Məhkəmə qərarları › İş №e-2(3-7)-968/2026

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-7)-968/2026

28.07.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № e-2(3-7)-968/2026 28.07.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Cavabdeh cavabdeh1 iştirakı ilə, Işin halları

1. Iddiaçı bankla cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, cavabdeh1 qızının vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 7565 manat təşkil edir. cavabdeh1 kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7565 manat məbləğində kredit verilmişdir.

2. Maliyyə arayışından görünür ki, cavabdeh cavabdeh1 ##.##.2025–ci il tarixə banka ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 1148.84 manat dəbbə pulu olmaqla, cəmi 7073.66 manat məbləğində borcu vardır.

3. ##.##.2019-cu il tarixli, 107/329 il tarixli zaminlik müqaviləsindən görünür ki, cavabdeh2 cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır.

4. Bildirişdən görünür ki, cavabdeh1 və cavabdeh2 borcunun olması barədə xəbərdarlıq edilmiş və borcun qısa müddət ərzində ödənilməsi tələb olunmuş, əks təqdirdə barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görüləcəyi barədə məlumat verilmişdir.

Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. Iddiaçı İddiaçı BOKT ASC-nin cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair Şəmkir Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdeh1dan və cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsinə əsasən 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 1148.84 manat dəbbə pulu olmaqla, cəmi 7073.66 manat və ödənilmiş 38.30 manat dövlət rüsumunun tutulmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

6. Iddiaçı bank tələbini onunla əsaslandırmışdır ki, cavabdeh cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7565 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.1.3-cü maddəsinə əsasən Kreditor müştərinin əmlak vəziyyəti pisləşərsə, bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa, habelə güzəştli kredit müqaviləsi üzrə ödənişlər vaxtında və lazımı qaydada icra edilməzsə borcun qaytarılmasını tələb etmək hüququ vardır. Eyni zamanda cavabdehlərdən cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında ##.##.2019-cu il tarixli, ***/*** nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsaəsn zamin kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsinə əsasən cavabdeh1 BOKT-a 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 1148.84 manat dəbbə pulu olmaqla, cəmi 7073.66 manat borcu vardır. Eyni zamanda Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin ##.##.2019-cu il tarixli Fərmanına əsasən “xxxxbank” ASC ilə cavabdeh1 arasında bağlanmış əvvəlki problemli kredit müqaviləsi restruktrizasiya edilmiş və cavabdehlə hazırkı müqavilə bağlanmışdır. Təəssüf ki, cavabeh bu müqavilə üzrə də borc öhdəliyini qəsdən icra etməkdən imtina edir. Cavabdeh xəbərdar edilməsinə baxmayaraq, borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən, qanunla müəyyən edilmiş qaydada və müddətdə borcun ödənilməsi tələbinə dair cavabdehə bildiriş verilmişdir.

7. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli (hakim Heydərova Nazlı) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh1 ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 279 manat dəbbə pulu olmaqla, cəmi 5984.82 (beş min doqquz yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində pul alınıb İddiaçı BOKT ASC-yə verilməsi, ödənilmiş dövlət rüsumu cavabdehə aid edilməsi, cavabdeh cavabdeh1 30 (otuz) manat pul alınıb iddiaçı İddiaçı BOKT ASC-yə verilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçı bankla cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit (restrukturizasiya) müqaviləsinə əsasən cavabdeh1 vaxtı keçmiş əsas kredit borcunun bu Müqavilə imzalanan tarixə 7565 manat təşkil edir. ##.##.2019-cu il tarixli, 107/329 il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2 cavabdeh1 kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Cavabdeh cavabdeh1 ##.##.2025–ci il tarixə banka ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə borcun məbləği 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 1148.84 manat dəbbə pulu olmaqla, cəmi 7073.66 manat borcu yaranmışdır. Cavabdeh cavabdeh1 müqavilə öhdəliyinə əməl etmədiyinə görə iddiaçı qarşısında mülki məsuliyyət daşıyır. Məhkəmə, eyni zamanda iddia tələbinin digər cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə rədd edilməlidir. Məhkəmə işin hallarını, gecikdirilmiş borcun məbləğini və tələbkarın əmlak mənafelərini nəzərə alaraq hesab edir ki, tələb edilmiş dəbbə pulu məbləği tənasübsüz dərəcədə yüksək olduğundan azaldılmalı və ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 60 manat müəyyən edilməlidir. Odur ki, məhkəmə hesab edir ki, cavabdeh cavabdeh1 ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 60 manat dəbbə pulu olmaqla, cəmi 5984.82 (beş min doqquz yüz səksən dörd manat səksən iki qəpik) manat məbləğində pul alınıb iddiaçı İddiaçı BOKT ASC-yə verilməlidir.

9. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 406.1, 425.1, 442, 467, 470.1, 472.1, 472.2, 477.0.4, 739.1, 739.2, 741-ci maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli e-*(***)-****/**** saylı qətnaməsini ləğb edilməsi, iddianın ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcu hissəsində qismən təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı İddiaçı BOKT ASC-dən ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə götürdüyü kredit məbləğini ilk vaxtlar vaxtında ödədiyini, lakin, sonradan səhhətində gözlənilmədən narahatçılıqlar olduğundan, maddi vəziyyəti çox aşağı düşdüyündən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilmədiyini qeyd etmişdir. Lakin, ona iddiaçı Bank tərəfindən heç bir güzəşt olunmamışdır. O, iddiaçı Bank qarşısında ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərin icrasından qərəzli olaraq yayınmamışdır. Ona görə də hesab etmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtləri pozmamışdır. Iddiaçı Bank tərəfindən borcun ödənilməsi barədə xəbərdarlıq olunarkən ailəsinin maddi vəziyyəti çox ağır olduğundan ödənişləri vaxtında edə bilməmişdir. Ona görə də hesab etmişdir ki, qeyd olunan borcun tərəfindən ödənilməməsi həmin kredit müqaviləsi üzrə icranın gecikdirilməsi sayılmır. Hesab edir ki, məhkəmə borcun məbləğini müəyyən etmək üçün iş üzrə məhkəmə mühasibatşünaslıq ekspertizası təyin etməli olduğu halda birbaşa iddia tələbinin yalnız cərimə hissəsində qismən təmin edilməsi barədə qətnamə qəbul etmişdir. Lakin, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən, qeyd olunan hallar nəzərə alınmamış, yalnız iddiaçının təqdim etdiyi sübutlara istinad edərək, ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsinə əsasən 5592.42 manat əsas borc, 332.40 manat faiz borcu, 279 manat cərimə borcu olmaqla, cəmi 5984.82 manat borcun iddiaçı Bankın xeyrinə tutulması qənaətinə gəlmişdir. Halbuki, ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə əsas və faiz borcunun məbləği çox hesablanmışdır. Məhkəmə tərəfindən işdə olan sübutlar əlaqəli şəkildə təhlil edilməmiş və sübutlar düzgün qiymətləndirilməmişdir.

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə iclasında iştirak edən cavabdeh cavabdeh1 apellyasiya şikayətinə uyğun izahat verərək, şikayətin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq məhkəmə qərarı ilə razı olmadığını, bank faizlərinin düzgün hesablanmadığını qeyd etmişdir. Ödəniş qəbzlərinin anasında olduğunu lakin anası qəflətən rəhmətə getdiyi üçün ödəniş qəbzlərinin onda olmadığını bildirmişdir. Əlavə olaraq ekspertizanın təyin edilməsini xahiş etmişdir.

14. Iddiaçıya məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPMnin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: (##.##.2023-cü il tarixli redaksiyada)

15. Maddə 385.1. öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

16. Maddə 386.1. öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

17. Maddə 442. öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 448.1. bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

19. Maddə 449.1. özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

20. Maddə 465.2. əgər borclu lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditorun onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər

21. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

22. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

23. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

24. Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

25. 741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

26. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

31. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

32. Maddə 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

33. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

34. Maddə 115.0. Işə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:

35. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;

36. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Apellyasiya baxışının hədləri

37. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

38. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Hazırkı apellyasiya şikayətində qətnamə cavabdeh tərəfindən yalnız tələb edilən borc məbləği hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

41. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Belə ki, cavabdeh cavabdeh1 ilə İddiaçı BOKT ASC arasında ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi imzalanmışdır. Müvafiq olaraq ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə 5 il müddətinə, 1 faizlə, 7565 manat məbləğində kredit verilmişdir. cavabdeh2 ilə İddiaçı BOKT ASC arasında ##.##.2019-cu il tarixli, ***/*** nömrəli Zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.1-ci bəndinə əsaəsn zamin kreditor qarşısında borclu ilə eyni həcmdə, əmlakı və bütün gəlirləri ilə birgə məsuliyyət daşıyır. ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsinə əsasən cavabdeh1 BOKT-a 5592.42 manat əsas borc, 332.40 manat hesablanmış faiz borcu, 1148.84 manat dəbbə pulu olmaqla, cəmi 7073.66 manat borcu vardır.

43. Məhkəmə kollegiyası apellyasiya şikayətinin maddi vəziyyəti çox aşağı düşdüyündən kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında yerinə yetirə bilməməsi, ona iddiaçı Bank tərəfindən heç bir güzəştin olunmaması, iddiaçı Bank qarşısında ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit müqaviləsi üzrə götürdüyü öhdəliklərin icrasından qərəzli olaraq yayınmaması, ona görə də kredit müqaviləsi üzrə öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş şərtlərini pozmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı bankla cavabdeh cavabdeh1 arasında bağlanmış ##.##.2019-cu il tarixli, ***/*** saylı kredit (restrukturizasiya) müqaviləsindən görünür ki, cavabdeh1 illki 1 faizlə, 5 il müddətinə ödəmək şərti ilə 7565 manat kredit verilmişdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Göründüyü kimi cavabdeh cavabdeh1 müqavilənin bütün şərtləri ilə razılaşmışdır. Borcalan aldığı pul vəsaitini müqavilədə müəyyən olunmuş müddətdə və məbləğdə tam ödəməmiş və bununla da iddiaçının hüquqları pozulmuşdur.

44. Məhkəmə kollegiyası qeyd edir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun banka borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da, kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Ona görə də, əsas və ona hesablanmış faiz borcunun kredit müqaviləsi üzrə borcludan tələb edilməsi əsaslıdır. Cavabdehin maddi imkanının olmaması onun üzərinə götürdüyü öhdəliyi icra etməməsi üçün əsas deyildir.

45. Kollegiya apellyatorun əsas və faiz borcunun düzgün hesablanmaması barədə dəlili ilə bağlı göstərir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında iddiaçı kredit təşkilatı tərəfindən maliyyə arayışı əlavə edilmişdir ki, həmin maliyyə arayışında cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu dəqiqliklə göstərilmişdir. Həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas müəyyən edilməmişdir.

46. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

47. Beləliklə, şikayətin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

48. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,

Qət etdi:

Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar