Məhkəmə qərarları › İş №e-2(3-7)-908/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-908/2026

17.09.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-908/2026 17.09.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X4 və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı İddiaçı, onun nümayəndəsi (vəkili) Vəkil və cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "maddi ziyanın ödənilməsi" tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, R X1 tərəfindən ## ###### 2025-ci il tarixli cinayət işi başlanmasının rədd edilməsi barədə qərarından görünür ki, qərarın təsviri hissəsində göstərilənləri nəzərə alaraq toplanmış material üzrə Cavabdeh əməlində Azərbaycan Respublikası Cinayət Məcələsinin 178-ci maddəsinin tərkib əlamətləri olmadığından həmin maddə üzrə onun barrəsində cinayət işinin başlanması rədd edilmiş, vətəndaş İddiaçı pul tələbi ilə bağlı məhkəmədə mülki qaydada iddia qaldırmaq hüququ olması izah edilmişdir.

2. İşdə olan ksero-foto təsvirlərdən görünür ki, material ağır fiziki aşınma və köhnəlmə əlamətindədir.

3. “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş ## ###### 2025-ci il tarixli mütəxəssis rəyinin nəticə hissəsindən görünür ki, mövcud profnastil materialı, texniki göstəricilərinə və fiziki vəziyyətinə görə dam örtüyü kimi istifadəyə tam yararsız və qəti şəkildə uyğunsuzdur. Onun istismarı: Struktur etibarlılıq riskini (damın deformasiyası və ya uçuşması), Su sızdırmazlıq riskini (tezliklə baş verəcək sızmalar), Təhlükəsizlik riskini (quraşdırma zamanı və sonrasında) özü ilə daşıyır. Beləliklə, aparılan araşdırmalar və təhlillərə deməyə əsas verir ki, Gədəbəy şəhəri, Heydər Əliyev prospekti 1 ünvanında yerləşən 86 ədəd profnastil materialı istifadəyə yararsızdır. Onun dam örtüyü kimi istismar edilməsi məqsədəuyğun hesab edilmir.

4. “xxxx” MMC tərəfindən verilmiş ödəniş qəbzlərindən görünür ki, müxtəlif tarixlərdə ümumilikdə 2 800 manat məbləğində pul X3 məxsus olan **************** saylı plastik kartının hesabına köçürülmüşdür.

Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 86 ədəd yararsız metal örtüyünə görə (86x50m.)= 4300 manat, fəhlənin kranla yükü boşaldıb yığması üçün ödənilmiş 350 manat, ustaların 195 ədəd metal örtüyünü təmir etməsi üçün ödənilən 2 000 manat, mütəxəssis rəyinə görə ödənilmiş 150 manat xidmət haqqı, hüquqi yardım göstərilməsi üçün 400 manat və ödənilmiş dövlət rüsumu 93 manatın əvəzi cəmi= 7 293 (yeddi min iki yüz doxsan üç) manat alınaraq mənə ödənilməsi və kassa mədaxil qəbzinin, qaimə fakturanı ona təqdim etməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddia tələbi onunla əsaslandırılmışdır ki, mülkiyyətində olan “Laçın” Ticarət Mərkəzin”nin dam örtüyünün bir qismi zədələndiyindən 2023-cü ilin yay aylarında metal dam örtüyü axtarmış və bu məqsədlə dam örtüyünə vurmaq uçun dəmir materiallı örtük axtarmış, Gəncə şəhər sakini Cavabdeh onunla görüşərək biriqadir olduğunu, Gəncə şəhərində xalça fabrikinin üzərində olan dəmir örtüyü özünün bırıqadası ilə birlikdə sökdüyünü, sökülmüş dəmir örtüklərin bir qisminin yararlı olduğunu, həmin yararlı olan dəmir örtüyü satıdığı demişdir. O, Rüstəmlə danışıb 12 metr uzunluğunda 65 sm enində, hər biri 81 manat olan 140 ədəd dam örtüyünü 11 300 manata almağa razılaşmışlar. Bundan sonra Rüstəm beh adı ilə ona 1000 (min) manat verməsini istəmiş və o, özündə olan 1 000 manatın üzərinə qonşusu X5 500 manat borc alıb, nəğdi 1 500 manat Rüstəmə beh vermişdir Bir neçə gün sonra Rüstəm ona zəng edərək söküntü üçün ona müəyyən məbləğdə pul lazım olduğunu deyib, yenə də pul göndərməsini istəmişdir 2023-cu ilin yay-payız fəsilində Rüstəmin istəyi ilə onun həyat yoldaşı X3 adına olan 4169 7388 5711 9022 kartına 3 dəfə, hər dəfə 1 000 (min) manat olmaqla göndərmişdir. Beləliklə Rüstəmə öncədən 4 300 manat pul vermiş, Rüstəm özünə məxsus avtomobili ilə həmin dam örtüklərim gecə saatlarında Gədəbəy şəhərinə gətirmişdir O, materialı səhər havanın işıqlı vaxtında boşaltmağı tələb etsə də Rüstəm onunla razılaşmamış, axşam saat 23:00 radələrində Rüstəmin gətirdiyi materialı kran vasitəsilə boşaltmışlar. Həmin vaxt hava qaranlıq olduğu üçün o, gətirilmiş materialın keyfiyyətinə fikir verməmiş, səhəri gün materiallara baxış keçirərkən materialların xeyli sayda olanın korroziyaya uğramış, paslanmış, dəlik-deşik və istifadəyə tamamilə yararsız vəziyyətdə olduqlarını görmüşdür. Buna görə Rüstəmə zəng edərək bu barədə məlumat vermiş, Rüstəm materialın yararlı olanlarını istifadə etməsini, yararsız olanları isə bir kənara yığıb, saxlamasını, yararsız materialın əvəzinə yenilərini öz avtomobili ilə gətirib, xarabları isə aparacağına söz vermişdir. O, fəhlərə yararsız məhsulları kənara yığmalarını, yararlı olanlarını istifadə etmələrini tapşırmışdır. Bundan sonra Rüstəm Gədəbəy şəhərinə 30 ədəd yararlı dam örtüyü gətirmiş, 30 ədəd yararsız dam ortuyunu aparmışdır. Buna görə də onda Rüstəmə qarşı inam yaranmışdır Daha sonra fəhlələr Rüstəmin gətirdiyi dam örtüklərinin içindən 85 ədəd yararsız dam örütüyünü seçib, kənara yığmışlar. Həmçinin o, Rüstəmlə 140 ədəd 12 metrlik metal örtük gətirməsini həmin örtüyə görə 11 300 manat verəcəyinə dair razılaşmışlar. Lakin, Rüstəm 6 metrlik 140 ədəd metal örtük gətirib, həmin ortuyu ona 11 000 manata satmağa razılaşmışdır. Bundan sonra Rüstəmə ödəyəcəyi 11 000 manatdan 4 300 manatını çıxmış, Rüstəmə qalıq borcu olan 6 700 manatı o, şahidlərin yanında Rüstəmə ödəmiş və borcu qalmamışdır. Hazırda 85 ədəd, hər birini 41 manatdan olmaqla almış, həmin 85 ədəd yararsız dam örtüklərini Rüstəm gəlib, aparacağını yerinə təzələrini verəcəyini, yaxud 85 ədəd metal örtüyə gorə pulunu qaytaracağını desədə hazırkı vaxta qədər nə pulunu qaytarmamış, nədə həmin yararsız materalı gəlib-aparmamışdır. Rüstəm 85 ədəd metal örtüyə görə ona 3 485 manat pul verməli, əlavə olaraq həmin 85 ədəd dəmir metal örtüyünü boşaltmaq, fəhlələrə yığmaq üçün 350 manat xərci də ona ödəməli olmuşdur. Beləliklə, Cavabdeh hazırda ona 3 835 (uç min səkkiz yüz otuz beş) manat pul borcu yaranmışdır. Həmçinin Rüstəm ilk danşıqları zamanı ona metal dam örtüyünü satması barədə kassa çeklərini, ona qaimə faktura təqdim edəcəyinə dair söz versədə lakin, sonradan müxtəlif bəhanələrlə çekləri və fakturları ona verməmişdir. Bununla əlaqədar Goranboy rayon Polis Şöbəsinə ərizə ilə müraciət etdik də, ona mülki xarakterli olduğundan ## ###### 2025-ci il tarixli qərarı ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul olunmuşdur. Həmçinin cavabdehin ondan 11 000 manat pul alması çoxsaylı mesaj yazışmalarında etiraf etmişdir. Hazırda xəstə olduğunu, müalicəsinə 4 000 manat məbləğində pul xərclədiyini qeyd edərək iddia ərizəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etməkdir.

7. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddianın rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı tələbini əsaslandıra biləcək mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Belə ki, qiymətləndirmə rəyində qiymətləndirilən 86 ədəd profnastil metal örtüklərin məhz hazırkı iş üzrə tərəflərin alğısatqısında satılan mal olmasına dair iddiaçı tərəfindən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Əlavə olaraq isə iddiaçının təqdim etdiyi “xxxx” Qiymətləndirmə Şirkəti tərəfindən verilmiş mütəxəssis rəyi 2025-ci ilin ## ######ına tərtib edilmişdir, lakin sözügedən metal örtüklərini alğı-satqısı isə 2023-cü ilin yay aylarında baş tutmuşdur. Yəni məhkəmə iclasında metal örtüklərin eyniliyi sübut edilmiş olsa idi belə, ötən 2 il müddətində malın saxlanılması şəraiti, bu saxlanılma nəticəsində malın yaralılığının azalması da müzakirə predmeti olacaq idi.

9. Birinci instansiya məhkəməsi öz hüquqi mövqeyini əsaslandırarkən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 386, 567, 581 və 587-ci, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 124.2 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

10. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməsini, apellyasiya məhkəməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 47 manatın və apellyasiya məhkəməsində göstərilmiş hüquqi yardım üçün ödənilmiş 400 manat məbləğin əvəzinin cavabdehdən alınaraq, ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı mülkiyyətində olan “Laçın” Ticarət Mərkəzin”nin dam örtüyünün bir qismi zədələndiyindən 2023-cü ilin yay aylarında metal dam örtüyü axtarmışam və Gəncə şəhərində cavabdehlə görüşərək onun Gəncə şəhərində “Xalça Fabriki”nin dəmir dam örtüyünü (profnastil) öz birqadası ilə sökdüyünü öyrənmişdir. Cavabdeh metal dam örtüyünün bir qismi yararlı olduğunu və yararlı metal örtüklərini satdığını bildirmişdir. O, cavabdehlə danışıb 12 metr uzunluğunda 64 sm enində hər biri 81 manat olan 140 ədəd dam örtüyünü 11300 manata almağa razılaşmışdır. Eyni zamanda ona metal örtüyünü satması barədə kassa çeklərini, qaimə faktura sənədini verəcəyini bildirdi. Cavabdeh beh olaraq ona 1000 manat verməsini demiş, o, da özündə olan 1000 manat və qonşu X5 500 manat borc alıb, cavabdehə 1500 manat beh vermişdir. Bir neçə gün sonra cavabdeh söküntü üçün pul lazım olduğunu bildirmiş və həyat yoldaşının **************** nömrəli kartının surətini və şəxsiyyət vəsiqəsinin surətini göndərərək pul göndərməyini istəmişdir. ##.##.2023-cü il tarixdə 1000 manat, ##.##.2023-cü il tarixdə 800 manat, ##.##.2023-cü il tarixdə1000 manat həmin karta pul göndərmişdir. Ümumilikdə, 4300 manat pul ödəmişdir. Cavabdeh 2023-cü ilin dekabr ayının ortalarında gecə vaxtı saat 23-00 radələrində öz maşını ilə uzunluğu 6 metr və 6.3 metr olan 280 ədəd metal örtüklərini yaşadığı Gədəbəy şəhəri, H.Əliyev pr., * saylı ünvana gətirmişdir. Gecə olduğu üçün metal örtükləri sabah tezdən boşaltmağı bildirdi. Cavabdeh qəti etirazını bildirərək maşın sabaha qədər gözləyə bilməz, geri qayıtmalıyıq deyərək yükü boşaltmağı təkid etdi. O, yükü kran vasitəsi ilə fəhlənin köməyi ilə kənarda 3 kamaza yükləyib həyətə gətirib boşaltmağa məcbur oldu. Həmin vaxt gecə olduğundan malların keyfiyyətinə fikir verməmişdir. Səhəri gün materiallara baxarkən çoxlu sayda korroziyaya uğramış və paslı, dəlik-deşik və istifadəyə tamamilə yararsız metal örtüklər olduğunu görüb cavabdehə zəng edərək bildirdi ki, bəs yararsızlar necə olacaq. Bildirdi ki, yükləyən fəhlələrin səhvidir, hansı xarabdır yığ kənara, yararlısını gətirib, yarasızı öz xərci ilə geri qaytaracaq. Cavabdehlə 140 ədəd 12 metrlik metal örtük (profnastil) almağı barədə razılaşması olmuşdur. Lakin cavabdeh ona bir ədədinin qiyməti 50 manat olmaqla 280 ədəd 6 və 6,3 metrlik metal örtük gətirdiyini söylədi və razılaşdığı 11300 manatdan 300 manat güzəşt edəcəyini bildirdi. Əvvəlcə ödədiyi 4300 manatı çıxmaqla, qalan 6700 manat qalıq borcu şahidlərin yanında cavabdehə ödədi. Lakin söz verdiyi kimi metal örtüklərin ona satılmasını təsdiq edən kassa qəbzlərini və qaimə fakturanı ona vermədi. Gecə qaranlıqda metal örtükləri saymaq mümkün olmadı, o, cavabdehə inandığı üçün razılaşdığı pulu ona ödədi. Sonra o, metal örtükləri istifadə etməyə başlayanda ilk vaxtlar 30 ədəd yarasız olmasını aşkar etdi və cavabdehə bildirdi. Cavabdeh 30 ədəd yararlısını gətirərək yarasızı geri qaytardı. İstifadə olunan metal örtüklərinin yarasız hissələrinin təmiri ilə bağlı ustalara 2000 manat pul ödəmiş, yerdə qalan 86 ədəd metal örtüyün də təmiri üçün 1000 manata razılaşsa da ustalar həmin 86 ədədin təmir olunmasının mümkün olmamasını bildirdilər. O, metal örtükləri istifadə etdikcə 86 ədəd yarasız olduğunu aşkar elədi və cavabdehə bildirdi ki, onları da yararlısı ilə əvəz etsin. Əvvəlcə söz versə də sonradan imtina etdi. Bundan sonra, polisə şikayət versə də mülki xarakterli olmasına əsaslanılaraq ##.##.2025-ci il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Cavabdeh polis araşdırması zamanı borcu ödəyəcəyinə söz versə də sonra imtina etdi və imtinasını onunla əsaslandırdı ki, o, metal örtükləri satıb əmlak idarəsinə pul ödəmişdir, hazırda metal örtüklərin yarasız olması barədə şikayət etmiş, prokurorluq işi araşdırır və işi ekspertizaya göndərmişdir. Nə vaxt cavab gəlsə borcu ödəyəcəyini bildirdi. Cavabdehin metal örtüklərə (profnastil) ondan 11.000 manat pul aldığını onunla çoxsaylı mesaj yazışmalarında etiraf etmişdir. Cavabdehlə mesaj yazışmalarını məhkəməyə təqdim etmişdir. 86 ədəd metal örtüyü tam yarasız olması barədə mütəxəssis rəyini iddia ərizəsinə əlavə etmişdir. Hal hazırda xəstədir, müalicə alır, müalicəsinə 4000 azn pul xərcləmişdir. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, əvvəla məhkəmə onun həyətində yarasız olan və mütəxəssis tərəfindən rəy verilən 86 ədəd metal örtüklərinin məhz hazırki iş üzrə tərəflərin alqı-satqısında satılan mal olmamasına dair gəldiyi qənaət səhvdir. Belə ki, cavabdehin özü bu metal örtüklərinin onun gətirdiyi metal örtükləri olmasını təsdiq etmiş və həmin yararsız metal örtüklərini yararlısı ilə dəyişmək üçün aparmağa gəlməsini göstərmişdir. Həmin metal örtüklərin ona məxsus olmaması barədə nə cavabdehin özü, nə də ifadə verən şahidlər izahat və ifadə verməmişlər. Məhkəməin hansı əsasla belə qənaətə gəlməsi anlaşılan deyildir???. Eyni zamanda cavabdeh tərəfindən mənə satılan metal örtüklərin qısa müddət-1.6 il ərzində yararlığının azalması barədə qənaət də düzgün hesab edilə bilməz. İddia ərizəsinin məzmununu profnastılın sayında və bir ədədinin qiymətində yalnış yazaraq, ədədi 85, qiyməti 41 yazmışdır. İddia ərizəsində ədədi 86, qiyməti isə 50 manat qeyd olunmuşdur. İkincisi, həmin yararsız profnasnastılların qiymətinin ona ödəyəcəyinə cavabdeh dəfələrlə söz vermiş, bu barədə onun etirafını təsdiq edən mesajları flyaşkartda məhkəməyə təqdim etmişdir, məhkəmə də həmin flyaşkartı məhkəmə iclasında nümayiş etdirmiş, həm cavabdehin etirafı, həm də yararsız olan profnastılların foto-şəkili nümayiş etdirilmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında da pulu ödəyəcəyini qismən etiraf etmişdir. Bundan başqa, onun təşəbbüsü ilə məhkəmə iclasında dindirilən birbaşa həmin profnastılların boşalmasında və təmirində iştirak edən şahidlər də təsdiq etmişlər ki, yarasız olan 86 ədəd profnastıl cavabdeh tərəfindən gətirilən pronastılların yararsız hissəsidir. Məhkəmə cavabdehin izahatını məhkəmə iclas protokollarında verdiyi izahata uyğun yazmamış, məhkəmədə iddianı qismən qəbul etdiyini göstərməmiş, yararlı dəmir örtüklərini satdığı barədə göstərmişdir. Halbuki, cavabdeh ona satdığı profnastillərindəmir örtüklərin bir qisminin yararsız olmasını özü etiraf etmiş, sonda isə 12 şifer borclu olması barədə izahat vermişdir. Göründüyü kimi, cavabdeh məhkəmə iclaslarında iddianı qismən qəbul edib, ona borclu olduğunu etiraf etsə də, məhkəmə bu hala ümumiyyətlə qiymət verməmişdir. Tərəfindən məhkəməyə kifayət qədər sübut təqdim edildiyi halda məhkəmə məhkəmə iclasında bir-birini təkzib edən cavabdehin ziddiyyətli izahatına düzgün qiymət verməyərək, nəticədə qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Belə ki, məhkəmənin hazırlıq iclasında ona 60 ədəd yarasız dəmir örtüyünün əvəzinə 60 ədəd yararlı dəmir örtük gətirdiyini, məhkəmənin ##.##.2026-cı il tarixli iclasında isə 30 ədəd yararsız dəmir örtüyünün əvəzinə 30 ədəd yararlı dəmir örtük gətirdiyi, ona 12 ədəd dəmir örtük borclu qaldığı barədə izahatı, əvvəlki iclaslarda iddia tələbinin əlli faizinin düz, əlli faizinin səhf olduğu, iddia tələbini qismən qəbul etdiyi barədə izahatı məhkəmə tərəfindən düzgün qiymətləndirilməmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək, bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, məhkəmə baxışında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, iddiaçının cavabdehə ümumilikdə 11.000 manat pul verdiyi və bunun müqabilində 140 ədəd dam örtüyü almışdır. Məhkəmənin gəldiyi bu nəticə üzrə qənaəti metal örtüklərinin 140 ədəd olması hissəsində mülki işin materialları ilə tam təkzib olunur. Belə ki, mülki işin materiallarında kifayət qədər sübutlar vardır ki, cavabdeh tərəfindən iddiaçının həyətinə gətirilib boşaldılan metal örtüklərin uzunluğu 6 metr və 6.3 metr olmaqla cəmi 280 ədəd olmuşdur. Qiymətləndirmə rəyində qiymətləndirilən 86 ədəd profnastil metal örtükləri məhz hazırki iş üzrə tərəflərin alqı-satqısında satılan mal olmasına dair iddiaçı tərəfindən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq isə iddiaçının təqdim etdiyi “xxxx” Qiymətləndirmə şirkəti tərəfindən verilmiş mütəxəssis rəyi 2025-ci ilin ## ######ında tərtib edilmişdir. Lakin sözügedən metal örtüklərinin alqı-satqısı isə yay aylarında baş tutmuşdur. Yəni məhkəmə iclasında metal örtüklərinin eyniliyi sübut edilmiş olsa idi belə, ötən 2 il müddətində malın saxlanılması şəraiti, bu saxlanılma nəticəsində malın yararlılığının azalması da müzakirə predmeti olacaq idi. Məhkəmə kollegiyasının nəzərinə çatdırır ki, əvvəla məhkəmə iddiaçının həyətində yarasız olan və mütəxəssis tərəfindən rəy verilən 86 ədəd metal örtüklərinin məhz hazırki iş üzrə tərəflərin alqı-satqısında satılan mal olmamasına dair gəldiyi qənaət səhvdir. Belə ki, cavabdehin özü bu metal örtüklərinin onun gətirdiyi metal örtükləri olmasını təsdiq etmiş və həmin yararsız metal örtüklərini yararlısı ilə dəyişmək üçün aparmağa gəlməsini göstərmişdir. Həmin metal örtüklərin ona məxsus olmaması barədə nə cavabdehin özü, nə də ifadə verən şahidlər izahat və ifadə verməmişlər. Məhkəmənin hansı əsasla belə qənaətə gəlməsi anlaşılan deyildir. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya satılan metal örtüklərin qısa müddət-1.6 il ərzində yararlığının azalması barədə qənaət də düzgün hesab edilə bilməz. Bundan başqa, məhkəmə iddia ərizəsinin məzmununu profnastılın sayında və bir ədədinin qiymətində yalnış yazaraq, ədədi 85, qiyməti 41 yazmışdır. İddia ərizəsində ədədi 86, qiyməti isə 50 manat qeyd olunmuşdur. İkincisi, həmin yararsız profnasnastılların qiymətinin ona ödəyəcəyinə cavabdeh dəfələrlə söz vermiş, bu barədə onun etirafını təsdiq edən mesajları fləş kartda məhkəməyə təqdim etmiş, məhkəmə də həmin fləş kartı məhkəmə iclasında nümayiş etdirmiş, həm cavabdehin etirafı, həm də yararsız olan profnastılların foto-şəkili nümayiş etdirilmişdir. Eyni zamanda cavabdeh məhkəmə iclasında da pulu ödəyəcəyini qismən etiraf etmişdir. Bundan başqa onun təşəbbüsülə məhkəmə iclasında dindirilən birbaşa həmin profnastılların boşalmasında və təmirində iştirak edən şahidlər də təsdiq etmişlər ki, yarasız olan 86 ədəd profnastıl cavabdeh tərəfindən gətirilən pronastılların yararsız hissəsidir. Bundan əlavə cavabdehin məhkəmənin hazırlıq və baxış iclaslarında verdiyi izahatları qətnamədə ümumiləşdirib göstərməmiş, iddianı qəbul etməməsi barədə izahatını göstərmiş, məhkəmə iclasının protokollarında göstərmişdir. Belə ki, cavabdeh məhkəmənin ##.##.2026-cı il tarixdə hazırlıq iclasında izahat verərək göstərmişdir: “ iddiaçının dediklərinin 50 faizi düzdür, əlli faizi səhvdir. 11.300 manatdan 300 güzəştə getdim. 60 ədəd yığdım gətirdim boşaltdım, material vermədilər. Pulumun yarısını saxladı. Həmin gecə pulumu vermədi. 21:00 gecə maşını saxladı”. ##.##.2026-cı il tarixdə hazırlıq iclasında cavabdeh “iddia tələbini qismən qəbul edirəm”, ##.##.2026-cı il tarixli məhkəmə iclasında cavabdeh “mallar iddiaçıya dekabr ayında verilib. Həmin malların müqabilində 11600-11700 manat pul verilib. 4300 manatı hələ malı göndərməmiş almışdım. Bir ədədini 40 manata satmışam. Mənə dedi 30 örtük xarabdı. Onları dəyişdirmək lazımdı. Mən də razı oldum. Mən Məzahət m. 12 şifer borcluyam”. Məhkəmə cavabdehin izahatını məhkəmə iclas protokollarında verdiyi izahata uyğun yazmamış, məhkəmədə iddianı qismən qəbul etdiyini göstərməmiş, yararlı dəmir örtüklərini satdığı barədə göstərmişdir. Halbuki, cavabdeh iddiaçıya satdığı dəmir örtüklərin bir qisminin yararsız olmasını özü etiraf etmiş, sonda isə 12 dam örtüyünün borclu olması barədə izahat vermişdir. Göründüyü kimi cavabdeh məhkəmə iclaslarında iddianı qismən qəbul edib ona borclu olduğunu etiraf etsə də məhkəmə bu hala ümumiyyətlə qiymət verməmişdir. Odur ki, apelyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, məhkəmə bu işlə bağlı mütəxəssis rəyi ala bilərdi. Yeni dam örtükləri deyil idilər, “Xalça” fabrikinin üzərində olan metal örtüklər idi. Sonra iddiaçı metal örtükləri istifadə etməyə başlayanda ilk vaxtlar 30 ədəd yarasız olmasını aşkar etmiş və cavabdehə bildirmişdir. Cavabdeh 30 ədəd yararlısını gətirərək yarasızı geri qaytardı. Ondan təxmini 5-6 ay sonra 86 ədəd dam örtüyünün yararsız olduğu müəyyən edilmişdir. İddiaçının özü həmin yerə 3-4 dəfə gedib-gəlmiş və ona bildirmişlər ki, hələ dam örtükləri hazır deyildir. 4300 manat əvvəlcədən cavabdehə verilmişdir. Onlar yararsız dam örtüklərin pulunu istəyir. İddiaçı bir ədəd dam örtüyünü 50 manata almışdır. İddianın təmin olunmasını xahiş edirlər.

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı İddiaçı apellyasiya şikayətini müdafiə edərək, 86 ədəd dam örtüyünün pulunu ödəmişdir. Həmin dam örtükləri yararsız olduğu üçün pulunu geri tələb edir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, yararsız dam örtükləri hazırda ondadır və geri qaytarmağa razıdır.

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, iddiaçının bəhs etdiyi 86 ədəd dam ördüyü onundur. 15:00-da onlar “Xalça” zavodundan çıxmışdı, yük maşını böyük olduğundan yoldan keçə bilmədi. Ona görə də, onlar gözləyib başqa avtomobil ilə dam örtüklərini aparmışdı. Tam təhvil işi 22:00-da yekunlaşdı. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, 180 ədəd dam örtüyü yük maşını ilə aparılmışdır. Əvvəlcə otuzdan çox dam örtüyünün yararsız olduğunu bildirmişdir və o da ona başqa dam örtükləri təhvil vermişdi. Sonra dedi 12 ədəd dam örtüyü yararsızıdır. Bildirdi ki, 12 ədəd dam örtüyünün pulunu versin onlar razılaşsın. Sonra isə yenə ona bildirdi ki, 86 ədəd dam örtüyünü gəl götür və pulunu qaytar. Bir dam örtüyü üçün 40 manatdan razılaşmışlar.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:

16. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

17. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək ücün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olunması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

18. Maddə 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

19. Maddə 581.1-ci maddəsinə əsasən satıcı alıcıya keyfiyyəti alğı-satqı müqaviləsinə uyğun gələn əşya verməyə borcludur.

20. Maddə 587.2-ci maddəsinə əsasən Əşyanın keyfiyyətinə aid tələblər əhəmiyyətli dərəcədə pozulduqda (aradan qaldırıla bilməyən qüsurlar, tənasübsüz xərclər və ya vaxt sərf etmədən aradan qaldırıla bilməyən qüsurlar aşkar edildikdə və ya dəfələrlə aşkar edilən və ya aradan qaldırıldıqdan sonra yenidən üzə çıxan və digər bu cür qüsurlar olduqda) alıcının ixtiyarı var ki, öz seçimi ilə:

21. Maddə 587.2.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinin icrasından imtina etsin və əşya üçün ödədiyi pul məbləğinin qaytarılmasını tələb etsin;

22. Maddə 587.2.2-ci maddəsinə əsasən lazımi keyfiyyətli olmayan əşyanın müqaviləyə uyğun əşya ilə əvəz olunmasını tələb etsin.

23. Maddə 587.3-cü maddəsinə əsasən bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində göstərilmiş qüsurların aradan qaldırılması və ya əşyanın əvəz edilməsi tələbini alıcı, əgər əşyanın xarakterindən və ya öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, irəli sürə bilər.

24. Maddə 587.4-cü maddəsinə əsasən komplektə daxil olan əşya hissələri lazımi keyfiyyətli olmadıqda alıcı əşyanın həmin hissəsi barədə bu Məcəllənin 587.1 və 587.2-ci maddələrində nəzərdə tutulan hüquqları həyata keçirə bilər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

25. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

29. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

30. MPM-in 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. İş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında əvvəlcədən istifadə edilmiş dam örtüklərinin alqı-satqı barədə şifahi razılaşma olmuşdur. Tərəflər arasında heç bir yazılı müqavilə bağlanmamış, razılaşmanın şərtləri onlar arasında şifahi qaydada müəyyənləşdirilmişdir. Ona görə də onlar arasında yaranmış münasibətlərə məhkəmə kollegiyası onların məhkəmədə verdikləri izahatlarına, polisdə verdikləri izahatlarına, şahid ifadələrinə və iddia ərizəsində və apellyasiya şikayətində olan dəlilərinə məcmu halında hüquqi qiymət vermişdir.

36. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, hazırki iddia tələbində iddiaçı cavabdehin ona 86 ədəd yararsız metal örtüyünə görə (86x50m.)= 4300 manat pul qaytarmasını tələb etmişdir. İddiaçı ilk öncə həmin dam örtüklərinin cavabdeh ilə razılaşmasının tələblərinə uyğun olmadığını sübuta yetirməli, belə ki iddiaçı həmin dam örtüklərinin əvvəlcədən istifadə olunmuş olmasından xəbərdar idi və cavabdeh ilə də razılaşması bu müqabildə olmuşdur. Sonra isə iddiaçı cavabdehdən həmin dam örtüklərini təhvil alarkən onların yararsız olmasını sübuta yetirməlidir. Mübahisə olunan 86 ədəd metal dam örtüyü hazırda da iddiaçıdadır. Həmin dam örtükləri 2023-cü ilin yay ayların cavabdeh tərəfindən iddiaçıya təhvil verilmişdir. Hazırki iddia tələbi isə ##.##.2025-ci il tarixdə qaldırılmış, iddiaçı hüquq mühafizə orqanlarına ##.##.2025-ci ildə müraciət etmişdir.

37. Tərəflərin izahatları ilə müəyyən edilmişdir ki, cavabdeh Gədəbəy şəhərinə 30 ədəd yararlı dam örtüyü gətirmiş, 30 ədəd yararsız dam örtüyünü aparmışdır. Lakin həmin vaxt da hazırda mübahisə olunan 86 ədəd dam örtüyünün yararsız olması mübahisə olunmamış, ondan təxmini 5-6 ay sonra 86 ədəd dam örtüyünün yararsız olduğu iddiaçı tərəfindən müəyyən edilmişdir.

38. Kollegiya qeyd edir ki, dam örtüklərinin iddiaçı tərəfindən cavabdehdən təhvil alınması və onda saxlanması işin mübahisəsiz halıdır. İddiaçı malları təhvil alarkən gecə olmasını əsas gətirsə də, 86 ədəd dam örtüyünün yararsız olmasını aylar sonra müəyyən etməsini əsaslandıra bilməmişdir. Halbuki, 30 ədəd yararsız dam örtüyünü 30 ədəd yararlı dam örtüyü ilə əvəz edən cavabdehin hərəkətlərindən görünür ki, o, tərəflər arasında olan mülki hüquq münasibətinə vicdanla yanaşmışdır. İddiaçı 86 ədəd dam örtüyünün yararsız olaraq ona təhvil verildiyini iddia etsə də, bununla bağlı sübutlarını təqdim edə bilməmişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş şəxslər də həmin 86 ədəd dam örtüyünün yararsız olması ilə bağlı ifadə verməmiş, sadəcə malların gecə 11-12 arası təhvil verildiyini və iddiaçının cavabdehə hissə-hissə pul verməsi göstərmişlər.

39. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək qeyd edir ki, qanunvericiliyin tələbinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İddiaçının ona vurulduğunu iddia etdiyi ziyanın cavabdehin hərəkətləri nəticəsində vurulması, bu ziyanla həmin hərəkətlər arasında səbəbli əlaqənin olması və cavabdehin həmin ziyanın vurulmasında təqsirli olması müəyyən və təsdiq olunmur.

40. Qanunvericilik sübutetmə yükünü iddiaçının üzərinə qoymuşdur. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur.

41. İddiaçı apellyasiya şikayətində qeyd etmişdir ki, cavabdeh ona satdığı profnastillərindəmir örtüklərin bir qisminin yararsız olmasını özü etiraf etmiş, sonda isə 12 şifer borclu olması barədə izahat vermişdir. Cavabdeh hazırda məhkəmə iclasında verdiyi izahatında göstərmişdir ki, iddiaçı ona əvvəllər 12 ədəd dam örtüyünün yararsız olmasını bildirmişdir. Bu məsələdən sonra 86 ədədində yararsız olmasını bildirmişdir.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbində və apellyasiya şikayətində iddiaçı cavabdeh ilə aralarında şifahi razılaşdıqlarını, cavabdehin ona ziyan vurmasını qəbul etdiyini və ziyanı ödəyəcəyini vəd etdiyini qeyd etsə də, yuxarıda qeyd edildiyi kimi, cavabdeh ona qarşı qaldırılmış iddia tələbini tam olaraq əsassız hesab etmişdir. İddiaçı dəymiş ziyanla bağlı fotoşəkillərini iş materiallarına əlavə etsə də, məhz həmin ziyanın cavabdehin təqsiri ucbatında yaranmasını sübuta yetirəcək heç bir mötəbər dəlili kollegiyaya təqdim edə bilməmişdir.

43. «Qavazov Bolqarıstana qarşı» iş üzrə ## #### 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir.

44. Məhkəmə kollegiyası iddia tələbinin profnastil metal örtüklərinin kranla yükün boşaldılıb yığılması üçün ödənilmiş 350 manat vəsaitin və profnastil metal örtüklərinin təmiri üçün 2 000 (iki min) manat xərcin çəkilməsinə dair hissədə isə birinci instansiya məhkəməsinin sübutetmə yükü və sübutların qiymətləndirilməsi ilə bağlı gəldiyi nəticə ilə razılaşır.

45. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il ## ###### tarixli Qərarında qeyd edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir.

46. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən iddiaçı İddiaçı və onun nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar