Məhkəmə qərarları › İş №e-2(3-8)-609/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-609/2026

02.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-609/2026 02.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi hakim), Mahmudov Ayaz Akif oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Cəfərova Aysel Ramiz qızının katibliyi ilə, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh 100000 ABŞ dolları, 8 il 6 ay ərzində Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş inflyasiyasının 7,25 faizi miqdarında 62350 ABŞ dolları olmaqla, cəmi 162350 ABŞ dollarının məhkəmə qətnaməsi qəbul olunan gündən valyuta məzənnəsinə uyğun olaraq manatla, vəkilin göstərdiyi hüquqi yardıma görə 320 manat, vurulmuş mənəvi zərərə görə isə 10000 manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi ilə (hakim ELman Məmmədov) iddia qismən təmin edilmiş, cavabdeh Cavabdeh 98884 ABŞ dolları əsas borc, 39553,6 ABŞ dolları faiz borcu olmaqla, cəmi 138437,6 ABŞ dolları və ya ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və hüquqi yardıma görə ödənilmiş 320 manat xərcin alınaraq iddiaçı İddiaçı verilməsi və iddia tələbinin vurulmuş mənəvi zərərə görə 10000 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsində rədd edilməsi qət edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti vermiş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi və apellyasiya şikayətinin baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh məhkəmə iclasında ərizəsini onunla əsaslandırdı ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsi ona rəsmi qaydada təqdim edilmədən Abşeron rayon İcra və probasiya şöbəsinə mülki iş üzrə icra vərəqəsi göndərilmiş, mülki iş isə arxivə təhvil verilmişdir. Beləliklə də Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində nəzərdə tutulmuş hüquq və azadlıqların inzibati və məhkəmə təminatı kimi onun konstitusion hüququ əsassız olaraq məhdudlaşdırılmışdır. Belə ki, o, ötən müddət ərzində dəfələrlə məhkəməyə şifahi qaydada, yəni məhkəmənin istifadəsində olan telefon vasitəsilə müraciət edərək sözügedən qətnamənin rəsmi qaydada ona təqdim olunmasını xahiş etsə də ona həmin qətnamənin poçt xidməti vasitəsilə göndəriləcəyi bildirilmiş, lakin hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmənin katibliyi tərəfindən ona izah olunmuşdur ki, məhkəməyə yazılı ərizə ilə müraciət edərək, qətnamənin elektron surətini əldə edə bilər. O da ##.##.2026cı il tarixdə məhkəməyə ərizə ilə müraciət etmiş, ##.##.2026-cı il tarixdə sözügedən mülki iş ilə tanış olmuş və qətnamənin surəti ona rəsmi qaydada təqdim olunmuşdur. Ona məlum olmuşdur ki, qətnamə şəxsən ona rəsmi qaydada təqdim edilməmiş, məhkəmənin xəbərnaməli poçt qəbzində ad və soyad qrafasında olan yazılar onun tərəfindən icra edilməmiş, eləcə də həmin qəbz onun tərəfindən imzalanmamışdır. Əlavə olaraq qeyd edir ki, o, hazırkı mülki iş üzrə icra sənədinin icra şöbəsinə göndərilməsindən və ya icraata götürülməsindən məlumatsız olmuş, bu iş üzrə icra məmuru tərəfindən şöbəyə dəvət olunmamış, icraata başlamaq haqqında qərar ona rəsmi qaydada təqdim edilməmiş və tələbin könüllü icrası barədə izahat verməmişdir. Halbuki Azərbaycan Respublikası MPMin 134-cü maddəsinin tələbinə əsasən (134.1) məhkəmə işdə iştirak edən şəxslərə aşağıdakı məhkəmə sənədlərini rəsmi qaydada verməlidir: 134.1.5. birinci instansiya məhkəməsinin, apellyasiya və kassasiya məhkəmələrinin aktlarını; Azərbaycan Respublikası MPM-in 135-ci maddəsinə əsasən (135.1) Bu Məcəllənin 135.6-cı və 135.8ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134- cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. (135.2) Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. (135.3) Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. (135.4) Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Həmçinin nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası MPM-in 140-cı maddəsinə əsasən məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. AR MPMin 133-cü maddəsinə əsasən (133.1) məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. (133.2) Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir. (133.3) Müddətin bərpası haqqında ərizə verməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.) (133.4) Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Yuxarıda qeyd edilən xüsusatları nəzərə alaraq hesab edir ki, o, hazırkı mülki iş üzrə çıxarılmış məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti özündən asılı olmayan səbəbdən, yəni üzürlü olaraq ötürmüşdür. Əlavə olaraq bildirir ki, o, könüllü şəkildə icra şöbəsinə getmiş və orada sözügedən qətnamədən apellyasiya şikayəti verəcəyi barədə ərizə yazmışdır. Qeyd edilənləri nəzərə alaraq o, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsini məhkəmədən xahiş etdi. Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2026-cı il tarixli qərardadı ilə iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün müddətin bərpa edilməsinə dair ərizəsinin təmin olunmaması qərara alınmışdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, Abşeron Rayon Məhkəməsinin *(***)-****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş və müşayiət məktubu ilə tərəflərə, o cümlədən cavabdeh Cavabdeh ünvanına göndərilmişdir. Cavabdeh Cavabdeh ərizəsində ##.##.2026-cı il tarixdə qətnamənin surətinin ona rəsmi qaydada təqdim olunmadığını bildirsə də iş materiallarında olan xəbərnamədən göründüyü kimi cavabdeh sözügedən qətnaməni ##.##.2025-ci il tarixdə rəsmi qaydada almış, cavabdehin apellyasiya şikayəti vermə müddətinin axımı həmin tarixdən, yəni ##.##.2025ci il tarixdən başlamış, həmin müddət ##.##.2025-ci ildə qurtarmış, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün ##.##.2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. İcra işi məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilir ki, ##.##.2025ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin qərarın surəti tərəflərə, o cümlədən borclu Cavabdeh göndərilmiş, həmçinin icranın könüllü olaraq təmin edilməsi barədə icra sənədi üzrə borclu Cavabdeh məxsus telefon nömrəsinə SMS bildirişlər vasitəsilə məlumat verilmiş, lakin bütün bunlara baxmayaraq, Cavabdeh icra şəbəsinə gəlmədiyindən barəsində axtarış barədə qərar qəbul edilmişdir. Qeyd olunan faktiki hallar ona dəlalət edir ki, qətnamənin gələcəkdə icrasının süni şəkildə uzaldılmasına nail olmaq məqsədi ilə Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli xəbərnaməli poçt göndərişi düşünülmüş şəkildə imzalanmamış və müddətin bərpası barədə ərizəsində göstərdikləri işin hallarına uyğun deyildir. Beləliklə, Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə verməklə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadından şikayət verərək, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadının ləğv edilməsi və ##.##.2025-ci il tarixli, 2(012)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilərək, mülki işin baxılması üçün apellyasiya instansiyasına göndərilməsini xahiş etmişdir. Cavabdeh Cavabdeh şikayətini onunla əsaslandırmışdır ki, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərardadına əsasən iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı «pul» tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddətin bərpa edilməsinə dair onun tərəfindən verilmiş ərizə qanunsuz və əsassız olaraq təmin olunmamışdır. Belə ki, prosessual müddətin bərpa edilməsi barədə ərizəsində göstərilən dəlillər, həmçinin məhkəmənin ərizəyə baxış üzrə keçirdiyi 3 məhkəmə iclasındakı çıxışlarına düzgün hüquqi qiymət verilməmiş, mülki iş materiallarında olan sübut kimi qiymətləndirilən poçt qəbzinin mötəbərliyi araşdırılmamışdır. Ona görə də hesab edir ki, sözügedən qərardad maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən apellyasiya şikayətinə baxılması hüququ məhdudlaşdırılmaqla məhkəmə təminatı kimi konstitusion hüququ kobud surətdə pozmuşdur. Halbuki Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən (İ) Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. (II) Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. (III) Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. Sözügedən qərardadın təsviri-əsaslandırıcı hissəsindən görünür ki, guya “Abşeron Rayon Məhkəməsinin *(***)- ****/**** saylı, ##.##.2025-ci il tarixli qətnaməsi “Elektron məhkəmə” informasiya sisteminə ##.##.2025-ci il tarixdə yerləşdirilmiş və müşayiət məktubu ilə tərəflərə, o cümlədən, cavabdeh Cavabdeh ünvanına göndərilmişdir”. Qeyd edir ki, o, qeyd olunan vaxt “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişdir, məhkəmə də öz növbəsində ona belə bir hüququnun olmasını izah etməmiş və bu səbəbdən də məhkəmənin rəsmi sənədləri ona “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim olunmamış, məhkəmə qətnaməsinin elektron sistemə yerləşdirilməsi barədə də ona hər hansı SMS xəbərdarlıq göndərilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.9-cu maddəsinə əsasən “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Lakin sonradan ona məlum olmuşdur ki, apellyasiya şikayətinin “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə göndərilməsi zəruridir, ona görə də o, həmin elektron sistemdən qeydiyyatdan keçərək apellyasiya şikayətini göndərmişdir. Həmçinin qərardaddan görünür ki, guya o, ərizəsində ##.##.2026-cı il tarixdə qətnamənin surətinin ona rəsmi qaydada təqdim olunduğunu bildirsə də iş materiallarında olan xəbərnamədən göründüyü kimi o, sözügedən qətnaməni ##.##.2025-ci il tarixdə rəsmi qaydada almış, onun apellyasiya şikayəti vermə müddətinin axımı həmin tarixdən, yəni ##.##.2025-ci il tarixdən başlamış, həmin müddət ##.##.2025-ci ildə qurtarmış, sözügedən qətnamə qanuni qüvvəsini aldıqdan sonra həmin qətnamə əsasında verilmiş icra vərəqəsi icra edilməsi üçün ##.##.2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Halbuki o, mülki iş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, işdə olan qətnamənin onun tərəfindən alınmasını təsdiq edən xəbərnamədə yazılan “Cavabdeh” yazısı onun tərəfindən icra edilməmiş və həmin qəbz, ümumiyyətlə, imzalanmamışdır. Məhkəmə isə ərizəyə baxış iclaslarında sözügedən qəbzdə olan ad və soyadın onun tərəfindən yazılıbyazılmamasını araşdırmaq əvəzinə, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu ödəməməsinə baxmayaraq iddia ərizəsini qaytarmaq əvəzinə mümkünsüz olan mülki işə qanunsuz baxmasına “sübut” axtarmaqla məşğul olmuşdur. Belə ki, AR MPM-in 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmçinin yaşayış yeri üzrə poçt xidmətinə müraciət edərkən ona məlum olmuşdur ki, ##.##.2025-ci il tarixdə nə şəxsən ona, nə də ki hər hansı ailə üzvünə məhkəmənin rəsmi sənədi təqdim edilməmişdir. Belə olan halda hesab edir ki, həmin qəbz mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbyacan Respublikası Mülki Prosessual Məcəlləsinin 135-ci maddəsinə əsasən bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Həmin Məcəllənin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmçinin qərardadda qeyd olunmuşdur ki, guya “icra işi məhkəmə tərəfindən araşdırılarkən müəyyən edilir ki, ##.##.2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərar qəbul edilmiş, həmin qərarın surəti tərəflərə, o cümlədən, borclu Cavabdeh göndərilmiş, həmçinin icranın könüllü olaraq təmin edilməsi barədə icra sənədi üzrə borclu Cavabdeh məxsus telefon nömrəsinə SMS bildirişlər vasitəsilə məlumat verilmiş, lakin bütün bunlara baxmayaraq Cavabdeh icra şöbəsinə gəlmədiyindən barəsində axtarış barədə qərar qəbul edilmişdir”. Halbuki sözügedən icra işi məhkəmədə tədqiq edilərkən məlum olmuşdur ki, o, hazırkı mülki iş üzrə icra şöbəsinə rəsmi qaydada dəvət olunmamışdır və barəsində hər hansı axtarış elan olunması barədə məlumatlı olmamışdır. Belə ki, həmin icra işində ##.##.2025-ci il tarixdə Abşeron rayon İcra və probasiya şöbəsi tərəfindən “icraata başlamaq haqqında” qərarın surəti ona rəsmi qaydada təqdim edilməsinə dair hər hansı rəsmi sənəd mövcud deyil. Məhkəmədə mülki iş ilə tanış olarkən icra vərəqəsi barədə məlumatlı olduqdan sonra icra şöbəsinə könüllü olaraq getmiş və həmin tarixdə tərəfindən müvafiq izahat alınmışdır. Nəzərə çatdırmaq istəyir ki, icra işi üzrə axtarış elan olunması heç də onun icra qurumundan yayınması kimi təfsir oluna bilməz, çünki icra məmurunun çağırışı ilə icra şöbəsinə gəlməkdən üzrsüz səbəbdən yayınsa idi, barəsində məhkəmənin qərarı ilə məcburi gətirilmə barədə qərar qəbul edilməsi üçün müvafiq təqdimat olardı. Lakin göründüyü kimi ##.##.2025-ci il tarixdən ötən 5 ay ərzində barəsində hər hansı məcburi gətirmə barədə qərarı olmamışdır. Ona görə də hesab edir ki, icra işində barəsində axtarış elan olunması onun icra işindən xəbərsiz olduğunu bilavasitə təsdiq edir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 27.1-ci maddəsinə əsasən icra sənədləri üzrə icraat zamanı borclunun, borclu hüquqi şəxsin icra orqanının rəhbərinin yeri məlum olmadıqda, icra məmuru öz təşəbbüsünə və ya tələbkarın ərizəsinə əsasən onun axtarılması haqqında qərar qəbul edir və həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur. Həmin Qanunun 84.2-ci maddəsinə əsasən icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Həmçinin qeyd edir ki, ərizəyə baxış iclasında iddiaçı İddiaçı vəkili-nümayəndəsi Vəkil Abdula oğlu bildirdi ki, guya “sözügedən qətnamə qanuni qüvvəyə mindikdən sonra icra və probasiya şöbəsinin icra məmurları, o cümlədən, icra məmuru Vadim Əliyev tərəfindən cavabdehə bildirişlər göndərilmiş və şöbəyə dəvət edilmiş, könüllü ödəniş etməsi üçün ona xəbərdarlıq edilmiş, lakin cavabdeh icra şöbəsinə gəlməmişdir. Hətta cavabdeh özü axtarış elan edilməsi barədə sənəd göstərmişdir. Bundan əlavə cavabdeh Cavabdeh işə məhkəmədə baxıldığı zaman sonuncu məhkəmə iclasında iştirak etdiyindən ona məlum olmuşdur ki, qətnamə 1 ay sonra qanuni qüvvəyə minəcəkdir”. Halbuki icra işindən də görünür ki, hazırkı mülki iş üzrə icra məmuru Vadim Əliyev tərəfindən ona icraata başlamaq haqqında qərar rəsmi qaydada təqdim edilməmiş, şöbəyə dəvət edilməmişdir. Həmçinin sonuncu məhkəmə iclasında iştirak etdiyi zaman ona qətnamənin 1 ay sonra qüvvəyə minməsi barədə deyil, qətnamədən onu rəsmi qaydada aldıqdan sonra 1 ay müddətində şikayət vermək hüququ elan olunmuşdur. Ona görə də hesab edir ki, iddiaçının vəkilinin etirazda göstərilən dəliləri nə işin faktiki halarına, nə də ki qanunvericiliyin tələblərinə uyğun deyildir. Hazırda qətnamədən apellyasiya şikayəti vermək hüququnu reallaşdırmasından da görünür ki, o, “qətnamənin icrasını süni şəkildə uzatmaq niyyətində deyil, əksinə qətnamənin qanunsuz olduğundan rədd edilməsi məqsədində olmuş, ona görə də qətnamənin surətini dəfələrlə məhkəməyə şifahi və sonuncu halda yazılı qaydada müraciət edərək, əldə etmişdir. Bundan sonra apellyasiya şikayətini elektron məhkəmə sistemi vasitəsilə göndərərkən, prosessualmüddətin ötürülməsinə dair ərizədə də mülki iş üzrə icra vərəqəsi verilənədək apellyasiya şikayəti verməməsinin səbəblərini əsaslandırmışdır. Yuxarıda qeyd edilən dəlillər onu göstərir ki, məhkəmənin qətnamənin gələcəkdə icrasının süni şəkildə uzaldılmasına nail olmaq məqsədi ilə Cavabdeh tərəfindən ##.##.2025-ci il tarixli, xəbərnaməli poçt göndərişi düşünülmüş şəkildə imzalanmamış və müddətin bərpası barədə ərizəsində göstərdikləri işin hallarına uyğun deyildir. Beləliklə, Cavabdeh qeyd olunan qətnamədən apellyasiya şikayətini ##.##.2026-cı il tarixdə verməklə şikayət verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual müddəti ötürmüş, həmçinin apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət edilsə də hansı səbəbdən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin səbəbinin üzrlü olması ilə bağlı cavabdeh tərəfindən hər hansı bir sübut təqdim edilməmiş və hər hansı bir sübuta istinad edilməmişdir. Ona görə də məhkəmə buraxılmış prosessual müddətin bərpası barədə ərizənin rədd edilməsi nəticəsinə gəlmişdir” kimi əsassız mövqeyi işin faktiki hallarına əsaslanmır, əksinə, məhkəmə tərəfindən maddi və prosessual hüquq normalarının kobud surətdə pozulması ilə qəbul edilmiş qanunsuz məhkəmə qətnaməsindən onun tərəfindən verilmiş apellyasiya şikayətinin əsassız olaraq baxılması üçün apellyasiya instansiyasına göndərilməməsinə xidmət etmişdir. Belə olan halda sözügedən qərardad ləğv edilməli və Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddət bərpa edilməli və mülki iş baxılması üçün apellyasiya instansiyasına göndərilməlidir. AR MPM-in 140-cı maddəsinə əsasən məhkəmə sənədini ünvan sahibinə çatdırmaq üçün qəbul etməkdən imtina edən və ya onu səhlənkarlıq nəticəsində ünvan sahibinə çatdırmayan orqanlar, vəzifəli şəxslər, yaxud məhkəmə sənədinin çatdırılması tapşırılmış digər şəxslər bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulmuş qaydada iyirmi manat miqdarında cərimə edilir. Məhkəmə poçt xidməti tərəfindən məhkəməyə təqdim olunan xəbərnamənin natamamlığını və ya həqiqətə uyğun olub-olmamasını araşdırmamışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsi — Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. II. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. III. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. IV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Məhkəmə qərəzli olaraq tərəfindən qəbul edilmiş qanunsuz qətnamənin ləğv edilməsinin qarşısını almaq məqsədilə onun apellyasiya şikayətinin yuxarı instansiya məhkəməsi tərəfindən baxılması hüququnu məhdudlaşdırmışdır. AR MPM-in 135-ci maddəsinə əsasən (135.1) Bu Məcəllənin 135.6-cı və 135.8- ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər.(135.2) Məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. (135.3) Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. Ünvan sahibinin əvəzinə məhkəmə sənədlərini qəbul etmiş şəxs qəbzdə və ya sənədin kötüyündə öz soyadını, adını, atasının adını, ünvan sahibinə münasibətini və ya tutduğu vəzifəni göstərməli və imkan olan kimi məhkəmə sənədlərini ünvan sahibinə verməlidir. (135.4) Məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər bunu məhkəmə sənədlərini aldıqları tarixdən sonra gələn gündən gec olmayaraq yerinə yetirməli və məhkəmə sənədlərinin çatdırılması barədə bir gün müddətində məhkəməyə xəbər verməlidirlər. Məhkəmənin qətnaməsi və ya xəbərnaməsi poçt xidməti vasitəsilə ona şəxsən rəsmi qaydada təqdim edilməmiş, mülki işdə olan xəbərnamədə ad və soyadını yazmamış və imza etməmişdir. Sözügedən qəbzin mülki işə aidiyyəti, sübut kimi mümkünlüyü və mötəbərliyi araşdırılmamışdır. MPM-in 9-cu maddəsinə əsasən (9.1) Ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. (9.3) Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə tərəflərin bərabərliyi prinsipini pozaraq, iş materiallarında olan faktlara düzgün hüquqi qiymət vermədən əhəmiyyəti olan faktlara əsaslanmayaraq ədalət mühakiməsini öz mülahizələrinə görə qərəzli olaraq obyektiv həyata keçirməmişdir. AR MPM-in 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iş materiallarına əlavə edilən xəbərnamənin mötəbərliyinə əsaslı şübhələr olduğu halda öz qərəzli müahizəsinə əsaslanaraq hüquqi qiymət vermişdir. AR MPM-in 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə iddiaçı tərəfin etirazda göstərilən əsassız dəlillərini və cavabdeh tərəfin öz müdafiəsi üçün gətirdiyi dəlilləri mülki iş materiallarında əks olunan digər sübutlarla yanaşı yoxlamamışdır. Məhkəmə prosessual müddətin bərpasına dair ərizəsini rədd edərkən, sözügedən qətnamənin surətinin rəsmi qaydada ona təqdim edilməsinə dair ##.##.2025-ci il tarixli poçt qəbzinin olmasına istinad etsə də həmin qəbzdə icra olunan “Cavabdeh” yazısının onun tərəfindən icra edilməməsini, qəbzdə imza qrafasının boş olmasını nəzərə almamış və işin faktiki hallarının araşdırılmasını təmin edən məhkəmə-xəttşünaslıq ekspertizası təyin etməmişdir. Məhkəmə qərardadda icra işinə istinad etsə də konkret hansı rəsmi sənədin icraata başlamaq haqqında qərarın, axtarış haqqında qərarın ona çatdırılmasını əsaslandıra bilməmişdir. Məhkəmə nəzərə almamışdır ki, o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün prosessual müddəti qəsdən ötürməmiş, müddətin bərpa edilməsinin üzrlü səbəblərini deyil, bilavasitə poçt qəbzinin mötəbər olmadığını əsaslandırmışdır. Təəssüf ki, məhkəmə işin faktiki hallarına deyil, özünün əsassız və qərəzli mülahizəsinə əsaslanmaqla ərizəsini rədd etmişdir. Şikayətində qeyd etdiyi poçt qəbzinin ona ##.##.2025-ci il tarixdə rəsmi qaydada təqdim edilməməsinə dair dəlillərini göstərmiş, şifahi mülahizələri isə mülki iş materiallarında poçt göndərişlərinin izlənməsinə dair ştrixkodla öz təsdiqini tapmışdır. Qeyd edilənlərə əsasən o, şikayətin təmin edilməsini xahiş etmişdir Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdırıb hesab edir ki, aşağıda göstərilənlərə əsasən şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(012)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Belə ki, iş materiallarından görünür ki, məhkəmənin ##.##.2025-ci il tarixli qətnaməsi ##.##.2025-ci il tarixdə cavabdehə poçt vasitəsi ilə göndərilmiş, məktuba qətnamənin ##.##.2025-ci il tarixdə alınmasına dair xəbərnamə əlavə edilmişdir (i.v.97). Lakin qeyd edilən xəbərnamədə məktubun alıcısı qismində “Cavabdeh” qeyd edilsə də alıcının imzası mövcud olmamışdır. ##.##.2025-ci il tarixdə icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin surətinin ona verilməsini xahiş etmiş, qətnamənin surətini ##.##.2026-cı il tarixdə məktuba imza etməklə almış, bundan sonra ##.##.2026cı il tarixdə qətnamədən apellyasiya şikayəti və şikayətin verilməsi üçün buraxılmış prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı saymayaraq qeyd edir ki, birinci instansiya məhkəməsi qətnamənin alınmasına dair poçt göndərişinin verilməsinə dair xəbərnamədə “Cavabdeh” qeyd edilsə də, imzalanmamasına qiymət verməmiş, həmin qeydin kimin tərəfindən yazılmasının aydınlaşdırılması üçün iş üzrə ekspertiza təyin etməmiş, eləcə də icra sənədi üzrə icraata başlamaq haqqında qərarın cavabdehə rəsmi qaydada çatıdırılıb-çatdırırılmamasını aydınlaşdırmamışdır. İşə əlavə edilmiş icra işində tələbin könüllü icrası üçün ##.##.2025-ci il tarixdə bildiriş göndərilməsinə dair məktub, borclunun axtarışı haqqında 14.012.2026-cı il tarixli qərar mövcud olsa da həmin sənədlərin borcluya rəsmi qaydada çatıdırılmasına dair də məlumat mövcud deyildir. Həmçinin işə əlavə edilmiş sms bildirişlərdən görünür ki, ##.##.2025-ci il tarixdə borcluya sms bildirişlər göndərilsə də bildirişin statusu “Tranzaksiya İD xətai” qeyd edilməklə çatdırılmamışdır. Göründüyü kimi birinci instansiya məhkəməsi qətnamənin alınmasına dair xəbərnaməki qeydin cavabdeh tərəfindən icra edilib-edilməməsini, eləcə də qətnamənin icrası ilə bağlı borclunun nə vatx məlumatlı olmasını aydınlaşdırmamış, yalnız iş materiallarında olan imzalanmamış xəbərnaməyə isinad edərək ərizəni təmin etməmişdir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)- ****/**** saylı qərardadı ləğv edilməli, Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 2(012)- ****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133-cü maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edirsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə birinci instansiya məhkəməsi tərəfindən aşağıdakı hallarda qaytarılır. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə səlahiyyəti vardır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 264, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı və həmin qərardadla bağlı ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qərardadı ləğv edilsin. Abşeron Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpa edilməsi barədə cavabdehin ərizəsinə yenidən baxılması üçün mülki iş Abşeron Rayon Məhkəməsinə qaytarılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar