Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-486/2026 12.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə (Açar sözlər: pul tələbi) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları 1.##.##.2024-cü il tarixli, IXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Cavabdeh AR İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. 2.##.##.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı İsmayıl oğlu tərəfindən Kia Optima miniik markalı maşının zərərin qiymətləndirilməsi üçün 250 manat ödəniş edilmişdir. 3.Bakı şəhəri ** saylı Vəkil Bürosu tərəfindən verilmiş ##.##.2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, X3 vurulmuş maddi ziyanın ödənilməsi tələbi ilə bağlı hüquqi xidmətlərin göstərilməsi üçün 500 manat məbləğində ödəniş edilmişdir. 4.ƏN-VI seriyalı, ****** nömrəli, ##.##.2022-ci il tarixli etibarnamənin surətindən görünür ki, **-LU-*** dövlət qeydiyyat nişanlı, KİA OPTİMA minik markalı nəqliyyat vasitəsini mülkiyyətçi İddiaçı İsmayıl oğlu Mirzə Ağayev İsmayıl Fərid oğluna idarə etmək hüququnu vermişdir. 5.****** nömrəli nəqliyyat vasitəllərinin zədələməsi barədə arayışdan görünür ki, Səbail rayonu, Yeni Salyan şossesində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh məxsus BYD markalı, **-SG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ön sağ yan hissəsi, Mirzə Ağayev İsmayıl Fərid oğluna məxsus KİA OPTİMA minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin qabaq, arxa, sol-sağ hissələri, avtomobil aşaraq deformasiya olmuşdur. 6.##.##.2024-cü il tarixli, ********** nömrəli dövlət rüsumunun qəbzindən görünür ki, iddiaçı məhkəmədə iddia qaldırmaq üçün Sumqayıt Şəhər Məhkəməsinin hesabına 136 manat məbləğində dövlət rüsumu ödəmişdir. 7.##.##.2024-cü il tarixli müstəqil ekspertin rəyindən görünür ki, KİA OPTİMA minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı, Mirzə Ağayev İsmayıl Fərid oğlunun mülkiyyətində olan nəqliyyat vasitəsinin tam sökülüb yığılmasına, təmir və rənglənməsinə sərf olunan işlərin dəyəri 19300 manat müəyyən edilmişdir. 8.AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ##.##.2025-ci il tarixli, */**** nömrəli ekspert rəyindən görünür ki,BYD Destroyer 05 markalı **-SG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” AR Qanunun 42-ci maddəsinin 1-ci hissəsisinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. 9.“xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatından görünür ki, KİA OPTİMA minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin bazar dəyəri 14625 manat təşkil edir. Birinci instansiya məhkəməsində icraat 10.İddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh qarşı iddia qaldıraraq, məhkəmədən cavabdeh Cavabdeh tərəfindən yol-nəqliyyat hadisəsi törətməsi, birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməlləri nəticəsində nəqliyyat vasitəsinə vurulmuş ziyana görə 14420.82 manat, müstəqil ekspert rəyinin alınması üşün 250 manat, hüquqi yardım göstərilməsi üçün 500 manat, 135 manat dövlət rüsumunun, ümumilikdə isə 15305.82 manat məbləğində pul vəsaitinin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 11.İddia tələbini onunla əsaslandırmışdır ki, ##.##.2024-cü il tarixdə saat 11.50 radələrində Bakı şəhəri, Səbail rayonu, Yeni Səlyan yolu ərazisində Cavabdeh idarə etdiyi BYD markalı ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ona məxsus, oğlu Mirzə Ağayev İsmayıl Fərid oğlunun idarə etdiyi KİA Optima markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə zərbənin təsirindən avtomobil istismara yararsız vəziyyətə gətirilmişdir. İcbari sığorta müqaviləsi üzrə sığorta şirkətinə müraciəti əsasında hadisə ilə bağlı sığorta aktı tərtib edilmiş, “xxxx” ASC tərəfindən 4 879.18 (dörd min səkkiz yüz yetmiş doqquz manat 18 qəp) manat məbləğində dəymiş ziyanın məbləği ona ödənilmişdir. ##.##.2024-cü il tarixli Müstəqil ekspert rəyinə (VÖEN:**********) əsasən ehtiyyat hissələrinin cəmi dəyəri 14420.00 (on dörd min dörd yüz iyirmi) manat, işçilik haqqının dəyəri 4880 (dörd min səkkiz yüz səksən) manat, ümumilikdə isə dəymiş ziyanın miqdarı 19300 (on doqquz min üç yüz) manat müəyyən edilmişdir. ##.##.2024-cü il tarixli kassa mədaxil orderinin qəbzinə əsasən qiymətləndirmə rəyi üçün ödənilmiş məbləğ 250 (iki yüz əlli) manat təşkil etmişdir. Hadisə ilə bağlı Bakı şəhər X1 İdarəsinin əməkdaşı tərəfindən Cavabdeh barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol tərtib edilmişdir. 2017-ci il buraxılış ili olan KİA Optima markalı avtomobilin bazar dəyəri 30000 (otuz min) manat təşkil edir. 12.Cavabdeh Cavabdeh etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 13.Etiraz ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçının tələbi tamamilə əsassızdır heç bir sübuta əsaslanmadığı üçün təmin edilməməlidir. Belə ki, ##.##.2024-cü il tarixində Bakı şəhəri Səbail rayon yeni Salyan yoğlu ərazisində onun idarə etdiyi BYD Destroyer 05 markalı, **SG*** dövlət qeydiyyat nişanlı avtomobillə KIA Optima markalı, **LU*** dövlət nömrə nişanlı avtomobillə toqquşmüş nəticədə yol nəqliyyat hadisəsi baş vermişdir.Bildirilir ki, həmin nəqliyyat hadisəsi ilə bağlı X1 əməkdaşları hadisə yerinə gəlmişdir. Hadisə ilə bağlı araşdırma aparmış, hadisədə təqsirkar sürücünün kim olması, işlə bağlı müvafiq qərar qəbul edilməsi üçn avtotexniki ekspertiza keçirilməsi üçün iş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinə göndərilmişdir.Yəni yol nəqliyyat hadisəsi ilə bağlı hansı sürücünün təqsirkar olması ilə bağlı Səbail rayon Polis İdarəsində hər hansı yekun qərar qəbul edilməmişdir. İş üzrə araşdırma getdiyindən, nəqliyyat hadisəsi ilə bağlı hansı sürücünün təqsirkar olduğu müəyyən edilmədiyindən iddiaçının öz mülahizəsi ilə nəqliyyat hadisəsi ilə bağlı məni təqsirkar bilməsi onun öz mülahizəsindən ibarətdir. Yol nəqliyyat hadisəsi ilə bağlı hər hansı yekun qərar qəbul edilib-edilməməsi ilə bağlı tərəfindən Səbail Rayon Polis idarəsinə müvafiq sorğu verilmiş, sorğu nəticəsində hər hansı yekun qərar qəbul olunmadığını, işin avtotexniki ekspertizanın keçirilərək müvafiq qərar qəbul bildirilmişdir. Bildirir ki, baş vermiş yol nəqliyyat hadisəsi zaman təqsirkar o deyil, o özü elə iddiaçıdan şikayətçidir, yol nəqliyyat hadisəsinin günahkarı iddiaçı elə özüdür. Onun nəqliyyat hadisəsində təqsirkar olmağı bardə Səbail Rayon Polis İdarəsi tərəfindən heç bir qərar qəbul edilməmişdir. Nə qədər ki, baş vermiş yol nəqliyyat hadisəsi ilə bağlı hansı sürücünün təqsirkar olması ilə bağlı yekun qərar qəbul edilməyibsə hazırki iddianın da əsaslı olması qeyrimümkündür. Çünki, ilkin olaraq baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı kimin təqsirkar olduğu müəyyən edilməli bununla bağlı müvafiq qərar qəbul edilməlidir.İddiaçının iddia ərizəsində qeyd etdikləri həqiqəti əks etdirmir. Əksinə hesab edir ki, yol nəqliyyat hadisəsi ilə bağlı təqsirkar iddiaçı özüdür.Göründüyü kimi iddiaçının iddiasını təsdiq edən heç bir sübut yoxdur, bununla bağlı hər hansı sübut məhkəməyə təqdim etməmişdir. Nəqədir ki, yolnəqliyyat hadisəsi ilə bağlı hansı sürücünün təqsirkar olması ilə bağlı yekun qərar qəbul edilməmişdir, oan görə də hazırki iddianın baxılması qeyri-mümkündür. 14.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 14420.82 (on dörd min dörd yüz iyirmi manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı İsmayıl oğluna ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 133.26 (bir yüz otuz üç manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti və hüquqi xidmətə görə ödənilmiş 325 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı İsmayıl oğlunun xeyrinə ödənilməsi, iddiaçı İddiaçı İsmayıl oğlundan ekspertiza tədqiqatının dəyəri qismində 100 manat, cavabdeh Cavabdeh ekspertiza tədqiqatının dəyəri qismində 100 manat tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Aynur Behbudova). 15.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2.7, 21.1, 362.1, 363.1, 363.3, 386.1, 1096, 1097.1, 1115-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3 və 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri 16.Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin qismən, iddia tələbinin təmin olunduğu hissələrdə ləğv edilməsini, iddia tələbinin həmin hissələrdə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsi ilə iddia tələbinin təmin olunan hissələrində razı deyillər. Hesab edirlər ki, həmin qətnamə qanunsuz və əsassızdır, iş üzrə yekun məhkəmə qərarı qəbul edilərkən maddi və prosessual hüquq normalarının pozuntularına yol verilmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci və 360-cı maddələrinin tələblərinə əsasən, iddia tələbi təmin olunan hissələrdə də rədd edilməli, qətnamə həmin hissələrdə də ləğv edilməlidir. İlk olaraq bildirirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiyi və məhkəmənin istinad etdiyi hallar düzgün deyil, həqiqəti əks etdirmir. İş üzrə tam, obyektiv və hərtərəfli məhkəmə araşdırması həyata keçirilməmiş, iş üzrə tələm-tələsik və ədalətsiz qətnamə qəbul edilmişdir. Belə ki, iddiaçı İddiaçı İsmayıl oğlu cavabdeh Cavabdeh qarşı irəli sürdüyü iddia ərizəsində ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyinə (VÖEN: **********) əsasən bildirir ki, ##.##.2024-cü il tarixdə saat 11:50 radələrində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı onun mülkiyyətində olan KİA Optima markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin məbləği 19.300 manat təşkil edir. Belə ki, ehtiyat hissələrinə dəymiş zərərin cəmi 14.420 manat, işçilik haqqının dəyəri isə 4.880 manat müəyyən edilmişdir. Lakin məhkəmə baxışı zamanı «KİA Optima» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin dəyərinin müəyyən edilməsi barədə «xxxx» MMCyə ünvanlanmış sifariş əsasında hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabata əsasən, avtomobilə dəymiş zərərin məbləği 14.625 manat təşkil edir. Qiymətləndirmə rəyinə əsasən, ehtiyat hissələrinə dəymiş zərər 11.445 manat, işçilik xərcləri isə 3.180 manat müəyyən edilmişdir. Göründüyü kimi, iki müxtəlif ekspert rəyi arasında 4.675 manat fərq vardır. Lakin, necə olursa olsun, Sumqayıt Şəhər Məhkəməsi iddiaçının məhz özü tərəfindən haqqı ödənilməklə əldə edilmiş ekspertizanın nəticəsinə əsaslanaraq qətnamə qəbul etmişdir. Nəzərə alınmalıdır ki, dəymiş zərərin 4.180 manatı xxxx tərəfindən qarşılanmışdır. Əgər «xxxx» MMC-yə ünvanlanmış sifariş əsasında hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabata əsaslanılsaydı, məhkəmə qətnaməsi ilə cəmi 10.445 manat məbləğində pul ödənilməsi qət edilərdi. Belə ki, məhkəmə təşəbbüsü ilə keçirilmiş qiymətləndirmənin nəticəsinə əsasən, ehtiyat hissələrinə dəymiş zərər 2.975 manat, işçilik xərcləri isə 1.700 manat daha aşağı məbləğdə müəyyən edilmişdir. Lakin belə olsa idi belə, qiymətləndirmə prosesinin ədalətli formada aparıldığını söyləmək olmazdı. Qiymətləndirmə yeni ehtiyat hissələrinin qiymətlərinə mütənasib olaraq aparılmış, «KİA Optima» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı, ban nömrəsi MKNAGU411BJ5184047 olan, 2017-ci il buraxılışlı, qara rəngli, İddiaçı İsmayıl oğlunun mülkiyyətində olan avtomobilə dəymiş ziyanın həqiqi məbləği müəyyən edilməmişdir. Belə ki, 2017-ci il buraxılışı olan sözügedən avtomobil qəza anına qədər 7 il istismarda olmuşdur. Qəza anından bu günə qədər olan zaman aralığında avtomobilin ehtiyat hissələrinin dəyişdirilməsi və yenilənməsinə dair iddiaçının hər hansı sənəd təqdim etməmiş olması onu göstərir ki, ehtiyat hissələri qəza anına qədər yenilənməmiş, 7 il istismarda olmuşdur. Daha önəmli məqam isə ondan ibarətdir ki, ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyi və ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat hazırlanarkən və ya ondan əvvəl ekspertlərdən heç biri avtomobilə hər hansı baxış keçirməmişdir. *** nömrəli hesabatı hazırlayan ekspert sadəcə əvvəlki ekspert rəyində qeyd olunmuş ehtiyat hissələri və işçilik xərclərinə dair bəndləri üzündən köçürmüş, müəyyən bəndlərdə qiymətləri sadəcə fərqli qeyd etmişdir. Hesabatda avtomobilə baxış keçirilməsinə dair hər hansı fotoşəkilə rast gəlinmir. Bundan əlavə, ekspertin hesabatı hazırlamaq üçün istifadə etdiyi mənbələr də qeyri-adekvat olmuşdur. Belə ki, ekspertin istinad etdiyi informasiya mənbələri aşağıdakılardan ibarət olmuşdur: “Birja”, “Market”, “Elan” qəzetlərinin nəşrləri; “Daşınmaz əmlak” jurnalının nəşrləri; www.azstat.org – Azərbaycan Respublikasının Statistika Komitəsinin saytı; www.emlak.az, www.bina.az, www.tap.az, www.yeniemlak.az, www.ucuztap.az, www.neweurope.az, www.elan.az, www.dashinmazemlak.az, www.unvan.az, www.gomap.az, www.evim.az, www.bakiemlak.az, www.emlakbirjasi.com, www.mekan.az internet saytları. 18.Avtomobilə baxış və diaqnostika keçirib onun düzgün işləməsini qiymətləndirmək üçün mexaniki, texniki və elektrik komponentlərinin vəziyyətini yoxlamadan, sadəcə qeyd olunan qəzet, jurnal və saytlara əsaslanaraq rəy hazırlanması qanunvericiliyin tələblərinə uyğun deyildir. Ümumiyyətlə, daşınmaz əmlaka dair jurnalın nəqliyyat vasitəsinə dair qiymətləndirmə aparılması prosesində nə kimi rolu ola bilər? Bundan əlavə, hər hansı avtomobil təmir mərkəzindən və ya bu sahə ilə məşğul olan ustalardan qiymətlər barədə maraqlanmaq mümkün deyildi? Hesabatda dəyərin müəyyən edilməsi meyarlarında qeyd olunmuş bəndlər arasında “qiymətləndirilən əmlakın dəyərinə təsir edən amillərin — qüsurların, fiziki aşınmaların, yaxşılaşdırmaların (bərpanın) və s. müəyyən olunması”, “analoji əmlakın bazar dəyərinin təhlil olunması”, “uyğun əmlakların müqayisəli təhlili”, “əmlakın bazar dəyərinin müəyyən edilməsi” kimi meyarlar sözdə öz əksini tapsa da, qiymətləndirmə prosesində tətbiq olunmamışdır. ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat sadəcə ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyinin (VÖEN: **********) üzdən köçürülməsi olmuşdur. Belə ki, ehtiyat hissələri və işçilik xərclərinə dair bəndlərin siyahısı və sırası tamamilə eynidir. Bundan əlavə, hesabatda müəyyən olunan qiymətlər də yuvarlaqlaşdırılmışdır, hər hansı dəqiq müvafiq qiymətə və ya dəyərləndirməyə rast gəlinmir. Hesabatda hər hansı fotoşəkil və ya videonun da mövcud olmaması onun qanunauyğunluğuna ciddi şübhə doğurur. Hansı mənbələrə əsaslandığı, hansı meyarlar rəhbər tutularaq ərsəyə gətirildiyi bəlli olmayan ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyinə (VÖEN: **********) əsaslanaraq hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat mötəbər deyildir, məhkəmədə sübut kimi istifadə olunması yolverilməzdir. Qeyd olunan fakt və nüanslar göstərir ki, hazırkı qiymətləndirməyə əsasən məhkəmənin mütənasib qərar qəbul etməsi mümkünsüzdür. Həmin sənədə əsaslanaraq qəbul ediləcək qətnamə ədalətsiz olmaqla, cavabdeh Cavabdeh hüquqlarının əsassız şəkildə pozulması, üzərinə əsassız delikt məbləği hesablanması ilə nəticələnəcəkdir. Bu səbəbdən yenidən məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilməlidir. Qiymətləndirmə aparılan zaman qeyd etdikləri, həmçinin ərizələrinin davam edən hissələrində qeyd edəcəkləri nüanslar diqqətə alınmalı, mötəbər mənbə və meyarlardan istifadə olunmalıdır. Bildirirlər ki, iddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh maddi zərərin əvəzi olaraq ödənilməsini tələb etdiyi məbləğ, yəni 19.300 manat şişirdilmişdir, həmin məbləğ iddiaçının avtomobilinə dəymiş zərərin real dəyərini əks etdirmir, əslində dəymiş zərər qat-qat aşağıdır. İddiaçı İddiaçı İsmayıl oğlu iddiasının əsası kimi iddia ərizəsinə əlavə etdiyi ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyinə (VÖEN: **********) istinad etmişdir. Həmin qiymətləndirmə aktından görünür ki, iddiaçıya məxsus KİA Optima markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün tələb olunan ehtiyat hissələrinin dəyəri, habelə iş haqqı kimi göstərilmiş məbləğlər də qəsdən yüksək qeyd olunmuş, mütənasib olmamışdır. Bu hal məhkəmə baxışı zamanı «KİA Optima» markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin dəyərinin müəyyən edilməsi barədə «xxxx» MMC-yə ünvanlanmış sifariş əsasında hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat hazırlanıb məhkəməyə təqdim olunduqdan sonra bariz şəkildə aydın olmuşdur. 19.Həmçinin qeyd etmək istəyirlər ki, yol-nəqliyyat hadisəsi baş verdikdən sonra cavabdeh Cavabdeh avtomobilin təmir edilməsini iddiaçı İddiaçı İsmayıl oğluna təklif etmiş, lakin sonuncu bununla razılaşmamışdır. Daha sonra icbari sığorta müqaviləsi üzrə sığorta şirkətinə müraciəti əsasında hadisə ilə bağlı sığorta aktı tərtib edilmiş, xxxx ASC tərəfindən 4.879,18 manat məbləğində dəymiş ziyan ona ödənilmişdir. Bunlardan başqa, bildirirlər ki, iddiaçı İddiaçı İsmayıl oğlu elə bu hadisədən sui-istifadə edərək avtomobilinə yeni ehtiyat hissələri qoydurmuş, zədələnmiş hissələrin isə təmir olunub-olunmamasının mümkünlüyünü yoxlatdırmamışdır. Belə ki, 7 il istismara məruz qalmış ehtiyat hissələrinin əvəzinə, onların təmir edilə bilməsinin mümkünlüyü araşdırılmadan, hər hansı hüquqi əsas olmadan yeni və istismara məruz qalmamış ehtiyat hissələrinin əldə olunması, bu prosesə çəkilmiş xərcin tələb olunması üçün ekspertdən yeni ehtiyat hissələrinin qiyməti barədə sənəd tərtib olunaraq hesabat verilməsinin tələb olunması az deyilmiş kimi, məbləğlər də əsassız olaraq şişirdilmişdir. İki hesabat arasındakı məbləğlərdə mövcud olan bariz fərqlər bu faktı təsdiqləyir. 20.Qeyd olunanlar göstərir ki, həm ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyi (VÖEN: **********), həm də «xxxx» MMC-yə ünvanlanmış sifariş əsasında hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat tələb olunan sahə üzrə zəruri bilik və bacarıqlara malik, ixtisaslaşdırılmış mütəxəssislər tərəfindən hazırlanmamış, qeyd olunan bacarıq və biliklərə malik peşəkar mütəxəssislərə müraciət olunaraq adekvat rəylər alınmaması səbəbindən ekspertizanın keçirilməsi məqsəd və hədəflərinə xidmət edə bilməmişdir. Birincinin hesabatı və verdiyi rəy sifarişçinin “sifarişi” və “istəyi” doğrultusunda yazılmış, digəri isə ilkinin üzdən köçürülməsi, sadəcə qiymətlərin bəzi hissələrdə formal olaraq dəyişdirilməsi ilə baş tutmuşdur. Belə ki, ekspertlərdən heç biri avtomobili görməmiş, ona real baxış keçirməmiş, yol-nəqliyyat hadisəsinin nəticələri ilə tanış olmamış, qiymətləndirməni obyektiv formada aparmamış, yalnız iddiaçının maraqlarına xidmət etmişlər. 21.Belə ki, hər iki ekspert sadəcə əllərinə verilmiş siyahı üzrə ehtiyat hissələrinin adlarını və qiymətlərini mötəbər olmayan, mənbəyi bilinməyən məlumatlara əsaslanıb, sifarişçinin “təxəyyülünün, arzu və istəklərinin” altına müəyyən məbləğ qarşılığında “imza atmaqla” müəyyən edərək rəy və hesabat hazırlamış, qeyd etdiklərinin, xüsusilə müəyyənləşdirilmiş qiymətlərin əsaslılığını təmin etməmişlər. “Sifarişçi”nin “haqqını ödəməklə” yazdırdığı “ekspert rəyləri” onu göstərir ki, nəqliyyat hadisəsi zamanı maşına dəymiş zərərdən başqa, həmin maşının periodik baxımı da bu məbləğə daxil edilmişdir. Məsələn, arxa bufer niyə dəyişməli idi? Qəza nəticəsində arxa bufer zədələnmiş idi ki? Qəza zamanı kəmərlər zərərə uğramadığı halda niyə dəyişməli idi? Maşın daxilindəki hava yastıqlarından hər hansı biri açılmış idi? Ümumiyyətlə, yol-nəqliyyat hadisəsinin baş vermə anını, davamını, maşının təmirdən əvvəlki halını əks etdirən fotoşəkil və videolar mövcud olmuşdurmu? Avtomobilin siyahıda qeyd edilən hissələrinin zərərə uğradığına dair sübutlar haradadır? Bu sualların və digər nüansların heç biri hesabatlardan heç birində öz əksini tapmır. Halbuki ekspertlərin qanun və məhkəmə qarşısında borcudur ki, əsaslı rəy və hesabatlar təqdim etsinlər. ##.##.2025-ci il tarixli, *** nömrəli hesabat isə tamamilə üzdən köçürmədən ibarətdir. ##.##.2024-cü il tarixli rəy isə sadəcə “ağlına gələn” formada, işin və qəzanın predmetinə uyğun olmayan, hər hansı obyektiv meyara əsaslanmadan “yola verməklə” ərsəyə gətirilmiş “söz və rəqəm yığını”ndan ibarətdir. Əmtəə itkisinin həqiqi məbləğini müəyyən etmək üçün hər hansı addım atmayan sözügedən ekspertlərin tərtib etdiyi sənədlər etibarsızdır, mötəbər sübutlar kimi qiymətləndirilə bilməz. 22.Aydındır ki, sırf nəqliyyat hadisələri üzrə ehtiyat hissələrinin təmiri və dəyişdirilməsi ilə məşğul olan, ixtisaslaşmış mütəxəssis və ya mütəxəssislər tərəfindən ekspertiza keçirilməli, bu yolla obyektiv ekspertiza nəticələrinə nail olunmalıdır. Əvvəlki hesabat və rəylərin heç biri konkret sahədə biliyi və təcrübəsi olan şəxslər tərəfindən hazırlanmadığı üçün işin sadəcə ləngiməsinə, əsassız zaman itkisinə səbəb olmaqdadır. Yeni təyin olunacaq ekspertizanı keçirəcək mütəxəssisin obyektiv dəyərləndirmə apara bilməsi üçün İcbari Sığorta Bürosundan sözügedən yol-nəqliyyat hadisəsinə dair sığorta aktı, zərərin qiymətləndirilməsi rəyi və digər əlaqəli sənədlər məhkəmə tərəfindən sorğu olunaraq əldə edilməli, işə əlavə olunmalıdır. Yalnız bu sənədlərin mövcudluğu işin mahiyyəti üzrə əsaslı və hərtərəfli qaydada həlli üçün səmərəli olacaq, obyektiv həqiqətə çatmağa imkan verəcəkdir. 23.Sumqayıt Şəhər Məhkəməsində tərəflər arasında mövcud olan mülki iş icraatda olarkən ##.##.2024-cü il tarixli müstəqil ekspert rəyində (VÖEN: **********) və «xxxx» MMCyə ünvanlanmış sifariş əsasında hazırlanmış ##.##.2025-ci il tarixli, *** nömrəli hesabatda göstərilən ehtiyat hissələrinin qiyməti və xidmət haqqının məbləğinin həqiqətə uyğun olubolmamasının, zədələnmiş hissələrin təmir edilməsinin, yaxud hissəvi dəyişdirilməsinin və sonrakı istismarının mümkünlüyünün müəyyənləşdirilməsi tərəflər arasında mövcud mülki mübahisənin düzgün və ədalətli həlli üçün vacib olduğu əsasları ilə iş üzrə təkrar məhkəməəmtəəşünaslıq ekspertizası təyin edilməsi barədə vəsatət vermişdilər. 24.Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qərardadı ilə vəsatət təmin edilmiş, iş materiallarında olan qüsur aktı nəzərə alınmaqla “Kia Optima” markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin real bazar qiymətinin müəyyən edilməsi “Mərkəzi Ekspertiza Bürosu”na həvalə edilmişdir. Lakin Mərkəzi Ekspertiza Bürosunun MEB-m***-***** nömrəli, ##.##.2026-cı il tarixli imtina məktubu məhkəməyə daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı İsmayıl oğlunun cavabdeh Cavabdeh qarşı «dəymiş zərərin ödənilməsi» tələbi barədə iddiasına dair mülki işin icraatının təzələnməsi, mülki işin baxış iclasının ## ###### 2026-cı il tarixə, saat 11:40-a təyin edilməsi qərara alınmışdır. 25.Hesab edir ki, Mərkəzi Ekspertiza Bürosunun ekspertiza keçirilməsindən imtina qərarı və buna dair məktubu əsassızdır. Belə ki, məktubda iş materiallarında olan telefon nömrələri ilə əlaqə saxlanıldığı və qiymətləndirmə işinə dair müəyyən edilmiş minimum xidmət haqqının tərəflərə təqdim edildiyi, lakin tərəflərin xidmət haqqını ödəməkdən imtina etdiyi qeyd olunmuşdur. Büro tərəfindən onunla əlaqə saxlanılsa da, xidmət haqqı tələb edildiyi aydın formada izah olunmamış, bu səbəbdən də onun tərəfindən ödənişin hansı miqdarda, nə zaman və hara ödənilməli olması aydın olmamışdır. O, hazırda da ödəniş etməyə hazırdır, çünki ekspertiza keçirilməsinə dair vəsatət onun tərəfindən verilmişdir, ekspertizanın keçirilməsi və rəyin məhkəməyə daxil olması onun maraqlarına xidmət edir. Ekspertiza keçirilmədən, onun qarşısında qoyulan suallara cavab tapılmadan iş üzrə icraatın davam etdirilməsi, onun hesab etdiyinə görə, yolverilməzdir və qanunauyğun deyildir. 26.Bundan əlavə, Sumqayıt Şəhər Məhkəməsi iş üzrə vəsatətlərində qeyd etdikləri sualların hər birini deyil, yalnız birini — qüsur aktı nəzərə alınmaqla “Kia Optima” markalı, **- LU-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin real bazar qiymətinin, köhnəlmə dərəcəsi və avtomobilin real dəyəri nəzərə alınmaqla, neçə manat təşkil etməsi sualını müstəqil qiymətləndiricinin qarşısında qoymuşdur. Onların isə ekspertiza qarşısında qoyulmasını istədikləri suallar daha geniş olmuş, hər birinin cavablandırılması iş üzrə mühüm əhəmiyyət kəsb etmişdir. Belə ki, iddiaçının tələblərinin nə dərəcədə doğru olması, vurulmuş zərərin real məbləği və iş üzrə əhəmiyyət kəsb edən bütün digər halların müəyyən edilməsində ekspertiza qarşısında qoyulmasını istədikləri sualların hər biri qərardadla ekspertiza qarşısında qoyulmalı idi. Bu səbəbdən də ##.##.2026-cı il tarixində vəsatətlə Sumqayıt Şəhər Məhkəməsindən iş üzrə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının keçirilməsini xahiş etmişlər və eynilə əvvəl verdikləri vəsatətlə cavablandırılmasını zəruri hesab etdikləri sualların cavablandırılması öhdəliyinin ekspertiza qarşısında qoyulmasını tələb etmişlər. ##.##.2026-cı il tarixli baxış iclasında Sumqayıt Şəhər Məhkəməsi təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsinə dair vəsatəti “zamanında ödəniş edərdin” deyərək təmin etməmiş və tələm-tələsik qətnamə qəbul etmişdir. 27.Onunla iddiaçı arasında olan mülki mübahisə üzrə işin həlli məhkəmə-əmtəəşünaslıq ekspertizasının nəticəsindən asılı olduğundan apellyasiya baxışı zamanı ekspertiza keçirilməsi mütləq təyin edilməli, ekspert və ya mütəxəssis qarşısında aşağıdakı suallar qoyulmalıdır: İddiaçı İddiaçı İsmayıl oğlunun mülkiyyətində olan KİA Optima markalı, ** LU *** dövlət qeydiyyat nişanlı avtomobilin ##.##.2024-cü il tarixdə saat 11:50 radələrində baş vermiş yol-nəqliyyat hadisəsindən öncə ehtiyat hissələrinin istismar vəziyyəti necə olmuşdur? Qeyd olunan ehtiyat hissələri qəzadan öncə ən son nə zaman dəyişdirilmişdir? Qəza anına qədər istismar müddəti nə qədər olmuşdur? Yol-nəqliyyat hadisəsi zamanı nəqliyyat vasitəsinin hansı hissələri zədələnmişdir? Zədələnmiş hissələrdən nə qədəri yararsız vəziyyətdə olmuşdur? Zədələnmiş hissələr arasından müəyyən ehtiyat hissəsi və avadanlıqlarının dəyişdirilmədən təmir edilməsi və sonrakı istismarı mümkün idimi? Əgər mümkün idisə, hansı hissələr təmir edilə, yaxud dəyişdirilə bilərdi? Həmin avtomobilə yolnəqliyyat hadisəsi nəticəsində vurulmuş real zərərin məbləği nə qədərdir? Avtomobilin istismara yararlı vəziyyətə gətirilməsi üçün görülmüş işlərin xidmət haqqı üçün nə qədər məbləğ tələb olunurdu? 28.Sumqayıt Şəhər Məhkəməsi iş üzrə əhəmiyyətli olan bütün halları tam, obyektiv və hərtərəfli şəkildə araşdırmamış, nəticədə iş üzrə ədalətsiz və qanunsuz qətnamə qəbul etmişdir. Məhkəmə ekspert rəyləri arasındakı ziddiyyətləri araşdırmamışdır. Eyni zamanda bu ziddiyyətləri aradan qaldırmaq məqsədilə verdiyi təkrar ekspertiza vəsatətini də əsassız olaraq təmin etməmişdir. Qeyd olunanlar birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 29.İşə baxan məhkəmə işin hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış, cavabdeh tərəfin izahatında göstərilənləri nəzərə almamış, keçirilməsi zəruri olan təkrar məhkəməəmtəəşünaslıq ekspertizasının keçirilməsindən imtina etmiş, MPM-in 4-cü, 9-cu, 76-cı, 77-ci, 88-ci, 97-ci və 217-ci maddələrini pozmuş, nəticədə isə iş üzrə ədalətsiz, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Bu pozuntular isə birinci instansiya məhkəməsinin qətnaməsinin MPM-in 385-ci maddəsinin tələblərinə görə apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 30.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 31.Apellyasiya icraatı iştirakçılarının izahatları 32.Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. 33.Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbi barədə məhkəməyə məlumat verməmişdir. 34.Azərbaycan Respublikasının MPM-in 376.2-ci maddəsinə görə, işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzrlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 35.Məhkəmə kollegiyası apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi 36.Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 37.Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 38.Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 39.Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 40.Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 41.Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. 42.Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. 43.Maddə 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununu 44.Maddə 10.1. Sığorta məbləği bu Qanuna uyğun olaraq sığorta obyektinin sığortalandığı və sığortaçının öhdəliklərinin bu Qanunla müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddidir. 45.Maddə 10.2. İcbari sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində sığortaçının bir sığorta hadisəsinə görə verdiyi sığorta ödənişlərinin ümumi məbləği icbari sığorta məbləğindən artıq ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 46.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 48.Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 49.Maddə 101.7. Ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 50.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 51.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 52.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 53.Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 54.Maddə 385.1.1 - 385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri 55.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 56.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 57.Apellyasiya şikayətindən görünür ki, cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsinin qismən, iddia tələbinin təmin olunduğu hissələrdə ləğv edilməsini, iddia tələbinin həmin hissələrdə də rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Kolegiya birinci instansiya məhkəməsinin qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 58.Apellyasiya instansiyası məhkəməsi cavabdehin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə çıxarılaraq, iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh 9745.82 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı İsmayıl oğluna ödənilməsi, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 133.26 manat məbləğində pul vəsaiti və hüquqi xidmətə görə ödənilmiş 325 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı İsmayıl oğlunun xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 30 manatı iddiaçı İddiaçı İsmayıl oğlundan, 70 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi barədə yeni qətnamə çıxarılmalıdır. 59.İşin faktiki hallarından görünür ki, ##.##.2024-cü il tarixdə Bakı şəhəri, Səbail rayonu, Yeni Səlyan yolu ərazisində Cavabdeh idarə etdiyi BYD markalı ** SG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Mirzə Ağayev İsmayıl Fərid oğlunun idarə etdiyi Kia Optima markalı ** LU *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşaraq yol-nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh Cavabdeh yol-nəqliyyat hadisənin törədilməsində təqsirli bilinərək, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir. İcbari sığorta müqaviləsi üzrə “xxxx” ASC tərəfindən 4879.18 manat məbləğində dəymiş ziyan iddiaçıya ödənilmişdir. Hal-hazırda iddiaçı cavabdehdən avtomobilinə dəyən qalan maddi zərərin məbləğini 14420 manatı tələb edir. 60.Birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləğini müəyyən etmək üçün qiymətləndirmə rəyini əldə etmiş, “xxxx” MMC-nin ##.##.2025-ci il tarixli hesabatına əsasən Kia Optima minik markalı, **-LU-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələrinin bazar dəyəri 14625 manat təşkil etmişdir. 61.Göründüyü kimi, birinci instansiya məhkəməsi vurulmuş zərərin məbləğini cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair qənaətə gələrkən, icbari sığorta müqaviləsi üzrə “xxxx” ASC tərəfindən 4879.18 manat məbləğində dəymiş ziyanın iddiaçıya ödənilməsini nəzərə almamışdır. Bununla da, birinci instansiya məhkəməsi gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmamışdır. Bu da qətnamənin ləğvi üçün əsasdır. 62.Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi ziyanın məbləği 14625 manat təşkil etmişdir. 63.Kollegiya icbari sığorta müqaviləsi üzrə “xxxx” ASC tərəfindən 4879.18 manat məbləğində dəymiş ziyanın iddiaçıya ödənilməsini nəzərə alaraq, belə nəticəyə gəlir ki, 9745.82 manat (14625-4879.18=9745.82) məbləğində pul vəsaiti cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir, iddia qalan hissədə təmin edilməməlidir. 64.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. İddiaçı iddiasının əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. 65.“Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## #### 2019-cu il tarixli Qərarında irəli sürülmüş hüquqi mövqeyə əsasən mülki prosessual qanunvericilikdə də çəkişmə prinsipinin mövcudluğu hər bir tərəfə öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etmək vəzifəsini qoyur. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3cü maddələrində göstərilən hallar təşkil edir. ... Eyni zamanda, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əksinə bunu məhkəməyə qadağan edir. ... Hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. 66.Kollegiya həmçinin qeyd edir ki, iddia qismən təmin edildiyindən, dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 133.26 manat məbləğində pul vəsaiti və hüquqi xidmətə görə ödənilmiş 325 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı İsmayıl oğlunun xeyrinə ödənilməli, ekspertiza tədqiqatının dəyərinin 30 manatı iddiaçı İddiaçı İsmayıl oğlundan, 70 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilməlidir. 67.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ləğv edilsin, iş üzrə yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh Cavabdeh 9745.82 (doqquz min yeddi yüz qırx beş manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İddiaçı İsmayıl oğluna ödənilsin. Dövlət rüsumuna görə ödənilmiş vəsaitdən 133.26 manat məbləğində pul vəsaiti və hüquqi xidmətə görə ödənilmiş 325 manat pul cavabdeh Cavabdeh alınaraq iddiaçı İddiaçı İsmayıl oğlunun xeyrinə ödənilsin. Ekspertiza tədqiqatının dəyərinin 30 manatı iddiaçı İddiaçı İsmayıl oğlundan, 70 manat cavabdeh Cavabdeh tutularaq “xxxx” MMC-nin (H/h:AZ66AİİB38030019443905478109, Kapital Bank ASC-nin Nərimanov filialı, KOD 200093, icraçının VÖENi 1500136221, S.W.İ.F.T AIIBAZ2X, VÖEN **********, Hesab AZ37NABZ01350100000000001944) hesabına keçirilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №e-2(3-8)-486/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-486/2026
12.06.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver