Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-533/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlu sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, İddiaçı ASC İddiaçın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh3 İsgəndər oğlu cəlb edilməklə cavabdehlər Tarverdiyev İsgəndər Hüseyn oğluna və cavabdeh1 İsgəndər qızına qarşı ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-***/**** nömrəli, ## #### 2026-cı il tarixli qərardadından iddiaçı ASC İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə (hakim Ş.Həxiyeva) iddiaçı ASC İddiaçın müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh3 İsgəndər oğlu cəlb edilməklə cavabdehlər Tarverdiyev İsgəndər Hüseyn oğluna və cavabdeh1 İsgəndər qızına qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbi”nə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddia tələbinin həcminin artırılması barədə ##.##.2026-cı il tarixli ərizəsinin icraata qəbul edilməsindən imtina edilməsi qərara alınmışdır. İddiaçı ASC İddiaçı qərardaddan şikayət vermişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin *(***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı ASC “xxxx” Bank tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayət işlə birlikdə baxılması üçün 7 gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. İŞİN HALLARI İddiaçı “xxxx” Bank müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cavabdeh3 İsgəndər oğlu cəlb edilməklə cavabdehlər Tarverdiyev İsgəndər Hüseyn oğluna və cavabdeh1 İsgəndər qızına qarşı “ipoteka predmetinə tutmanın yönəldilməsi və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ##.##.2022-ci il tarixli, 002209972151019/İP/1/SİM/1 və 002209972151019/İP/2/SİM/1 saylı ipoteka müqavilələri üzrə ipoteka predmetləri qismində çıxış edən cavabdeh Tarverdiyev İskəndər Hüseyn oğluna məxsus olan məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, ** nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 70,94 kv.m olmaqla, 47,31 kv.m-i yaşayış sahəsindən ibarət olan 3 otaqlı ** nömrəli mənzilə və digər cavabdeh cavabdeh1 İsgəndər qızına məxsus olan Sumqayıt şəhəri, 11-ci mikrorayon, * nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41,10 kv.m olan qeyri-yaşayış sahəsinə tutma yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borc alan cavabdeh3 İsgəndər oğlunun ## #### 2022-ci il tarixli DKM/***N**A******** saylı kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısındakı 43374,77 manatı vaxtı keçmiş əsas borcu, vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 2035,21 manat məbləğində adi faizlər üzrə borc və ##.##.2024- cü il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanmış 178,76 manat məbləğində penya olmaqla, cəmi 45588,74 manat məbləğində pul vəsaiti və ##.##.2024- cü il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15% dərəcəsi ilə hesablanan adi faizlər və illik 15% dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 186 manat məbləğində çəkilmiş xərc ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 226,76 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiymət) tərəflərin qarşılıqlı razılıqla seçərək ipoteka müqavilələrində təsbit etdiklərimüstəqil qiymətləndiricilərdən (“xxxx” MMC, “xxxx” MMC, “xxxx” MMC) birinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ İddiaçı ASC İddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli qərardadından şikayət verərək, iddiaçı ASC İddiaçı tərəfindən e-*(***)-***/**** nömrəli mülki iş üzrə verilmiş ##.##.2026-cı il tarixli “iddia tələbinin həcminin artırılması haqqında” ərizənin icraata qəbul olunması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin yuxarıda qeyd edilən qərardadı qanunsuz və əsassız olduğundan ləğv edilməli, iddiaçının ##.##.2025-ci il tarixli “tələbinin həcminin artırılması haqqında” ərizəsi icraata götürülərək baxılmalıdır. İddiaçı ##.##.2026-cı il tarixli “iddia tələbinin həcminin artırılması haqqında” ərizəsini məhkəməyə təqdim edərkən belə əsaslandırmışdır ki, iddia ərizəsinin məhkəməyə təqdim edilməsindən təxminən 18 (on səkkiz) aya yaxın müddət keçmiş, qeyd edilən müddət ərzində heç bir ödəniş aparılmamış, bu müddət ərzində əsas borc məbləğinə faiz və cərimə borclarının hesablanması davam etdirilmiş və borclunun iddiaçı qarşısında kredit müqaviləsi üzrə borcu artmışdır (sözügedən ərizənin giriş hissəsi). Eyni zamanda ##.##.2025-ci il tarixli məhkəmə iclası zamanı da sözügedən ərizəyə dair verilmiş izahatda yuxarıda qeyd edilmiş əsaslardan başqa əlavə olaraq kredit münasibətlərinin davam edən olmasına dair spesifik xüsusiyyətləri məhkəmənin diqqətinə çatdırılaraq bildirilmişdir ki, ## #### 2022-ci il tarixli DKM/002N04A00958922№-li kredit müqaviləsi üzrə kreditin qaytarılma müddəti hələ də bitməmiş (bitmə tarixi: ##.##.2027-cıil), kredit müqaviləsi üzrə faiz borcunun və cərimənin hesablanması davam etdirilmiş və bu səbəblərdən tələbin həcminin artırılmasına əsaslar məhz işin məhkəmə baxışı mərhələsində əmələ gəlmişdir. Belə ki, əvvəla iddia ərizəsinə dəyşiklikliyin məhkəməyə təqdim edilməsindən (##.##.2023-cü il) sonra 18 aya yaxın müddətin keçdiyini, həmin müddət ərzində mülki iş üzrə uzunmüddətli məhkəmə ekspertizalarının aparıldığını, kredit münasibətlərinin isə bu müddət ərzində davam etdiyini və bunun nəticəsində cavabdehin kredit müqaviləsi üzrə borcunun artdığını nəzərə alaraq bank tərəfindən yalnız ##.##.2026-cıil tarixində iddia ərizəsinə dəyişikliyin təqdim edilməsi mümkün olmuşdur. İkincisi fərz olunsa ki, işin məhkəmə baxışına təyin edilməsindən sonra cavabdeh(lər) tərəfindən kredit üzrə borc məbləğinin qismən qaytarılması ilə bağlı hər hansı məbləğdə ödəniş həyata keçirilmişdir. Bu halda (halbuki, bu hal baş verməyib) məhkəmə təcrübəsi onu göstərir ki, iddiaçının iş üzrə “tələbin həcminin azalması haqqında” ərizə təqdim etməsi məhkəmə tərəfindən əsasların məhkəmə baxışı zamanı yarandığı bildirilərək iddia ərizəsinə dəyişiklik barədə ərizə icraata götürüləcəkdir. Göründüyü kimi, məhkəmə baxışı zamanı iddia tələbin həcminin azalması haqqında ərizələr məhkəmələr tərəfindən birmənalı şəkildə icraata qəbul edildiyi halda, “tələbinin həcminin artırılması haqqında” ərizələr isə əsasların məhkəmə baxışında yaranmasına baxmayaraq hazırki işdə də olduğu kimi icraata qəbul edilməsindən imtina edilir. HÜQUQİ MƏSƏLƏLƏR Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 372.1. maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Tərəflərdən işə məhkəmə iclasında baxılmasını istədikləri barədə əsaslandırılmış vəsatət daxil olmamış, həmçinin məhkəmə tərəfindən işə məhkəmə iclasında baxılmasını zəruri edən Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 397.2-ci maddəsində nəzərdə tutulan hallar aşkar edilməmişdir. İşdən görünür ki, iddiaçı “xxxx” Bank İddiaçıəhmdar Cəmiyyətinin nümayəndəsi nümayəndə2 iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, ##.##.2022-ci il tarixli, 002209972151019/ip/1/SİM/1 və 002209972151019/ip/2/SİM/1 №-li İpoteka müqavilələri üzrə ipoteka predmetləri qismində çıxış edən cavabdeh Tarverdiyev İskəndər Hüseyn oğluna məxsus olan məxsus olan Sumqayıt şəh., MKR – 11, ** nömrəli 5 mərtəbəli binanın 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 70,94 kv.m olmaqla, 47,31 kv.m-i yaşayış sahəsindən ibarət olan, 3 otaqlı ** nömrəli mənzilə və digər cavabdeh cavabdeh1 İsgəndər qızına məxsus olan Sumqayıt şəh., MKR - 11, * nömrəli, 5 mərtəbəli binanın 1-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 41,10 kv.m olan qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi, ipoteka predmetlərinin açıq hərracda satılması və həmin əmlakların satışından əldə olunan vəsait hesabına borc alan cavabdeh3 İsgəndər oğlunun ## #### 2022-ci il tarixli DKM/***N**A******** №-li kredit müqaviləsi üzrə iddiaçı ASC İddiaçı qarşısındakı 43 374,77 (qırx üç min üç yüz yetmiş dörd manat 77 qəpik) manatı vaxtı keçmiş əsas borcu, ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 15% (on beş faiz) dərəcəsi ilə hesablanmış 12 680,10 (on iki min altı yüz səksən manat 10 qəpik) manat məbləğində adi faizlər üzrə borc və vaxtı keçmiş əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanmış 10 823,65 (on min səkkiz yüz iyirmi üç manat 65 qəpik) manat məbləğində penya olmaqla, cəmi 66 878,52 (altmış altı min səkkiz yüz yetmiş səkkiz manat 52 qəpik) manat məbləğində pul vəsaitinin və ##.##.2026-cı il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 15 % (on beş faiz) dərəcəsi ilə hesablanan penya, ipoteka predmetlərinə tutmanın yönəldilməsi barədə bildirişlərin dövlət qeydiyyatına alınmasına görə cəmi 186 (bir yüz səksən altı) manat məbləğində çəkilmiş xərc ipoteka predmetlərinin dəyərindən iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 290,65 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərclərin cavabdehlərdən tutularaq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizənin məhkəmə baxışı təyin edildikdən sonra məhkəməyə ünvanlandığını, iddiaçının məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyi, iddia tələbinin həcmini artırmağı və ya azaltmağı barədə hər hansı əsasların məhkəmə baxışı gedişində əmələ gəlməsini, məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığı əsaslandırmamasını nəzərə alaraq ərizənin təmin edilməməsi qənaətinə gəlmiş, bu nəticədən iddiaçı narazı qalaraq şikayət vermişdir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Bu mənada məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1. maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edilənlərə əsasən hesab edir ki, şikayətin dəlilləri əsassız olmaqla təmin edilməməli, Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 10.8-1., 263, 264, 398.0.1, 400 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDI İddiaçı ASC İddiaçın şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ## #### 2026-cı il tarixli və onunla bağlı ## #### 2026-cı il tarixli qərardadları dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-533/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-533/2026
12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver