Məhkəmə qərarları › İş №e-2(3-7)-913/2026

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-7)-913/2026

09.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Gəncə şəhəri İş № e-2(3-7)-913/2026 09.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri- Qəhrəmanov Əkrəm Sabir oğlu (sədrlik edən və məruzəçi), X3 və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, İddiaçı “xxxx” KB ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcu tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “xxxx” X1 Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ##.##.2015-ci il tarixli, ***mk*/** saylı əlavə kredit müqaviləsinə əsasən 11273,32 ABŞ dolları, ##.##.2015-ci il tarixli, ***mk-*/** saylı əlavə kredit müqaviləsinə əsasən 26149,25 ABŞ dolları və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 280,86 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bundan başqa, iddiaçı “xxxx” KB ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinin dəqiqləşdirilməsi barədə AZEMİS Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə ərizə verərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə ##.##.2015-ci il tarixli, ***mk-*/** saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə müəyyən olunmuş 21760,43 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 11 273,32 ABŞ dolları faiz borcunun, ##.##.2015-ci il tarixli, ***mk-*/** saylı əlavə kredit müqaviləsi üzrə Kəpəz Rayon Məhkəməsinin ## #### 2017-ci il tarixli, 2(043)- ****/**** saylı qətnaməsi ilə müəyyən olunmuş 49915,35 ABŞ dolları əsas borca bank uçot faiz dərəcəsi ilə hesablanmış 26149.25 ABŞ dolları faiz borcunun və iddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 281 AZN məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Həmin qətnamədən cavabdeh Cavabdeh apellyasiya şikayəti vermişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən apellyasiya şikayətinə qanunla müəyyən olunmuş məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə olunmadığına görə apellyasiya şikayəti geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadını ləğv etməklə, apellyasiya şikayətinin apellyasiya məhkəməsinə göndərilməsinə dair qərardad çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən şikayət qanunla müəyyən edilmiş vaxtda verilmədiyinə görə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Bundan sonra, cavabdeh Cavabdeh Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından şikayət verməklə eyni zamanda, ötürülmüş prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə cavabdeh Cavabdeh tərəfindən verilmiş ərizə təmin olunmamışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** saylı qərardadının ləğv edilməsini və Gəncə Şəhər Məhkəməsinin e-*(***)-***/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)- ****/**** nömrəli qərardadına əsasən cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş və Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra, cavabdeh Cavabdeh yenidən Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından şikayət verməklə, həmin qərardadın ləğv edilməsini və Gəncə Şəhər Məhkəməsinin e-2(125)- ***/**** nömrəli mülki iş üzrə ##.##.2025-ci il tarixli qərardadından şikayət verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qərardadına əsasən cavabdeh tərəfindən verilmiş əvvəlki şikayət əsasında mübahisələndirilən qərardad (Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-2(125)- ***/**** nömrəli qərardadı) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən yoxlanılaraq qanuni qüvvəsini aldığına görə şikayət və ona əlavə olunmuş sənədlər geri qaytarılmışdır. Həmin qərardaddan cavabdeh Cavabdeh şikayət verərək, Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadının ləğv edilməsini, buraxılmış müddəti üzrlü hesab etməklə apellyasiya şikayəti verilməsi müddətinin bərpasına və apellyasiya şikayətinə apellyasiya məhkəməsində baxılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdeh Cavabdeh qarşı iddia ərizəsi ilə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ##.##.2015-ci il tarixli, 003 mk-*/** saylı əlavə kredit müqaviləsinə əsasən 11273,32 ABŞ dolları, ##.##.2015-ci il tarixli, 003 mk- */** saylı əlavə kredit müqaviləsinə əsasən 26149,25 ABŞ dolları və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu 280,86 manat məbləğində pulun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamənin qət hissəsində qət edilmişdir: ....... və 228,92 manat dövlət rüsumu tutularaq iddiaçı "X4” Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Tərəfindən apellyasiya şikayəti verilərkən həmin 228,92 manat rüsumun 50%-dən artıq 115 manat ödəniş olsa da, məhkəmə tərəfindən sonradan qərardad çıxarılmaqla 140,5 manat ödənilməli olduğu bildirilmişdir. Hansı ki, bu tələbi telefon vasitəsi ilə bildirmək olardı. Amma hansı səbəblərdən sə bu olunmamış və rüsumun tam ödənilməsi tələbinə dair qərardad çıxarılmışdır. O, qətnamənin qət hissəsində göstərilmiş 228,92 manata istinad etməklə həmin məbləğin faizi olan 115 manat rüsumu ödəmişdir. Tərəfindən məhkəmənin qətnaməsində qət hissədə qeyd edilmiş 228,92 manat dövlət rüsumuna istinad edilməklə apelyasiya şikayətinin dövlət rüsumuna görə 115 manat ödəniş etmişdir. Hakim qətnamədə 281 manat qət hissədə dövlət rüsmunu qət etsə idi, ona istinad edərdi. Tələb olunan 140,50 manat məbləğində dövlət rüsumu ilə onun ödədiyi 115 manat məbləğində rüsumun arasındakı fərqə görə yenidən 29 manat məbləğində əlavə olaraq rüsum ödəmişdir. Məhkəmə qətnaməsində hakim tərəfindən dövlət rüsumunun yalnız 228,92 manat məbləğinin qarşı tərəfə ödənilməsi göstərilmişdir. 280,86 manat məbləğ barədə isə qət hissədə heç bir qeyd yoxdur. Yenidən 281 manata istinad etməsi anlaşılmaz haldır. Buna baxmayaraq, yenə də hakimin qərardadda qeyd etdiyi 140,5 manat pulun 50 faizi olan 29 manat məbləğində rüsum ödənilmişdir. Hansı ki, telefon zəmanəsidir, bu yanlışlıqları onun mobil telefonuna zəng vurmaqla aradan çıxarmaq olardı. Ona məhkəmədən bu barədə zəng olunmamışdır ki, tez bir zamanda yanlışlıq aradan qaldırılsın. Belə ki, hakimin çıxardığı qərardadın ləğv edilməsinə əsaslar yaratmışdır. Tələblərə əsasən 29 manat rüsum yenidən əlavə ödənilmişdir. Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı ilə şikаyət təmin edilməmiş və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarının tədqiqi zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən verilmiş əvvəlki şikayət əsasında mübahisələndirilən qərardad (Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı) Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən yoxlanılaraq qanuni qüvvəsini almışdır. Göründüyü kimi, işə baxan məhkəmə Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadı cavabdehin verdiyi əvvəlki şikayəti əsasında yoxlanılaraq Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadı oduğundan şikayət və ona əlavə olunmuş sənədləri cavabdehə qaytarmaqda haqlı olmuşdur. Belə ki, cavabdeh Cavabdeh bundan əvvəl Gəncə Şəhər Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-***/**** nömrəli qərardadından şikayət vermiş və həmin şikayət təmin edilməyərək, mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadına əsasən mübahisələndirilən qərardad yoxlanılmış və dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi; 15.2. Məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, prosessual hərəkətlər Məcəllə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 128.1-ci maddəsinə görə prosessual hərəkətlər həmin Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilməlidir. Həmin Məcəllənin 130.1-ci maddəsinə görə qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş və tətbiq edilməli qanun düzgün tətbiq edilmişdir. Şikayətin dəlilləri qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də, şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, qərardaddan verilmiş şikayətə baxan apellyasiya instansiya məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 128, 130, 268.1, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-***/**** saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad elan edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar