Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-571/2026 04.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, X1 qızının katibliyi, Iddiaçının nümayəndəsi nümayəndə3, Cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Işin halları
1. ##.##.2022-ci il tarixli ** nömrəli “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış əmək müqaviləsindən görünür ki, Cavabdeh “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin Bakı nümayəndəliyinin Satış şöbəsinə Satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir.
2. ##.##.2022-ci il tarixli tam maddi məsuliyyət haqqında müqavilədən görünür ki, “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında ziyanın ödənilməsi ilə əlaqadər mübahisələr (əgər əməldə cinayət tərkibi yoxdursa) qarşılıqlı razılıqla həll edilir. Qarşılıqlı razılıqla həll edilməyən mübahisələr qanunamüvafiq qaydada həll edilir. Müqavilə şərtlərinə əsasən “Işçi” ona “Işəgötürən” tərəfindən əmək münasibətləri prosesində etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürür və aşağıdakı vəzifələrə əməl etməyə borcludur. Ona etibar edilmiş maddi sərvətlərin və görüləcək işlərin tam qeydinə qalmalı, eyni zamanda idarəyə, müəssisəyə və təşkilata heç bir səbəb üzündən ziyan vurmamalı və ziyankarlığa qarşı mübariz olmalı; müəssisənin, idarənin rəhbərliyinə vaxtı-vaxtında öhdəsində olan maddi sərvətlərin təhlükəsizliyi barədə məlumat verməli və lazım gəldikdə qorxulu vəziyyətin səbəblərini aydınlaşdırmalı; ona etibar edilmiş maddi sərvətlərin, pul vəsaitlərinin və başqa görüləcək işlərin dəqiq uçotunu aparmalı, müəyyən edilmiş qaydada hesabat tərtib edib tələb olunan yerlərə təqdim etməli; ona etibar edilmiş maddi sərvətlərin inventarizasiyasında iştirak etməlidir. Bu müqavilə üzrə “Işçi”nin “Işəgötürən”ə vurduğu ziyanın məbləği faktiki işlər üzrə müəyyən edilir. Ziyan vurulduqdan sonra “Işçinin əmək münasibətlərinə xitam verilməsi onu maddi məsuliyyətdən azad etmir. Bu müqavilə üzrə “Işçi” vurduğu ziyana görə cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq, müəyyən edilmiş maddi ziyanın məbləğini ödəməyə bocludur.
3. ## #### 2023-cü il tarixli satış üçün təqdim olunan malların geri qaytarılması aktından görünür ki, “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin satış təmsilçisi Cavabdeh tərəfindən (digər tərəf: Çinarlı market, Orxan Ağayev VÖEN **********) malların satışı zəif olduğundan geri qaytarma edilmişdir: 2667,58 manat dəyərində mal geri qaytarılmışdır və satış təmsilçisi Cavabdeh imzası ilə təsdiq olunmuşdur.
4. ##.##.2023-cü il tarixli, ***** saylı qaytarma fakturasına əsasən dəyəri 2667,58 manat olan məhsullar qaytarılmışdır.
5. ##.##.2023-cü il tarixli ##.##.2022-ci il tarixli ** nömrəli “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti və Cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir.
6. “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehə ünvanlanan xəbərdarlıq məktubunun surətindən görünür ki, cavabdeh borcun qaytarılmasına dair xəbərdar edilmişdir.
7. Gəncə Kommersiya Məhkəməsinin e-*-*(***)-***/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh Ağayev Orxan Səyavuş oğlu arasında bağlanmış ##.##.2022-ci il tarixli, S***/** nömrəli təchizat müqaviləsinə əsasən 386,16 manat əsas borc, 19,30 manat cərimə borcu olmaqla, cəmi 405,46 (dörd yüz beş manat qırx altı qəpik) manat pulun cavabdeh Ağayev Orxan Səyavuş oğlundan tutularaq “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat pulun cavabdeh Ağayev Orxan Səyavuş oğlundan tutularaq iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun qalan 86,10 (səksən altı manat on qəpik) manat hissəsinin iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinin özünə aid edilməsi qət edilmişdir. Iş üzrə cavabdeh Ağayev Orxan Səyavuş oğlu ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə malların alqı-satqısı ilə bağlı müqavilə bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarılandan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. Həmçinin, dəfələrlə audit yoxlaması gəlib və borc olmadığı ortaya çıxıb. ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, ##.##.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, ##.##.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır
Birinci instansiya məhkəməsindəki icraat
8. Iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək cavabdeh Cavabdeh əsassız əldə etdiyi 2667,58 manat dəyərində malların və ödənilmiş 47 manat dövlət rüsumu olmaqla, ümumilikdə 2714,58 manat pulun cavabdeh Cavabdeh tutularaq “X2 Company” MMC-yə ödənilməsi barədə qətnamə qət edilməsini etmişdir.
9. Iddia tələbi onunla əsaslandırılmışdır ki, ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi, həmin tarixdə maddi məsuliyyət müqaviləsi imzalanmış və ##.##.2023-cü il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verildiyi zaman şirkətin debitor borcluları ilə olan çatışmamazlıqların müəyyən hissəsinin cavabdehə aid edilməsi halının aşkar ediləcəyi bilinmirdi. Borcların qaytarılmaması səbəbindən bəzi müştərilər barəsində məhkəməyə müraciətlər edilmişdir. Cavabdeh Ağayev Orxan Siyavuş oğluna qarşı pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, ##.##.2022-ci il tarixli, S***/** saylı təchizat müqaviləsi əsasında 2973,74 manat əsas borcun, 5896,92 manat dəbbə pulu və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla cəmi, 8978,66 manatın Ağayev Orxan Siyavuş oğlundan tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Ağayev Orxan Siyavuş oğlu ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə alqısatqı müqaviləsi bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarıldıqdan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, ##.##.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, ##.##.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır. ##.##.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar Cavabdeh geri qaytarılmış və həmin aktda “supervayzer”, “anbardar”, “baş mühasib” və “direktor” qrafaları heç bir məsul şəxsin imzası ilə təsdiqlənməmiş, yalnız “satış təmsilçisi” qrafasında Cavabdeh imzası ilə malların geri götürülməsi təsdiqlənmişdir. Göründüyü kimi həmin dövrdə satış təmsilçisi işləmiş Cavabdeh əməli ##.##.2025-ci il tarixli məhkəmə aktı ilə aşkar edilmişdir. Bu səbəbdən onun işdən azad edilməsi zamanı şirkətə borclu olması iddiaçıya məlum olmamışdır. Cavabdehə məhkəmədən kənar qaydada pulun geri qaytarılması tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq onun tərəfindən pul geri qaytarılmamışdır. Baxmayaraq ki, cavabdeh müəssisənin tapşırığı əsasında borclu müştərilərdən pulları (və ya malın özünü) yığaraq şirkətə qaytarmaq öhdəliyi daşıyırdı, bu işin müqabilində də ona əmək haqqı ödənilirdi, məhkəmə aktı ilə müəyyən edildi ki, cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Beləliklə iddiaçı şirkət cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir.
10. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi ilə (hakim Elçin Kazımov) iddianın təmin edilməsi, cavabdeh Cavabdeh 2667,58 manat pul və 47 manat ödənilmiş dövlət rüsumunun əvəzi tutularaq iddiaçı “X2 Company” Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi qət edilmişdir.
11. Birinci instansiya məhkəməsi işin mübahisəsiz halları kimi onu müəyyən etmişdir ki, ##.##.2022-ci il tarixdə cavabdeh Cavabdeh ilə əmək müqaviləsi, həmin tarixdə maddi məsuliyyət müqaviləsi imzalanmış və ##.##.2023-cü il tarixdə əmək müqaviləsinə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda) maddəsinə əsasən xitam verilmişdir. Müqaviləyə xitam verildiyi zaman şirkətin debitor borcluları ilə olan çatışmamazlıqların müəyyən hissəsinin cavabdehə aid edilməsi halının aşkar ediləcəyi bilinmirdi. Borcların qaytarılmaması səbəbindən bəzi müştərilər barəsində məhkəməyə müraciətlər edilmişdir. Cavabdeh Ağayev Orxan Siyavuş oğluna qarşı pul tələbinə dair Gəncə Kommersiya Məhkəməsinə iddia ərizəsi ilə müraciət edilərək, ##.##.2022-ci il tarixli, S***/** saylı təchizat müqaviləsi əsasında 2973,74 manat əsas borcun, 5896,92 manat dəbbə pulu və ödənilmiş 108 manat dövlət rüsumu olmaqla cəmi, 8978,66 manatın Ağayev Orxan Siyavuş oğlundan tutularaq şirkətə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh Ağayev Orxan Siyavuş oğlu ##.##.2025, ##.##.2025 və ##.##.2025-ci il tarixli məhkəmə iclaslarında iddia tələbini qəbul etməyərək bildirmişdir ki, firma ilə alqı-satqı müqaviləsi bağlanıb, lakin malların zəif satışı üçün geri qaytarma olub. Geri qaytarma ilə bağlı sənədlər də var. Mallar qaytarıldıqdan sonra borc qalmamışdır. Malları təhvil alan Cavabdeh firmanın satış meneceri olmuşdur. ##.##.2025-ci il tarixli məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh ifadə verərək bildirmişdir ki, o, ##.##.2022-ci il tarixdə satış təmsilçisi olaraq işə başlamış, ##.##.2023-cü il tarixdə işdən çıxarılmışdır. Məhsullar şirkətə təhvil verilib. Malı geri qaytaranda geri qaytarma aktını onlar təqdim edirlər. Mal geri qaytarılanda heç bir şirkət təmizlik aktı vermir. O, ancaq geri qaytarılmalı olan malları yazıb göndərir. Malın anbara təhvil verilməsinə isə o məsuliyyət daşımır. Malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlanmışdır. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar Cavabdeh geri qaytarılmış və həmin aktda “supervayzer”, “anbardar”, “baş mühasib” və “direktor” qrafaları heç bir məsul şəxsin imzası ilə təsdiqlənməmiş, yalnız “satış təmsilçisi” qrafasında Cavabdeh imzası ilə malların geri götürülməsi təsdiqlənmişdir. Göründüyü kimi həmin dövrdə satış təmsilçisi işləmiş Cavabdeh əməli ##.##.2025-ci il tarixli məhkəmə aktı ilə aşkar edilmişdir. Bu səbəbdən onun işdən azad edilməsi zamanı şirkətə borclu olması iddiaçıya məlum olmamışdır. Cavabdehə məhkəmədən kənar qaydada pulun geri qaytarılması tələb edilməsi barədə pretenziya məktubu göndərilməsinə baxmayaraq onun tərəfindən pul geri qaytarılmamışdır. Baxmayaraq ki, cavabdeh müəssisənin tapşırığı əsasında borclu müştərilərdən pulları (və ya malın özünü) yığaraq şirkətə qaytarmaq öhdəliyi daşıyırdı, bu işin müqabilində də ona əmək haqqı ödənilirdi, məhkəmə aktı ilə müəyyən edildi ki, cavabdeh tərəfindən yeyinti halı baş vermişdir. Beləliklə iddiaçı şirkət cavabdeh tərəfindən zərərə məruz qalmış və bunun nəticəsində də sahibkarlıq fəaliyyətinə ciddi şəkildə zərər dəymişdir.
12. Birinci instansiya məhkəməsi cavabdehin məhkəmə çıxışı zamanı istinad etdiyi dəlillərə münasibətdə hesab etmişdir ki, həmin mülahizələr məhkəmə araşdırılması nəticəsində təkzib olunmaqla, özünü müdafiə xarakteri daşıyır. Belə ki, cavabdeh ancaq geri qaytarılmalı olan malları yazıb göndərdiyini və malın anbara təhvil verilməsində məsuliyyət daşımadığını, malları geri qaytardıqdan sonra cavabdehin borcu sıfırlandığını bildirməsinə baxmayaraq, bu halı təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, mülkiprosessual qanunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Belə olan halda, iddia tələbi dəymiş maddi ziyanın tutulması hissəsində əsaslı olduğundan təmin edilməli, 2667,58 manat məbləğində pul vəsaiti cavabdehdən alınıb iddiaçıya verilməlidir.
13. Həmçinin birinci instansiya məhkəməsi ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab etmişdir ki, iddia bu hissədə də təmin edilməlidir. Belə ki, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi qədər olmalıdır. (“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsi) Ona görə də cavabdeh Cavabdeh iddiaçı tərəfindən ödənilmiş 47 manat dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir.
14. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 386, 560.1, 1091.1, 1091.2, 1092, 1096.2-ci, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191.1-ci, 194-cü, 199-cu, 202.1-ci və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216-220 və 360-cı maddələri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin tam ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
16. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə prosesində iştirak edərkən iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qət edilməsini xahiş etmişdir. Bundan sonra, məhkəmə iclasında şahid qismində dindirilən Ağayev Orxan Səyavuş oğlu bildirdi ki, cavabdeh məhsulları təhvil almamış, fakturaları yazan cavabdeh olmamışdır. Cavabdehin təqsirinin olmadığını bildirmişdir. Lakin, məhkəmə bununla bağlı hec bir hüquqi qiymət verməmişdir. Həmçinin, hakim qərar qəbul edərkən cavabdehin təqdim etdiyi sübutlara hüquqi qiymət verməmiş, hakim tərəfindən yetərincə araşdırma aparılmamışdır. Qətnamə mülki və mülki prossesual qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
17. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil hər biri ayrı-ayrılıqda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnamsinin tamamilə ləğv edilərək iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdilər.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi nümayəndə3 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnamsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
20. Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 21.3. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır.
21. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. (...)
22. Maddə 1091. Əsassız varlanma anlayışı 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2. Əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
23. Maddə 1092. Əsassız varlanma nəticəsində əldə edilənləri qaytarmaq vəzifəsi 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Qaytarma vəzifəsi aşağıdakılara da şamil edilir: 1092.1.1. bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya; 1092.1.2. əldə edən şəxsin əldə etdiklərinə əsasən və ya onlar üçün kompensasiya kimi əldə etdiyinə və ya qəsdən əldə etmədiyinə.
Azərbaycan Respublikasının Əmək Məcəlləsi:
24. Maddə 191. Işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti
1. Əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar.
2. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda.
25. Maddə 192. Maddi məsuliyyətin başlanması və onu sübut etmək şərtləri
1. Tərəflərin maddi məsuliyyəti işəgötürənin və işçinin hərəkət və ya hərəkətsizliyi nəticəsində birinin digərinə ziyan vurduğu aşkar edildiyi andan başlayır.
2. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar.
26. Maddə 194. Vurulan ziyanın ödənilməsinin təmin edilməsi şərtləri
1. Ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur.
2. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
27. Maddə 199. Işçinin tam maddi məsuliyyəti
1. Işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda; b) işçi əmlakı və digər sərvətləri birdəfəlik etibarnamə və ya digər birdəfəlik hüquqmüəyyənedici sənədlər əsasında işəgötürənə, yaxud onun nümayəndəsinə hesabat vermək şərti ilə qəbul etdikdə; c) inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda; ç) əmlakı və ya digər maddi sərvətləri qəsdən korladıqda, məhv etdikdə, habelə digər üsulla işəgötürənə qəsdən ziyan vurduqda; d) alkoqol, toksik (zəhərli), psixotrop maddələrdən və ya narkotik vasitələrdən sərxoş vəziyyətdə ziyan vurulduqda; e) dövlət, kommersiya və (və ya) vergi sirrini yaydıqda; ə) işəgötürənin şəxsiyyətini ləkələyən, şərəf və ləyaqətini alçaldan, habelə həqiqətə uyğun olmayan böhtanlı və təhqirli iftiralar, yalan məlumatlar yaymaqla onun sahibkarlıq fəaliyyətinə ciddi xələl gətirmiş mənəvi ziyan vurulduqda.
2. Ziyanın vurulması aşkar edilən anda 18 yaşı tamam olmamış işçilər yalnız bu maddənin birinci hissəsinin “c”, “ç” və “d” bəndlərində göstərilən hallarda qanunvericiliklə müəyyən edilən qaydada tam maddi məsuliyyət daşıyırlar.
28. Maddə 200. Tam maddi məsuliyyət daşınması barədə yazılı müqavilələrin bağlanması
1. Istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
29. Maddə 205. Işəgötürənə vurulan ziyanın məbləğinin işçidən tutulması qaydası
2. Əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
30. Maddə 14. Iş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...)
31. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..)
32. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
34. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...)
35. Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
36. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının ##.##.2026-cı il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
37. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Iddia tələbini təmin edən birinci instansiya məhkəməsi Cavabdeh əmək funksiyasını lazımi səviyyədə yerinə yetirməməsi və işəgötürənə 2667,58 manat məbləğində zərər vurması ilə əsaslandırmışdır.
39. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan cavabdeh vermiş olduğu apellyasiya şikayətində bu nəticəni mübahisələndirmişdir.
40. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
41. Iddiaçı “X2 Company” MMC ilə cavabdeh Cavabdeh arasında olan ##.##.2022-ci il tarixli əmək müqaviləsinə əsasən cavabdeh “satış təmsilçisi” vəzifəsinə işə qəbul olunması, onunla həmin tarixdə “Tam maddi məsuliyyət haqqında” müqavilə bağlanması işin mübahisəsiz halıdır.
42. Işin digər halı isə ondan ibarətdir ki, məhkəməyə təqdim edilmiş ##.##.2023-cü il tarixli “Satış üçün təqdim olunan malların geri qaytarılması Aktı”ndan görünür ki, ümumilikdə 2667,58 manat dəyərində olan mallar Cavabdeh geri qaytarılmış və həmin aktda “supervayzer”, “anbardar”, “baş mühasib” və “direktor” qrafaları heç bir məsul şəxsin imzası ilə təsdiqlənməmiş, yalnız “satış təmsilçisi” qrafasında Cavabdeh imzası ilə malların geri götürülməsi təsdiqlənmişdir.
43. Cavabdeh tərəf təhvil verilməməsi mübahisələndirilən malların iddiaçıya logistika şöbəsi tərəfindən qaytarıldığına, cavabdehin sadəcə akt tərtib edərək imzaladığına istinad etsə də, məhkəməyə bu halı təsdiq edə biləcək mötəbər sübut növü təqdim edə bilməmişdir. Əksinə, məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh bu sahədə iş təcrübəsinə malik olan şəxsdir və iddiaçı qarşısında maddi məsuliyyət daşıdığını bilmişdir.
44. Baxılan iş üzrə iddia tələbi vurulmuş ziyanın ödənilməsi barədədir. Iddia tələbinin qanuni əsası kimi Əmək Məcəlləsinin 199-cu maddəsinin “a” bəndi, 200-cü maddənin 1-ci bəndi və 205-ci maddənin 2-ci bəndləri nəzərdən keçirilə bilər.
45. Nəzərə alınmalıdır ki, qeyd olunan maddədə işçinin tam maddi məsuliyyət daşıdığı hallar təsbit edilmişdir. Tam maddi məsuliyyət, yəni vurulmuş ziyanın tam həcmdə ödənilməsi vəzifəsi o halda işçinin üzərinə qoyula bilər ki, bu ziyan Əmək Məcəlləsinin 199-cu maddəsində nəzərdə tutulmuş hallarda vurulmuş olsun.
46. Əmək Məcəlləsinin 10-cu maddəsinin “ç” bəndinə əsasən əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindən biri də işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaqdır.
47. Həmin Məcəllənin 194-cü maddəsinin 2-ci bəndinə əsasən ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir.
48. Həmin Məcəllənin 200-cü maddəsinin 1-ci bəndinə əsasən istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər.
49. Həmin Məcəllənin 205-ci maddəsinin 2-ci bəndinə əsasən əgər ziyan işçi tərəfindən tam maddi məsuliyyət daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər.
50. Göründüyü kimi cavabdeh Cavabdeh “X2 Company” MMC-də “satış təmsilçisi” işləyərkən vəzifəsindən irəli gələn öhdəliklərin icrasını lazımi qaydada yerinə yetirməmiş, nəticədə iddiaçı MMC-yə ümumilikdə 2667,58 manat məbləğində zərər vurmuşdur.
51. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, cavabdeh iddiaçıya vurduğu zərərə görə məsuliyyət daşıdığından, iddiaçı həmin zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlı olmuş, birinci instansiya məhkəməsi də iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir.
52. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə işin həqiqi hallarına uyğun olmaqla, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirir, eləcə də, qətnamə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə qəbul edilmişdir.
53. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
54. Kollegiya həmçinin hesab edir ki, birinci instansiya məhkəməsinin iddiaçı tərəfindən çəkilmiş məhkəmə xərclərinin cavabdehdən tutulması barədə gəldiyi nəticə də, mülki prosessual qanunvericiliyin tələbinə uyğun olmuşdur.
55. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
56. Azərbaycan Respublikası MPM-in 402-ci maddəsinə əsasən kollegiya həmçinin qeyd edir ki, qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan, hazırkı qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Şəhər Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.