Məhkəmə qərarları › İş №e-2(3-8)-1017/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-1017/2026

01.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-1017/2026 01.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X3 ibarət tərkibdə, Mənsimova Ayan Mürşüd qızının katibliyi ilə, iddiaçının nümayəndəsi X1, cavabdeh cavabdeh1, cavabdeh cavabdeh3 iştirakı ilə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı pulun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı cavabdehlərə qarşı kredit borcunun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh1, cavabdeh2, cavabdeh3 ##.##.2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən 994.69 ABŞ dolları əsas, 26.26 ABŞ dolları faiz borcu olmaqla, cəmi 1036.5 ABŞ dolları və 38 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, X2 ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən 2350 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda mərhum X2 1036.5 ABŞ dolları Banka borcu vardır. X2 - ##.##.2013cü il tarixdə vəfat etmişdir. * saylı Sumqayıt “ASAN” xidmət notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər X2 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. İddia ərizəsinə tələbin sübutu kimi kredit müqaviləsi, ödəniş cədvəli, pulun kredit alana verilməsini təsdiq edən sənəd (kassa məxaric orderi), kredit alanın şəxsiyyətini təsdiq edən sənədin surəti, borc barədə maliyyə arayışı, iddia ərizəsini imzalayan bankın nümayəndəsinin buna səlahiyyəti olması barədə etibarnaməsi, bankın əməkdaşı olması barədə əmək kitabçasından çıxarış, bankın sədrinin həqiqətən hazırda sədri olması barədə Vergilər Nazirliyinin “hüquqi şəxslərin qeydiyyatı barədə reyestr”dən çıxarış əlavə edilmişdir.

3. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi ilə (hakim P.İmamverdiyeva) iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 qarşı pulun tutulması tələbinə dair iddiasının təmin edilməməsi, ödənilmiş dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia ərizəsini iddia müddətini ötürməklə təqdim etməsi ilə əsaslandırmışdır.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. İddiaçı İddiaçı ASC Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsindən apellyasiya şikayət verərək, qətnamənin tamamilə ləğv edilməsi, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı qanunla müəyyən edilmiş müddət ərzində iddia ərizəsi ilə məhkəməyə müraciət etmədiyindən iddia müddətinin ötürülməsi əsasına görə iddia tələbi rədd edilməlidir. Hesab edir ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hərtərəfli, tam və obyektiv araşdırmamış və düzgün nəticə əldə etməmişdir. X2 qanun üzrə 1-ci dərəcəli vərəsəsi cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 onun İddiaçı ASC-yə kredit borcu olması barədə məlumatlı olmuşlar. Təşkilatı hüquqi formasından asılı olmayaraq heç bir hüquqi şəxs fiziki şəxsin fərdi məlumatlarını onun razılığı olmadan əldə edə bilməz. X2 ölüm haqqında şəhadətnaməsi məhz onun vərəsələri tərəfindən təqdim olunmuşdur (bank həmin sənədi başqa cür əldə edə bilməzdi). Həmçinin, ##.##.2014-cü ildə vərəsəlik işinin açılması və miras əmlakın cavabdehlərə verilməsinə dair banka heç bir rəsmi və ya qeyri-rəsmi məlumat verilməmişdir. Bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumatdan isə ##.##.2025-ci il tarixində məlumatlı olmuşdur. Belə ki bank vərəsəlik işinin açılması, miras əmlakı, vərəsəlik şəhadətnaməsi barədə rəsmi məlumat alınması barədə ##.##.2025-ci il tarixində notariusa sorğu göndərmiş və vərəsəliyin açılmasından ##.##.2025ci il tarixində notariusun cavabı ilə məlumatlı olmuşlar. Cavabdeh borcu ödəməkdən imtina etdiyi üçün ##.##.2026-cı il tarixində məhkəməyə müraciət olunmuşdur. Notariusun ##.##.2025ci il tarixli cavabı ilə yeni hüquq münasibəti yaranmış, yəni vərəsəyə qarşı iddia hüququ yaranmış və iddia müddətinin axımının ##.##.2025-ci il tarixindən başlanılması nəzərə alınaraq, iddia müddəti buraxılmamışdır. Sumqayıt Şəhər Məhkəməsi isə vərəsəlik barədə məlumatı əldə etmək öhdəliyini iddiaçının üzərinə qoyaraq iddia tələbinə qərəzli mövqe bildirmişdir. Halbuki, mülki normadan da görmək olur ki, bu öhdəlik iddiaçının deyil, mirası qəbul edən şəxsin öhdəliyidir. Sumqayıt Şəhər Məhkəməsi Mülki Məcəllənin 372-373 və 374.1cü maddəsinə istinad edərək müqavilə tələbləri üzrə 3 illik iddia müddətinin tətbiq olunmasını əsas götürmüşdür. Bu fikirlə razı deyil. Birinci məsələ ondan ibarətdir ki, 372-373 və 374.1-ci maddəsi yalnız müqavilə üzrə tərəf olmuş şəxslərə münasibətdə iddia müddətinin tətbiqini şərtləndirir. Yəni İddiaçı ASC və X2 arasında tərəflərin bağladığı müqavilə üzrə öhdəliklərini vaxtında və ya lazımı qaydada icra etmədiyi təqdirdə hər iki tərəfə müqavilə üzrə pozulmuş hüquqlarının bərpası üçün 3 illik iddia müddətinin olmasını ehtiva edir. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsində göründüyü kimi, iddiaçının vərəsədən tələbi miras əmlak üzrə miras aktivini qəbul etməsi anında yaranmışdır və bu hissə də hər hansı iddia müddətinin tətbiqi düzgün deyildir. Hazırki qətnamə üzrə yaranan mülki mübahisədə vərəsə miras aktivini qəbul edir, lakin miras passivini qəbul etməkdən imtina edir. Halbuki, Mülki Məcəllədə miras əmlakına ümumi anlayış verilərək bildirilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 mirasın passivini qəbul etməməsi, həmçinin, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli ##.##.2024-cü il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi, nəticə etibarı ilə mirasın qəbulu zamanı vərəsənin əsassız varlanmasına qanunsuz şərait yaratmış olacaqdır. Sumqayıt Şəhər Məhkəməsi tərəfindən bu normanın tələbləri pozulmuş, iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

10. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh cavabdeh3 apellyasiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi.

11. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə cavabdeh cavabdeh2 məlumat verilməsinə baxmayaraq, məhkəmə kollegiyasının iclasında iştirak etməmiş, iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2. maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi.

Tətbiq edilən hüquq

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.3. qətnaməni dəyişdirə bilər.

Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

13. İddiaçı İddiaçı ASC birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qətnamənin ləğv edilməsini xahiş edərək, qətnaməni mübahisələndirmişdir.

14. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticəyə hüquqi qiymət verilməlidir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. İş materiallarını araşdıraraq, məruzəçini və işdə iştirak edən şəxsin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməməsini iddiaçının iddia ərizəsini iddia müddətini ötürməklə təqdim etməsi ilə əsaslandırmışdır.

17. Birinci instansiya məhkəməsinin nəticəsindən narazı qalan iddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir.

18. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə hüquqi dəyərləndirmə apararaq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

19. İşdən görünür ki, İddiaçı ASC ilə X2 arasında ## ###### 2013-cü il tarixli CC*******U/**U saylı kredit müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən 2350 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin müddəti 24 ay müəyyən edilmiş və öhdəliyin icrası üçün son tarix ## ###### 2015-ci il olmuşdur.

20. X2 ## ######## 2013-cü ildə vəfat etmiş, onun vərəsələri sırasında hazırkı iş üzrə cavabdehlər cavabdeh1, cavabdeh3 və cavabdeh2 müəyyən edilmişdir. İş materiallarında mərhuma məxsus miras əmlakın ünvan 1 ünvanında yerləşən ** saylı mənzildən ibarət olduğu və həmin şəxslərin mirasdan pay aldıqları öz təsdiqini tapır.

21. Birinci instansiya məhkəməsi düzgün olaraq müəyyən etmişdir ki, kredit müqaviləsindən irəli gələn öhdəlik borclunun şəxsiyyəti ilə ayrılmaz bağlı olan və yalnız şəxsən onun tərəfindən icrası mümkün olan öhdəliklərdən deyil. Buna görə borclunun ölümü kredit öhdəliyinə xitam vermir və mirası qəbul etmiş vərəsələr miras qoyanın kreditorları qarşısında qanunla müəyyən edilmiş həddə məsuliyyət daşıyırlar. Bununla yanaşı, bu hal kreditora qarşı yaranmış tələbin qanunla müəyyən edilmiş iddia müddətinə tabe olmasını aradan qaldırmır.

22. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.2-ci maddəsinə görə icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.

23. Beləliklə, tərəflər arasındakı kredit müqaviləsində öhdəliyin icra müddətinin ## ###### 2015-ci ildə başa çatdığı nəzərə alınmaqla, iddia müddətinin həmin tarixdən başlanması barədə birinci instansiya məhkəməsinin nəticəsi qanunauyğundur.

24. Kredit münasibətlərindən yaranan mübahisələr üzrə üç illik iddia müddətinin tətbiq edilməli olması və müqavilədə başqa hal nəzərdə tutulmadıqda iddia müddətinin axımının öhdəliyin icrası üçün müəyyən edilmiş müddətin başa çatdığı vaxtdan başlanması Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli qərarında da ifadə olunmuş hüquqi mövqeyə uyğundur.

25. Bununla əlaqədar apellyasiya şikayətində irəli sürülmüş, bankın vərəsəlik barədə yalnız ## ###### 2025-ci ildə notariusun cavabından məlumat əldə etdiyi və buna görə iddia müddətinin həmin tarixdən hesablanmalı olduğu barədə dəlil məhkəmə kollegiyası tərəfindən əsaslı hesab edilmir.

26. Belə ki, iddia müddətinin başlanmasının qanuni əsası kreditorun vərəsələr haqqında sonradan məlumat əldə etməsi deyil, konkret halda icrası müəyyən edilmiş öhdəliyin icra müddətinin başa çatmasıdır. Bankın kredit müqaviləsi üzrə tələbi hələ miras qoyanın sağlığında mövcud olmuş və öhdəliyin icra müddəti ## ###### 2015-ci ildə başa çatmışdır. Borclunun ## ######## 2013-cü ildə vəfat etməsi isə öhdəliyin icra müddətini və onun pozulması ilə bağlı yaranmış iddia müddətinin axımını dəyişdirmir.

27. Bu nəticə Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə də uyğundur. Həmin hüquqi mövqeyə əsasən, müqavilədən yaranan öhdəlik üzrə borclunun ölümü nəticəsində öhdəlikdə tərəfin dəyişməsi iddia müddətinin axımının dayandırılmasına və ya kəsilməsinə səbəb olmur; öhdəlik müəyyən edilmiş icra müddətində yerinə yetirilmədikdə kreditorun vərəsələrə qarşı iddia irəli sürmək hüququ qanunla müəyyən edilmiş iddia müddətləri çərçivəsində həyata keçirilməlidir.

28. Deməli, hazırkı mübahisədə borclunun ölümü və sonradan vərəsələrin müəyyən olunması yeni, müstəqil bir kredit öhdəliyinin və ya yeni iddia müddətinin başlanmasına səbəb olmamışdır. Vərəsələrin borclunun hüquq və vəzifələrində vərəsəlik qaydasında əvəz etməsi ilkin öhdəliyin mövcudluğunu və onun icra edilməməsi ilə bağlı yaranmış iddia müddətinin hesablanmasını dəyişdirmir.

29. Apellyasiya şikayətində Mülki Məcəllənin 1309-cu maddəsinə istinad edilməklə mirası qəbul edən şəxslərin kreditoru məlumatlandırmaq vəzifəsinin olduğu və bankın vərəsəlik barədə məlumat əldə etməsinin onların bu vəzifəni yerinə yetirməsindən asılı olduğu göstərilmişdir. Lakin həmin normanın vərəsələr üzərinə müəyyən vəzifə qoyması iddia müddətinin başlanmasının Mülki Məcəllənin 377.2-ci maddəsində müəyyən edilmiş qaydasını dəyişdirmir. Başqa sözlə, kreditorun vərəsələr tərəfindən məlumatlandırılıbməlumatlandırılmaması kredit müqaviləsi üzrə artıq başa çatmış icra müddətini və həmin müddətdən başlayan iddia müddətini yenidən başlatmır.

30. Həmçinin bankın Mülki Məcəllənin 384.0.6-cı maddəsinə əsaslanaraq hazırkı tələbə iddia müddətinin şamil edilməməsi barədə mövqeyi də qəbul edilə bilməz. Mülki Məcəllənin 384-cü maddəsi iddia müddətinin tətbiq edilmədiyi tələbləri müəyyən edir. Hazırkı tələb isə mahiyyət etibarilə kredit müqaviləsindən irəli gələn pul tələbi olduğundan və kredit münasibətlərinə dair xüsusi olaraq üç illik iddia müddəti müəyyən edildiyindən, həmin tələbin iddia müddətindən kənar hesab edilməsi üçün qanuni əsas müəyyən olunmur.

31. Bankın qanunun analogiyasının tətbiq edilməli olması barədə dəlili də nəticəyə təsir göstərmir. Qanunun analogiyasına yalnız müvafiq münasibətin qanunvericiliklə birbaşa tənzimlənmədiyi halda müraciət edilə bilər. Hazırkı münasibətdə isə həm kredit müqaviləsindən irəli gələn tələblərə tətbiq edilən iddia müddəti, həm də icra müddəti müəyyən edilmiş öhdəliklər üzrə həmin müddətin başlanması Mülki Məcəllənin 373.2 və 377.2-ci maddələri ilə birbaşa tənzimlənmişdir. Buna görə qanunda birbaşa tənzimlənən münasibətə bankın təklif etdiyi analogiyanın tətbiqi üçün hüquqi əsas yoxdur.

32. Bundan başqa, cavabdehlərdən cavabdeh3 və cavabdeh1 birinci instansiya məhkəməsində iddia müddətinin tətbiq edilməsini açıq şəkildə xahiş etmişlər. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən iddia müddəti məhkəmə tərəfindən yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılana qədər verdiyi ərizə əsasında tətbiq edilir və belə ərizə verildikdə iddia müddətinin keçməsi iddianın rədd edilməsi üçün əsasdır.

33. Birinci instansiya məhkəməsi, eyni zamanda, iddia müddətinin tətbiq edilməsindən əvvəl iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və həmin hüququn cavabdehlər tərəfindən pozulub-pozulmadığını araşdırmışdır. Məhkəmə iddiaçının kredit borcunun tələb edilməsi ilə bağlı subyektiv hüququnun olduğunu və həmin hüququn pozulduğunu müəyyən etdikdən sonra, cavabdehlərin iddia müddətinin tətbiq edilməsi barədə ərizələrini nəzərə alaraq tələbin iddia müddətinin keçməsi səbəbindən rədd edilməli olduğu qənaətinə gəlmişdir. Bu yanaşma Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Qərarında ifadə edilmiş hüquqi mövqeyə də uyğundur.

34. İş materiallarına əsasən, üç illik iddia müddətinin axımı ## ###### 2015-ci ildə başlamış və ## ###### 2018-ci ildə başa çatmışdır. İddia ərizəsi isə ## #### 2026-cı ildə məhkəməyə təqdim edilmişdir. Beləliklə, iddia müddəti başa çatdıqdan təxminən səkkiz il sonra məhkəməyə müraciət edilmişdir.

35. Bu baxımdan bankın vərəsəlik şəhadətnaməsi və miras əmlakı barədə məlumatı ## ###### 2025-ci ildə əldə etməsi iddia müddətinin axımına heç bir hüquqi təsir göstərmir. Əks yanaşma müqavilə üzrə müəyyən edilmiş icra müddətinin və iddia müddətinin qanunla müəyyən edilmiş qaydada hesablanmasını faktiki olaraq kreditorun vərəsəlik barədə məlumat əldə etdiyi subyektiv tarixdən asılı vəziyyətə gətirərdi ki, bu da iddia müddətinin hüquqi müəyyənlik funksiyasına uyğun olmazdı.

36. Konstitusiya Məhkəməsinin və Avropa İnsan Hüquqları Məhkəməsinin iş materiallarında göstərilən hüquqi mövqelərindən də görünür ki, iddia müddətinin əsas məqsədlərindən biri hüquqi müəyyənliyin təmin edilməsi, potensial cavabdehlərin vaxtı keçmiş tələblərdən qorunması və uzun müddət keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaq zərurətinin aradan qaldırılmasıdır.

37. Beləliklə, apellyasiya şikayətində göstərilən dəlillər birinci instansiya məhkəməsinin gəldiyi nəticəni şübhə altına alan və qətnamənin ləğvini şərtləndirən hüquqi əsas kimi qiymətləndirilə bilməz. Birinci instansiya məhkəməsi işin faktiki hallarını düzgün müəyyən etmiş, tərəflərin təqdim etdikləri sübutlara hüquqi qiymət vermiş, mübahisəyə tətbiq edilməli maddi hüquq normalarını düzgün müəyyən etmiş və iddia müddətinin keçməsi ilə bağlı qanuni nəticəyə gəlmişdir. Qətnamənin əsaslandırıcı hissəsindən də görünür ki, məhkəmə iddiaçının subyektiv hüququnun mövcudluğunu və həmin hüququn pozulduğunu müəyyən etdikdən sonra iddia müddətinin keçməsi səbəbindən iddianın rədd edilməsinə qərar vermişdir.

38. Odur ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddianı rədd etməklə yanaşı, iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi barədə də düzgün nəticəyə gəlmişdir.

39. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

40. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə iddia tələbi 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz.

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏT ETDİ İddiaçı İddiaçı ASC-nin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ### 2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar