Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1040/2026 20.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mülki iş üzrə (Açar sözlər: ərizənin baxılmamış saxlanılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X1 və X2 ibarət tərkibdə, Əli Seyran oğlu Ismayılovun katibliyi ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntütikinti işlərinin dayandırılması, ** №-li mənzilimə dəyən 248,380 manat, o cümlədən 1 il iki ay müddətində mənzilimi kirayə verə bilmədiyinə görə 7000 manat (hər ay üçün 500 manat) vurulmuş maddi ziyanın, hüquqi yardıma görə ödədiyi 300 manat, əmlakın qiymətləndirməsinə görə 400 manat, dövlət rüsumuna görə 546,08 manat, ümumilikdə 256.626,08 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədəqətnamə qəbul edilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılması, iddiaçı İddiaçı tərəfindən ##.##.2024-cü il tarixdə müvafiq ödəniş sistemi vasitəsi ilə ************ nömrəli qəbzlə ödəmiş olduğu 447 manat dövlət rüsumunun Dövlət Büdcəsindən iddiaçıya geri qaytarılması qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadın ləğv edilməsini xahiş etmişdir.
4. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə (hakim Elçin Kazımov) şikayətin təmin edilməməsi, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadının dəyişdirilmədən saxlanılması, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən ##.##.2026-cı il tarixli şikayət ərizəsinin baxılması üçün mülki işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cımaddəsinə istinadla əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, işə baxılması mərhələsində tərəflər arasında mübahisə predmeti qarşılıqlı razılaşma yolu ilə həll edilmiş və ## ##### 2026-cı il tarixli 24 və ** nömrəli Əvəzləşdirmə müqavilələri bağlanmışdır. Bununla əlaqədar iddiaçının tərəfindən ##.##.2026-cı il tarixində "Elektron Məhkəmə" sistemi vasitəsilə rəsmi ərizə ilə məhkəməyə müraciət edilmiş, işə iştirakı olmadan baxılmasını, həmin müqavilələrin nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsi barədə yekun məhkəmə aktı çıxarılmasını xahiş edilmişdir. Buna baxmayaraq, məhkəmə bütün bu halları (o cümlədən işə iştirak olmadan baxılması barədə rəsmi ərizənin mövcudluğunu) qərardadın mətnində qeyd etsə də, nəticədə həmin hallarla ziddiyyət təşkil edən əsassız addım atmış, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Qərardad çıxarmışdır. Hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı əsassız olduğundan ləğv edilməli və mülki işin icraatı təzələnməlidir. Məhkəmə qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Qərardadda hakim açıq şəkildə qeyd edir: “Iddiaçının nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək işə iştirakı olmadan baxılmasını, həmin müqavilələrin nəzərə alınmasını, müqavilələrdə tərəflərin öz üzərlərinə götürdükləri öhdəliklərə uyğun olaraq yekun məhkəmə aktı çıxarılmasını xahiş etmişdir”. Lakin məhkəmə qərardadın növbəti abzaslarında tamamilə əksini iddia edərək, tərəflərin işə onların iştirakı olmadan baxılmasını xahiş etmədiklərini əsas gətirmiş və MPMnin 259.0.6-cımaddəsini tətbiq etmişdir. Sistemdə rəsmi qeydiyyata alınmış və mətnində birbaşa "iştirakım olmadan baxılsın" xahişi olan sənədi görməzdən gəlmək, qərardadın daxili ziddiyyətindən və obyektiv araşdırma aparılmamasından xəbər verir. MPM-nin 259.0.6-cı maddəsinə görə, ərizə o zaman baxılmamış saxlanılır ki, “işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə”. Lakin iş materiallarından və qərardadın öz mətnindən göründüyü kimi, iddiaçı tərəf rəsmi qaydada ərizə verərək işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu halda MPM-nin 259.0.6-cı maddəsinin tətbiq edilməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Əgər məhkəmənin özünün müəyyən etdiyi kimi iddiaçının nümayəndəsi tərəfindən iştiraksız baxılma barədə ərizə verilmişdirsə, sonradan "işə iştirakı olmadan baxılmasını xahiş etməmişlər" nəticəsinə gəlmək hüquqi və məntiqi baxımdan mümkün deyildir. Beləliklə, məhkəmə eyni qərardad daxilində bir-birini istisna edən iki fərqli fakt müəyyən etmiş və həmin maddənin tələblərinə zidd qərar qəbul etmişdir. Məhkəmə qərardadında iddiaçının iştirak etməməsinin "üzürlü səbəblərdən baş verməsi haqqında sübutları məhkəməyə təqdim etmədiyini" əsas gətirmişdir. Bu yanaşma MPM-nin 260.5-ci maddəsinin mahiyyətinin kobud şəkildə təhrif olunmasıdır. Maddənin mətnində deyilir: "...məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi...". Buradakı "və" bağlayıcısı göstərir ki, üzürlü səbəb sübutu o şəxslərdən tələb olunur ki, onlar həm iclasa gəlməyiblər, həm də məhkəməyə qabaqcadan heç bir məlumat (ərizə) verməyiblər. Normanın məzmunundan açıq şəkildə görünür ki, burada söhbət məhkəməyə ümumiyyətlə məlumat verməyən şəxslərdən gedir. MPM-nin 260.5-ci maddəsi məhkəmənin qərardad çıxarması mərhələsinə yox, çıxarılmış qərardadın ləğv edilməsi barədə vəsatət verilməsi mərhələsinə aiddir. Ən əsası, qanun "iştirak etməməyin və bu haqda məhkəməyə məlumat verməməyin üzürlü səbəblərdən baş verməsini" tələb edir. Işə öz iştirakı olmadan baxılmasını xahiş edən tərəfdən məhkəmə iclasına gəlməməsinə görə hər hansı əlavə üzürlü səbəb sübutu tələb oluna bilməz. Birincisi, MPM-nin 260.5-ci maddəsi iddia ərizəsinin baxılmamış saxlanılmasına dair qərardad çıxarılan anı deyil, artıq çıxarılmış qərardadın ləğv edilməsi üçün sonradan verilən vəsatət mərhələsini tənzimləyir. Ikincisi, qanunvericilik rəsmi qaydada "işə iştirakım olmadan baxılsın" ərizəsi vermiş tərəfdən iclasa gəlməməsinə görə hər hansı əlavə xəstəlik, ezamiyyət və s. kimi üzürlü səbəb sübutu tələb etmir. Hüquqi tərəf öz prosessual hüququndan istifadə edərək gəlməyəcəyini və əvəzində ərizəyə baxılmasını xahiş edirsə, bu artıq yetərlidir. Maddədə qeyd olunan "üzürlü səbəb sübutu" məhkəməyə heç bir məlumat vermədən gəlməyən şəxslərə aiddir. Onlar isə məhkəməyə öncədən yazılı məlumat vermişlər. Tərəflər arasında barışıq/müqavilə bağlanıbsa və işə xitam verilməsi xahiş olunubsa, məhkəmə bu ərizəyə mahiyyəti üzrə baxmalı və müvafiq icraata xitam vermə haqqında qərardad çıxarmalı idi. Işin baxılmamış saxlanılması tərəfləri qeyri-müəyyənlikdə qoyur. Məhkəməyə təqdim olunmuş ərizədə tərəflər arasında müqavilə bağlandığı və bunun nəzərə alınaraq yekun akt çıxarılması (işə xitam verilməsi) xahiş olunmuşdur. Məhkəmə isə tərəflərin bu iradəsini və məsələnin faktiki həllini araşdırmaq əvəzinə, formal və qanunsuz bəhanə ilə işi icraatdan uzaqlaşdırmışdır. Məhkəməyə təqdim edilmiş ##.##.2026-cı il tarixli ərizədə iddiaçı ilə cavabdeh arasında ## ##### 2026-cı il tarixində 24 və ** saylı Əvəzləşdirmə müqavilələrinin bağlandığı, mübahisənin qarşılıqlı razılaşma yolu ilə tam həll edildiyi və iş üzrə icraata xitam verilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Məhkəməyə təqdim edilmiş ərizədə yalnız iştiraksız baxılma xahiş edilməmiş, eyni zamanda tərəflər arasında mübahisənin həllinə dair müqavilə bağlandığı göstərilmiş, həmin müqavilələrin nəzərə alınması və onların şərtlərinə uyğun yekun məhkəmə aktının qəbul edilməsi xahiş edilmişdir. Lakin məhkəmə qərardadında bu xüsusatlara ümumiyyətlə hüquqi qiymət verməmiş, tərəflər arasında bağlanmış müqavilələrin hüquqi nəticələrinin nə üçün nəzərə alınmadığını əsaslandırmamışdır. Beləliklə, məhkəmə təqdim edilmiş prosessual müraciətin əsas məzmununu araşdırmadan yalnız formal əsasla iddia ərizəsini baxılmamış saxlamışdır. Bu isə məhkəmə aktının tam və hərtərəfli əsaslandırılması tələblərinə uyğun deyildir. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir.
Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya baxışının hədləri
9. Şikayətdən görünür ki, apellyator Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının ləğv edilməsini, mübahisəyə baxılması üçün sonrakı prosessual hərəkətlərin yerinə yetirilməsini xahiş etmişdir. Kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 259.0. Məhkəmə aşağıdakı hallarda ərizəni baxılmamış saxlayır: 259.0.6. işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə; Maddə 357.1 Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. Maddə 398.0.2. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.
11. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv edilməli, mülki iş baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası araşdırması zamanı müəyyən edildi ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək,Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 16/19 binada aparılan qanunsuz söküntütikinti işlərinin dayandırılması, ** №-li mənzilimə dəyən 248,380 manat, o cümlədən 1 il iki ay müddətində mənzilimi kirayə verə bilmədiyinə görə 7000 manat (hər ay üçün 500 manat) vurulmuş maddi ziyanın, hüquqi yardıma görə ödədiyi 300 manat, əmlakın qiymətləndirməsinə görə 400 manat, dövlət rüsumuna görə 546,08 manat, ümumilikdə 256.626,08 manat məbləğində pulun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin mübahisələndirilən qərardadı ilə tərəflər məhkəmə iclasına gəlmədikləri üçün ərizə baxılmamış saxlanılmışdır. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil ##.##.2026-cı il tarixli şikayətlə məhkəməyə müraciət edərək Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayətin dəlillərini araşdıran məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qərardadı qəbul etməklə prosessual hüquq normalarının tətbiqində səhvə yol vermişdir. Belə ki, ##.##.2026-cı il tarixdə iddiaçı İddiaçı nümayəndəsi və vəkili Vəkil tərəfindən təqdim edilərək iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, işə iştirakı olmadan baxılmasını, tərəflər arasında bağlanılmış qarşılıqlı razılaşma müqaviləsinin nəzərə alınmasını və yekun məhkəmə aktı qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” ## #### 2011-ci il tarixli, ** nömrəli Qərarında qeyd olunmuşdur ki, Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.6-cı maddəsinə əsasən işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə ərizə baxılmamış saxlanılır. Göründüyü kimi iddiaçı tərəf ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etdiyi halda birinci instansiya məhkəməsi MPM-nin 259.0.6-cı maddəsinə əsassız olaraq istinad etməklə mülki işin baxılmamış saxlanılmasına dair səhv nəticəyə gəlmişdir. Mülki Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının ləğv edilməsinin əsaslarından biri kimi çıxış edir. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin prosessual hüquq normalarının tətbiqində pozuntuya yol verməsi aşkardır. Odur ki, şikayətin dəlilləri əsaslı olduğundan təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv olunmalı, mülki iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır.
12. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 398.0.1, 399 və 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ləğv olunsun. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “mənzil hüququnun pozulmasınadək mövcud olan vəziyyətin bərpası və bu hüququ pozan və ya onun pozulması təhlükəsini yaradan hərəkətlərin qarşısının alınması və dəymiş maddi ziyanın ödənilməsi” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.