Məhkəmə qərarları › İş №e-2(3-8)-1148/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-1148/2026

08.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-1148/2026 08.09.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(*-***)- ***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim H.Əhmədov) iddia ərizəsinin qismən təmin edilməsi, cavabdeh Cavabdeh iddiaçı “xxxx” ASC-nin xeyrinə 1907,07 manat əsas, 359,99 manat faiz, 5 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 2272,06 manat borc və 43,47 manat dövlət rüsumunun tutulması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən vermiş olduğu apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh qətnamədən apellyasiya şikayəti və müddətin bərpası barədə ərizə vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə müddətin bərpasından imtina edilməsi, Abşeron Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Cavabdeh Cavabdeh həmin qərardaddan şikayət vermişdir. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** saylı qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayət əsassız hesab edilərək təmin edilməsin və baxılması üçün 7 gün müddətində işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı “xxxx” ASC cavabdeh Cavabdeh qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdeh Cavabdeh “xxxx” ASC-nin xeyrinə 1907,07 manat əsas, 359,99 manat faiz, 35,09 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, ümumilikdə 2302,78 manat borcun və 43,47 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadından şikayət verərək, şikayətin təmin olunması və Abşeron Rayon Məhkəməsinin *(*-***)-***/**** nömrəli ##.##.2026-cı il tarixli qərardadının tamamilə ləğv edilməsi, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsindən şikayət verilməsi müddətinin bərpa edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə bu dəfə qərardadda qeyd etmişdir ki, “apellyasiya şikayəti vermək üçün müddətin əvvəli ##.##.2026-cı il tarixdən başlamış, həmin müddət ##.##.2026-cı ildə qurtarmış, cavabdeh ilk dəfə apellyasiya şikayətini ##.##.2026-cı ildə təqdim edilməklə müddəti ötürməmiş, apellyasiya şikayəti düzgün formada verilmədiyindən apellyasiya şikayəti geri qaytarılmışdır. Hazırda isə cavabdeh ##.##.2026-cı il tarixində apellyasiya şikayəti verərək müddəti ötürmüşdür. Həmçinin cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində, müddəti ötürməsinin üzrlü sayılmasını təsdiq edən sübutları göstərməmiş və əsaslandırmamışdır. Ona görə də məhkəmə hesab edir ki, ərizə təmin edilməməlidir.” Beləliklə də, məlum olmuşdur ki, qərardad ziddiyyətlidir. Belə ki, məhkəmə bir tərəfdən müddətin ötürülmədiyini bildirir (“cavabdeh ilk dəfə apellyasiya şikayətini ##.##.2026-cı ildə təqdim edilməklə müddəti ötürməmiş”), digər tərəfdən isə ötürüldüyünü və müddəti ötürmənin üzrlü sayılmasını təsdiq edən sübutların göstərilmədiyini və əsaslandırılmadığını bildirməklə (“cavabdeh müddəti ötürmüşdür, ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində, müddəti ötürməsinin üzrlü sayılmasını təsdiq edən sübutları göstərməmiş və əsaslandırmamışdır”) ziddiyyətli və səhv “ərizə təmin edilməməlidir” qənaətinə gəlməklə qanunsuz və əsassız qərardad qəbul etmişdir. Məhkəmə qərardadı həm də ona görə ziddiyyətlidir ki, əgər müddət ötrülübsə onda üzrlü səbəb nədir. Yox əgər ötürülməyibsə onda bərpasına və ya müddətin üzürlü ötürülmüş hesab olunmasına nə ehtiyac var. Şikayət vermə müddəti formal olaraq ötürülsə də, ilkin olaraq ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət verildiyinə əsasən, hüquqi və faktiki olaraq ötürülməmişdir. Hal-hazırda həmin şikayəti vermə müddətinin bərpası zəruridir. Beləliklə də, məlum olmuşdur ki, qərardaddan şikayət vermə müddəti formal olaraq ötürülsə də, ilkin olaraq ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə şikayət verildiyinə əsasən, hüquqi və faktiki olaraq ötürülməmişdir. Beləliklə də, həmin vaxtı müddəti üzürlü səbəbdən ötürmüşdür. HÜQUQİ MƏSƏLƏLƏR Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsi ərizənin təmin edilməməsini cavabdeh qətnamədən apellyasiya şikayəti vermək üçün ötürülmüş prosessual müddətin bərpasına dair ərizəsində, müddəti ötürməsinin üzrlü sayılmasını təsdiq edən sübutları göstərməməsi və əsaslandırmaması ilə əsaslandırmışdır. Mülki Prosessual Məcəllənin 133.1. maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh Cavabdeh qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edilməsi barədə qeyd etdiyi hallar əsaslı olmadığından ərizənin təmin edilməməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Beləliklə məhkəmə kollegiyası qeyd olunan halları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiya məhkəməsi məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398.0.1., 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI Cavabdeh Cavabdeh şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## ###### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar