Məhkəmə qərarları › İş №e-2(3-8)-587/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-587/2026

13.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-587/2026 13.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi ilə, iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə çıxarılmış Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdeh verdiyi ##.##.2026-cı il tarixli şikayətinin mümkünlüyünə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdehə qarşı pulun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh iddiaçı “xxxx” KB ASC-nin xeyrinə 5537,61 manat əsas, 142,5 manat faiz, 12,42 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5692,53 manat borcun və dövlət rüsumu olaraq ödənilmiş 76,66 manat məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “xxxx” Kommersiya Bankı ASC iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı «xxxx» KB ASC ilə cavabdeh arasında bağlanmış15.04.2025-ci il tarixli kredit müqaviləsinə əsasən cavabdehə istehlak məqsədləri üçün 45 ay müddətinə illik 18% ödəmək şərtilə 5996 manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 1.1-ci maddəsinə görə bu müqaviləyə görə borcverən yuxarıda qeyd olunan məbləğdə və faizlə krediti borcalanın mülkiyyətinə verir və borcalan isə həmin kreditdən məqsədli təyinatına uyğun istifadə etməyi və müəyyən olumuş müddətdə onu faizi ilə birlikdə borcverənə qaytarmağı öhdəsinə götürüb. Lakin cavabdeh мüqavilənin bu şərtini pozaraq dövri оlaraq ödəməli оlduğu kreditinin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra еtməmişdir. Nəticədə cavabdehin kreditmüqaviləsi üzrə ## ###### 2026, çərşənbə axşamı tarixinə «xxxx» KB ASCyə 5537,61 manat əsas, 142,5 manat faiz, 12,42 manat cərimə, 0 manat komisyon haqqı borcu olmaqla, cəmi 5692,53 manat borcu yaranmışdır. Tərəflər arasında yaranmışmübahisənin məhkəmədənkənar qaydada həll edilməsi barədə danışıqlar aparılmış, lakin bu danışıqlar (pretenziya qaydasında həll olunma) heç bir fayda verməmişdir və kreditor “xxxx” KB ASC öz tələbinin məhkəmə yolu ilə həll edilməsi üçün məhkəməyə ərizə ilə müraciət edərək bu hüququndan istifadə etmək qərarına gəlmişdir. 3. Cavabdeh Cavabdeh məhkəməyə ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə vəsatət göndərərək bildirmişdir ki, “xxxx” Kommersiya Bankı ASC-nin ona qarşı “pul tələbinə dair” iddiası üzrə iş məhkəmənin icraatındadır. Hesab edir ki, hazırkı mübahisə üzrə ərazi aidiyyəti düzgün müəyyənləşdirilmədiyindən işə Sumqayıt Şəhər Məhkəməsində baxıla bilməz. Belə ki, o, hazırda ünvan 1 ünvanında yaşayır. Buna görə də hesab edir ki, iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsində deyil, Bakı şəhəri Yasamal Rayon Məhkəməsində baxılmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmədən işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin ## ##### 2026-cı il tarixli, e-*(*-***)-****/**** nömrəli qərardadla iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ##.##.2026-cı il tarixli vəsatəti təmin edilməməsi qərara alınmışdır. (Hakim Pərvin İmamverdiyeva) Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsi ilə həmin qərardaddan şikayət vermiş, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadının ləğv edilməsini və işin aidiyyəti üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsi barədə ##.##.2026-cı il tarixli vəsatətinin təmin edilməsini xahiş etmişdir. Şikayətin əsaslarına görə iddiaçı “xxxx” Kommersiya Bankı ASC-nin ona qarşı “pul tələbinə dair” iddia qaldırmışdır. Ərazi aidiyyəti düzgün seçilmədiyindən məhkəməyə vəsatətlə müraciət edərək işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Lakin məhkəmə həmin vəsatəti təmin etməmişdir. Hesab edir ki, qərardad əsassızdır. Belə ki, o, faktiki olaraq uzun illərdir ki, Bakı şəhərində yaşayır, həmçinin Sumqayıta gəlib-getmək imkanları məhduddur. Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün işlə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını tədqiq edib, şikayətin mümkünlüyünü müzakirə edərək belə nəticəyə gəlir ki, mülki işə apellyasiya qaydasında baxılması hazırda qeyrimümkündür. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Cavabdeh tərəfindən verilən şikayət “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə verilsə də, elektron imza vasitəsilə imzalanmamışdır, bununla da prosessual qanunvericiliyin tələbləri pozulmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinin tələblərinə görə kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.7-ci maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.5-ci maddəsinin tələbinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Beləliklə kollegiya hesab edir ki, hazırkı şikayət gücləndirilmiş elektron imza və sertifikatlaşdırılmış elektron imza vasitəsilə imzalanmış elektron sənəd şəklidə verilmədiyindən, şikayətin forması və məzmunu qüvvədə olan prosessual qanunvericiliyinin tələblərinə cavab vermədiyindən, geri qaytarılmalıdır. Birinci instansiya məhkəməsi bu məsələyə diqqət yetirməmiş və əhəmiyyət verməmiş, şikayəti mülki işlə birlikdə baxılması üçün yuxarı instansiya məhkəməsinə göndərmiş, bununla da Mülki Prosessual Məcəlləsinin mülki işlər üzrə məhkəmə icraatının elektron qaydada aparılması ilə bağlı prosessual hüquq normalarının tələblərini pozmuşdur. Qeyd olunanlar hazırkı halda şikayəti apellyasiya qaydasında baxılmasını qeyri-mümkün edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllə ilə müəyyən edilmiş formada verilməlidir. Həmin Məcəllənin 366.2-ci maddəsinə görə əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar yoxdur. Buna görə də şikayətə apellyasiya qaydasında baxılması hazırkı halda qeyri-mümkün hesab edilməli, iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, qərardaddan verilmiş şikayətin forma baxımından tələblərə uyğunluğu məsələsi araşdırılarkən birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının gəldiyi nəticəni və müəyyən etdiyi göstərişləri mütləq nəzərə almalı, məsələ düzgün və qanuni həllini tapmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 10-1.3cü 400 və 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Şəhər Məhkəməsinin e-*(*-***)-****/**** saylı, ## ##### 2026-cı il tarixli qərardadından cavabdeh Cavabdehtərəfindən verilmiş şikayətə apellyasiya qaydasında baxılması qeyri-mümkün hesab edilsin. Mülki iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün birinci instansiya məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar