Məhkəmə qərarları › İş №e-2(3-8)-535/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-535/2026

24.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-535/2026 24.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdehlərin nümayəndəsi və vəkili HYPERLINK "https://icms.courts.gov.az/cases/case-operations?id=vTrI6lPCuq8=" Vəkil/Nümayəndə iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğluna qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsindən cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İddiaçı ASC ilə X4 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqavilədən görünür ki, borcluya 30 ay müddətinə, illik 24,5 % olmaqla 5870 ABŞ dolları məbləğində kredit verilmişdir. 3.İddiaçı ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən cavabdeh X4 1218,56 ABŞ dolları məbləğində borcu vardır. 4.Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubdan görünür ki, X4 ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. 5.##.##.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2013-cü il tarixdə ölmüş X4 vərəsələri cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğludur. Onların hər biri miras əmlakdan ½ irs almalıdır. Miras əmlak ünvan 1 ünvanında 0,01339 ha istifadədə olan torpaq sahənsində yerləşən, ümumi sahəsi 108,6 kvadrat metr, yaşayış sahəsi 51,6 kvadrat metr, yardımçı sahəsi 57,0 kvadrat metr olan üç otaqlı fərdi yaşayış evidir. 6.Birinci instansiya məhkəməsində icraat 7.İddiaçı İddiaçı ASC cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğluna qarşı kiçik iddialara dair sadələşdirilmiş qaydada ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlundan ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən 1218,56 ABŞ dolları məbləğində əsas borcu olmaqla, cəmi 1218,56 ABŞ dolları məbləğində borc və 41 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 8.İddia tələbi onunla əsaslandırılmışdır ki, X4 ilə İddiaçı ASC arasında bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən X4 5870 ABŞ dolları məbləğində kredit verilmişdir. Hazırda mərhum X4 1218,56 ABŞ dolları məbləğində banka borcu vardır. X4 ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər * saylı notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdehlər borclu X4 vərəsələri olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında onlara keçmişdir. Odur ki, İddiaçı ASC məhkəmədən iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edir. Cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğluna iddia barədə bildiriş göndərilmiş, lakin onun tərəfindən həmin tələblə bağlı nəzərdə tutulmuş müddət ərzində etiraz daxil olmamışdır. 9.Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlundan 1218,56 ABŞ dolları məbləğində əsas borc olmaqla, cəmi 1218,56 ABŞ dolları məbləğində və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun manatla borc və məhkəməyə ərizənin verilməsi üçün ödənilmiş 41 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçı İddiaçı ASC-nə ödənilməsi qət edilmişdir (hakim Elçin Kazımov) 10.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.1, 445.2.1, 1133.1, 1133.2, 1151.1, 1306.1 və 1309-cu maddələrinə, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4, 216- 220, 284-1, 284-5.3, 284-6 və 360-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. 11.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 12.Apellyasiya şikayətinin dəlilləri 13.Cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlu apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edərək, iş üzrə iddia tələbinə iddia müddəti tətbiq etməklə iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 14.Apellyatorlar apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi hüquq normalarını pozmuş, düzgün tətbiq etməmiş və iş üzrə obyektiv araşdırma aparmadan əsassız qətnamə qəbul etmişdir. Belə ki, iş materiallarında olan; İddiaçı ASC ilə X4 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqavilədən görünür ki, borcluya 30 ay müddətinə, illik 24,5 % olmaqla 5870 ABŞ dolları məbləğində kredit verilmişdir. - İddiaçı ASC-nin ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı müqaviləyə əsasən cavabdeh X4 1218,56 ABŞ dolları məbləğində borcu vardır. Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubdan görünür ki, X4 ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. ##.##.2014-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, ##.##.2013-cü il tarixdə ölmüş X4 vərəsələri cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğludur. Onların hər biri miras əmlakdan ½ irs almalıdır. Miras əmlak ünvan 1 ünvanında 0,01339 ha istifadədə olan torpaq sahənsində yerləşən, ümumi sahəsi 108,6 kvadrat metr, yaşayış sahəsi 51,6 kvadrat metr, yardımçı sahəsi 57,0 kvadrat metr olan üç otaqlı fərdi yaşayış evidir. Bildirim ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmişdir. Belə ki, iddiaçı ## ### 2019cu ildə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı 2026-cı ildə məhkəməyə müraciət etməklə, iddia müddətini ötürmüşdür. Birinci instansiya məhkəməsində iştirakımız təmin olunmadığından və məhkəmədən məlumatsız olduqları üçün iddia tələbinə qarşı iddia müddətinin tətbiq olunması barədə ərizə vermək hüququndan məhrum olmuşlar. Ona görə də iddia tələbinə iddia müddətinin tətbiqi barədə ərizəni indi təqdim edirlər. Hesab edirlər ki, qətnamə ləğv olunmalı və iddia tələbinə iddia müddəti tətbiq olunmaqla iddia tələbi rədd olunmalıdır. Mülki qanunverciliyin 6.1.1-ci bəndinə əsasən qanunvercilik tələb edir ki, mülki hüquq subyektləri bərabərdir. Lakin birinci instansiya məhkəməsi bu maddi normanı tətbiq etməməklə, cavabdehin qanunla qorunan hüquqlarını pozmuşdur. Mülki Mcəllənin 373.2-ci maddəsinə görə Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Mülki Mcəllənin 373.3- cü maddəsinə görə Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Mülki Mcəllənin 375.2-ci maddəsinə görə Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Qeyd olunanlara əsasən hesab edirlər ki, Sumqayıt şəhər məhkəməsinin qətnaməsi ləğv olunmalı, iş üzrə iddia tələbinə iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul olunmalıdır. Lakin məhkəmə çəkişmə prinsipinə əməl etməmişdir. Heç bir araşdırma aparmamış, düzgün nəticəyə gəlməmiş, cavabdehlərin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Məhkəmə prossesin çəkişmə prinsipini təmin etməmiş, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandırmışdır. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmamışdır. 15.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 16.Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır. 17.Apellyasiya icraatı iştirakçılarının izahatları 18.Məhkəmə iclasında cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlunun nümayəndəsi və vəkili Vəkil/Nümayəndə apellyasiya şikayətini müdafiə edib orada göstərilənlərə uyğun izahat verərək şikayətin təmin olunmasını xahiş etdi. 19.Məhkəmə iclasında iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinə etiraz edərək şikayətin təmin edilməməsini xahiş etdi. 20.Tətbiq edilən hüquq 21.Azərbaycan Respublikası Mülki Məcəlləsi 22.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 23.Maddə 739. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. 24.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 25.Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 26.Maddə 448.1 və 448.2. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. 27.Maddə 449.4. Özgə vəsaitindən istifadə üçün faizlər, əgər müqavilədə faizlərin hesablanması üçün daha qısa müddət müəyyənləşdirilməyibsə, həmin vəsait məbləğinin kreditora ödənildiyi günə qədər tutulur. 28.Maddə 1133.1 Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 29.Maddə 1133.2 Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 30.Maddə 1151.1 Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 31.Maddə 1159.1.1 Qanun üzrə vərəsəlik zamanı birinci növbədə vərəsələr - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 32.Maddə 1306.1 Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 33.Maddə 1307 Mirasın notarius tərəfindən siyahıya alındığı haldan başqa, vərəsə miras qoyanın borclarının mirasdan çox olduğunu sübut etməlidir. 34.Maddə 1309 Vərəsələr, əgər ölənin borcları onlara məlumdursa, mirasın açılması barədə miras qoyanın kreditorlarına məlumat verməyə borcludurlar. 35.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 36.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 37.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 38.Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 39.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 40.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 41.Maddə 284-5.2. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. 42.Maddə 284-5.3. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. 43.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 44.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 45.Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. 46.Apellyasiya baxışının hədləri 47.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 48.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 49.Apellyasiya şikayətindən görünür ki, cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlu apellyasiya şikayəti verib, Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(*-***)-***/**** nömrəli qətnaməsinin ləğv edərək, iş üzrə iddia tələbinə iddia müddəti tətbiq etməklə iş üzrə iddia tələbinin rədd olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişlər. 50.Ona görə də kollegiya Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsinin tam həcmdə yoxlanılmasını vacib hesab edir. 51.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 52.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 53.Apellyasiya şikayətin dəlillərindən görünür ki, iddiaçı Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsini tam həcmdə mübahisələndirmişdir. 54.Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə razılaşamayaraq hesab edir ki, birinci instansiya məhkəməsi əsas borca dair iddia tələbinin əsaslı olması barədə düzgün nəticəyə gəlmişdir. 55.Belə ki, İddiaçı ASC ilə X4 arasında ## ###### 2013-cü il tarixli, CC*******U/**U saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən X4 illik 24,5 faizlə, 30 ay müddətinə 5870 ABŞ dolları məbləğində nağd kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş ## #### 2025-ci il tarixli məktubdan görünür ki, X4 ## ###### 2013-cü il tarixdə vəfat etmişdir. Sumqayıt şəhər * saylı notariat ofisi tərəfindən verilmiş çıxarışdan görünür ki, X4 mirası qəbul etmiş vərəsələri cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlu notariat ofisinə müraciət etmiş və notariat ofisi tərəfindən ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Təqdim edilmiş maliyyə arayışına əsasən X4 banka ödənilməmiş nağd kredit üzrə 1218,56 ABŞ dolları məbləğində əsas borcu qalmışdır. Cavabdehlər cavabdeh4, Məmmədova İlhamə Məmməd qızı, cavabdeh2 və Məmmədov İlkin Nazim oğlu vərəsə kimi müəyyən olunmasına baxmayaraq İddiaçı ASC qarşısında olan öhdəliyini icra etməmişdir. Mübahisənin məhkəmədən kənar həlli üçün iddiaçı tərəf səy göstərsə də, cavabdeh öz öhdəliyini bu günədək tam şəkildə yerinə yetirməmişdir. 56.Birinci instansiya məhkəməsi öz qərarını belə əsaslandırmışdır ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ‘‘ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1151.1-ci maddəsinə əsasən ‘‘mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1306.1-ci maddəsinə əsasən ‘‘vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar”. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən “icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır”. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən “öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır”. 57.Həmçinin kollegiya apellyatorların apellyasiya şikayətində göstərdikləri “iş üzrə iddia tələbinə iddia müddəti tətbiq olunmaqla iddia tələbinin rədd olunması, məhkəmə tərəfindən çəkişmə prinsipinə əməl etməməsinə, araşdırma aparmamasına, cavabdehlərin məhkəmə iclaslarında iştirakını təmin etməməsinə” dair dəlilinə münasibətdə bildirir ki, birinci instansiya məhkəməsi hazırki işə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxmış, iş materialının 21-ci səhifəsindən görünür ki, cavabdehlərə bildiriş göndərərək, sadələşdirilmiş icraat qaydasında baxılacağı barədə məlumat vermiş, 10 iş günü müddətində etirazlarını məhkəməyə təqdim etmələri barədə xəbərdarlıq etmişdir. 24-cü səhifədən məlum olur ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi 81-ci məhəllə, ev 298-də qeydyyatda olan cavabdehlərə göndərilən bildiriş cavabdehlərdən biri olan X3 “bibisi Samirə” tərəfindən ##.##.2026-cı il tarixdə qəbul edilmişdir. Lakin cavabdehlər hər hansı etiraz, əlavə, iddia tələbinə iddia müddətinin tətbiq olunmasına dair ərizə və digər sənədləri məhkəməyə təqdim etməmişlər. 58.Beləliklə kollegiya hesab edir ki, cavabdehlər apellyasiya şikayətinin dəlillərini sübuta yetirə bilməmişdir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehlərin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal mülahizələr kimi qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas ola bilməz. 59.Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, hər hansı bir məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. 60.Avropa İnsan Hüquqları Məhkəməsinin bir çox qərarlarında da (“Delcourt Belçikaya qarşı” iş üzrə ##.##.1970-ci il tarixli, “Piersack Belçikaya qarşı” iş üzrə ##.##.1982-ci il tarixli, “X2rşı” iş üzrə ##.##.1984-cü il tarixli qərarları) ifadə olunmuş mövqeyinə görə “ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. 61.Şərh olunanları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, habelə tərəflərin münasibətləri ilə bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 62.Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya şikayətinin dəlilləri həcmində yoxladığından, belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, hazırkı iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)- ***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 63.Məhkəmə kollegiyası həmçinin hesab edir ki, hazırkı iş üzrə mübahisələndirilən hissə 5000 manatdan az olduğundan, qanunvericiliyin yuxarıda qeyd olunan tələbi baxımından bu iş üzrə məhkəmə aktından kassasiya şikayəti verilə bilməz. 64.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-***/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar