Məhkəmə qərarları › İş №e-2(3-8)-498/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-498/2026

05.05.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-498/2026 05.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, İddiaçılar iddiaçı2, iddiaçı1 cavabdehlər İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğluna (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx ASC”) qarşı maddi və mənəvi zərər tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e*(***)-****/**** nömrəli, ## ###### 2026-cı il tarixli qərardadından iddiaçılar iddiaçı2 və iddiaçı1 tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadı ilə (hakim A.Behbudova) Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025ci il tarixli qətnaməsindən verilən apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb iş üzrə yekun məhkəmə aktı qəbul edilənədək (qanuni qüvvəsini alanadək) hazırki iş üzrə icraat dayandırılması qərara alınmışdır. İddiaçılar iddiaçı2 və iddiaçı1 qərardaddan şikayət vermişlər. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçılar iddiaçı2 və iddiaçı1 nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət mülki işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçılar iddiaçı2, iddiaçı1 cavabdehlər İmanlı Elvin Əmirxan oğlu,cavabdeh2 və cavabdeh1 İlham oğluna qarşı maddi və mənəvi zərərin tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğlunun təqsirli, cinayət əməli nəticəsində iddiaçı1 “X1” markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilə görə çəkdiyi ümumi xərcin 23.362,79 (iyirmi üç min üç yüz altımış iki manat yetmiş doqquz qəpik) manat hissəsi, 25.000 (iyirmi beş min) manat mənəvi zərər və məhkəməyə ödənilən dövlət rüsumu 235 (iki yüz otuz beş) manat və vəkillə bağlanılan müqavilə üçün 350 manat, ümumilikdə 48.947,79 (qırx səkkiz min doqquz yüz qırx yeddi manat yetmiş doqquz qəpik) manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı1 xeyrinə ödənilməsi barədə, həmçinin İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğlunun təqsirli əməlinə görə 25.000 manat mənəvi zərər dövlət rüsumu 166 manat və vəkillə bağlanılan müqaviləyə 320 manat, cəmi 25486 (iyirmi beş min dörd yüz səksən altı) manat pul vəsaitinin cavabdehlərdən tutularaq iddiaçı2 xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs “xxxx ASC” ərizə ilə məhkəməyə müraciət edərək, bildirmişdir ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin cavabdeh iddiaçı1 qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbinə dair iddia tələbi təmin edilmişdir. Həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti verildiyindən, hazırda mülki iş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Səadət Səlimovanın icraatındadır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçılar iddiaçı2 və iddiaçı1 Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçılar iddiaçı2 və iddiaçı1 cavabdehlər İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğluna qarşı maddi və mənəvi zərər tələbinə dair mülki işin baxılması dayandırılmışdır. Məhkəmə işin dayandırılmasını Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin e-*(***)-**/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsindən iddiaçı1 tərəfindən verilən apellyasiya şikayəti ilə əlaqələndirmişdir. Hesab edir ki, iddiaçı1 ilə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC arasında olan mübahisə ilə onun Sumqayıt Şəhər Məhkəməsində cavabdehlər İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğluna qarşı maddi və mənəvi zərər tələbi ilə heç bir əlaqəsi yoxdur. Buna görə də Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ləğv edilməli və işə mahiyyəti üzrə baxılması davam etdirilməlidir. İddia ərizəsində qeyd olunduğu kimi İmanlı Elvin Əmirxan oğlunun təşkilatçılığı ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında icraçılar cavabdeh2 ilə cavabdeh1 İlham oğlu 2016-cı il tarixdə gecə saatlarında iki dəfə ailəsiylə birlikdə yaşadığı evə hücum edilərək evin və həyətdə olan “X1” markalı, ** CX *** dövlət nömrə nişanlı avtomobilin yandırılması hadisəsi baş vermişdir. Bu dəhşətli hadisədən sonra ürək xəstəliyi yaranmış və ağır psixoloji travmalar yaşamışlar. Hazırda ciddi həkim nəzarətində müalicə olunur. Eləcə də həyat yoldaşı həmin hadisənin qorxusundan dünyasını dəyişmişdir. Buna görə də təqsirli şəxslər İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğlundan 25.000 manat mənəvi zərər, dövlət rüsumu 166 manat və vəkillə bağlanılan müqaviləyə 320 manat, cəmi 25486 (iyirmi beş min dörd yüz səksən altı) manat pul vəsaitinin tutularaq onun xeyrinə ödənilməsini məhkəmədən xahiş etmişdir. Lakin, məhkəmə əsassız olaraq işin baxılmasını dayandırmışdır. Məhkəmə formal olaraq işlərin bir-biri ilə əlaqəli olmasını qeyd etməklə kifayətlənərək Bakı Aapellyasiya Məhkəməsində baxılan mülki işin mahiyyətinə belə varmamış və Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan mülki iş ilə həmin işin bilavasitə əlaqəsinin olmadığını əsaslandırmamışdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.4cü maddəsinə əsasən Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa, məhkəmə iş üzrə icraatı dayandırır. Yəni Mülki Prosessual Məcəllənin 254.1.4-cü maddəsi yalnız o halda tətbiq edilə bilər ki, digər işin nəticəsi bu işin həllinə birbaşa hüquqi təsir göstərsin. Hesab edir ki, məhkəmə işi tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Bu səbəbdən də həmin qərardad ləğv edilməlidir. Məhkəmə qərardadı maddi hüquq normalarının pozulması ilə qəbul edilmişdir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində, apellyasiya üçün müəyyən olunmuş qaydada baxır. Həmin Məcəllənin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən aslı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İş materiallarını araşdıraraq, şikayətin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları ləğv edilməlidir. İşdən görünür ki, iddiaçılar iddiaçı2, iddiaçı1 cavabdehlər İmanlı Elvin Əmirxan oğlu, cavabdeh2 və cavabdeh1 İlham oğluna qarşı maddi və mənəvi zərər tələbi ilə məhkəməyə müraciət etmiş, məhkəmənin dayandırılmaya əsas gətirdiyi iş isə Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin cavabdeh iddiaçı1 qarşı ödənilmiş sığorta məbləğinin geri alınması barədədir. Qeyd etmək lazımdır ki, iddiaçıların hazırki maddi hüquq tələbi müstəqil tələb kimi çıxış edir və iddiaçıların bu tələbinə baxılması Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC-nin cavabdeh iddiaçı1 qarşı ödənilmiş sığorta məbləğinin geri alınması tələbi ilə əlaqəli deyil. Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət, inzibati xəta və ya inzibati mübahisə üzrə məhkəmə icraatı qaydasında baxılan başqa bir iş həll edilməyincə işə baxmaq mümkün olmazsa hakim iş üzrə icraatı dayandırılmalıdır (Mülki Prosessual Məcəllənin 254.1.4. maddəsi). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2004cü il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsinin “Konstitusiya Məhkəməsinin icraatı qaydasında, mülki, cinayət və ya inzibati qaydada baxılan başqa bir iş həll edilməyincə, işə baxmaq mümkün olmazsa” müddəası məhkəmə tərəfindən müvafiq növ icraat üzrə çıxarılmış qərarın, qətnamənin, hökmün, qərardadın qanuni qüvvəyə minməsini ehtiva edir. Göründüyü kimi Mülki-Prosessual Məcəlləsinin 254.1.4. maddəsində nəzərdə tutulmuş hallarda iş üzrə icraatın dayandırılması üçün işlərin istənilən qarşılıqlı bağlılığı deyil, yalnız elə bir asılılığı nəzərdə tutulur ki, mübahisəli hüquq münasibətinin hüdudlarından kənara çıxan məsələ nizamlananadək həmin işə baxılması, ümumiyyətlə, mümkün olmasın. Lakin birinci instansiya məhkəməsi mülki işin icraatını dayandırarkən qanunvericiliyin yuxarıda qeyd olunan hallarına əhəmiyyət verməmiş, nəticədə düzgün olmayan qərardad qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2. maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları ləğv edilməli, mülki işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə qaytarılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10-8.1, 263, 264, 398.0.2., 399, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçılar iddiaçı2 və iddiaçı1 şikayəti təmin edilsin. Sumqayıt Şəhər Məhkəməsinin ## ###### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026cı il tarixli qərardadları ləğv edilsin və işə mahiyyəti üzrə baxılması üçün mülki iş Sumqayıt Şəhər Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar