Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-586/2026 11.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh İbadulla qızına qarşı mülki iş üzrə (Açar sözlər: işin apellyasiya baxışından çıxarılması) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi nümayəndə1, Cavabdeh Dilarə İbadulla qızı Dehqaninin iştirakları ilə, İddiaçı İddiaçı QSC-nin cavabdeh Cavabdeh İbadulla qızına qarşı "kredit borcunun qaytarılması" tələbinə dair mülki iş üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026- cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat
1. İddiaçı İddiaçı QSC cavabdeh Cavabdeh İbadulla qızına qarşı “pul tələbinin ipoteka predmetinə yönəldilməsi, ipoteka predmetinin açıq hərracdan satılması, ipoteka predmetinin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tələbin 26.082 ABŞ dolları 42 sent borca, 30 manat dövlət rüsumuna və sənədlərin məhkəməyə ötürülməsi üçün ödənilmiş 100 manat dövlət rüsumuna, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu və 120 manat xidmət haqqına, ipoteka predmeti olan Xaçmaz şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.0181 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına İddiaçı QSC-yə olan borcun ödənilməsi, ipoteka predmeti olan Xaçmaz şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.0181 ha torpaq sahəsinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh İbadulla qızının həmin əmlakdan çıxarılması, əmlakın boşaldılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Samir Məmmədov) iddianın qismən təmin edilməsi, ##.##.2015-ci il tarixli ***M************ saylı müqavilə uzrə qalıq 18081,78 ABŞ dolları borcun, 30 manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldulməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu, 120 manat xidmət haqqının, həmçinin sənədlərin məhkəməyə ötürülməsi üçün ödənilmiş 100 manat dövlət rüsumunun Xaçmaz şəhəri X1 küçəsi xüsusi mülkiyyətdə olan 0.0181 ha torpaq sahəsinə yönəldilməsi, həmin torpaq sahəsinin açıq hərrac yolu ilə realizə edilməsi, torpaq sahəsinin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsaitin Cavabdeh İbadulla qızına verilməsi, ipoteka predmeti olan Xaçmaz şəhəri, X1 küçəsində xüsusi mülkiyyətdə olan 0.0181 ha torpaq sahəsinin likvid qiymətinin 13.500 manat və bazar dəyərinin 15.000 manat müəyyən olunması, iş üzrə keçirilmiş ekspertiza xərci 300 manat məbləğində pulun cavabdeh Cavabdeh İbadulla qızından tutularaq “xxxx” MMC-nin hesabına (VÖEN: 1903467341, Hesab № AZN: AZ77AIIB400600C9447929844218, Bank: KapitalBank ASC Bravo 3 filialı, VÖEN: 9900003611, Müxbir hesab: AZ37NABZ01350100000000001944, filialın kodu: 201296; SWİFT kod: AIIBAZ2XXXX) ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
3. İddiaçı İddiaçı QSC apellyasiya şikayəti verərək, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin ipoteka predmeti olan əmlaka tutma yönəldildikdən və əmlak satıldıqdan 1 ay sonra cavabdehin həmin əmlakdan çıxarılması və əmlakın boşaldılmasının təmin edilməməsi hissəsində ləğv edilməsi, həmin hissədə də iddia tələbinin təmin edilməsi və ilkin satış qiymətinin qətnamədə müəyyən olunmuş likvid qiymət əsas götürməklə müəyyən olunması barədə qətnamə çıxarılmasın xahiş etmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
4. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
5. İddiaçının nümayəndəsi nümayəndə1 apellyasiya şikayətini müdafiə edərək, təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
6. Cavabdeh Dilarə İbadulla qızı Dehqani apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş edərək bildirdi ki, hazırkı iş üzrə Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir və işin apellyasiya baxışından çıxarılmasını məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 384.0.6. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında və birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
8. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərardadı ilə iddiaçı İddiaçı QSC-nin şikayəti mümkün hesab edilmiş və mülki iş baxılması üçün təyin edilmişdir.
9. Qeyd olunan mülki iş Sumqayıt Apellyasiya Məhkəməsinin icraatında olan zaman müəyyən olundu ki, cavabdeh Cavabdeh İbadulla qızı da Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti vermişdir.
10. Məhkəmə kollegiyası sənədləri araşdıraraq hesab edir ki, cavabdeh Cavabdeh İbadulla qızının Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən verdiyi apellyasiya şikayətinə baxılması üçün mülki iş Quba Rayon Məhkəməsinə göndərilməlidir.
11. Beləliklə, qeyd olunanlara və tətbiq edilməli olan hüquq normalarına əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən birinci instansiya məhkəməsinin qətnaməsinə mövcud apellyasiya şikayəti əsasında baxılması mümkün olmadığına görə, apellyasiya şikayətinin mümkün hesab edilməsinə dair Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli, Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılmaqla, iş üzrə digər tərəf - cavabdeh Cavabdeh İbadulla qızı tərəfindən Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verildiyindən mülki iş birinci instansiyası məhkəməsinə qaytarılmalıdır.
12. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 263-264, 365, 384.0.6, 402.2-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qərara a l d ı:
Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının ## ### 2026-cı il tarixli, e-*(*-*)- ***/**** nömrəli mümkünlük qərardadı ləğv edilsin. Quba Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı QSC tərəfindən verilmiş apellyasiya şikayəti apellyasiya baxışından çıxarılsın. Cavabdeh Cavabdeh İbadulla qızı tərəfindən Quba Rayon Məhkəməsinin ## #### 2026cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi ilə əlaqədar mülki iş Quba Rayon Məhkəməsinə qaytarılsın. Qərardad dərhal qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.