Məhkəmə qərarları › İş №e-2(3-7)-912/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-912/2026

08.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-912/2026 08.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), X1 və Həsənov Islam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, cavabdeh Cavabdeh uştirakı ilə, Işin halları

1. Iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli, ***nkKPZ/** nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə ##.##.2029-ci il tarixədək illik 21 faiz ödəmək şərti ilə 13788 manat məbləğində kredit verilmişdir.

2. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, ödəniş cədvəlinə uyğun olmayaraq ilk dəfə kredit borcundan ##.##.2025-ci il tarixdə 517,40 manat ödəniş etmiş və sonrakı tarixlərdə isə ödəniş qrafikinə uyğun ödənişlər aparmamışdır (hesabdan çıxarış).

3. Cavabdeh kredit öhdəliyini lamınca yerinə yetirmədiyindən iddiaçı ## ###### 2026-cı il tarixli bildirişlə cavabdehə müraciət edərək ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13768.53 manat, ##.##.2026-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 554.96 manat, 26.1 manat cərimə olmaqla cəmi 14349.59 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmiş, həmçinin Banka olan bütün borc məbləğini 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etmək cavabdehə təklif etmiş və əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir.

4. Cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmiş və nəticədə iddiaçı ## #### 2026-cı il tarixə 13768.53 manat əsas borca 891.44 manat faiz və 33.79 manat cərimə hesablamış və borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, 13768.53 manat əsas, 891.44 manat faiz, 33.79 manat cərimə olmaqla, cəmi 14693.76 manat borcun və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 134.51 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Iddiaçı tələbini onunla əsaslandırmışdır ki, “X2” ASC ilə cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün illik 21% ödəmək şərti ilə 13788 manat kredit təyin edilmişdir. Kreditin məqsədli təyinatı: ##.##.2024-ci il tarixli ****nkGNDJb/** nömrəli müqaviləsinin bağlanmasıdır. Lakin cavabdeh müqavilənin şərtlərini pozaraq dövri olaraq ödəməli olduğu kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişdir. Nəticədə cavabdehin kredit müqaviləsi üzrə ## #### 2026-cı il tarixinə «X2» ASC-yə 13768.53 manat əsas, 891.44 manat faiz, 33.79 manat cərimə, 0 manat komisyon haqqı olmaqla, cəmi 14693.76 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir.

7. Tərəflərə məhkəmə iclasını yeri və vaxtı barədə tərəflərə məlumat verilmiş, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək işə nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxmışdır.

8. Gəncə Şəhər Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi (hakim – Orxan Dəmirli) ilə, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı “X2” Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ***nkKPZ/** nömrəli ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13768.53 manat, faiz borcunun əvəzi qismində 554.96 manat, cərimə borcu qismində 5 manat olmaqla, cəmi 14328.49 (on dörd min üç yüz iyirmi səkkiz manat qırx doqquz qəpik) manat borcun, xidmət haqqı qismində 0,40 (qırx qəpik) manat və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 132.99 (yüz otuz iki manat doxsan doqquz qəpik) manat məbləğində pulun tutulması qət edilmişdir.

9. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımınca icra etmədiyinə görə həmin müqavilə üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13768.53 manat, faiz borcunun əvəzi qismində 554.96 manat, cərimə borcu qismində 5 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 427.3, 442.1, 445.1, 447.1, 448.1, 739.1, 741.1,742.1, 743.1-ci maddələrinə və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin şərh edilməsi haqqında» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarına istinad etmişdir.

11. Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, birinci instansiya məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsinin əsas və faiz borcunun tutulması hissəsində ləğv edilməsi və həmin hissələr üzrə borcun düzgün hesablanaraq yenidən müəyyən edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri

a) Apellyasiya şikayətinin dəlilləri

12. Ilk növbədə məhkəmə tərəfindən işin halları ətraflı araşdırılmamışdır. Belə ki, bu nəticəyə gəlməmişdən əvvəl məhkəmə tərəfindən əsas və faiz borcunun məbləğinin dəqiq nə qədər olmasının müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməmişdir. Məhkəmə iddia ərizəsində qeyd edilən əsas borc məbləği ilə razılaşmış və faiz borcunu isə ## ###### 2026-cı il tarixli bildirişdə qeyd edilən ##.##.2026-cı il tarixə olan 554.96 manat məbləğində təmin etmişdir. Müqavilə bağlandıqdan sonra ##.##.2025-ci il tarixdə ödənilmiş 517.40 manat, ##.##.2026-cı il tarixdə ödənilmiş 28.85 manat, ##.##.2026-cı il tarixdə ödənilmiş 133.33 manat məbləğində ödənişlərin olması və bu ödənişlərin çoxunun faiz və cərimə borcuna silinməsi nəzərə alınmamışdır. Həmin ödənişlər əsas borc və faiz borcu məbləğindən çıxıldığı zaman borc məbləği daha da az olacaqdı. Odur ki, apellyasiya şikayətində qeyd edilən hallar məhkəmə tərəfindən araşdırılmalı və sübutlara, tərəflər arasındakı münasibətlərə düzgün qiymət verilərək məhkəmə qətnaməsi qismən ləğv edilməli, əsas və faizborcunun məbləği düzgün müəyyən edilməlidir. Iş materiallarından olan kredit müqaviləsinə və ödəniş cədvəlinə diqqət etdikdə görünür ki, kredit müqaviləsinin müddəti ##.##.2029-cu il tarixdə kimi müəyyən edilmişdir. Bundan başqa, kredit müqaviləsi üzrə öhdəliklərin icrasından birtərəfli qaytada borclu tərəfindən imtina edilməmiş və müqavilə bağlandıqdan sonra ##.##.2025-ci il tarixdə 517.40 manat, ##.##.2026-cı il tarixdə 28.85 manat, ##.##.2026-cı il tarixdə 133.33 manat məbləğində ödənişlər olmuşdur. Qeyd edilən ödənişlər isə, məhkəmə tərəfindən nəzərə alınmamışdır. Müqavilə öhdəliklərindən cavabdeh borclu birmənalı şəkildə imtina etməmişdir. Lakin iddiaçı isə, bunları nəzərə almamış, qısa vaxt ərzində məhkəməyə müraciət etmişdir. Hesab edir ki, borcun ödənilməsinin gecikdirikməsinin üzürlü səbəblərdən yaranması, qeyd edilən ödənişlərin edilməsi məhkəmə tərəfindən nəzərə alınsa idi, əsas borc və faiz borcu məbləği daha aşağı məbləğdə təmin edilə bilərdi. Keçirilmiş məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməmişəm. Bundan başqa, iddiaçı tərəf də məhkəmənin hazırlıq və baxış iclaslarında iştirak etməmiş, məhkəməyə ərizə göndərmişdir. Lakin, iddiaçı iddia etdiyi borc məbləğinin əsasını və məbləğini məhkəmə iclasında iştirak edərək əsaslandırmalı idi. Odur ki, məhkəmədə çəkişmə prinsipinə əməl edilməmişdir. Halbuki, işin hallarından və qətnamədən yuxarıda qeyd edilənlərin araşdırıldığını müəyyən etmək mümkün olmur. Ödəniş cədvəlinə diqqət yetirdikdə görünür ki, aylıq 446 manat məbləğində ödəniş məbləğinin təxminən yarı məbləği əsas borc məbləğindən silinir. Halbuki, iddia ərizəsi məhkəməyə verilərkən tələb edilən 13768.53 manat əsas borcdan görünür ki, cəmi 19.47 manat məbləğində əsas borc məbləğindən ödəniş edilmişdir. Odur ki, hesab edirə ki, əsas və faiz borcunun məbləğinin düzgün müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməli idi. Lakin ekspertiza təyin edilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, o, 13788 manat məbləğində kredit götürmüşdür. ##.##.2025-ci il tarixdə 532 manat ödəniş etmişdir. Faizdən 500 və əsasdan 32 manat çıxılmışdır. Əsas borcu qəbul edir faiz borcundan narazıdır. O, əvvəl kreditə görə 364 manat ödəməli olmuş sonradan qrafik dəyişərək 442 manata artırılmışdır. Ödəyə bilmədiyi üçün borcu restrukturizasiya etmişlər. Aprel ayında 200 manatda bir ödəmişdir.

15. Iddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi

16. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar.

17. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir.

18. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

19. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

20. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

21. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

22. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

23. Maddə 445.1. Icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.

24. Maddə 445.2. Aşağıdakı hallar borclunun icranı gecikdirməsi sayılır: 445.2.1. öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi; 445.2.2. icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi.

25. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər.

26. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

27. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

28. Maddə 462.1. Dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

29. Maddə 465.2. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər.

30. Maddə 467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 739.1. (##.##.2025-ci il tarixli kredit müqaviləsi bağlandığı zaman qüvvədə olan redaksiya) Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Maddə 740.1. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borcverən borcalandan müqavilədə nəzərdə tutulmuş qaydada və məbləğdə faiz almaq hüququna malikdir.

31. 743.1. Kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

32. Maddə 743.2. Bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, kredit müqaviləsinə bu Məcəllənin borc müqaviləsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir.

33. Maddə 745.5. Kredit müqaviləsində ayrı hal nəzərdə tutulmayıbsa (daha yuxarı məbləğin müəyyənləşdirilməsi istisna olmaqla), kredit üzrə ödənişlərin gecikdirilməsinə görə faizlər (gecikdirilmə faizləri) kredit müqaviləsində nəzərdə tutulan illik faiz dərəcəsinə pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edilmə günü üçün Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi əlavə edilməklə hesablanır. Bu maddədə müəyyən edilən həddə gecikdirilmə faizləri tətbiq edildikdə, əlavə dəbbə pulu (cərimə, penya) və ya digər formada hər hansı ödəniş tələb edilə bilməz.

“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2023-cü il tarixli Qərarı

34. Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. Ikitərəfli müqavilələr üzrə öhdəliyin pozulması halında kreditor Mülki Məcəllənin 447.1-ci maddəsinə uyğun olaraq müqavilədən imtina etməklə ona xitam verə bilər. Kredit müqavilələri vaxtaşırı icra edilməli olan öhdəlik münasibətlərini ifadə etdiyindən, kredit müqaviləsindən imtina olunması ilə onun ləğv edilməsi arasında hüquqi nəticə baxımından fərq mövcud deyildir. Qanunvericilikdə xüsusi bir qayda nəzərdə tutulmadığı halda, istər müqavilənin ləğv edilməsi, istər müqavilədən imtina, istərsə də öhdəliyin icrasından imtina bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilir.

35. Göstərilənlərə əsasən qeyd olunmalıdır ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır.

36. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

37. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

38. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

39. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

40. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

41. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

42. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

44. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

45. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

46. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

47. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

48. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

50. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

51. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, “Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir”.

52. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) qeyd edir ki, cavabdeh apellyasiya şikayətində əsas və faiz borcunu mübahisələndirsə də məhkəmə iclasında izahatında əsas borcu qəbul etdiyini yalnız faiz borcundan narazı olduğunu bildirdi. Odur ki, məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbindən çıxış edərək qətnamənin əsaslılığını mübahisələnirilən faiz borcuna münasibətdə yoxlamışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

53. Məhkəmə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisələndirilən hissədə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

54. Iş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

55. Məhkəmə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi –mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

56. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, iddiaçı ilə cavabdeh arasında ##.##.2025-ci il tarixli, ***nkKPZ/** nömrəli kredit müqaviləsi bağlanmış və cavabdehə ##.##.2029-ci il tarixədək illik 21 faiz ödəmək şərti ilə 13788 manat məbləğində kredit verilmişdir. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliyini lazımınca icra etməmiş, ödəniş cədvəlinə uyğun olmayaraq ilk dəfə kredit borcundan ##.##.2025-ci il tarixdə 517,40 manat ödəniş etmiş və sonrakı tarixlərdə isə ödəniş qrafikinə uyğun ödənişlər aparmamışdır. Cavabdeh kredit öhdəliyini lamınca yerinə yetirmədiyindən iddiaçı ## ###### 2026-cı il tarixli bildirişlə cavabdehə müraciət edərək ##.##.2025-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 13768.53 manat, ##.##.2026-ci il tarixə hesablanmış və ödənilməmiş faiz borcunun əvəzi qismində 554.96 manat, 26.1 manat cərimə olmaqla cəmi 14349.59 manat məbləğində pul vəsaitinin ödənilməsi təklif edilmiş, həmçinin Banka olan bütün borc məbləğini 3 iş günü müddətində ödəməklə bağlanmış kredit müqaviləsinin 3 iş günü müddətində ləğv etmək cavabdehə təklif etmiş və əks təqdirdə, vaxtından əvvəl olaraq bütün borc məbləğinin və onun qaytarılması üçün çəkilən xərclərin tam olaraq qaytarılması ilə əlaqədar iddia ərizəsi ilə məhkəməyə müraciət ediləcəyi barədə ona xəbərdarlıq etmişdir. Cavabdeh tərəfindən iddiaçının müraciətinə münasibət bildirilməmiş və nəticədə iddiaçı ## #### 2026-cı il tarixə 13768.53 manat əsas borca 891.44 manat faiz və 33.79 manat cərimə hesablamış və borcun tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir.

57. Məhkəmə qeyd ki, tərəflər arasında yaranmış hüquq münasibətləri kredit ilə bağlı yaranan mülki münasibətlərdir. Ona görə də işin hallarına tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə bağlı müddəaları əsasında hüquqi qiymət verilməlidir.

58. Mülki Məcəllənin mülki hüquqların və vəzifələrin əmələ gəlməsindən bəhs edən 2-ci fəslinin 14.2.1-ci maddəsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr (əmək müqavilələri istisna olmaqla) və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir.

59. Iddia tələbinin kökündə tələb etmənin əsası kimi kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqavilələri rəhbər tutaraq hazırda borcalandan borc məbləğini tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri icra etməmişdir. Məhkəmə bununla bağlı aşağıdakıları göstərməyi zəruri hesab edir.

60. Iddia ərizəsinə əlavə edilmiş sənədlərə istinad edilən zaman müəyyən edilir ki, kreditor və borcalan arasında bağlanmış “kredit müqaviləsi” Mülki Məcəllənin 390-cı maddəsinin tələbləri baxımından könüllü şəkildə iradələrinə uyğun olaraq bağlamışlar və müqavilənin etibarsızlığı baxımından hər hansı hüquqi durum mövcud deyildir. Müqavilə nəticəsində iddiaçı kreditor, cavabdeh Yaxşı Məmmədova isə borcalan statusu əldə etmişdir. Həmin müqavilə onlar arasında yaranmış borc münasibətlərinin təməlini qoymuşdur.

61. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə borclunun üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə borcalanın kreditora borcu yaranmışdır.

62. Işin mübahisəsiz halıdır ki, tərəflər arasında bağlanmış kredit müqavilənə əsasən cavabdehə 13788 manat məbləğidə kredit verilmişdir.

63. Cavabdeh tərəfindən mübahisələndirilən bir hal ondan ibarətdir ki, onun ödədiyi vəsait faiz və cərimə borcuna silinmişdir.

64. Məhkəmə qeyd edir ki, apellyasiya şikayətinin bu dəlilinin araşdırılması tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə uyğun həllini tapmalıdır. Belə ki, tərəflər müqavilənin 2.4-cü bəndində razılaşmışlar ki, borcalan və ya onun xeyrinə üçüncü şəxs tərəfindən ödənilən pul vəsaiti birinci növbədə xərclərin, ikinci növbədə ödəniş tarixinə olan vəziyyət üzrə dəbbə pulunun (cərimənin, penyanın), üçüncü növbədə mövcud kredit fazilərinin və dördüncü növbədə kredit məbləğinin ödənilməsinə yönəldilir.

65. Məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, cavabdeh ona verilmiş krediti faizləri ilə birlikdə qaytarmağa ##.##.2025-ci il tarixdən etibarən başlamalı və ödəniləcək ümumi məbləğ 446 manat olmuşdur ki, həmin məbləğin 241,50 manat sentyabr və 237,90 manat isə oktyabr ayının faizləri olmuşdur.

66. Cavabdeh ##.##.2025-ci il tarixdə 517,40 manat pul ödəmişdir ki, müqavilənin 2.4-cü bəndinin tələbinə görə həmin vəsait birinci növbədə xərclərdən, ikinci növbədə cərimədən və üçüncü növbədə isə mövcud faizlərdən silinməlidir.

67. Hesabdan çıxarış məlumatlarından müəyyən olunur ki, cavabdehin ödədiyi 517,40 manat pulun 15,18 manatı cərimə borcuna, 482,75 manatı faiz borcuna və 19,47 manatını isə vaxtı keçmiş kredit borcuna silinmişdir.

68. Bundan başqa cavabdehin bank hesabından çıxarışla müəyyən edilmişdir ki, cavabdeh tərəfindən ##.##.2026-cı il tarixdə 28.85 manat, ##.##.2026-cı il tarixdə 133.33 manat, ##.##.2026-cı il tarixdə isə 199 manat ödəniş edilmişdir.

69. Həmin vəsaitlər isə cərimə, faiz və məhkəmə xərclərinin silinməsinə yönəldilmişdir ki, bu cür silinmə tərəflər arasında bağlanmış müqavilənin 2.4-cü bəndinə uyğun olmuşdur.

70. Bundan başqa məhkəmə faiz borcunun tutulması ilə bağlı birinci instansiyası məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd etməyi zəruri hesab edir ki, cavabdeh götürdüyü kreditə görə faizin ödənilməsi öhdəliyini üzərinə götürmüş və bu hal mülki qanunvericiliyin yuxarıda qeyd olunan maddi hüquq normalarına uyğun olmuşdur.

71. Fazi borcunun tutulması tarixi ilə bağlı məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilə ##.##.2025-ci il tarixdə 4 il müddətinə bağlanmış və müqavilənin müddəti ##.##.2029-cu il tarix olaraq müəyyən edilmişdir.

72. Lakin cavabdeh kredit öhdəliyini lazımınca icra etmədiyindən iddiaçı ## ###### 2026-cı il tarixli bildirişlə cavabdehə müraciət edərək borcun məbləği barədə sonuncuya məlumat vermiş və müqaviləni ləğv etməyi təklif etmişdir.

73. Iddiaçı müqavilədən imtina hüququ həyata keçirmişdir ki, tərəflər arasında bağlanmış müqavilə ##.##.2026-cı il tarixdən birtərəfli qaydada ləğv edilmişdir.

74. Belə ki, Mülki Məcəllənin 421.3-cü maddəsinə əsasən, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.

75. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu ## #### 2023-cü il tarixli Qərarında qeyd edilən mülki qanunvericiliyin normalarına şərh vermişdir.

76. Belə olan halda məhkəmə hesab edir ki, birinci instansiyası məhkəməsi haqlı olaraq müqavilənin vaxtında əvvəl ləğv edilməsi tarixini ##.##.2026-cı il tarix olaraq müəyyən etmiş və həmin tarixə olan faiz borcunu cavabdehdən iddiaçının xeyrinə tutmuşdur.

77. Cavabdeh apellyasiya şikayətinin dəlillərində müqavilə müddətinin bitmədiyini və onun tərəfindən müqavilədən imtina edilmədiyi bildirir ki, cavabdehin apellyasiya şikayətinin bu dəlili də əsaslı deyildir.

78. Belə ki, qeyd edildiyi kimi müqavilədən imtina məhz cavabdeh tərəfindən deyil müqavilə iştirakçılarının hər hansı birinin bununla bağlı iradə ifadəsinin qarşı tərəfə bildirməsi ilə müqaviləyə xitam verilir ki, iddiaçı müqavilə tərəfi olaraq hüququndan istifadə etmiş və cavadehin razılığının olmamasının əhəmiyyəti yoxdur.

79. Kollegiya hesab edir ki, apellyator tərəfindən borcun düzgün hesablanmaması barədə irəli sürülən dəlillər borcun tutulmasını yubatmaq məqsədi daşıyır və konkret faktlarla əsaslandırılmamışdır. Belə ki, apellyator ödədiyi vəsaitin düzgün silinmədiyini iddia etsə də məhkəmənin yuxarıda olan əsaslandırması bu dəlili təkzib edir.

80. Iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışında əks olunmuş məlumatlar müqavilə şərtləri, bank hesabından çıxarış, cavabdehin məhkəmə iclasında verdiyi izahat, tərəflər arasında bağlanmış öhdəliklərin icra qaydası və xəbərdarlıq məktubunda göstərilən hallar nəzərə alınmaqla təhlil edildikdə, hesablanmış əsas borc və faiz borcu məbləğinin düzgünlüyünü şübhə altına almağa əsas verən hallar müəyyən edilməmişdir.

81. Məhkəmə onu da nəzərə alır ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırki mübahisənin həlli zamanı təqdim edilmiş sübutlar və müqavilə şərtləri təhlil edildikdə borcun məbləğini müəyyən etmək mümkün olduğundan hər hansı ekspertizanın keçirilməsinə zərurət olmamış və hazırda da yoxdur.

82. Kollegiya göstərir ki, apellyatorun göstərdiyi dəlillər formal olmaqla borcun ödənilməsini yubatmaq xarakteri daşıyır.

83. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

84. Məhkəmə qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

85. Eyni zamanda, məhkəmə qeyd edir ki, MPM-in 402.1-ci maddəsinin tələbinə görə hazırki qətnamədən kassasiya şikayəti verilə bilməz. Belə ki, apellyator şikayətində əsas borc və fazi borcunu mübahisələndirsə də məhkəmə iclasında əsas borcu qəbul etdiyini və yalnız faiz borcunu mübahisələndiridiyini bildirmiş və ondan tutulan faiz borcunun məbləği 554.96 manat təşkil edir ki, həmin məbləğ 5000 manatdan azdır.

86. Bundan başqa cavabdehin dəlilləri ondan ibarət olmuşdur ki, onun tərəfindən ödənilən vəsait əsas borcundan çıxılmalıdır. Onun tərəfindən ödənilər vəsaitin cəmi 878.58 manat (517,40 + 28.85 +133.33 + 199 = 878,58 manat) olmuşdur ki, əsas borca görə onun tərəfindən mübahisələndirəcəyi məbləğ belə 5000 manatdan azdır.

87. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Posessual Məcəlləsinin 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 404, 404 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi:

Cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qətnaməsi – mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar