Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-540/2026 04.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı mülki iş üzrə (Açar sözlər: kredit müqaviləsi üzrə borcun qaytarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X3 və X1 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı LPO İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 qarşı "kredit müqaviləsi üzrə borcun qaytarılması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. Ləğv prosesində olan «xxxx” ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1.203,30 (bir min iki yüz üç manat, 30 qəpik) manat əsas, 19,63 (on doqquz manat, 63 qəpik) manat faiz, 8.12 (səkkiz manat, 12 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 174,59 (yüz yetmiş dörd, 59 qəpik) manat faiz borcu və iş üzrə ödənilmiş 34,06 (otuz dörd manat, 06 qəpik) AZN dövlət rüsumunun cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 müştərək qaydada tutularaq, ləğv prosesində olan İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Qusar filialı ilə cavabdehcavabdeh3 arasında bağlanmış *** nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdehə Şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişə əsasən Kreditin qalıq məbləği restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 3.651,44 (üç min altı yüz əlli bir manat, 44 qəpik) manat hesablanmışdır. Kreditin müddəti ##.##.2019-cu il tarixədək uzadılmışıdr. Kredit üzrə Borcalan tərəfindən bu Əlavə Saziş imzalandığı tarixdən etibarən illik 20% ödənilməli idi. Daha sonra LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında LM********* nömrəli, ##.##.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə tərəflər arasında bağlanmış *** nömrəli, ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən borclunun Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan elektron portalda müəyyənləşdirilən 1.370,77 AZNməbləği restrukturizasiya olunmuş və Borclu bu müqavilə ilə müəyyən olunan şərtlərlə qalıq borcu qaytarmağı öhdəsinə götürmüşdür. Restrukturizasiya müqaviləsi 24 ay müddətinə, aylıq 57,71 AZN ödəmək şərtilə bağlanılmışdır. Borcun ödənilməli olduğu son tarix ##.##.2022ci il müəyyən edilmişdir. Restrukturizasiya müqaviləsi bağlanarkən cavabdeh2, cavabdeh4 və cavabdeh1 ilə Bank arasında LM********* nömrəli, ##.##.2020-ci il tarixli Zaminlik müqaviləsi bağlanmışdır.
3. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.
4. ##.##.2014-cü il tarixli kredit müqaviləsinə əsasən cavabdeh cavabdeh3 Şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə illik 23% dərəcəsi ilə 10.000 (on min) manat məbləğində kredit verilmişdir.
5. Kredit müqaviləsi üzrə bağlanmış ##.##.2017-ci il tarixli, ** saylı Əlavə Sazişə əsasən Kreditin qalıq məbləği restrukturizasiya edilmişdir. Restrukturizasiya edilmiş kreditin qalıq məbləği 3.651,44 (üç min altı yüz əlli bir manat, 44 qəpik) manat hesablanmışdır. Kreditin müddəti ##.##.2019-cu il tarixədək uzadılmışdır.
6. LPO İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh cavabdeh3 arasında LM********* nömrəli, ##.##.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi bağlanmışdır.
7. LM********* nömrəli, ##.##.2020-ci il tarixli zaminlik müqaviləsinə əsasən cavabdeh2, cavabdeh4 və cavabdeh1 ilə Bank arasında Zaminlik müqaviləsi bağlanmışdır.
8. Müqavilənin 2.1-ci maddəsinə əsasən zaminliklə təmin edilmiş öhdəliyin həcmi borclunun restrukturizasiya müqaviləsi üzrə Ləğv prosesində olan bank qarşısında yaranmış öhdəliyi həcmindədir. 2.2. Zamin borclunun bu müqavilə ilə təmin edilməmiş gələcəkdə yaranacaq öhdəliyinə görə məsuliyyət daşımır.
9. ##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, 1.203,30 (bir min iki yüz üç manat, 30 qəpik) manat əsas, 19,63 (on doqquz manat, 63 qəpik) manat faiz, 8.12 (səkkiz manat, 12 qəpik) manat cərimə, kredit müqaviləsi bitəndən sonra AR Konstitusiya Məhkəməsinin ##.##.2014-cü il tarixli Plenum qərarına əsasən hesablanmış 174,59 (yüz yetmiş dörd, 59 qəpik) manat faiz borcu yaranmışdır.
10. ##.##.2025-ci il tarixli bildirişə görünür ki, cavabdehlər banka olan borcu ödənilmədiyi təqdirdə barəsində müvafiq tədbirlər görüləcəyi barədə xəbərdar edilmişdir.
11. ##.##.2025-ci il tarixli mədaxil qəbzinə əsasən iddiaçı tərəfindən iddia ərizəsinə görə 34.06 manat dövlət rüsumu ödənilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
12. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Günel Kamilli) iddianın qismən təmin edilməsi, cavabdeh cavabdeh3 1.203,30 (bir min iki yüz üç manat, 30 qəpik) manat əsas, 19,63 (on doqquz manat, 63 qəpik) manat faiz, 8.12 (səkkiz manat, 12 qəpik) manat cərimə və dövlət rüsumu üçün ödənilmiş 34.06 manatın tutularaq iddiaçı Ləğv prosesində olan «xxxx” ASC-nin xeyrinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1, 739.2, 743, 427.3, 448.1, 448.2, 477.0.4, 420.2, 445.7, 21.3, 428.4 və 425.1-ci maddələri, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasi Mülki Məcəlləsinin 470.1, 470.2 və 471-ci maddələrinin şərh edilməsinə dair” ## ######## 2012-ci il tarixli Qərarı, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” ## ###### 2014-cü il Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2, 119.1, 217.4, 216-220 və 360cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
14. Cavabdeh cavabdeh3 apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyator şikayətini onunla əsaslandırmışdır ki, o, qətnamə ilə razı deyil. Hesab edir ki, qətnamə qəbul edilən zaman maddi və prosessual hüquq normaları pozulmuş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyətli olan bütün faktiki hallar aydınlaşdırılmamış, iş üçün əhəmiyyətli olan hallar sübut edilməmişdir. Belə ki, İddiaçı ASC- 15. nin Qusar filialı ilə onun arasında bağlanmış ##.##.2014-cü il tarixli, *** nömrəli kredit müqaviləsinə əsasən, ona şəxsi istehlak məqsədləri üçün 36 ay müddətinə, illik 23% faiz dərəcəsi ilə 10.000 manat məbləğində kredit verilmişdir. Daha sonra ##.##.2017-ci il tarixli ** saylı Əlavə Sazişlə kredit üzrə qalıq borc 3.651,44 manat olaraq müəyyən edilmiş və müqavilənin müddəti ##.##.2019-cu il tarixədək uzadılmışdır. Bundan sonra, ##.##.2020-ci il tarixdə ləğv prosesində olan İddiaçı ASC ilə onun arasında LM********* nömrəli Restrukturizasiya Müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən 1.370,77 manat məbləğində borc restrukturizasiya edilmişdir. Lakin iddiaçı tərəfindən məhkəməyə müraciət edilərkən iddia müddəti məsələsi nəzərə alınmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.1-ci maddəsinə əsasən, öhdəliklərin icrası üçün müəyyən edilmiş müddət bitdikdən sonra kreditor öz tələblərini qanunvericiliklə müəyyən edilmiş iddia müddəti ərzində irəlisürə bilər. Həmin Məcəllənin 373.2-cimaddəsinə görə, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Kredit müqaviləsinin ilkin bağlanma tarixi ##.##.2014-cü ildir və sonradan uzadılmasına baxmayaraq, iddiaçı uzun müddət ərzində məhkəməyə müraciət etməmişdir. İddia müddətinin axımı restrukturizasiya müqavilələri ilə dayandırılmadığı və ya yenidən başlamadığı halda, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən vaxt artıq qanunla müəyyən edilmiş üç illik iddia müddəti keçmişdir. Mülki Prosessual Məcəlləyə əsasən, cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə vəsatət verildikdə məhkəmə həmin halı nəzərə almalı və iddia müddəti ötürülmüş tələbləri təmin etməməlidir. Lakin birinci instansiya məhkəməsi bu mühüm hüquqi faktı lazımi qaydada araşdırmamış və iddia müddətinin tətbiqi məsələsinə düzgün hüquqi qiymət verməmişdir. Bundan əlavə, hesablanmış faizlərin məbləği də əsassız və şişirdilmişdir. İddiaçı tərəfindən faizlərin hansı dövr üçün və hansı qaydada hesablandığı məhkəmə araşdırması zamanı tam və aydın şəkildə əsaslandırılmamış, müvafiq hesablamalar yoxlanılmamışdır. Bu isə sübutların tam və obyektiv qiymətləndirilməsi prinsipinin pozulması deməkdir. Quba Rayon Məhkəməsində işə baxılarkən və qərar qəbul edilərkən işin faktiki halları araşdırılmadan qətnamə qəbul edilmişdir. Ona görə də hesab edir ki, Quba Rayon Məhkəməsinin22.01.2026cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilməlidir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
16. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
17. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
18. İş üzrə cavabdehlər cavabdeh3, cavabdeh2, cavabdeh4 və cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzrsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır.
Apellyasiya baxışının hədləri
19. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh cavabdeh3 verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında mübahisələndirilən hissədə yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
20. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.
21. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
23. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
24. Məhkəmə kollegiyası tərəfindən işin araşdırılan hallarından müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmış, tərəflər üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər, iddiaçı öhdəliyini yerinə yetirsə də, cavabdeh üzərinə düşən öhdəliyini lazımınca yerinə yetirməmiş və iddiaçı qarşısında icra olunmamış pul öhdəliyi yaranmışdır. Nəticədə iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
25. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçı ilə bağladığı kredit müqaviləsindən irəli gələn öhdəliklərini vaxtında və lazımi qaydada icra etmədiyindən, iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərin icrasını tələb etməkdə haqlı olmuşdur.
26. Birinci instansiya məhkəməsi tərəfindən iddia qismən təmin edilmişdir /bax bənd 12/.
27. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, cavabdehin iddaçı bank qarşısında hazırda əsas borcu 1.203,30 (bir min iki yüz üç manat, 30 qəpik) manat əsas, 19,63 (on doqquz manat, 63 qəpik) manat faiz, 8.12 (səkkiz manat, 12 qəpik) manat cərimə borcu vardır. Məhkəmə hesab etmişdir ki, iddia tələbi əsas və faiz borcunun cavabdeh cavabdeh3 tutulması hissəsində təmin edilməlidir.
28. Məhkəmə qətnaməsi ilə razılaşmayan cavabdeh cavabdeh3 apellyasiya şikayəti vermişdir.
29. Apellyasiya şikayətindən görünür ki, apellyator tələb üzrə iddia müddətinin ötürüldüyünü, eləcə də faiz borcu hissədə məhkəmə qətnaməsini mübahisələndirmişdir.
30. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə aparan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğundur, apellyasiya şikayətinin dəlilləri formal mülahizədir, həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsaslı hesab edilə bilməz.
31. Belə ki, göründüyü kimi şikayətin dəlillərindən biri faiz borcunun əsassız və şişirdilmiş məbləğ olması ilə bağlıdır.
32. İddia tələbindən görünür ki, iddiaçı 19,63 manat faiz borcu tələb etmiş, məhkəmə qətnaməsi ilə iddia həmin hissədə təmin edilmişdir.
33. Tərəflər arasında bağlanılmış müqavilə şərtlərindən görünür ki, restrukturizasiya edilmiş kreditin qalıq məbləği illik faiz dərəcəsi 1% olmaqla qaytarılmalıdır.
34. İstər müqavilə şərtindən, istərsə də tələb olunan məbləğin miqdarından görünür ki, iddiaçının faiz borcunun əsassız və şişirdilmiş olması barədə dəlili əsassızdır.
35. Apellyatorun digər dəlili iddia müddətinin tətbiqi ilə bağlıdır.
36. İş materiallarıdan görünür ki, apellyator istər bir instansiya məhkəməsindəki araşdırmaı zamanı, istərsə də apellyasiya icraatı qaydasında iddia tələbi üzrə iddia müddətinin ötürüldüyünü mübahisələndirmişdir.
37. Məhkəmə kollegiyası şikayətin bu dəlili ilə də razılaşmır.
38. Belə ki, göründüyü kimi araşdırılan iddia tələbinin əsasında tərəflər arasında bağlanılmış ##.##.2020-ci il tarixli Restrukturizasiya müqaviləsi çıxış edir. Həmin müqavilə şərtlərinə görə Restrukturizasiya edilmiş kreditin qalıq məbləğini borclu 24 ay müddətinə, son tarix ##.##.2022-ci ilədək qaytarmağı öhdəsinə götürmüşdür.
39. Beləliklə, müqavilə müddəti ##.##.2022-ci ildə bitmişdir.
40. İddiaçı Bank, araşdırılan iddia tələbi ilə ##.##.2025-ci ildə məhkəməyə müraciət etmişdir.
41. Kredit münasibətlərindən yaranan mübahisələrə dair iddia müddətinin tətbiqi ilə bağlı məsələyə gəldikdə isə Konstitusiya Məhkəməsi Plenumunun 2013-cü il # #### tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, MM-in 372.1 və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Bu mənada, hüquqları pozulmuş şəxsin öz hüquqlarının bərpasını tələb etmək hüququnun vaxtında həyata keçirilməsinə zəmin yaradan iddia müddətinin axımının başlanğıcının müəyyən edilməsi xüsusi əhəmiyyət kəsb edir.
42. Kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir.
43. Tərəflər arasında kredit müqavilə münasibətləri olduğundan iddia müddətinin axımı icra müddətinin bitdiyi - ##.##.2022-ci il tarixdən başlanmışdır.
44. Qeyd olunduğu kimi kredit münasibətləri üzrə 3 illik iddia müddəti tətbiq olunmaqla iddia müddətinin başa çatma anı ##.##.2025-ci il tarixlə məhdudlaşır.
45. Şərh olunanlardan göründüyü kimi iddiaçı tərəfindən ##.##.2025-ci ildə məhkəməyə müraciət olunmuş, yəni iddia müddəti buraxılmamışdır. Bu göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddia müddətinin tətbiq edilməsi üçün qanuni əsas yoxdur, şikayətin bu barədə dəlili əsassızdır.
46. Şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Məhkəmə müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.
47. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392- 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Quba Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.