərizə də yazıb dəftərxana vasitəsi ilə təqdim etmişdir. Məhkəmə elekron ərizəni görüb gecikməni üzürlü hesab edib, mülki işin baxılması təxirə sala bilərdi. Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Hakim işdə iştirak edən şəxsin vəsatəti ilə onun nümayəndəsinin, yaxud vəkilinin üzürlü səbəbdən gəlməməsi ilə əlaqədar işin baxılmasını təxirə sala bilər. Lakin məhkəmə elektron ərizəmi görməzdən gəlib qərəzli yanaşma etdi. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayəti iş materialları ilə əlaqəli şəkildə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-2(5-121)- **/**** saylı qərardadı tam ləğv edilməli və iddiaçı İddiaçı İsgəndər qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi (vəkil) Nümayəndə Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və icraatın təzələnməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. İşə baxan məhkəmə belə qənaətə gəlmişdir ki, işin məhkəmə baxışına hazırlanması iclası ##.##.2026-cı il tarixə saat 11:00- a təyin edilmiş, məhkəmənin həmin iclasına iddiaçı və onun nümayəndəsi gəlməmişlər. İddiaçının nümayəndəsi vəkil Nümayəndə məhkəməyə ərizə göndərərək, məhkəmə hazırlıq iclasının onların iştirakı olmadan keçirilməsini və işin məhkəmə baxışına təyin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmənin həmin iclasında iştirak etmiş və ona qarşı irəli sürülən iddiaya etiraz edərək, qeyd etmişdir ki, İddiaçı İsgəndər qızından 11000 manat məbləğində pulun alınaraq, ona verilməsinə dair Gəncə Şəhər Məhkəməsinin qanuni qüvvədə olan ##.##.2024-cü il tarixli məhkəmə qətnaməsi vardır. Həmin qətnamənin icrası üçün icra məmurları tərəfindən zəruri icra tədbirləri görülür. İddiaçı İsgəndər qızı da hazırki iddianı məhkəmənin həmin qətnaməsinin icrasının yubadılması məqsədilə qaldırmışdır. Mülki işə məhkəmədə baxılması ## #### 2026-cı il tarixə saat 10:40-a təyin edilmiş və işə baxılmasının vaxtı və yeri haqqında tərəflər lazımi qaydada xəbərdar edilmişlər. Məhkəmənin ## #### 2026-cı il tarixə saat 10:40-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının araşdırması zamanı müəyyən edilmişdir ki, ## #### 2026-cı il tarixə saat 10:40-a təyin edilmiş iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəməyə gəlməmiş, işin məhkəmədə baxılması ## ##### 2026-cı il tarixə, günün ikinci yarısınasaat 15:20-yə təxirə salınmışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehin xəbərdar edilməsi işin mübahisəsiz halıdır. Şikayətin dəlillərini əsaslı hesab edən kollegiya qeyd edir ki, iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi (vəkil) Nümayəndə Bakı şəhərində yaşaması və fəaliyyət göstərməsi iş materialları ilə təsdiqini tapır. ## ##### 2026-cı il tarixdə o, məhkəməni elektron məhkəmə sistemi vasitəsi ilə yolda avtomobilində yaranmış qəfil nasazlıq səbəbindən məhkəmə iclasına gecikəcəyi barədə məlumatlandırmışdır (iş materialları səhifə 52). Həmin tarixdə onun məhkəmə binasında olması və dəftərxanaya ərizə təqdim etməsi etməsi (iş materialları səhifə 59), onun ərizəsində və şikayətində istinad etdiyi işin faktiki halları və dəlillərinin mötəbər olmasına dəlalət edir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, işə baxan birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Prosessul Məcəlləsinin 259.0.6-cı maddəsinə istinad etməklə, iddia ərizəsini baxılmamış saxlamaqda haqlı olmamışdır. Belə ki, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə, onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Göründüyü kimi, iddiaçı tərəfin üzürsüz səbəbdən məhkəmə iclasına gəlməməsi müəyyən edilməmişdir. Onun məhkəmə iclasına gecikməsi barədə məlumat verməsi, məhkəmə binasına gəlməsi onun, təyin olunmuş iclasa vaxtında gələ bilməməsinin ondan asılı olmayan səbəblərdən, yəni üzrlü olmasını göstərir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Konstitusiyanın 60-cı maddəsində deyilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası MPM-nin 4.1-ci maddəsinə görə ,bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Lakin qeyd olunmalıdır ki, məhkəməyə müraciət etmək hüququ hər bir kəsin konstitusion hüququ olsa da, şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 151.2. Zəruri hallarda iddia ərizəsinin mümkünlüyü haqqında məsələyə çəkişmə prinsipinə riayət edilməklə, tərəflərin iştirakı ilə baxıla bilər. «Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2011-ci il tarixli Qərarının 9.1-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPMnin 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Lakin iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etdikdə ərizənin baxılmamış saxlanılmasına yol verilmir. Cavabdehin iddiaçının iştirakı olmadan işə baxılmasını tələb etməsi onun məhkəməyə yazdığı ərizə ilə və yaxud məhkəmə iclası protokolunda bu barədə müvafiq qeydiyyat aparılmaqla rəsmiləşdirilir. Həmin qərarın 17-ci bəndində göstərilmişdir ki, ərizənin baxılmamış saxlanılması MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrdə göstərilən əsaslarla əlaqədar olduqda, tərəflər məhkəmə iclasında iştirak etməmələri ilə əlaqədar üzürlü səbəblər göstərdikdə və bu barədə məhkəməyə sübutlar təqdim etdikdə məhkəmə tərəflərin vəsatətinə əsasən ərizənin baxılmamış saxlanılması barədə qərardadını qanunla müəyyən edilmiş müddətdə ləğv edərək həmin işə mahiyyəti üzrə baxmağa haqlıdır. Bu zaman işin davamı əvvəlki işdə aparılır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi işin faktiki halları üzrə düzgün olmayan nəticəyə gəlmişdir. Mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilməmişdir. Odur ki, onun yuxarıda qeyd olunan əsaslarla iddia ərizəsini baxılmamış saxlaması əsassız olmuşdur. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259.0.6, 372.7, 385.1.1, 387.1, 398.0.2 və 402-ci maddələrini rəhbər tutaraq, QƏRAR A ALDİ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-**/**** saylı qərardadından iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi (vəkil) Nümayəndə tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qərardadı tam ləğv edilsin. İddiaçı İddiaçı İsgəndər qızının cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə iddiaçı İddiaçı İsgəndər qızının nümayəndəsi (vəkil) Nümayəndə Gəncə şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli e-*(*-***)-**/**** saylı qərardadının ləğv edilməsi və icraatın təzələnməsi barədə ərizəsinə yenidən baxılması üçün mülki iş Gəncə Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-7)-894/2026
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-894/2026
09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver