Məhkəmə qərarları › İş №e-2(3-8)-608/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-608/2026

12.08.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-608/2026 12.08.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Qafari Səyyad Ağaəli oğlu və X3 ibarət tərkibdə, X1 qızının katibliyi, iddiaçının nümayəndəsi X2, cavabdehlər cavabdeh4 və cavabdeh3 iştirakı ilə, Iddiaçı İddiaçı ASC-nin cavabdehlər cavabdeh3, cavabdeh4, cavabdeh1 və cavabdeh2 qarşı kredit müqaviləsi üzrə borcun qaytarılması tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh3 və cavabdeh4 müştərək qaydada ## #### 2022-ci il tarixli, CC/*****/**/** saylı müqaviləyə əsasən 3650,79 manat əsas, 58,87 manat faiz borcu, ## #### 2022-ci il tarixli DK/*****/**/** saylı müqaviləyə əsasən 199,50 manat əsas, 4,50 manat faiz borcu olmaqla, cəmi 3913,66 manat pul və ödənilmiş 59,14 manat dövlət rüsumunun əvəzi İddiaçı ASC-nin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən cavabdeh cavabdeh3 ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və müddətin bərpa edilməsi barədə ərizə verilmişdir. Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ##.##.2026-cı il tarixli qərardadı ilə cavabdeh cavabdeh3 tərəfindən verilmiş ərizə qismən təmin edilərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** saylı qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayəti üzrə müddət ötürülməmiş hesab edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)- ***/**** nömrəli qərardadı ilə apellyasiya şikayəti mümkün hesab edilmişdir. Işə apellyasiya qaydasında baxılarkən Elektron Məhkəmə Informasiya Sistemindən əldə olunmuş məlumata əsasən Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qətnaməsindən iş üzrə digər cavabdeh cavabdeh4 tərəfindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti verildiyi və birinci instansiya məhkəməsinə elektron kabinet vasitəsilə daxil olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh4 izahat verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən ##.##.2026-cı il tarixdə apellyasiya şikayəti və prosessual müddətin bərpa edilməsi barədə ərizə verdiyini bildirdi və şikayətlərə birlikdə baxılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh cavabdeh3 izahat verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən digər cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə görə mülki işin Abşeron Rayon Məhkəməsinə geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 izahat verərək Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən digər cavabdeh cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən mülki işin Abşeron Rayon Məhkəməsinə geri qaytarılmamasını və işə mahiyyəti üzrə baxılmasının davam etdirilməsini xahiş etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin apellyasiya şikayəti ilə birinci instansiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi apellyasiya baxışından çıxarmaqla birinci instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026-cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilməli və iş məhkəmə baxışından çıxarılaraq birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsindən cavabdeh cavabdeh3 tərəfindən verilmiş apellyasiya şikayətinin mümkün hesab edilməsi barədə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının ##.##.2026cı il tarixli, e-*(*-*)-***/**** nömrəli qərardadı ləğv edilsin. Mülki iş məhkəmə baxışından çıxarılaraq Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar