Azərbaycan Respublikası adından Qərardad Sumqayıt şəhəri İş № e-2(3-8)-616/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimləri X1 (sədrlik edən və məruzəçi), Mahmudov Ayaz Akif oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadından cavabdeh Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ASC-nin cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə baxılaraq Xaçmaz Rayon Məhkəməsinin ## #### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə iddia təmin edilmişdir. ##.##.2025-ci il tarixdə cavabdeh Cavabdeh tərəfindən qeyd olunan qətnamədən apellyasiya şikayəti verilmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ######## 2025-ci il tarixli, e-2(067)-2043/2025 qərardadı ilə cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e- *(***)-****/**** saylı qətnaməsindən verdiyi apellyasiya şikayəti geri qaytarılmışdır. Bundan sonra cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin mövcud olmayan ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadından şikayət vermiş və həmin şikayət səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** saylı qərardadı ilə cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin həmin qərardadından verdiyi şikayəti geri qaytarılmışdır. Cavabdeh Cavabdeh ##.##.2026-cı il tarixdə Xaçmaz Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadının rəsmi qaydada ona çatdırılmadığını bildirərək qərardadın onun faktiki yaşadığı Bakı şəhəri, İ.Məmmədov küçəsi ev 9 ünvanına göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadı cavabdehin ərizədə göstərdiyi ünvana poçtla göndərilmiş və ##.##.2026-cı il tarixində cavabdehə çatdırılmışdır. ##.##.2026-cı il tarixdə cavabdeh Cavabdeh Xaçmaz Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli e-*(***)-****/**** saylı qərardadından şikayət verərək həmin qərardadın ləğv edilərək işin apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Xaçmaz Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və baxılması üçün iş materialları ilə birlikdə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10.8-1-ci maddəsinə əsasən, bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Hazırkı şikayət birinci instansiya məhkəməsinin qərardadından verildiyinə görə məhkəmə kollegiyası mübahisəyə MPM-nin 10.8-1 və 397.2-ci maddələrinə əsasən yazılı icraat qaydasında baxmışdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)- ****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şikayətin dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.2-ci maddəsinə əsasən apellyasiya şikayəti, şikayəti vermiş şəxs, onun qanuni nümayəndəsi və ya nümayəndəsi, yaxud vəkili tərəfindən imzalanır. Qanuni nümayəndə və ya nümayəndə, yaxud vəkil tərəfindən verilən apellyasiya şikayətinə, əgər işdə yoxdursa müvafiq olaraq nümayəndənin, yaxud vəkilin səlahiyyətini təsdiq edən etibarnamə, vəkilin orderi və ya digər sənəd əlavə edilməlidir. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İddia ərizəsinin imzalanması, işin münsiflər məhkəməsinə verilməsi, iddia tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, mübahisənin mediasiya vasitəsilə həllinə razılıq verilməsi, məhkəmə aktından şikayət verilməsi, məhkəmə aktının məcburi icrası tələbləri, qət olunmuş əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir (Mülki Prosessual Məcəllənin 74.1., 74.2. maddələri). AR MPM-in 363.1.1-ci maddəsinin tələbinə əsasən apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Azərbaycan Respublikası MPM-in 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən geri qaytarılır. Qeyd olunan Məcəllənin 398.0.1-ci maddələrinə görə apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması barədə düzgün nəticəyə gəlmişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263- 264, 395-396, 398, 400, 402.2-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDI : Şikayət təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli, e-*(***)-****/**** nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №e-2(3-8)-616/2026
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №e-2(3-8)-616/2026
03.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver