Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-474/2026 22.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: alimentin miqdarının artırılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X6 və X7 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, Cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı "alimentin artırılması" tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq cavabdeh Cavabdeh hər ay hər uşağa görə 235 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 940 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddiaçı İddiaçı iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq cavabdeh Cavabdeh hər ay hər uşağa görə 260 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 1040 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, onunla cavabdeh Cavabdeh arasında olan nikahdan ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X1 dünyaya gəlmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə onlar arasında olan nikah pozulmuş, uşaqlar onun himayəsində qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün hər uşağa görə 160 manat olmaqla, cəmi 640 manat pulun cavabdehdən alınaraq ona verilməsi qət edilmişdir. Hazırda qeyd edilən aliment miqdarı uşaqların saxlanılması xərclərinə yetmir. Belə ki, hazırda iki uşağı məktəbə gedir və uşaqların təhsil xərcləri artıb. Bundan başqa hazırkı iqtisadi vəziyyət uşağın saxlanılması xərclərini artırıb. Bu baxımdan onunla qalan dörd uşağın saxlanılması xərclərini qarşılaya bilmir. Odur ki, qeyd edilənlərə əsasən o, alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Göstərilənlərə əsasən o, iddianın təmin edilməsini xahiş etmişdir.
4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
5. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-II № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 ## ###### 2011-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır.
6. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-III № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ## ### 2013-cü ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır.
7. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 ## ##### 2018-ci ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır.
8. Abşeron rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-IV № ****** saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 ## ####### 2019-cu ildə Bakı şəhərində doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır.
9. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)- ***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı İddiaçı apellyasiya şikayətinin qismən təmin edilməsi, Abşeron Rayon Məhkəməsinin ## ###### 2021-ci il tarixli, *(***)-****/**** nömrəli qətnaməsinin azyaşlı uşaqların saxlanılması üçün aliment tutulması hissəsində dəyişdirilməsi, ## ###### 2021-ci ildən başlayaraq ##.##.2011-ci ildə doğulmuş X2, ##.##.2013-cü ildə doğulmuş X3, ##.##.2018-ci ildə doğulmuş X4 və ##.##.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 640 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi, qətnamənin qalan hissələrdə, yəni iddiaçı İddiaçı ilə cavabdeh Cavabdeh arasında Abşeron Rayon Qeydiyyat Şöbəsində bağlanmış ## ######## 2010-cu il tarixli, *** №-li nikahın pozulması, nikah pozulduqdan sonra ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013cü il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X1 anaları İddiaçı yanında qalmaları və cavabdeh Cavabdeh 30 manat dövlət rüsumunun tutularaq dövlət nəfinə keçirilməsi hissəsində dəyişdirilmədən saxlanılması qət edilmişdir.
10. Abşeron Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № ****** saylı nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Sumqayıt Apellyasiya Məhkəməsinin ##.##.2022-ci il tarixli qərarına əsasən pozulmuş, nikaha ##.##.2022-ci il tarixində xitam verilmiş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 74 № ilə qeyd edilmişdir.
11. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 iddiaçı Cavabdeh yanında qalmasının müəyyən edilməsi, cavabdeh İddiaçı ödənilməmiş 50 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, 100 manat məbləğində ekspertiza xərcinin cavabdeh İddiaçı tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SAP(XİİS) hesabı, Dövlət xəzinadarlığı agentliyi, KOD 210005, VÖEN 1401555071, Müxbir hesab AZ41 NABZ01360100000000003944, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN 1700326621, hesab AZ **CTRE******************** nömrəli hesab) ödənilməsi qət edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə (hakim Elman Məmmədov) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı Sumqayıt Apellyasiya Məhkəməsinin ## ###### 2022-ci il tarixli, *(***)-***/**** saylı qətnaməsi ilə ##.##.2011-ci il təvəllüdlü X2, ##.##.2013-cü il təvəllüdlü X3, ##.##.2018-ci il təvəllüdlü X4 və ##.##.2019-cu il təvəllüdlü X1 üçün 640 manat sabit pul məbləği şəklində tutulan alimentin miqdarının artırılaraq cavabdeh Cavabdeh hər ay hər uşağa görə 260 manat olmaqla, 4 uşaq üçün, ümumilikdə, 1040 manat sabit pul məbləğində alimentin tutulması və mediasiya prosesi ilə bağlı ödədiyi 60 manat ödənişin cavabdeh Cavabdeh alınaraq ona verilməsi barədə iddiasının rədd edilməsi, mediasiya ilə bağlı çəkilmiş xərcin iddiaçı İddiaçı aid edilməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsi, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 119.1, 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi ilə razılaşmayan iddiaçı İddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin gəldiyi nəticə tamamilə qanunsuz, əsassızdır və qətnamədə maddi və prosessual hüquq normaları kobud pozulduğuna görə ləğv edilməli və iddia təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsinin qətnaməsi AR Qanunvericiliyinin tələblərinə cavab vermir və maddi hüquq normalarının pozulması və işin faktiki hallarının düzgün qiymətləndirilməməsi ilə qəbul edilmişdir. Əgər əvvəlki aliment məbləği (hər uşaq üçün 160 manat) müəyyən edilərkən qüvvədə olan “2022-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün yaşayışminimumu 193 manat müəyyən edilmişdirsə və hazırda onun iddia tələbi irəli sürdüyü dövrdə “2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu ilə uşaqlar üçün bu məbləğ rəsmən 260 manata qaldırılmışdırsa (təxminən 34.7% artmışdır) və Ailə Məcəlləsinin 112.1-ci maddəsi maddi vəziyyətdə (həmçinin ölkədəki iqtisadi vəziyyət fonunda uşaqların saxlanma xərclərində) dəyişiklik olduqda alimentin dəyişdirilməsinitələb edirsə, onda onun himayəsində qalan 2 azyaşlı uşaq (Yunus və Muaz) üçün tələb etdiyi hər uşağa 260 manat aliment məbləği əsassız və subyektiv rəqəm deyil, birbaşa dövlət tərəfindən 2026-cı il üçün uşaqların bioloji, sosial və təhsil ehtiyaclarının təminatı üçün müəyyən edilmiş rəsmi minimum standartdır. Məhkəmənin uşaqların yerinin dəyişməsi faktından istifadə edərək, dövlətin rəsmən qəbul etdiyi (2022-ci ildən 2026-cı ilə qədər 193 manatdan 260 manata yüksələn) inflyasiya və artan xərcləri inkar etməsi, himayəsindəki 2 uşağı 2026-cı il reallığında 160 manatlıq (yaşayış minimumundan 100 manat az) təminata məhkum etməsi qanunla birbaşa ziddiyyət təşkil edir və uşaqların mənafeyinin qəsdən pozulmasıdır. Məhkəmənin digər iki uşağın atada qalması səbəbindən onların saxlanılması üçün xərclər çəkməsini irəli sürüb aliment miqdarının artırılmasının düzgün olmayacağı qənaətinə gəlməsi absurd yanaşmadır. Hazırda iki uşağın cavabdehin yanında qalması ona da gələcəkdə aliment tələb etmək hüququ verir. Əgər o, hüququndan istifadə etsə məhkəmə yeni şərtlərlə aliment təyin edə bilər. Bu zaman isə onun vəziyyəti çətinləşə bilər. Bu baxımdan alimentin artırılması tələbi əsaslıdır və iki uşağa baxdığı üçün digər iki uşağa aliment artırılmaması yanaşması əsassızdır. Əgər o, məhkəmədən hər uşağa görə 260 manat tələb etməklə “2026-cı il üçün yaşayış minimumu haqqında” qanunvericiliyin qoyduğu rəsmi limiti əsas götürmüşdürə və Mülki Prosessual Məcəllənin 88.1-ci maddəsi məhkəmədən sübutlara (o cümlədən rəsmi dövlət aktlarına və iqtisadi göstəricilərə) obyektiv və hərtərəfli baxmağı tələb edirsə, onda məhkəmə yalnız cavabdehin "iki uşaq məndədir" arqumentinə birtərəfli inam bəsləməməli, eyni zamanda himayəsində qalan uşaqların dövlət tərəfindən hesablanmış 260 manatlıq ehtiyac reallığını qiymətləndirməli idi. Əgər tələbi bütövlükdə 4 uşaq üçün yox, fərdi qaydada hər uşağa (260 manat) aid edilibsə və Mülki Prosessual Məcəllənin 218.1-ci maddəsi məhkəmədən iş üçün əhəmiyyətli halları, xüsusən tətbiq edilməli olan qanunu (bu halda yaşayış minimumu standartlarını) müəyyən etməyi tələb edirsə, onda birinci instansiya məhkəməsi uşaqların mənafeyinə toxunan mülki hüquq münasibətini araşdırarkən ataya verilən 2 uşaqla yanaşı, ana himayəsində qalan 2 uşağın ehtiyaclarının (260 manatlıq 2026-cı il normativlərinə əsasən) kəskin artması faktını müəyyən etməli və ən azı o uşaqlar üzrə iddianı qismən (hər uşaq üçün 260 manat) təmin etməli idi. Əgər iddia tamamilə rədd edilibsə və MPM 220.4-cü maddəsi sübutların (o cümlədən onun 260 manatlıq tələbinin arxasında duran yaşayış minimumu reallığının) rədd edilməsi üçün əsas olan konkret dəlillərin göstərilməsini imperativ qaydada tələb edirsə, onda məhkəmə öz qətnaməsinin əsaslandırıcı hissəsində niyə görə ananın himayəsində qalan 2 azyaşlı uşağın 2026-cı ilin iqtisadi reallığında dövlətin müəyyən etdiyi 260 manatlıq yaşayış minimumundan məhrum edilərək, köhnə (160 manat) təminatla saxlanılmalı olduğunu hüquqi və məntiqi dəlillərlə əsaslandırmalı idi. Belə bir əsaslandırmanın olmaması qətnamənin qanunsuzluğunu sübut edir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. Cavabeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, uşaqlardan ikisi onun, ikisi ananın himayəsindədir. Onun yeni ailəsi var. Eləcə də iddiaçı da ailə qurmuşdur. O, çörək təndirində işləyir, həm ailənin dolanışığını, həm iki uşağın təminatını, həm də iki uşağa görə aliment ödəyir. İddia olunan məbləğdə alimentin ödənilməsi onu maddi cəhətdən əlverişsiz vəziyyətə salır. Başqa qazanc və gəliri yoxdur. Məhkəmədən onun maddi vəziyyətinin nəzərə alınmasını xahiş edir.
18. İddiaçı İddiaçı ##.##.2026-cı il tarixində elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərərək apellyasiya şikayətinin təmin edilməsini və işə onun iştiralı olmadan baxılmasını xahiş etmişdir.
19. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
20. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17.1. Cəmiyyətin özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə, eləcə də uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.
22. “Uşaq hüquqları haqqında” Konvensiya: Maddə 3. Uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən, istərsə də məhkəmələr, inzibati və ya qanunvericlik orqanları tərəfindən görülsün; Maddə 27. (bənd 2) Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar.
23. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır; Maddə 19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.
24. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli Qərarında məhkəmələrə tövsiyə edilmişdir ki, Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır.
25. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyrimüntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
26. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:
27. Məhkəmə kollegiyası tərəfi dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
28. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflərin birgə nikahlarından dörd övladları vardır. Məhkəmə qətnaməsinə əsasən uşaqların yaşayış yeri anaları İddiaçı yanında qalması müəyyən edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının *(***)-***/**** saylı, ##.##.2022-ci il tarixli qətnaməsinə əsasən ## ###### 2021ci ildən başlayaraq ##.##.2011-ci ildə doğulmuş X2, ##.##.2013-cü ildə doğulmuş X3, ##.##.2018-ci ildə doğulmuş X4 və ##.##.2019-cu ildə doğulmuş X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər uşaq üçün 160 manat olmaqla, cəmi 640 manat sabit pul məbləğində alimentin cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı verilməsi qət edilmişdir. Bundan sonra, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən tərəflərin birgə nikahından olan ##.##.2011-ci il təvəllüdlü X2 və ##.##.2013-cü il təvəllüdlü X3 ataları Cavabdeh yanında qalması müəyyən edilmiş və həmin uşaqlar üçün aliment təyin edilməmişdir. İddiaçı məhkəmə qətnaməsi ilə təyin edilmiş hər ay hər uşağa görə 160 manat alimentin uşaqların təminatını ödəmədiyinə istinad edərək araşdırılan tələblə məhkəməyə müraciət etmişdir.
30. Göründüyü kimi mübahisələndirilən məhkəmə qətnaməsi ilə iddia rədd edilmişdir /bax bənd 12/.
31. Məhkəmə mövqeyini uşaqların ikisinin hal-hazırda atasının himayəsində olması və uşaqlara qulluq, onların sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu atanın üzərinə düşməsi kimi diqqətəlayiq halların olması ilə əsaslandıraraq iddianın rədd edilməsi nəticəsinə gəlmişdir.
32. Birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşmayan iddiaçı apellyasiya şikayəti vermişdir.
33. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.
34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir.
35. Göründüyü kim apellyator şikayətin dəlili olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu mübahisələndirmişdir.
36. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı məhkəmə aktı ilə təyin edilmiş aliment miqdarının dəyişdirilməsini tələb etmişdir.
37. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, qanunverici alimentin miqdarının müəyyən olunması ilə bağlı məhkəmə qərarını daimi və son olaraq qətiləşdirmir, tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğu hallarda alimentin müəyyən olunmuş miqdarının dəyişdirilməsi və tərəflərin diqqətəlayiq başqa maraqlarının nəzərə alınmasını istisna etmir.
38. Kollegiya qeyd edir ki, qanunverici uşağın minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnu tanımaqla yanaşı, aliment təyini zamanı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa halların nəzərə alınması da göstərilmişdir.
39. Aliment məsələləri həll edilərkən alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, hüquqlarını pozmamalıdır.
40. İşin müəyyən edilmiş faktiki hallarına istinadən məhkəmə kollegiyası hesab edir ki, hazırkı halda alimentin daha yüksək həddə müəyyən edilməsi bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil etməklə, alimentin ödənilməsi imkanını azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş miqdarda alimentin müəyyən edilməsini məhkəmə hər iki tərəfə münasibətdə ədalətli və işin faktiki hallarına, tərəflərin əmlak vəziyyətinə uyğun hesab edir.
41. Kollegiya valideynlərin öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malik olduqlarını, tərəflərin əmlak mənafelərini, cavabdehin qazancını və ailə vəziyyətini, cavabdehin əmlak vəziyyətində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, ötən müddət ərzində yaxşılığa doğru dəyişiklik olması ilə bağlı iddiaçı tərəfindən heç bir sübut təqdim edilməməsini, habelə birgə nikahdan olan uşaqların ikisinin cavabdehin himayəsində olmaqla təminatlarının cavabdeh tərəfindən ödənilməsini nəzərə alaraq hesab edir ki, aliment məbləğinin müəyyən olunmuş hissədə dəyişdirilməsi üçün əsas yoxdur.
42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul edilmişdir.
43. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. İş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
44. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
İddiaçı İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Abşeron Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə dərhal qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.