Azәrbaycan Respublikası adından Qərardad Sumqayıt şәhәri İş № e-2(3-8)-618/2026 03.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Sәdrlik edәn vә mәruzәçi hakim Mәmmәdov Fuad Əli oğlu, hakimlәr Qafari Sәyyad Ağaәli oğlu vә X2 ibarәt tәrkibdә, Əliyeva Aytәn İlqar qızının katibliyi ilә, İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı pul tәlәbinә dair mülki iş üzrә Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadından cavabdeh Cavabdeh tәrәfindәn verilmiş şikayәtә Sumqayıt Mәhkәmә Kompleksinin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qәrardadı qәbul etdi. Birinci instansiya məhkəməsindəki icraat
1. İddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı iddia әrizәsi ilә mәhkәmәyә müraciәt edәrәk, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, ** nömrәli alqı-satqı müqavilәsi üzrә 5304,46 manat әsas borc, 700 manat dәbbә pulu, vәkilә hüquqi yardım üçün ödәnilmiş 500 manat, dövlәt rüsumu olaraq ödәnilmiş 81 manat olmaqla, ümumilikdә 6585,46 manat pulun tutularaq ona ödәnilmәsi barәdә qәtnamә qәbul edilmәsini xahiş etmişdir.
2. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qiyabi qәtnamәsi ilә (hakim Elman Mәmmәdov) iddia tәmin edilmiş, cavabdeh Cavabdeh ##.##.2024cü il tarixli, ** nömrәli alqı-satqı müqavilәsi üzrә 5304,46 manat әsas borc, 700 manat dәbbә pulu, vәkilә hüquqi yardım üçün ödәnilmiş 500 manat xәrc vә 81 manat dövlәt rüsumu olmaqla, cәmi 6585,46 manat pul vәsaitinin tutularaq iddiaçı İddiaçı ödәnilmәsi qәt edilmişdir.
3. Cavabdeh Cavabdeh Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)- ****/**** nömrәli qiyabi qәtnamәsinin lәğv edilmәsi vә sözügedәn qiyabi qәtnamәnin lәğvi barәdә әrizә verilmәsi üçün qanunla müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsi barәdә әrizәsi ##.##.2026-cı il tarixindә mәhkәmәyә daxil olmuşdir.
4. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә (hakim Elman Mәmmәdov) cavabdeh Cavabdeh Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025ci il tarixli, *(***)-****/**** nömrәli qiyabi qәtnamәsinin lәğvi barәdә әrizәnin verilmәsi üçün müddәtin bәrpa edilmәsinә dair әrizәsinin tәmin olunmaması qәrara alınmışdır.
5. Cavabdeh Cavabdeh hәmin qәrardaddan ##.##.2026-cı il tarixdә şikayәt verәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadının lәğv edilmәsi vә müddәtin bәrpasına dair әrizәnin tәmin edilmәsini xahiş etmişdir.
6. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı ilә (hakim Elman Mәmmәdov) şikayәt tәmin edilmәmiş, şikayәt baxılması üçün mülki işlә birlikdә Sumqayıt Apellyasiya Mәhkәmәsinә göndәrilmişdir.
Şikayətin və ona qarşı etirazın dəlilləri
a) Şikayətin dəlilləri
7. Şikayәt onunla әsaslandırılmışdır ki, mәhkәmә nәzәrә almamışdır ki, mәktub bildirişinә imza atılsa da hәmin zәrf açılmadan itirilmiş, o, zәruri prosessual hәrәkәtlәri etmәk imkanından mәhrum olmuşdur. Müddәtin başlanğıcı icra şöbәsindә qәbul edilmiş icraata başlamaq haqqında qәrarın rәsmi tәqdim edildiyi gündәn hesablanmalı idi. Müddәt axımının başlanğıcı qәrarın tәqdim edildiyi gündәn hesablanmalı idi. Hәmçinin mәhkәmә iddiaçının dәlillәrindәn heç birindә hәqiqi münasibәti aydınlaşdıran heç bir sübut növünә istinad edә bilmәmişdir. Bundan әlavә mәhkәmә müddәtin buraxılmasına әsaslı dәlillәrә istinad etmәmişdir.
b) Şikayətə qarşı etirazın dəlilləri
8. Şikayәtә qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
9. Maddә 10-1. Mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatının elektron qaydada aparılması 10-1.1. Elektron qaydada mülki işlәr vә kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı bu Mәcәllә ilә müәyyәn edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron mәhkәmә” informasiya sistemi vasitәsilә aparılır. 10-1.2. Mәhkәmә vә proses iştirakçıları tәrәfindәn әrizә, şikayәt vә digәr sәnәdlәrin elektron formada tәrtib edilmәsi, göndәrilmәsi, qәbulu, sәnәdlәrin elektron qeydiyyatı vә elektron dövriyyәsi Mәhkәmә-Hüquq Şurasının Azәrbaycan Respublikasının Ali Mәhkәmәsi ilә birlikdә müәyyәn etdiyi “Elektron mәhkәmә” informasiya sistemindәn istifadә qaydalarına uyğun olaraq hәyata keçirilir. 10-1.3. Kommersiya mübahisәlәri üzrә mәhkәmә icraatı, habelә “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә mәhkәmә icraatı, o cümlәdәn әrizә, şikayәt vә digәr sәnәdlәrin göndәrilmәsi, qәbulu, habelә mәhkәmә sәnәdlәrinin mәhkәmәyә vә proses iştirakçılarına çatdırılması “Elektron mәhkәmә” informasiya sistemindә yaradılan elektron kabinet vasitәsilә hәyata keçirilir. 10-1.5. Bu Mәcәllәnin 10-1.3-cü maddәsindә nәzәrdә tutulmuş qaydada tәqdim edilmiş sәnәdlәrin digәr qaydada verilmәsi tәlәb oluna bilmәz. (...)
10. Maddә 130. Prosessual müddәtlәrin buraxılmasının nәticәlәri 130.1. Qanunla müәyyәn edilmiş vә ya mәhkәmә tәrәfindәn tәyin edilmiş müddәt keçdikdә, prosessual hәrәkәtlәri etmәk hüququ keçmiş olur. 130.2. Prosessual müddәtlәrin keçmәsi prosessual vәzifәlәri yerinә yetirmәkdәn azad etmir. 130.3. Prosessual müddәtin bәrpa olunması barәdә vәsatәt verilmәmişsә, prosessual müddәtlәr keçdikdәn sonra verilәn şikayәtlәrә vә sәnәdlәrә baxılmır vә onları verәn şәxsә qaytarılır.
11. Maddә 133. Prosessual müddәtlәrin bәrpası 133.1. Mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir. 133.2. Buraxılmış müddәtin bәrpası haqqındakı әrizә prosessual hәrәkәtlәrin edilmәli olduğu mәhkәmәyә verilir vә mәhkәmә iclasında baxılır. İşdә iştirak edәn şәxslәrә mәhkәmә iclasının vaxtı vә yeri barәdә mәlumat verilir. Onların gәlmәmәsi mәhkәmә qarşısında qoyulmuş mәsәlәnin hәllinә maneçilik törәtmir. 133.3. Müddәtin bәrpası haqqında әrizә verilmәklә eyni zamanda müddәti buraxılmış zәruri prosessual hәrәkәt edilmәlidir (әrizә, şikayәt verilmәli, sәnәdlәr tәqdim edilmәli vә s.). 133.4. Buraxılmış prosessual müddәtin bәrpası mәhkәmәnin qәtnamәsindә, qәrardadında vә qәrarında göstәrilmәlidir. 133.5. Müddәtin bәrpasından imtina barәdә qәrardad çıxarılır. 133.6. Prosessual müddәtlәrә dair mәsәlә üzrә qәrardaddan işdә iştirak edәn şәxslәr şikayәt verә bilәr.
12. Maddә 135. Mәhkәmә sәnәdlәrinin çatdırılması vә rәsmi qaydada verilmәsi (...) 135.2. Mәhkәmә sәnәdlәri mәhkәmәyә qaytarılmalı olan, forması müvafiq qaydada tәsdiq edilmiş qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә, ünvan sahibinә rabitә orqanları, yaxud mәhkәmә sәnәdlәrinin çatdırılması tapşırılmış şәxslәr tәrәfindәn şәxsәn verilir. Hüquqi şәxsә ünvanlanmış mәhkәmә sәnәdlәri müvafiq vәzifәli şәxsә qәbzә vә ya sәnәdin kötüyünә imza etdirilmәklә verilir. Mәhkәmә sәnәdlәrinin rәsmi qaydada verilmәsi mәhkәmәdә dә hәyata keçirilә bilәr. 135.3. Mәhkәmә sәnәdlәrinin çatdırılması vәzifәsi üzәrinә düşәn şәxs ünvan sahibini onun yaşadığı, yaxud işlәdiyi yer üzrә tapmadıqda, hәmin sәnәdlәr ünvan sahibi ilә birlikdә yaşayan yetkinlik yaşına çatmış ailә üzvlәrindәn birinә (onların razılığı ilә), onlar olmadıqda müvafiq icra hakimiyyәti orqanına, ünvan sahibinin yaşadığı yer üzrә yerli özünüidarә orqanına, yaxud onun işlәdiyi yer üzrә müdiriyyәtә verilir. Ünvan sahibinin әvәzinә mәhkәmә sәnәdlәrini qәbul etmiş şәxs qәbzdә vә ya sәnәdin kötüyündә öz soyadını, adını, atasının adını, ünvan sahibinә münasibәtini vә ya tutduğu vәzifәni göstәrmәli vә imkan olan kimi mәhkәmә sәnәdlәrini ünvan sahibinә vermәlidir. 135.4. Mәhkәmә sәnәdlәrinin çatdırılması vәzifәsi üzәrinә düşәn rabitә orqanları, yaxud mәhkәmә sәnәdlәrinin çatdırılması tapşırılmış şәxslәr bunu mәhkәmә sәnәdlәrini aldıqları tarixdәn sonra gәlәn gündәn gec olmayaraq yerinә yetirmәli vә mәhkәmә sәnәdlәrinin çatdırılması barәdә bir gün müddәtindә mәhkәmәyә xәbәr vermәlidirlәr. 135.5. Bu Mәcәllәnin 135.2-ci, 135.3-cü, 135.6-cı vә 135.8-ci maddәlәrindә nәzәrdә tutulmuş hallarda mәhkәmә sәnәdi rәsmi qaydada verilmiş hesab edilir. 135.6. “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmişlәrsә, mәhkәmә sәnәdlәri bu şәxslәrin hәmin sistemdә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır. 135.7. “Elektron mәhkәmә” informasiya sisteminin tәtbiq olunduğu mәhkәmәlәrdә mülki işlәr üzrә işdә iştirak edәn şәxslәr “Elektron mәhkәmә” informasiya sistemindә qeydiyyatdan keçmәmişlәrsә, onlara mәhkәmә sәnәdlәri barәdә mәlumat bu sistem vasitәsilә şәxsin tәqdim etdiyi mobil telefon nömrәsinә SMS-lә çatdırılır. Bu halda işdә iştirak edәn şәxs mәhkәmә iclasının vaxtı vә yeri haqqında lazımi qaydada xәbәrdar edilmiş hesab edilir. SMS-in işdә iştirak edәn şәxsә çatdırıldığı vaxt barәdә mәlumat “Elektron mәhkәmә” informasiya sistemindә qeyd edilir. 135.8. Kommersiya mübahisәlәri üzrә işdә iştirak edәn şәxslәrin mәhkәmә sәnәdlәri onların “Elektron mәhkәmә” informasiya sistemindә yaradılmış “elektron kabinet”lәrindә yerlәşdirilir vә onlara bu barәdә mәlumat hәmin sistem vasitәsilә elektron qaydada (elektron poçt, SMS vә s. vasitәsilә) çatdırılır.
13. Maddә 244. Qiyabi qәtnamәdәn şikayәt verilmәsi Cavabdeh qәtnamәnin ona rәsmi qaydada verilmәsindәn sonra 10 gün müddәtindә hәmin qәtnamәnin lәğvi üçün qiyabi qәtnamәni çıxartmış mәhkәmәyә әrizә vermәyә haqlıdır.
14. Maddә 357. Apellyasiya şikayәti vermәk hüququ 357.1. Azәrbaycan Respublikasının birinci instansiya mәhkәmәlәri tәrәfindәn qәbul olunmuş qanuni qüvvәyә minmәmiş qәtnamә vә qәrardadlardan, hәmin Mәcәllәdә nәzәrdә tutulmuş hallar istisna olmaqla, tәrәflәr, üçüncü şәxslәr, xüsusi icraat işlәrindә әrizәçilәr vә maraqlı şәxslәr apellyasiya şikayәti verә bilәr. (...)
15. Maddә 372. Apellyasiya instansiyası mәhkәmәsindә işә baxılmanın hәdlәri Maddә 372.7. maddәsinә әsasәn apellyasiya instansiyası mәhkәmәsi şikayәtin dәlillәrindәn asılı olmayaraq, mәhkәmәnin maddi vә prosessual hüquq normalarına riayәt etmәsini yoxlayır.
16. Maddә 397. Apellyasiya instansiyası mәhkәmәsi tәrәfindәn şikayәtә baxılması müddәti vә qaydası 397.2. Apellyasiya instansiyası mәhkәmәsi qәrardaddan verilәn şikayәtә onun mәhkәmәyә daxil olduğu vaxtdan 20 gün müddәtindә yazılı icraat qaydasında baxır. Mәhkәmә işdә iştirak edәn şәxsin bu barәdә verdiyi vәsatәti әsaslı hesab etdikdә vә ya öz tәşәbbüsü ilә şikayәt üzrә işә mәhkәmә iclasında baxa bilәr. Bu barәdә mәhkәmә tәrәfindәn müvafiq qәrardad qәbul edilmәklә işdә iştirak edәn şәxslәrә mәlumat verilir.
17. Maddә 398. Apellyasiya instansiyası mәhkәmәsinin sәlahiyyәti 398.0. Apellyasiya instansiyası mәhkәmәsinin şikayәtә baxıb qәrardad qәbul etdikdә aşağıdakıları etmәk hüququ vardır: (...) 398.0.1. mәhkәmәnin qәrardadını dәyişdirmәdәn saxlayıb şikayәti tәmin etmәmәk; (...)
18. Maddә 399. Apellyasiya instansiyası mәhkәmәsinin göstәrişlәrinin mәcburiliyi Birinci instansiya mәhkәmәsinin qәrardadını lәğv edib işi yenidәn baxılmağa göndәrdikdә apellyasiya instansiyası mәhkәmәsinin qәrardadında müәyyәn olunmuş göstәrişlәr işә baxan birinci instansiya mәhkәmәsi üçün mәcburidir.
19. Maddә 402. Kassasiya şikayәti vermә hüququ (...) 402.2. Apellyasiya mәhkәmәlәrinin mülki vә kommersiya kollegiyalarının vә Naxçıvan Muxtar Respublikası Ali Mәhkәmәsinin mülki vә kommersiya kollegiyalarının aşağıdakı qәrardadlarından kassasiya şikayәti verilә bilәr: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilmәsi haqqında; 402.2.2. kassasiya şikayәtinin qaytarılması (kassasiya şikayәti kassasiya instansiyası mәhkәmәsinin şikayәtin qeyri-mümkünlüyü barәdә qәrarına әsasәn qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayәtinin verilmәsi müddәtinin bәrpasından imtina edilmәsi barәdә; 402.2.4. iş üzrә icraata xitam verilmәsi barәdә; 402.2.5. bu Mәcәllәnin 384.0.4-cü maddәsindә nәzәrdә tutulmuş işin aidiyyәti üzrә göndәrilmәsinә dair vә bu Mәcәllәnin 384.0.6-cı maddәsindә nәzәrdә tutulmuş apellyasiya şikayәtinin bu Mәcәllәnin tәlәblәrinә zidd olaraq icraata qәbul olunması әsası ilә icraata qәbul qәrardadının lәğv edilәrәk işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası mәhkәmәsinә qaytarılması haqqında.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Apellyasiya instansiya mәhkәmәsi Mülki Prosessual Mәcәllәnin 397.2-ci maddәsinin tәlәbinә әsasәn qәrardaddan verilәn şikayәtә yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.
21. Apellyasiya şikayәtindә birinci instansiya mәhkәmәsinin qәrardadı bütövlükdә mübahisәlәndirildiyi üçün hazırkı icraat çәrçivәsindә mәhkәmә aktının qanuniliyi vә әsaslılığı tam yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
22. Mәhkәmә kollegiyası mәruzәçi-hakimi dinlәyib, şikayәtin dәlillәrini iş materialları ilә birgә araşdıraraq hesab edir ki, şikayәt tәmin edilmәmәli, birinci instansiya mәhkәmәsinin qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır.
23. İş materiallarından görünür ki, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qiyabi qәtnamәsi ##.##.2025-ci il tarixli müşayiәt mәktubu ilә cavabdeh Cavabdeh yaşadığı ünvana göndәrilmiş, iş materiallarında olan xәbәrnamәdәn göründüyü kimi cavabdeh Cavabdeh sözügedәn qәtnamәni ##.##.2025-ci il tarixdә xәbәrnamәyә imza etmәklә rәsmi qaydada qәbul etmişdir. Cavabdeh Cavabdeh sözügedәn qiyabi qәtnamәnin lәğvi barәdә әrizә vermәsi üçün müddәtin axımı qiyabi qәtnamәnin cavabdeh tәrәfindәn alındığı gün, yәni ##.##.2025-ci il tarixdәn başlamış vә hәmin müddәt ##.##.2025-ci il tarixdә qurtarmış, cavabdeh Cavabdeh isә qeyd olunan qiyabi qәtnamәsinin lәğv edilmәsi üçün buraxılmış müddәtin bәrpa edilmәsinә dair әrizәni ##.##.2026-cı il tarixdә tәqdim etmәklә müddәti ötürmüş, müddәtin üzürlü sәbәbdәn buraxılması ilә bağlı hәr hansı bir sübuta istinad etmәmiş vә hәr hansı bir halı göstәrә bilmәmişdir.
24. Hәmçinin iş materiallarında olan xәbәrnamәdәn aydın olur ki, cavabdeh Cavabdeh sözügedәn qәtnamәni ##.##.2025-ci il tarixdә özü şәxsәn qәbul etmiş vә bu faktı birinci instansiya mәhkәmәsindә verdiyi izahatında da etiraf etmiş, lakin hüquqi savadı olmadığını әsas gәtirәrәk, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2025-ci il tarixli, *(***)-****/**** nömrәli qiyabi qәtnamәsinin lәğvi barәdә әrizә verilmәsi üçün qanunla müәyyәn edilmiş prosessual müddәtin bәrpa edilmәsi barәdә qәrardad qәbul edilmәsini xahiş etmişdir.
25. Mülki Prosessual Mәcәllәnin 133.1-ci maddәsinә әsasәn, mәhkәmә qanunla müәyyәn edilmiş müddәtin buraxılmasının sәbәbini üzürlü hesab edәrsә, işdә iştirak edәn şәxsin әrizәsinә әsasәn buraxılmış müddәti bәrpa edir.
26. Kollegiya birinci instansiya mәhkәmәsinin mövqeyi ilә razılaşaraq hesab edir ki, cavabdehin әrizәsindә istinad etdiyi hallar üzrlü hal hesab edilә vә buraxılmış müddәtin bәrpası üçün әsas ola bilmәz.
27. Kollegiya qeyd edir ki, müddәtin bәrpası ilә bağlı vәsatәtlәrә baxılarkәn yalnız elә sәbәblәr üzrlü hesab edilә bilәr ki, hәmin sәbәblәrin mövcudluğu prosessual hüquqlara vә vәzifәlәrә malik şәxsin iradәsindәn asılı vә şәxsin özü tәrәfindәn onların dәf edilmәsi imkanı mümkün olmamalıdır.
28. Mülki Prosessual Mәcәllәnin 253.3-cü maddәsinә әsasәn, qiyabi qәtnamәdәn tәrәflәr, bu qәtnamәnin lәğvi üçün әrizә verilmәsi vә ona baxılması müddәti bitdikdәn sonra şikayәt verә bilәrlәr.
29. Mәhkәmә kollegiyası şikayәtin dәlillәri üzrә qiymәtlәndirmә apararaq birinci instansiya mәhkәmәsinin gәldiyi nәticә vә әsaslandırma ilә razılaşır, şikayәtin dәlillәrini әsassız hesab edir, kollegiyanın qәnaәtincә birinci intansiya mәhkәmәsi tәrәfindәn qәbul edilmiş qәrardad prosessual hüquq normalarının tәlәblәrinә uyğundur, qәrardadın lәğv edilmәsi üçün әsas yoxdur.
30. Göstәrilәnlәrә әsasәn mәhkәmә kollegiyası hesab edir ki, birinci instansiya mәhkәmәsinin qәrardadının lәğvi üçün Mülki Prosessual Mәcәllәnin 385.1-ci maddәsindә nәzәrdә tutulan әsaslar mövcud olmadığından, şikayәt tәmin olunmamalı, Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılmalıdır. Azәrbaycan Respublikasının Mülki Prosessual Mәcәllәsinin 263-264, 357, 398.0.1, 400, 402-ci maddәlәrini rәhbәr tutaraq, mәhkәmә kollegiyası
qərara aldı:
Şikayәt tәmin edilmәsin. Abşeron Rayon Mәhkәmәsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** nömrәli qәrardadı dәyişdirilmәdәn saxlanılsın. Qәrardad çıxarıldığı andan qanuni qüvvәyә minir. Qәrardaddan şikayәt verilә bilmәz.