Məhkəmə qərarları › İş №e-2(3-8)-649/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №e-2(3-8)-649/2026

25.06.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № e-2(3-8)-649/2026 25.06.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI İddiaçı ASC İddiaçı cavabdeh Cavabdeh qarşı mülki iş üzrə (Açar sözlər: borc tələbi, öhdəliyin icra edilməməsi) Hakim Almaz Məhərrəm qızı Süleymanovanın sədrliyi və məruzəsi, Hakimlər X2 və X3 ibarət tərkibdə, Əli Seyran oğlu İsmayılovun katibliyi, İddiaçının nümayəndəsi X5, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı ASC İddiaçı cavabdeh Cavabdeh qarşı “borc” tələbinə dair mülki iş üzrə Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(067)- ****/**** nömrəli qətnaməsindən iddiaç tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Xaçmaz rayon Məhkəməsinə müraciət edərək, ##.##.2024-cü il tarixli, DKM/0flN05A 03999424№-li kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxxla qarşısında 10114,78 manat məbləğində əsas borc, ##.##.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 638,72 manat məbləğində adi faizlər üzrə borc, ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 20,19 manat məbləğində penya, cəmi 10773,69 manat məbləğində pul vəsaiti və ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 5% dərəcəsi ilə hesablanan penya cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 122,32 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı (kreditor) ASC İddiaçı ilə cavabdeh Cavabdeh (Borc alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li kredit müqaviləsinə müvafiq olaraq iddiaçı tərəfindən Borcalana 36 (otuz altı) ay müddətinə, illik 12 % (on iki faiz) ödənilməsi şərtilə 11800 (on bir min səkkiz yüz) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin 2.4-cü maddəsinə və onun * №-li Əlavəsi olan Annuitet ödəniş cədvəlinə əsasən cavabdeh Cavabdeh hər ay bərabər məbləğdə müvafiq ödənişlər aparmaqla əsas borc məbləğinin qaytarılmasını və ona hesablanmış faizlərin ödənilməsini öhdəsinə götürmüşdür. Lakin cavabdeh Cavabdeh bu öhdəlikləri kobud şəkildə pozmuş və bu günə qədər kredit üzrə əsas borc məbləğinin mühüm hissəsini Banka qaytarmamış və əsas borc məbləğinə hesablanmış faizlərin müəyyən hissəsini ödəməmişdir. Belə ki, ##.##.2025-ci il tarixinə cavabdeh Cavabdeh Bank qarşısında gecikdirilmiş borcu 10753,50 manat təşkil edir ki, bunun da 10114,78 manatı vaxtı keçmiş əsas borcdan, 638,72 manatı isə hesablanmış və ödənilməmiş adi faizlər üzrə borc məbləğindən ibarətdir. Bundan əlavə cavabdeh E. S.Nemətov kredit üzrə əsas borc məbləğinin ödənilməsinin gecikdirilməsi ilə əlaqədar olaraq Banka kredit müqaviləsinin 5.2-ci bəndinə əsasən vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5% dərəcəsi ilə hesablanan penya da ödəməlidir ki, ##.##.2025-ci il tarixinə bu məbləğ 20,19 manat məbləğində təşkil edir. Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh tərəfindən üzərinə götürdüyü öhdəliklərin kobud şəkildə pozulması ilə əlaqədar olaraq iddiaçının kredit müqaviləsinin 3.1.3-cü yarımbəndinə əsasən hesablanmış faizlərlə birlikdə əsas borc məbləğinin qaytarılmasını vaxtından əvvəl tələb etmək hüququ yaranmışdır. Kredit müqaviləsi üzrə cavabdehin üzərinə götürdüyü öhdəliklərin könüllü qaydada yerinə yetirilməsinə nail olmaq məqsədilə iddiaçı tərəfindən cavabdeh Cavabdeh ilə bir neçə dəfə əlaqə saxlanılmasına və ona borcun ödənilməsinin tələb edilməsinə dair ##.##.2025-ci il tarixli XÇZ-XO-##.#.2025-*** №-li xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdeh Cavabdeh tərəfindən borcun ödənilməsi üçün bu günə qədər heç bir əməli addım atılmamışdır.

3. İddiaçı (kreditor) ASC İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək ##.##.2024-cü il tarixli, DKM/011 N**A******** №-li Kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı qarşısında 10114,78 manat məbləğində əsas borc, ##.##.2026-cı il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 992,74 manat məbləğində adi faizlər üzrə borc, ##.##.2026-cı il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 161,96 manat məbləğində penya cəmi 11269,48 manat məbləğində pul vəsaiti və ##.##.2026-cı il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % dərəcəsi ilə hesablanan penya cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 123,81 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia ərizəsinə qarşı yazılı etiraz daxil olmamışdır.

5. İddiaçı (kreditor) ASC İddiaçı ilə cavabdeh Cavabdeh (Borc alan) arasında bağlanmış ##.##.2024-cü il tarixli, DKM/***N**A******** №-li kredit müqaviləsindən görünür ki, iddiaçı tərəfindən Borcalana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 11800 manat məbləğində kredit verilmişdir.

6. ##.##.2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, müqavilə üzrə ##.##.2025-ci il tarixinə cavabdehin 783,10 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun 584,47 manatın kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 190,76 manatın əsas borc üzrə hesablanmış vaxtı keçmiş faiz, 641 manatını isə hesablanmış faizlər üzrə borc məbləği, 1.46 manatını isə cərimə borcu təşkil edir. Kredit müqaviləsinin 5.2 (yarım) bəndinə müvafiq olaraq, əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 % dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 1.46 manat təşkil edir. Bununla bağlı bank kreditin hesablanmış faizlərlə birlikdə vaxtında əvvəl qaytarılmasını tələb edə və bu tələbin icrasının təmin etmək üçün qanunvericiliyə müvafiq olaraq məhkəməyə iddia ilə müraciət edə bilər.

7. ##.##.2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia tələbi ilə əlaqədar iddiaçı tərəfindən 122.32 manat dövlət rüsumu ödənilmişdir.

8. İddiaçı İddiaçıəhmdar Cəmiyyəti İddiaçı və cavabdeh Cavabdeh arasında bağlanmış ##.##.2024-cü il tarixli kredit müqaviləsinə əsasən, bank tərəfindən borcalana 36 ay müddətinə, illik 12 % ödənilməsi şərtilə 11800 manat məbləğində kredit verilmiş, borcalan götürdüyü krediti müqavilə ilə müəyyən edilmiş müddətdə faizi ilə birlikdə banka qaytarmağı öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat

9. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Nərmin Ağazadə) iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdeh ##.##.2024-cü il tarixli, DKM/***N**A******** nömrəli kredit müqaviləsi üzrə 10.114,78 (on min yüz on dörd manat yetmiş səkkiz qəpik) manat əsas borc, 190,76 (yüz doxsan manat yetmiş altı qəpik) manat faiz borcu və 1,46 (bir manat qırx altı qəpik) manat cərimə olmaqla, cəmi 10.307 (on min üç yüz yeddi) manat məbləğində borc və 120,92 (yüz iyirmi manat doxsan iki qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçı “xxxx” İddiaçıəhmdar Cəmiyyətinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 389.1, 425.1, 425.2, 442, 447.1, 448.1, 448.2, 462.1, 465.1, 467, 739.1 və 739.2-ci maddələri, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun ##.##.2023-cü il tarixli Qərarı, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 107, 119.1, 217.3, 217.4, 222.2, 214, 216-220, 233, 357 və 360-cı maddələri ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

11. İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bank apellyasiya şikayəti verərək, Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-*(***)-****/**** nömrəli qətnaməsinin qismən, yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul olunması, apellyasiya şikayətinin verilməsinə görə 61,90 (altmış bir manat 90 qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərcin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən müəyyən edilmiş kredit müqaviləsi üzrə hesablanmış adi faizlər üzrə borc məbləğinin və penyanın qismən təmin edilərək azaldılmasını və iddia tələbinin “##.##.2026-cı il tarixdən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlərin və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın” cavabdehdən iddiaçının xeyrinə tutulmasına dair hissəsinin təmin edilməməsini qəbul etmir. Hesab edir ki, Qətnamə maddi və prosessual hüquq normalarının kobud pozulması ilə qəbul olunmuşdur. Buna görə də həmin qətnamə qismən ləğv edilməli və Bankın iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Məhkəmə iş materiallarında olan ##.##.2025ci il tarixli xəbərdarlığa düzgün hüquqi qiymət verməmiş və bununla da mühüm əhəmiyyət daşıyan məsələ üzrə səhv nəticə gələrək əsassız qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

13. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

14. İddiaçının nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.

15. Cavabdeh Cavabdeh apellyasiya şikayətinə etiraz edərək, təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.

Apellyasiya baxışının hədləri

16. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi iddiaçı İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bankı verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsini qismən - yəni iddia tələblərinin təmin edilməyən hissələrində ləğv edilməsi və iddia tələblərinin tam təmin olunmasına dair yeni qətnamə qəbul edilməsi xahiş etmişdir. Kollegiya qeyd edir ki, hazırkı apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının mübahisələndirilən hissədə yoxlanılması təşkil edir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 447.1. Əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. Əgər öhdəliyin pozulması xarakteri əsas götürülməklə əlavə müddət tətbiq edilmirsə, xəbərdarlıq edilməsi əlavə müddət təyin olunmasına bərabər tutulur. Əgər öhdəliyin yalnız bir hissəsi icra edilməmişsə, kreditor müqavilədən yalnız öhdəliyin qalan hissəsinin icrasına marağını itirdiyi halda imtina edə bilər. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər.

18. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

19. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini müqaisəli araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

20. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

21. İş materialları ilə müəyyən olunur ki, iddiaçı ##.##.2024-cü il tarixli, DKM/0flN05A 03999424№-li kredit müqaviləsi üzrə cavabdeh Cavabdeh iddiaçı ASC “xxxxla qarşısında 10114,78 manat məbləğində əsas borc, ##.##.2025-ci il tarixinə qədər kreditdən istifadəyə görə hesablanmış 638,72 manat məbləğində adi faizlər üzrə borc, ##.##.2025-ci il tarixinə qədər vaxtı keçmiş əsas borc məbləğinə illik 5 % dərəcəsi ilə hesablanmış 20,19 manat məbləğində penya, cəmi 10773,69 manat məbləğində pul vəsaiti və ##.##.2025-ci il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12% dərəcəsi ilə hesablanan adi faizlər və illik 5% dərəcəsi ilə hesablanan penya cavabdeh Cavabdeh iddiaçı ASC İddiaçı xeyrinə tutulması, iddia ərizəsinin verilməsinə görə 122,32 manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə çəkilmiş xərc cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

22. Göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddianın qismən təmin edilməsi qət edilmişdir (bax bənd 10).

23. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsi üzrə öz üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və qeyd edilən maddi hüquq normalarına əsasən iddiaçının həmin cavabdehə qarşı irəli sürdüyü müqavilə üzrə borcun tutulması tələbi əsaslıdır. Belə ki, iddiaçı aralarında bağlanmış kredit müqaviləsinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək, müqavilədə göstərilən məbləğdə krediti borcluya vermişdir. Borclu isə bu kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu lazımınca etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı cavabdehdən müvafiq kredit müqaviləsi üzrə ödənilməmiş borcu tələb etməkdə haqlı olmuşdur.

24. Lakin tələb edilən borcun məbləği ilə məhkəmə qismən razılaşmamış, belə ki, iddiaçı bank cavabdehdən 10114,78 manat əsas məbləğ üzrə, 992,74 manat faiz üzrə, 161,96 manat cərimə borcunun tutulmasını xahiş etmişdir. İş materiallarından görünür ki, hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etməzdən əvvəl İddiaçıəhmdar Cəmiyyəti İddiaçı tərəfindən Cavabdeh ##.##.2025-ci il tarixli bildirişlə müraciət edilmişdir. Həmin bildirişdə qeyd edilmişdir ki, ##.##.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcalan Cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirmədiyi üçün müqavilə üzrə ##.##.2025-ci il tarixinə cavabdehin 783,10 manat məbləğində gecikdirilmiş borcu yaranmışdır ki, bunun 584,47 manatın kredit üzrə vaxtı keçmiş əsas borc məbləği, 190,76 manatın əsas borc üzrə hesablanmış vaxtı keçmiş faiz, 641 manatını isə hesablanmış faizlər üzrə borc məbləği, 1.46 manatını isə cərimə borcu təşkil edir. Kredit müqaviləsinin 5.2 (yarım) bəndinə müvafiq olaraq, əsas borc məbləğinin ödənilməsi müddətləri pozulduğuna görə kredit üzrə vaxtı keçmiş əsas borc məbləğinə gecikdirmənin hər günü üçün illik 5 % dərəcəsi ilə cərimə faizləri hesablanır. Hazırkı xəbərdarlığın tarixinə hesablanmış cərimə faizləri 1.46 manat təşkil edir. Bununla bağlı bank kreditin hesablanmış faizlərlə birlikdə vaxtında əvvəl qaytarılmasını tələb edə və bu tələbin icrasının təmin etmək üçün qanunvericiliyə müvafiq olaraq məhkəməyə iddia ilə müraciət edə bilər.

25. Məhkəmə hesab etmişdir ki, iddiaçı bankın cavabdeh borcalandan müqavilə üzrə icra edilməmiş öhdəliyin tam olaraq icrasını tələb etdiyi və borclunun bunu təmin etmədiyi andan artıq tərəflər arasında bağlanmış kredit müqaviləsi birtərəfli qaydada ləğv edilmiş hesab edilir. Ona görə ki, iddiaçı bank bununla kredit müqaviləsindən bir tərəfli qaydada imtina etmiş sayılır.

26. Məhkəmə həmçinin qeyd etmişdir ki, iddiaçı bank aralarında bağlanmış kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etməyən cavabdeh borcalandan icra edilməmiş öhdəliyin tam olaraq icra edilməsini tələb etdiyi və borcalanın bunu təmin etmədiyi andan kredit müqaviləsindən imtina etmiş sayılır. Bu səbəbdən tərəflər arasında bağlanmış kredit müqaviləsi həmin andan ləğv edilmiş hesab edilməlidir.

27. Daha sonra məhkəmə qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi Plenumun qərarında, qeyd edilmişdir ki, kredit müqaviləsi kimi icrası davamlı olan öhdəlik münasibətlərində müqavilədən imtina ləğvetmədə olduğu kimi, ancaq imtinadan sonrakı dövr üçün öhdəlikləri aradan qaldırır. Qərarda o da qeyd edilmişdir ki, kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun bu mövqeyini hazırkı işə tətbiq edərək hesab etmişdir ki, iddiaçı bank cavabdeh Cavabdeh yalnız kredit müqaviləsindən imtina etdiyi anadək gecikdirilmiş annuitet (əsas məbləğ və hesablanmış faizlər) ödənişlərini tələb edə bilər. Hazırkı işdən isə belə görünür ki, borcalanın müqavilə ləğv edildiyi ana olan faiz borcu 190,76 manat məbləğində olsa da, iddiaçı bank, müqavilədən imtina edildiyi andan sonrakı dövr üçün də əlavə faiz hesablayaraq, cavabdehdən 992,74 manat məbləğində faiz borcunun tutulmasını tələb etmişdir. Məhkəmə, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd edilmiş mövqeyinə istinadla hesab etmişdir ki, iddiaçı bankın belə bir hüququ olmamış, onun cavabdehdən tələb edə biləcəyi faizin məbləği kredit müqaviləsinin ləğv edildiyi anadək olan faiz borcunun məbləği ilə məhdudlaşmışdır. Odur ki, iddia tələbi faiz borcuna münasibətdə qismən – 190,76 manat həcmində təmin edilməlidir.

28. Məhkəmə onu da qeyd etmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.

29. Tələb edilən 161.96 manat məbləğində cəriməyə münasibətdə isə məhkəmə iddianı əsaslı hesab etməmişdir. Belə ki, dəbbə pulu (cərimə, penya) öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab etmişdir ki, cərimənin miqdarının bu qədər çox olması borclunun mülkiyyət maraqlarının qorunması və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısının alınması baxımından məqsədəmüvafiq deyildir. Ona görə də məhkəmə hesab etmişdir ki, cavabdehdən öz öhdəliyini lazımınca yerinə yetirməməkdə ifadə olunan ümumi maraqla onların mülkiyyət hüquqlarının müdafiəsi arasında ədalətli tarazlığa nail olunması baxımından cərimənin miqdarının azaldılaraq 1,46 manat məbləğində müəyyən edilməsi məqsədəuyğun hesab oluna bilər.

30. Məhkəmə iddia tələbinin təmin edilməyən hissəsinə münasibətdə qeyd etmişdir ki, iddiaçı əsas borc, faiz borcu və cərimə məbləğindən əlavə ##.##.2026-cı il tarixindən başlayaraq qətnamənin qəbul edildiyi tarixə qədər əsas borc məbləğinə illik 12 % (on iki faiz) dərəcəsi ilə hesablanan adi faizlər və illik 5 % (beş faiz) dərəcəsi ilə hesablanan penyanın da cavabdehdən tutulmasını xahiş etsə də, məhkəməyə bunun üçün əsas olan hər hansı sənəd təqdim etməmiş, eyni zamanda tərəflər arasında bağlanılmış müqavilədə bu barədə qeyd aparılmamışdır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməməlidir.

31. Qətnamə ilə razılaşmayan İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bank apellyasiya şikayəti vermişdir.

32. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır. Kollegiya həmçinin qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsinin dəlilləri ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər araşdırılaraq qiymət verilmişdir, bu baxmdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.

33. Kollegiyanın qənatincə apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 385, 392- 393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

İddiaçı İddiaçıəhmdar Cəmiyyəti "Xalq" Bank tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Xaçmaz Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, e-2(067)- ****/**** nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə dərhal qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar