Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1022/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı mülki iş üzrə (Açar sözlər: prosessual müddət) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdehlər cavabdeh1 və cavabdeh2 qarşı “pul” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh cavabdeh2 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Işin halları:
1. Iddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 borca görə 60.000 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiaçı İddiaçı nümayəndəsi və vəkili Nümayəndə sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh1 və cavabdeh2 borca görə 57.588 ABŞ dolları məbləğində pulun, hüquqi yardıma görə ödənilmiş 320 manat pulun və dövlət rüsumuna görə ödənilmiş 393 manat pulun müştərək qaydada alınaraq iddiaçı İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdeh cavabdeh1 37588 ABŞ dolları və cavabdeh cavabdeh2 20000 ABŞ dolları məbləğində pul ödəniləcək günə olan manat məzənnəsi ilə tutularaq iddiaçı İddiaçı ödənilməsi, iddiaçı tərəfindən ödənilmiş 383.1 (üç yüz səksən üç manat on qəpik) manat dövlət rüsumunun əvəzi və hüquqi xidmətə görə ödənilmiş 160 (yüz altmış) manat pul cavabdehlər cavabdeh1 və cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı İddiaçı ödənilməsi, hüquqi xidmətə görə ödənilmiş 160 (yüz altmış) manat pul iddiaçıya aid edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
3. Həmin qətnamədən narazı qalan cavabdeh cavabdeh1 apellyasiya şikayəti vermişdir.
4. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Həmin qətnamədən narazı qalan cavabdeh cavabdeh1 kassasiya şikayəti vermişdir.
6. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının *(*-*)-***/**** saylı, ##.##.2026-cı il tarixli qərarı ilə cavabdeh cavabdeh1 kassasiya şikayətinin təmin edilməməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-****/**** nömrəli, ## ####### 2025-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
7. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 kassasiya şikayətinin yoxlanılması məsələsinə baxılaraq kassasiya şikayəti geri qaytarılmışdır.
8. ##.##.2026-cı il tarixdə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 apellyasiya şikayəti və buraxılmış prosessual müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
9. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-2(060)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpası barədə ərizəsinin təmin edilməməsi, şikayət və ona əlavə edilmiş sənədlərin geri qaytarılması, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 oğlunun ##.##.2026-cı il tarixdə ************ nömrəli qəbz vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil3 oğluna qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə Idarəsinə həvalə edilməsi qərara alınmışdır.
10. Qərardad ilə razı olmayan tərəf cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 şikayət verərək, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadının ləğv edilməsinə və cavabdeh cavabdeh2 tərəfindən verilmiş “apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpası barədə” ərizəsinin təmin edilməsinə dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat
11. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayətin ona əlavə edilmiş sənədlərlə birlikdə onu vermiş şəxsə geri qaytarılması, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 ##.##.2026-cı il tarixdə ************ nömrəli qəbz vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin hesabına ödəmiş olduğu 10 (on) manat məbləğində dövlət rüsumunun dövlət büdcəsinin vəsaiti hesabından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 qaytarılması, qərardadın bu hissədə icrasının Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Yerli Gəlirlər və Xərclər üzrə Maliyyə Idarəsinə həvalə edilməsi qərara alınmışdır.
12. Cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 həmin qərardaddan şikayət verərək Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadının ləğv edilməsini və apellyasiya şikayətinin aidiyyəti üzrə göndərilməsini xahiş etmişdir.
13. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Aynur Behbudova) şikayətin təmin edilməməsi, cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e- 2(060)- ****/**** saylı qərardadından verdiyi şikayətin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Şikayətin dəlilləri
14. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdeh tərəfindən verilmiş şikayət geri qaytarılmışdır. Buna əsas kimi məhkəmənin Qərardadının cavabdehin elektron kabinetinə ## #### 2026-cı il tarixdə təqdim edilməsi, cavabdehin nümayəndəsi və vəkili isə şikayəti ## #### 2026-cı il tarixdə təqdim etməsi və qanunvericiliklə nəzərdə tutulmuş 10 gün müddəti ötürülməsi göstərilmişdir. Bununla əlaqədar olaraq bildirir ki, 22 iyun tarixindən adi riyazi qaydada hesablanma aparılsa, onda müəyyən edilər ki, 10 gün müddəti məhz ## #### 2026-cı il tarixində tamamlanır. Yəni tərəfindən verilmiş şikayət heç də müddəti ötürməklə verilməmişdir. X1 Məhkəmə Informasiya Sisteminə ## #### 2026-cı il tarixində yerləşdirilmişdir. Odur ki, qərardadın ləğv olunması xahiş olunur.
Şikayətə qarşı etirazın dəlilləri
15. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 134.1.5. Birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktları işdə iştirak edən şəxslərə rəsmi qaydada verilməlidir. Maddə 128.2. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. Maddə 357.1. Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə. 268.1. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
Apellyasiya baxışının hədləri
18. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
19. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır.
20. Iş materialları ilə müəyyən edilir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)- ****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadı cavabdehin elektron kabinetinə ## #### 2026-cı il tarixdə yerləşdirilmiş, cavabdehin nümayəndəsi və vəkili tərəfindən həmin qərardaddan ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməklə şikayət verilmişdir.
21. Birinci instansiya məhkəməsi tərəfindən cavabdeh tərəfindən verilmiş şikayət və əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır.
22. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin qərardadı cavabdehin elektron kabinetinə ## #### 2026-cı il tarixdə təqdim edilmiş, cavabdehin nümayəndəsi və vəkili isə şikayəti ## #### 2026-cı il tarixdə təqdim etmiş və qanunvericiliklə nəzərdə tutulmuş 10 gün müddəti ötürmüşdür. Belə ki, şikayətinin dəlillərində cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 müddəti ötürmədiyini qeyd etsədə (22.06-10 gün müddət ## #### 2026-cı il tarixə təsadüf edir). Sonuncu şikayət müddəti ##.##.2026-cı il tarix rəsmi iş günü olmaqla, qeyri iş gününə təsadüf etmir. Lakin apellyator müddəti ötürmədiyini qeyd edərək şikayətin təmin edilməsini xahiş etmiş, müddətin bərpası barədə ərizə şikayətə əlavə etməmişdir.
23. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır və hesab edir ki, məhkəmə bu nəticəyə gəlməklə prosessual normalarının tətbiqində pozuntuya yol vermiş, mülki prosessual qanunvericiliyin müəyyən etdiyi prinsip və göstərişləri üzrə düzgün dəyərləndirmə aparmamış, məhkəmə müdafiəsi və ədalətli məhkəmə araşdırması hüququ pozulmuşdur.
24. Qeyd olunmalıdır ki, şəxsin məhkəməyə müraciət etmək hüququ məhkəmə prosesinin bütün mərhələlərinə aiddir. Bu, məhkəmə müdafiəsinin yalnız birinci instansiyada təmin olunmasını deyil, qanunla nəzərdə tutulmuş hallarda apellyasiya və kassasiya instansiyalarında da həyata keçirilməsini nəzərdə tutur.
25. Kollegiya prosessual qanunvericilik normalarının tətbiqi ilə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
26. Kollegiya qeyd edir ki, qanunla nəzərdə tutulmuş prosessual müddət daxilində məhkəmə aktından şikayət verilməsi tərəfin hüququdur.
27. Mülki Prosessual Məcəlləyə müvafiq olaraq, məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət tərəfə rəsmi təqdim edildikdən və ya tərəf onu aldıqdan sonra 10 gün müddətində verilir.
28. Iş materialları ilə müəyyən olunur ki, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı məhkəmə tərəfindən ## #### 2026-cı il tarixində tərəflərin elektron kabinetinə yerləşdirilmişdir.
29. MPM-nin 128.3-cü maddəsin əsasən Illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.
30. MPM-nin 129.2-ci maddəsinə əsasən Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.
31. MPM-nin 129.3-cü maddəsinə əsasən Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.
32. Kollegiya qeyd edir ki, məhkəmə qərardadı ## #### 2026-cı il tarixdə elektron kabinetə yerləşdirilməklə müddətin axını sonrakı gündən başlamış və 10 günlük prosessual müddətin son günü ## #### 2026-cı il tarix olmuşdur. Göründüyü kimi müddətin son günü- ## #### 2026-cı il tarixdə tərəf məhkəmə qərardadından şikayət vermişdir. Məhkəmə isə buna diqqət yetirməmiş və düzgün olmayan nəticəyə gəlmişdir.
33. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi prosessual normaların tətbiqində pozuntuya yol verdiyindən şikayət qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı ləğv edilməli, qərardadda göstərilən xüsusatlar nəzərə alınmaqla Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
34. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.2, 400-cü maddələrini rəhbər tutaraq
qərara a l d ı:
Cavabdeh cavabdeh2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilsin. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ## #### 2026-cı il tarixli qərardadından cavabdeh cavabdeh2 nümayəndəsi və vəkili vəkil1 tərəfindən verilmiş şikayətə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə göndərilsin. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.