Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-552/2026 18.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı mənzilə istifadə hüququnun tanınması tələbinə dair mülki iş üzrə (ərazi aidiyyəti) Hakimlər X3 (sədrlik edən və məruzəçi), X1 və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X2 iştirakı ilə, Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadından iddiaçı İddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında bаxаrаq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçının ünvan 1 ünvanına istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə (hakim G.Səfərli) iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçının ünvan 1 ünvanına istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə *(*-***)-***/**** saylı mülki işin baxılması üçün aidiyyəti üzrə Sumqayıt Şəhər Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
3. Həmin qərardaddan narazı qalan iddiaçı İddiaçı şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsini məhkəmədən xahiş etmişdir.
4. Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir.
5. Məhkəmə hesab edib ki, hal-hazırda cavabdehlərin iddiaçıya qarşı mənzildən çıxarılma tələbinə dair mülki işi Sumqayıt Şəhər Məhkəməsinin icraatındadır. Həmin işlər birbirilə əlaqəli işlərdir, belə ki, mənzildən çıxarılma üçün əsaslar mənzildən istifadə hüququnun tanınması ilə bağlı iddianın təkzib edilməsi üçün əsas ola bilər. Işin araşdırılmasının əsasını eyni mənzil, eyni tərəflər, eyni izahatlar, eyni araşdırılma obyekti, eyni sübutlar təşkil edir. Odur ki, bu işlərə bir icraatda baxılması daha ağlabatan və qanuni olar. Həmçinin məhkəmə onu da qeyd edib ki, mənzildən çıxarılma tələbi ilə bağlı iddia necə ki, Sumqayıt Şəhər Məhkəməsinə verilib, hansı ki, daşınmaz əmlakın yerləşdiyi yer üzrə, o cümlədən istifadə hüququnun tanınması iddiası da Sumqayıt Şəhər Məhkəməsində verilməli idi, çünki bu tələb də daşınmaz əmlaka hüquqla sıx bağlı olan, daşınmaz əmlakla bağlı bir tələbdir, belə olan halda da müstəsna aidiyyət məsələsi nəzərə alınmalıdır. Həmçinin qeyd edilməlidir ki, həm daşınmaz əmlak Sumqayıt şəhərində yerləşir, həm cavabdehin və qanuni nümayəndəsinin də qeyd etdiyi kimi iddiaçı mübahisəli mənzildə yaşayır, həmçinin məhkəmə işə baxdığı zaman iddiaçının yaşadığı yerlə bağlı hansısa sübutun əldə edilməsi, yerində müayinənin həyata keçirilməsi ilə bağlı qərar qəbul etsə, bu, işin araşdırılması baxımından əlverişsiz vəziyyət yarada bilər. Işə vaxtında baxılması, sübutların toplanılması və əldə edilməsi baxımından işə daşınmaz əmlakın olduğu yerin məhkəməsində Sumqayıt Şəhər Məhkəməsində baxılması məqsədəmüvafiqdir.
6. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 39.1, 44.2, 43-cü maddələrinə əsasən əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat a) Şikayətin dəlilləri
7. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin işin aidiyyəti üzrə göndərilməsi barədə gəldiyi nəticə qanunsuz və əsassızdır. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 3-cü maddəsinə görə yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin və “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi nümunəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsiyyət vəsiqəsinin təsviri”nin müddəalarının şərh olunması barədə ## ###### 2003-cü il tarixli qərarında qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin ikinci hissəsinə əsasən yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Hesab edir ki, mənzilə köçürülmə və çıxarılma haqqında iddialar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 39.1-ci maddəsinin təsiri altına düşür. Yaşayış sahəsindən istifadə hüququnun tanınması haqqında iddia tələbi isə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə verilməlidir . Göstərilənlərə əsasən şikayət təmin edilməlidir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 39.1-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququnun tanınması, daşınmaz əşyanın başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan mülkiyyətçinin və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar daşınmaz əşyanın olduğu yerə görə verilir. 40.1-ci maddəsinə əsasən aidiyyət qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1.3-cü maddəsinə əsasən əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 398.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək barədə qərardad qəbul etmək səlahiyyətinə malikdir.
Apellyasiya baxışının hədləri
11. Şikayətdən görünür ki, apellyator Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadının tam ləğv olunmasını xahiş etmişdir.
12. Ona görə də kollegiya birinci instansiya məhkəməsinin qərardadının tam həcmdə yoxlanılmasını vacib hesab edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv, qərəzsiz araşdırıb və toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməli və iş üzrə birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. Apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir.
15. Qeyd olunmalıdır ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur və bu hüquq da qanunvericilikdə təsbit olunmuşdur. Lakin o da nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər də müəyyən olunmuşdur.
16. Məhz bu kontekstdən yanaşaraq qeyd etmək lazımdır ki, Mülki Prosessual Məcəllədə ərazi aidiyyəti qaydaları dəqiq müəyyən edilərək, formal əsaslara söykənməklə iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Bu institutun tətbiq edilməsi mülki işlərin eyni dairədən olan məhkəmələr arasında bölüşdürülməsi qaydasını müəyyən etməklə yanaşı, həm də ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunur. Ərazi aidiyyətinə dəqiq riayət edilməsi mübahisənin müvafiq məhkəmə icraatı qaydasında hərtərəfli araşdırılmasına zəmanət yaradır.
17. Baxılan işdən müəyyən edilir ki, iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı “iddiaçının ünvan 1 ünvanına istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
18. Kollegiya işə baxan məhkəmənin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı iddia tələbi mahiyyət və predmet etibarı ilə MPM-in müstəsna aidiyyət qaydalarını tənzimləyən prosessual normaların təsiri dairəsinə düşür.
19. Belə ki, Mülki Prosessual Məcəllədə mübahisənin predmeti, iş üzrə iddiaçının hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət imkanının asanlaşdırılması və s. amillər nəzərə alınmaqla ümumi qaydadan fərqli ərazi aidiyyəti nəzərdə tutulmuşdur. Qanunvericilikdə göstərilən bəzi hallarda iddiaçıya prosessual qənaət prinsipinə uyğun olaraq iddia irəli sürməkdə seçim hüququ verilmişdir. Həmçinin tərəflərin öz iradəsinə uyğun olaraq müqavilə ilə müəyyən etdikləri aidiyyət üzrə iddia irəli sürmək imkanı tanınmışdır (Mülki Prosessual Məcəllənin 36 və 40-cı maddələri).
20. Bununla yanaşı Mülki Prosessual Məcəllədə bir sıra hallar üçün ərazi aidiyyəti dəqiq müəyyən edilərək iddiaçının başqa məhkəmədə iddia qaldırmaq imkanı istisna olunmuşdur. Belə ki, həmin Məcəllədə daşınmaz əşyalarla bağlı müəyyən mübahisələrə dair qanunla müəyyən edilmiş ümumi ərazi aidiyyətindən fərqli aidiyyət növü (müstəsna aidiyyət) nəzərdə tutulmuşdur.
21. Müstəsna aidiyyətin mahiyyəti ondan ibarətdir ki, iddiaçının konkret işə baxılması üçün bu və ya digər məhkəməni öz iradəsinə uyğun olaraq seçmək imkanı istisna olunur və müvafiq işə yalnız Mülki Prosessual Məcəllənin 39-cu maddəsində göstərilmiş məhkəmədə baxılır. Müstəsna aidiyyət müvafiq işlərin düzgün və vaxtında həlli üçün əhəmiyyətli dərəcədə əlverişli şərait yaradılmasının təmin edilməsinə yönəlmişdir.
22. Qeyd olunmalıdır ki, qanunla xüsusilə daşınmaz əşya ilə bağlı tələblər üzrə müstəsna aidiyyətin müəyyən edilməsi mübahisə predmeti olan əşyanın yerində müayinəsi, həmin əşyaya dair sənədlərin vaxtında toplanması, eləcə də mülki işin ədalətli və qanunauyğun həllinə yönəlmiş digər prosessual hərəkətlərin yerinə yetirilməsini asanlaşdırır və işə obyektiv baxılmasının təmin edilməsinə xidmət edir.
23. Əlavə olaraq, iddia ərizəsinin əsaslandırılmasından göründüyü kimi mübahisə predmeti olan mənzillə bağlı hazırda “istifadə hüquqlarına xitam verilməsinə” dair Sumqayıt Şəhər Məhkəməsinin icraatında mülki iş vardır. Kollegiya hesab edir ki, işin daha obyektiv, hərtərəfli araşdırılması, eləcə də prosessual qənaət prinsipi baxımından hər iki tələbin bir icraatda birləşdirilərək baxılması daha məqsədəmüvafiq olardı.
24. Beləliklə, yuxarıda qeyd olunan prosessual qanunvericiliyin tələblərini nəzərə alaraq kollegiya qeyd edir ki, şikayətin dəlilləri əsassızdır, ona görə də şikayət təmin edilməməli, Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır
25. Prosessual qanunvericiliyin tələbinə görə hazırkı qərardaddan kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır.
26. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 397-398, 400, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qərara aldı:
Iddiaçı İddiaçı tərəfindən verilmiş şikayət təmin edilməsin. Qusar Rayon Məhkəməsinin e-*(*-***)-***/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.