Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-1102/2026 09.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI iddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyası – Sədrlik edən və məruzəçi hakim Xəlilov Ramin Adilxan oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Quliyev Həsən Sahib oğlunun katibliyi, cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı kredit borcunun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh arasında bağlanılmış ##.##.2023-cü il tarixli, ******-*****/* saylı istehlak krediti müqaviləsinə əsasən Cavabdeh illik 14,9 % faizlə, 48 ay müddətinə kredit xətti açılmış, 25000 manat məbləğində kredit verilmişdir.
2. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh sözügedən kredit müqaviləsinə əsasən ##.##.2025-ci il tarixə 18247,83 manat əsas, 1840,85 manat faiz borcu olmaqla, cəmi 20088,68 manat borcu var.
3. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh ünvanına göndərilən xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.
4. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, ******-*****/* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh ##.##.2025-ci il tarixinə İddiaçı ASC olan borcu - əsas borc 17888,54 manat, faiz borcu 510,87 manat, ##.##.2025-ci il tarixinə əsas borcu 17888,54 manat, faiz borcu 990,20 manat məbləğində müəyyən edilmişdir.
5. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan hesabdan çıxarış məlumatları və ##.##.2023-cü il tarixli, ******-*****/* saylı kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alaraq Cavabdeh ##.##.2025ci il tarixinə İddiaçı ASC olan borcu - əsas borc 17888,54 manat, faiz borcu 510,87 manat, ##.##.2025-ci il tarixinə əsas borcu 17888,54 manat, faiz borcu 990,20 manat məbləğində müəyyən edilmişdir.
Birinci instansiya məhkəməsindəki icraat
6. İddiaçı İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 18247,83 manat məbləğində əsas bоrc və 1840,85 manat faiz borcu оlmaqla, cəmi 20088,68 manat borcun və 150,27 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
7. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC və Cavabdeh arasında bağlanmış ##.##.2023-cü il tarixli ******-*****/* nömrəli kredit xətti müqaviləsinə əsasən borcluya 48 ay müddətinə, illik 14,9 % dərəcəsi ilə 25000 manat məbləğində krеdit vеrilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və krеditin təsdiq оlunmuş hissə-hissə ödəmə qrafikini pоzmuşdur. Cavabdehə dəfələrlə şifahi və yazılı хəbərdarlıq olunsa da, o banka olan borcunu ödəməmişdir. ## #### 2025-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 18247,83 manat məbləğində əsas bоrc və 1840,85 manat faiz borcu оlmaqla, cəmi 20088,68 manat məbləğində kredit bоrcu yaranmışdır.
8. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, cavabdeh Cavabdeh 17888,54 manat əsas, 990,20 manat faiz borcu olmaqla, cəmi 18878,74 manat borc və 146,64 manat dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin eidlməməsi, ödənilmiş 3,63 manat məbləğində dövlət rüsumunun iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə aid edilməsi, ekspertiza tədqiqatının dəyəri olan 360 manat cavabdeh Cavabdeh tutularaq X3 ( X1: 142595, büdcə səviyyəsinin kodu:3, SAP(XİİS) hesabı: X2 Agentliyi, Müxbir hesab: AZ34CTRE000000000000003944, kod:210005, VÖEN:**********, SWİFT: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi: VÖEN: **********, Hesab: AZ34CTRE00000000000002088501) ödənilməsi qət edilmişdir.
9. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 385.1, 386.1, 442, 448.1 və 739.1-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
10. İddiaçı İddiaçı ASC qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək iddia tələbinin tam təmin edilməsi barədə yeni qətanmə çıxarılmasını xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bank tərəfindən ## #### 2025-ci il tarixinə kimi cavabdehin ödəməli olduğu əsas borcun, faizlərin məbləği hesablanmış və həmin məbləğin ödənilməsi ona qarşı tələb kimi irəli sürülmüşdür. Hesab edirik ki, məhkəmə iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, Məhkəməyə təqdim edilmiş hesabdan çıxarışdan görünür ki, cavabdehin kredit müqaviləsi üzrə sonuncu ödənişi ##.##.2024-cü il tarixdə olmuş və həmin tarixdən sonra da cəmi 150 manat məbləğində ödəniş edilmişdir. Həmçinin, hesabdan çıxarışdan görünür ki, hazırkı vaxta kimi cavabdeh tərəfindən cəmi 11876 manat məbləğində kredit ödənişi edilmiş və həmin məbləğin 6752.17 manatı əsas borcdan, 5123.83 manatı isə faiz borcundan silinmişdir. Göründüyü kimi, həmin ödənişlər nəzərə alınmaqla, cavabdehin ##.##.2025-ci il tarixə banka 18247.83 manat məbləğində əsas bоrcu və 1840.85 manat faiz borcu оlmaqla, cəmi 20088.68 manat məbləğində kredit bоrcu yaranmışdır. Lakin, məhkəmə tərəfindən ekspertiza rəyi əsas götürülərək kredit borcunun məbləği 17888.54 manat əsas borc, 990.20 manat faiz borcu olmaqla, cəmi 18878.74 manat müəyyənləşdirilmişdir. Hesab edirik ki, ekspert tərəfindən kredit borcunun məbləği düzgün hesablanmamış, cavabdeh tərəfindən ödənilmiş məbləğlərin silinməsi və gecikdirilmə günlərinə hesablanmış faizləri nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən işin bu hallarını araşdırmadan əsassız qətnamə qəbul etmişdir. Bundan əlavə, ekspert kredit müqaviləsi üzrə borcu hesablayarkən AR Mülki Məcəllənin 449.4-cü maddəsinin tələblərini nəzərə almayaraq borcu hesablamışdır. Belə ki, ekspertə təqdim edilmiş hesabdan çıxarış onun tərəfindən düzgün nəzərə alınmamış və nəticədə irəli sürülmüş tələblə ekspertin müəyyən etdiyi məbləğ arasında olan fərqin hüquqi əsaslandırılması aparılmamışdır. Kredit müqaviləsinin 7.3-cü bəndinə əsasən, müqavilənin və müqavilənin əlavəsi olan ödəniş cədvəli üzrə müəyyən edilmiş müddətlərdə və məbləğdə ödəniş aparılmadıqda, gecikdirilmiş hər gün üçün gecikdirilmiş əsas məbləğin 0.5 faizi həcmində faiz hesablanır və tam həcmdə ödənilməlidir. Odur ki, cavabdeh razılaşdırılmış cədvəl üzrə ödənişləri etmədiyinə görə kredit üzrə əsas və ona hesablanan faiz borcunun ödənilməsi gecikdirilmişdir. Buna görə də müqavilənin 7.3-cü bəndinə əsasən gecikdirilmiş əsas borca gecikdirilmə faizləri (cərimə) hesablanmış və ümumilikdə 653.90 manat məbləğində gecikdirilmə faizinə (cəriməyə) silinmişdir. Lakin, müqavilənin 7.3-cü bəndinə əsasən aparılmış silinmələr ekspert rəyində öz əksini tapmamışdır. Ekspert rəyində qeyd olunur ki kredit müqaviləsinin 2.10-cu bəndində cərimə nəzərdə tutulsa da, bank tərəfindən təqdim olunan sənədlərdə cərimə borcu hesablanması ilə əlaqədar məlumat olmadığı üçün cavabdehə cərimə borcu hesablanmayıb. Halbuki, ekspertə təqdim olunan hesabdan çıxarışdan kredit ödənişlərinin hansı hissəsinin əsas, faiz və cərimə borcuna silinməsi açıq-aydın görünür. Buna baxmayaraq, ekspert həmin silinmələri cərimə kimi nəzərə almasada qərəzli ya qeyripeşakarlıq göstərərək həmin silinmələri əsas və faiz borcundan silmişdir. Halbuki, ekspert kredit müqaviləsi və təqdim edilmiş sənədlərlə ətraflı tanış olsaydı ona aydın olardı ki Bank müqavilənin 7.3-cü bəndinə və qanunveriliyin tələblərinə əsasən hesabalınmış gecikdirlmə faizləri (dəbbə pulu) tutma hüququ var və hüquqdan istifadə edərək həmin silinmələri Mərkəzi Bakın qərarında göstərilən hesab üzrə silmişdir. Ekspert rəyi ilə müəyyən olunmuş borc məbləği ilə bankın tələb etdiyi borc məbləği arasında fərq yaranmışdır. Məhkəmə bank tərəfindən təqdim edilmiş sənədləri ekspert rəyinə münasibətdə düzgün qiymətləndirməmiş və nəticədə bu hal düzgün olmayan qətnamənin qəbul edilməsinə səbəb olmuşdur.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı cavabdeh yazılı etiraz təqdim etmişdir.
13. Etirazda qeyd olunur ki, iddiaçı tərəfindən verilən apellyasiya şikayəti əsassız olduğundan apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, ekspert rəyinə əsasən iş materiallarında olan hesabdan çıxarış məlumatlarından görünür ki, onun tərəfindən kredit müqaviləsi üzrə banka cəmi 11876 manat məbləğində ödəniş aparılmış, ödənilmiş 11876 manat məbləğində pulun 7111.46 manatı əsas borcdan, 4764.54 manatı isə faiz borcundan silinmişdir. Məhkəmə İddia tələbi qismən təmin etməklə ondan 17888,54 manat əsas, 990,20 manat faiz borcu olmaqla, cəmi 18878,74 manat borc və 146,64 manat dövlət rüsumunun əvəzi iddiaçı “xxxx” ASC-nin xeyrinə tutulması barədə qətnamə qət etmişdir. İddia tələbi qalan hissədə təmin edilməmişdir. Ondan 990,20 manat faiz borcunun tutulmasını əsassız hesab edir. Ona görə ki, iddiaçı bank uzun illərdəki əməkdaşlığını nəzərə almadan, onun kompromis variantlarını qəbul etməmişdir. Maddi imkanlarının olmaması səbəbindən ona qarşı qanundan sui-istifadə etmiş, istənilən halda, məhkəmənin qərarına hörmətlə yanaşaraq müəyyən edilmiş əsas borc məbləğini qəbul edir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh nümayəndəsi nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
15. Məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məlumat verilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə iddiaçı tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
16. Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
17. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 386.2. Bu Məcəllənin 385-ci maddəsində nəzərdə tutulmuş öhdəliklər müqavilənin hazırlanması əsasında da əmələ gələ bilər. 386.3. Danışıqların iştirakçısı digər iştirakçının təqsirli hərəkəti nəticəsində bağlanmayan müqavilənin bağlanması üçün çəkdiyi xərclərin əvəzini ödəməyi digər iştirakçıdan tələb edə bilər. 386.4. Elektron formada bağlanan əqdlərdən irəli gələn öhdəliklərin məzmunu və icrası ilə bağlı məsələlər, elektron ticarət haqqında Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulanlar istisna olmaqla, bu Məcəllə ilə tənzimlənir.
18. Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
19. Maddə 443. Öhdəliyin icra edilməməsi ilə vurulan zərərin əvəzinin ödənilməsi 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. (...)
20. Maddə 445. Borclunun icranı gecikdirməsi 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. (...)
21. Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. (...)
22. Maddə 739. Borc müqaviləsi (əvvəlki redaksiyada) 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
23. Maddə 741. Borc üzrə faizlər Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
24. Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
25. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
26. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 103. Ekspert rəyinin məhkəmə tərəfindən qiymətləndirilməsi 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2. Ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.
28. Maddə 218. Qətnamə çıxarıldıqda həll edilən məsələlər (...) 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
29. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
30. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
31. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
32. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi ##.##.2023-cü il tarixli, ******-*****/* saylı istehlak kreditin verilməsinə dair razılaşmaya əsasən tələb edilən əsas və faiz borcunun təmin olunmayan hissəsində mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı qeyd edilən hissədə yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası məruzəçi-hakimi və işdə iştirak edən cavabdehin nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
34. İlk növbədə qeyd edilməlidir ki, iddiaçı tərəfindən tələb edilən 18247,83 manat əsas borc və 1840,85 manat faiz borcundan birinci instansiya məhkəməsi tərəfindən 17888,54 manat əsas borc və 990,20 manat faiz borcu olmaqla, ümumilikdə 18878,74 manat məbləğində borc tutulmuşdur. Beləliklə, iddianın təmin olunmayan hissəsi əsas borc üzrə 359,29 manat, faiz borcu üzrə 850,65 manat olmaqla, ümumilikdə 1209,94 manat təşkil edir. Apellyasiya şikayətinin predmeti də mahiyyət etibarilə həmin təmin olunmayan hissənin tutulması ilə bağlıdır.
35. İş materiallarından müəyyən olunur ki, tərəflər arasında ##.##.2023-cü il tarixli, ******-*****/* saylı istehlak krediti müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehə 25000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə cavabdehin əsas borcu və müqavilə şərtlərinə uyğun hesablanmış faizləri ödəmək öhdəliyi yaranmışdır. İşin bu hissəsi tərəflər arasında mübahisə predmeti deyildir. Mübahisə kredit müqaviləsi üzrə cavabdehin iddiaçıya hansı məbləğdə əsas və faiz borcunun qaldığı ilə bağlıdır.
36. Məhkəmə kollegiyası qeyd edir ki, borcun məbləğinin müəyyən edilməsi xüsusi bilik tələb etdiyindən birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** saylı ekspert rəyində iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla cavabdehin ##.##.2025-ci il tarixinə əsas borcunun 17888,54 manat, faiz borcunun isə 510,87 manat olduğu, ##.##.2025-ci il tarixinə isə əsas borcunun 17888,54 manat, faiz borcunun 990,20 manat təşkil etdiyi müəyyən edilmişdir.
37. İddiaçı bank həmin ekspert rəyi ilə razılaşmadığından, onun yazılı vəsatətləri nəzərə alınmaqla məhkəmənin ##.##.2025-ci il tarixli qərardadı əsasında iş üzrə əlavə məhkəməmühasibatlıq ekspertizası keçirilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2026-cı il tarixli, */*** saylı əlavə ekspert rəyində də əvvəlki ekspert rəyində müəyyən edilmiş nəticələr təsdiq edilmiş, yəni ##.##.2025-ci il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 17888,54 manat əsas borcunun və 990,20 manat faiz borcunun olduğu müəyyən edilmişdir.
38. O da nəzərə alınmalıdır ki, ekspertin ##.##.2025-ci il tarixli yazılı vəsatəti əsasında əlavə tədqiqat materiallarının Məhkəmə Ekspertizası Mərkəzinə təqdim edilməsi barədə məlumat verilmiş, bank, tərəflər arasında ##.##.2023-cü il tarixli, ******-*****/* saylı istehlak krediti müqaviləsi üzrə krediti müqaviləsi üzrə bağlanan vaxtdan cavabdeh tərəfindən icra edilən ödənişlər üzrə hesabdan çıxarışı Məhkəmə Ekspertizası Mərkəzinə təqdim etmiş və onun əsasında ekspert rəyləri verilmişdir.
39. Beləliklə, iş üzrə iki ayrı məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və hər iki ekspertiza nəticəsində eyni məbləğdə borc müəyyən edilmişdir. Hər iki rəy iş materiallarında olan hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri əsasında hazırlanmışdır. Bu baxımdan ekspert rəyləri arasında nəticələrə dair hər hansı ziddiyyət müəyyən olunmur və əksinə, ikinci ekspertiza birinci ekspertizanın nəticələrini təsdiq edir.
40. Bununla yanaşı, iddiaçının məhkəməyə təqdim etdiyi ##.##.2025-ci il tarixli maliyyə arayışında cavabdehin 18247,83 manat əsas və 1840,85 manat faiz borcu olmaqla, ümumilikdə 20088,68 manat borcunun olduğu göstərilmişdir. Lakin qeyd olunan maliyyə arayışında əks etdirilmiş borc məbləği sonradan keçirilmiş iki məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri ilə təsdiq edilməmişdir. Əksinə, ekspertizalar nəticəsində bankın maliyyə arayışında göstərilən məbləğdən daha az borc məbləği müəyyən edilmiş, iddia bank bu məbləğin əslində iddia tələbində olan həcmdə olmasını göstərsə də, bu halları sübut edə bilməmişdir.
41. Məhkəmə kollegiyası xüsusi olaraq nəzərə alır ki, maliyyə arayışı iddiaçının öz tərəfindən tərtib edilmiş sənəd olmaqla, həmin sənəddə göstərilən hesablamaların düzgünlüyü mübahisələndirildiyi halda, bu hesablamaların müstəqil və xüsusi biliyə malik ekspert tərəfindən yoxlanılması da mümkün idi. Belə ki, Mülki Prosessual Məcəllənin 101-1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər onların mənafelərinə xidmət edə biləcək halların müəyyən edilməsi üçün öz təşəbbüsləri ilə ekspertizanın aparılmasını sifariş vermək üçün məhkəmə ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə rəsmi müraciət etmək hüququna malikdirlər. İddiaçı bank bu hüququndan istifadə etməməklə yanaşı apellyasiya instansiya məhkəməsinin iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, əlavə ekspertiza keçirilməsi və ya rəy vermiş ekspertin məhkəmə iclasında dindirilməsi barədə hər hansı vəsatət təqdim etməmişdir.
42. Ekspert rəylərinin məzmunundan görünür ki, ekspertlər hesablamaları iş materiallarında olan hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında aparmışlar. İddiaçı isə ekspert rəylərində hansı konkret hesablamanın səhv aparıldığını, hansı ödənişin və ya hansı məbləğin nəzərə alınmadığını konkret və yoxlanıla bilən şəkildə göstərən, habelə iki ekspertizanın eyni nəticəyə gəlməsini təkzib edən mötəbər sübut təqdim etməmişdir.
43. İddiaçının apellyasiya şikayətində istinad etdiyi 653,90 manat məbləğində gecikdirilmə faizinin hesablanması və həmin məbləğin ödənişlərdən silinməsi ilə bağlı dəlillər də ekspert rəyləri ilə müəyyən edilmiş borc məbləğinin yanlış olduğunu təsdiq etmir. Əgər bank tərəfindən belə məbləğdə dəbbə pulu və ya gecikdirilmə faizi hesablanmışdırsa, həmin hesablamanın konkret dövrlər, əsas borc məbləği, gecikdirilmə müddəti və tətbiq edilmiş müqavilə şərti üzrə ayrıca və aydın şəkildə sübut edilməsi iddiaçının üzərinə düşür. Halbuki iş materiallarında ekspertin müəyyən etdiyi borc məbləğindən fərqli nəticəyə gəlməyə imkan verən bu xarakterli kifayət qədər mötəbər və yoxlanıla bilən sübutların təqdim edildiyi müəyyən olunmur.
44. Bundan əlavə isə məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiyası məhkəməsi tərəfindən təyin edilmiş sonuncu məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən aydın olur ki, ekspert iddiaçı təşkilata cərimə məbləğinin xüsusi cədvəlini tələb etmiş, lakin bununla bağlı iddiaçı ekspertizaya bu barədə sənəd təqdim edə bilməmişdir. Bununla yanaşı ekspertizanın rəyi məhkəməyə daxil olduqdan sonra iddiaçı tərəf sonuncu rəyi mübahisələndirməmiş, bununla bağlı yenidən vəsatət verməmiş və həmin məhkəmə iclasında iştirakı olmadan baxılmasını xahiş etmişdir.
45. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu baxımdan, iddiaçı tələb etdiyi 18247,83 manat əsas və 1840,85 manat faiz borcunun məhz həmin məbləğdə yarandığını sübut etməli, hesablamanın əsaslarını və həmin məbləğlərin formalaşma mexanizmini iş materialları ilə təsdiq etməlidir.
46. MPM-in 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. MPM-in 103.1-ci maddəsinə görə də ekspert rəyi məhkəmə üçün məcburi olmayıb, digər sübutlarla yanaşı qiymətləndirilir. Hazırkı işdə birinci instansiya məhkəməsi yalnız ekspert rəyinə formal şəkildə istinad etməmiş, iş materiallarında olan sübutları, tərəflərin təqdim etdiyi sənədləri və iki ekspertizanın nəticələrini birlikdə qiymətləndirmişdir.
47. Eyni zamanda, ekspert rəylərinin hər ikisində eyni borc məbləğinin müəyyən edilməsi, ekspert hesablamalarının iş materiallarında olan hesabdan çıxarış və kredit müqaviləsinin şərtləri əsasında aparılması, habelə iddiaçı tərəfindən həmin nəticələri təkzib edən mötəbər sübutların təqdim edilməməsi nəzərə alındıqda, birinci instansiya məhkəməsinin 17888,54 manat əsas və 990,20 manat faiz borcunun tutulması barədə nəticəsi əsaslı hesab edilməlidir.
48. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, cavabdeh apellyasiya icraatında əsas borc məbləğini qəbul etdiyini bildirmiş, lakin faiz borcunun tutulmasına dair etiraz etmişdir. Bununla belə, apellyasiya baxışının hədləri nəzərə alınaraq məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin yalnız mübahisələndirilən hissədə qanuniliyini və əsaslılığını yoxlamışdır. Ona görə də, cavabdehin yazılı etirazında qeyd olunan hal apellyasiya baxışının predmeti olmamışdır.
49. Beləliklə, məhkəmə kollegiyası iş materiallarını, tərəflərin dəlillərini, iddiaçı tərəfindən təqdim edilmiş maliyyə arayışını, hesabdan çıxarış məlumatlarını və iki dəfə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizalarının nəticələrini qarşılıqlı əlaqədə qiymətləndirərək belə qənaətə gəlir ki, iddiaçının tələb etdiyi əlavə 359,29 manat əsas borcun və 850,65 manat faiz borcunun tutulması üçün kifayət qədər mötəbər və tutarlı sübut mövcud deyildir.
50. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, İddiaçı ASC-nin apellyasiya şikayəti isə təmin edilməməlidir.
51. Məhkəmə kollegiyası MPM-in 402-ci maddəsinə əsasən həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissələrində iddianın qiyməti beş min manatdan az olduğundan, qətnamədən kassasiya şikayəti verilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ: İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.