Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-606/2026 08.07.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə (Açar sözlər: kredit borcunun qaytarılması, iddia müddəti) Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X2 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, iddiaçı İddiaçı ASC-nin nümayəndəsi Nümayəndə, cavabdeh Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsindən iddiaçı İddiaçı ASC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: 1.İşin halları 2.İddiaçı ASC və Abdullayeva Mirvari Aydın qızı arasında bağlanmış ##.##.2014-cü il tarixli, BALBL*******/** saylı kredit sazişi və ödəniş cədvəlindən görünür ki, bank tərəfindən sonuncuya 10 il müddətinə qaytarmaq şərtilə 500 manat məbləğində kredit verilmişdir. 3.Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin * saylı Sumqayıt Regional “ASAN Xidmət” Mərkəzində Notariat Ofisinin ##.##.2025-ci il tarixli, 1200 cavab məktubuna qoşma edilmiş “Elektron notariat” Avtomatlaşdırılmış İnformasiya Sistemindən çıxarışdan görünür ki, ##.##.2020-ci il tarixli, 1015 reyestr nömrəsi ilə qeydə alınmış vərəsəlik hüququ haqqında şəhadətnamələrin verilməsinə dair notariat hərəkətinə əsasən, ##.##.2020-ci ildə vəfat etmiş mərhum Abdullayeva Mirvari Aydın qızının miras əmlakı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdatiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüququ şəxsin Abşeron rayon xidmət nümayəndəliyinin ##.##.2020-ci il tarixli, *********** nömrəli arayışa əsasən 1171.03 manat pul şəhadətnamə əsasında onun qanun üzrə vərəsəsi - Cavabdeh miras verilmişdir. 4.##.##.2025-ci il tarixli maliyyə arayışından görünür ki, İddiaçı ASC ilə Abdullayeva Mirvari Aydın qızı arasında bağlanmış ##.##.2014-ci il tarixli, BALBL*******/** saylı müqaviləyə əsasən sonuncunun 466.89 manat əsas, 46.68 manat faiz borcu yaranmışdır. 5.İddiaçı ASC tərəfindən verilmiş hesabdan çıxarışdan görünür ki, Abdullayeva Mirvari Aydın qızı tərəfindən ##.##.2014-ci il tarixli müqavilə üzrə sonuncu dəfə kredit ödənişi ##.##.2020-ci il tarixdə edilmişdir. 6.Cavabdeh tərəfindən ünvanlanmış ##.##.2026-cı il tarixli iddia müddətinin tətbiqinə dair ərizədən görünür ki, 10 ildən çox müddət keçdiyi bildirilmiş, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. 7.Birinci instansiya məhkəməsində icraat 8.İddiaçı İddiaçı ASC cavabdeh Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ##.##.2014-ci il tarixli, BALBL*******/** saylı müqaviləyə əsasən 466.89 manat əsas, 46.68 manat faiz olmaqla, cəmi 513.57 manat və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 9.İddia tələbi onunla əsaslandırılmışdır ki, Abdullayeva Mirvari Aydın qızı ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014-ci il tarixli, BALBL*******/** saylı müqaviləyə əsasən ona 500 manat məbləğində kredit verilmişdir. Hazırda mərhum Abdullayeva Mirvari Aydın qızının 513.57 manat banka borcu vardır. Abdullayeva Mirvari Aydın qızı ##.##.2020-ci il tarixdə vəfat etmişdir. * saylı Sumqayıt regional “ASAN Xidmət” notariat qurumunun verdiyi şəhadətnaməyə əsasən cavabdeh borclu Abdullayeva Mirvari Aydın qızının vərəsəsi olmaqla miras qoyana məxsus əmlak vərəsəlik qaydasında ona keçmişdir. Odur ki, göstərilənlərə əsasən iddianın təmin edilməsini xahiş etmişdir. 10.İddiaçı İddiaçı ASC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmiş, ##.##.2026-cı il tarixdə elektron kabinet vasitəsilə ərizə ilə (məlumatla) müraciət edərək, İddia tələbini müdafiə etdiyini, məhkəmə işlərinin çox olması səbəbindən təyin olunmuş iclasda iştirak edə bilməyəcəklərini bildirmiş, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və təqdim edilmiş mötəbər sübutlar əsasında iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Belə olan halda məhkəmə mülki işə iddiaçı tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 11.Məhkəmə iclasında cavabdeh Cavabdeh iddia tələbini qəbul etməyərək təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş və əlavə olaraq izahatında bildirmişdir ki, o işləmir, indiyədək ona borcla bağlı məlumat verilməmişdir. Mirvari Abdullayeva onun yoldaşı olmuşdur. Vərəsəliklə 1171 manat pul qəbul etmişdir. Kredit üzrə heç vaxt ödəniş edilməmişdir. 10 ildən çox müddət keçmişdir. 12.Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Mirnəsir Mirhəsənli) 13.Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 373.2, 375, 375.2, 377.1, 377.2, 377.3, 385.1, 386.1, 389.1, 390.1, 390.2, 390.5, 399.1, 427.1, 427.3, 442, 443.1, 445.1, 448.1, 449.4, 465.1, 465.2, 739.1, 739.2, 1151.1, 1243.2, 1243.3, 1306.1-ci maddələrinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # #### 2018-ci il tarixli Qərarına, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2013-cü il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” ## ###### 2001-ci il tarixli Qərarına, “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının ## #### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ### 2008-ci il tarixli Qərarına, Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə ##.##.2000-ci il tarixli Qərarına, MPP Qolub Ukraynaya qarşı iş üzrə ##.##.2005-ci il tarixli Qərarına, Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli Qərarına, Deryus Litvaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli Qərarına, Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə ## #### 2000-ci və ## #### 2004-cü il tarixli Qərarlarına, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 88, 107, 119.1, 217.3, 217.4 və 218.3-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. 14.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları 15.Apellyasiya şikayətlərinin dəlilləri 16.İddiaçı İddiaçı ASC apellyasiya şikayəti verərək, Sumqayıt Şəhər Məhkəməsinin məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026-cı il tarixli qətnaməsinin ləğv olunmasını, iddia tələblərinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 17.Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Abşeron rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, e-*(***)-****/**** saylı qətnaməsi ilə razı deyillər. Hesab edirlər ki, məhkəmə mülki işə baxan zaman maddi və prosessual hüquq normalarını pozmuş, iddia tələbi üzrə mülki işi hər tərəfli tam və obyektiv araşdırmamış və düzgün nəticə əldə etməmişdir. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Abdullayeva Mirvari Aydın qızı ilə İddiaçı ASC arasında bağlanmış ##.##.2014cü il tarixli kredit müqaviləsi məhkəməyə təqdim olunmuş kredit müqaviləsinə dair sənədlərdən göründüyü kimi kreditor və borclu arasındakı müqavilə 10 illik müddətə bağlanmışdır. Beləliklə, məlum olur ki, göstərilən müqavilənin vaxtı ##.##.2024-cü il tarixində bitir. İddiaçının kredit borcunun qaytarılması tələbi ilə bağlı iddia ərizəsi isə ##.##.2025-ci ildə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikasının Mülki məcəlləsinin 377.2-ci maddəsinə əsasən, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Yuxarıda qeyd olunan müddətlərə (##.##.2024 ##.##.2025) baxdıqda isə iddiaçının 3 illik iddia müddətini ötürməməsi aydın olur. Hazırki qətnamə üzrə yaranan mülki mübahisədə vərəsə miras aktivini qəbul edir, lakin miras passivini qəbul etməkdən imtina edir. Halbuki, Mülki Məcəllədə miras əmlakıına ümumi anlayış verilərək, bildirilir ki, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Cavabdeh Cavabdeh oğıunun mirasın passivini qəbul etməməsi, həmçinin, Abşeron rayon Məhkəməsinin e-*(***)-****/**** saylı ##.##.2026cı il tarixli qətnaməsinin qanuni qüvvəyə minməsi, nəticə etibarı ilə mirasın qəbulu zamanı vərəsənin əsassız varlanmasına qanunsuz şərait yaratmış olacaqdır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının 14.2-ci maddəsi həyata keçməsinə kömək göstərir. AR Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli Prosessual və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Abşeron rayon Məhkəməsi tərəfindən hesab edirlər ki, bu normanın tələbləri pozulmuş, iddiaçının təqdim etdiyi sübutlara hüquqi qiymət verilməmişdir. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 18.Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri 19.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. 20.Apellyasiya icraatı iştirakçılarının izahatları 21.Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. 22.Məhkəmə iclasında cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. 23.Tətbiq edilən hüquq 24.Azərbaycan Respublikası Mülki Məcəlləsi 25.Maddə 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. 26.Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. 27.Maddə 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 28.Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 29.Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 30.Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması dedikdə öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsi, lazımınca icra edilməməsi dedikdə isə vaxtında icra edilməməsi, xammalın, işin və xidmətin qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. 31.Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 32.Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 33.Maddə 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 34.Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. 35.Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. 36.Maddə 1159.1.1. Qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. 37.Maddə 1306.1. Vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. 38.“E.S.Həkimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikasının Ali Məhkəməsinin MİÜMK-nın ## ###### 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2008-ci il tarixli qərarı İddia hüququnun şəxsin hüququnun pozulmasını bilməli olduğu gündən əmələ gəlməsinə dair göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı məsuliyyət hissinin artırılmasına xidmət etməklə yanaşı, onun həyata keçirilməsinə yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və suiistifadə 39.hallarının qarşısının alınmasına yönəlmişdir. Qeyd edilən qərarında həmin məhkəmə iddia müddətinin axımının başlanğıcının bir tərəfdən subyekti hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəli olduğunu, bu iki müxtəlif faktorun mövcudluğunun, habelə, onların heç də hər zaman üst-üstə düşməsinin iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amil olduğunu qeyd etmişdir. 40.“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun ## #### 2013-cü il tarixli qərarı 41.İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. 42.Azərbaycan Respublikası Mülki Prosessual Məcəllə 43.Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 44.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 45.Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 46.Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 47.Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 48.Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. 49.Apellyasiya baxışının hədləri 50.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6 və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 51.“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Bu hədlərdə apellyasiya instansiyası məhkəməsi şikayətin hüquqi mövqeyinə aid dəlillərdən asılı deyil və qətnaməni maddi hüquq normasının pozulması ilə əlaqədar apellyasiya şikayətində göstərilməyən əsaslarla da ləğv edə və dəyişdirə bilər. 52.Apellyasiya şikayətindən görünür ki, iddiaçı Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi tam mübahisələndirdiyindən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi tam həcmdə yoxlanılmalıdır. 53.Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 54.Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 55.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbinin təmin etməməklə düzgün hüquqi nəticəyə gəlmişdir. 56.Belə ki, məhkəmə araşdırmaları ilə müəyyən edilmişdir ki, müqavilə üzrə iddiaçı tərəfindən öhdəliklər qanunvericiliyə uyğun olaraq yerinə yetirilmiş, borclu Abdullayeva Mirvari Aydın qızı ##.##.2020-ci il tarixdə vəfat etmiş, nəticədə banka 513.57 manat ödənilməmiş borcu qalmışdır. Bundan sonra ##.##.2020-ci il tarixdə borclunun əmlakı ilə bağlı vərəsəlik işi üzrə vərəsəyə (cavabdehə) miras əmlakdan pay almaqla vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Hazırda cavabdeh isə iddia müddətinin tətbiqinə dair ərizə ilə müraciət edərək iddianın təmin olunmamasını xahiş etmişdir. 57.Birinci instansiya məhkəməsi iddianı təmin etməmə nəticəsinə gələrkən aşağıdakı hallara əsaslanmışdır. Belə ki, iş materialları ilə müəyyən olunduğu üzrə tərəflər arasında kredit münasibətləri ##.##.2014-ci il tarixdə yaranmış, müqavilə üzrə cavabdeh tərəfindən sonuncu dəfə kredit ödənişi ##.##.2020-ci il tarixdə edilmişdir. İddiaçı tərəfindən isə hazırki iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə vaxtında (##.##.2020-##.##.2023) deyil, həmin 3 illik müddət ötürülərək – ##.##.2025-ci il tarixdə müraciət edildiyindən, bununla da kredit müqaviləsi üzrə iddia müddətinin keçməsi barədə cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi əsaslı olduğundan iddiaya iddia müddəti tətbiq edilməlidir. Odur ki, bütün hallarda iddia təmin oluna bilməz. Cavabdeh hazırki mübahisəyə iddia müddətinin tətbiq edilməsini və bu əsasla iddianın rədd edilməsini xahiş etmişdir. İşdəki sənədlərə əsaslanaraq, məhkəmə hesab edir ki, məlum kredit müqaviləsi üzrə pulun tutulmasına dair iddianın tələbetmə müddəti iddiaçı İddiaçı ASC tərəfindən ötürülmüşdür. Abdullayeva Mirvari Aydın qızı kredit müqaviləsi əsasında iddiaçıdan kredit almaq hüququna malik olduğu kimi eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin o kredit müqaviləsi əsasında iddiaçıdan kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, ##.##.2020-ci il tarixdə vəfat etmiş, mərhumun iddiaçı qarşısında ümumilikdə 513.57 manat borcu yaranmış, onun varisi cavabdeh Cavabdeh həmin müqavilə ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməmişdir. 58.Kollegiya həmçinin bildirir ki, mərhumun vərəsəsi olan cavabdeh Cavabdeh ##.##.2020-ci ildə miras əmlakına dair vərəsəlik şəhadətnaməsi verilmişdir. 59.Məhkəmə kollegiyası hesab edir ki, iddia müddəti həmin tarixdən (təqribən 5 il sonra) hesablansa da belə, hazırki kredit müqaviləsi üzrə tələbin irəli sürülməsinə iddia müddətinin ötürülməsinə dair nəticəsinə gəlməyə əsas verir. 60.Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə, müqavilədən irəli gələn öhdəliklə bağlı olduğu üçün məsələyə Konstitusiya Məhkəməsinin hüquqi mövqeyindən yanaşılmalı və iddia müddətinin axımının başlanması kredit müqavilələri üzrə müddətin bitməsi anından hesablanmalıdır. Bundan başqa qeyd olunmalıdır ki, iddia müddətləri mübahisələrin həlli baxımından mülki qanunvericiliyin mühüm əhəmiyyət daşıyan institutlarından biridir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında bu institutun əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir. İddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin,
61. qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərlərin üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. 62.İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə # #### 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. 63.Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə ## #### 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə ## #### 2000-ci və ## #### 2004-cü il tarixli qərarları). 64.Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir və apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas təşkil etmir. 65.Beləliklə, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 66.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.